Göytəkin Atalı. Kədərin doğurduğu duyğular

(Stendalın “Parma Monastırı” əsəri üstə duyğulanmalar)

Əsərin baş qəhrəmanı Fabrisio, uşaqlığından bu yöndə tərbiyə aldığı üçün, dinə fanatikcəsinə bağlılığı olan saf bir gəncdir. Yaşadığı qəsrdən qıraqdakı həyatın sərt üzündən xəbərsiz olsa belə, onun ruhu daim yeniliyə can atır. Bu duyğuların etkisilə 16 yaşlı gənc, Napaleona qoşularaq, müharibəyə yollanmağa qərar verir. Çıxdığı bu yolda dəfələrlə aldanır, çətin durumlara düşür. Düşdüyü hər çətin durum çətinlik görməyən, saf, ürəyitəmiz oğlanı daha çox sarsıtsa da, geri dönmək barədə düşünmür. O yalnız irəli can atır, həyəcanla müharibə meydanını arzulayır. Ardını oxu »

Soylu Atalı. Türkiyədə seçki sürəci

Ürəyinizdə Günəşi olsun!
Türkiyədə seçkinin durumu ilə bağlı, bir neçə sözlə, düşüncələrimi bölüşmək istəyirəm.
Bilirsiniz, Türkiyədə bu gün seçkiyə hazırlıq prosesləri gedir. Dövlət başçılığına 4 aday mübarizə aparır. Bunlardan biri hakimiyyətin başında duran Ərdoğan; ikincisi, bundan öncəki seçkilərdə adaylığını verən, hətta qalib gələn Məhərrəm İncə; üçüncüsü, özünü Atatürkçü yönü ilə tanıdan Sinan Oğan; bir də CHP-nin başqanı Kamal Kılıçdaroğlu. Bu dörd adamın arasında seçki çəkişməsi gedir. Ardını oxu »

Soylu Atalı. İbadət – kamilləşmə yetirməlidir

Ürəyinizdə Günəşi olsun!
İnsan-Tanrı münasibəti məsələsi (Asif Atanın anlayışı ilə desək, İnsan-Mütləq münasibəti) bəşəriyyəti düşündürən başlıca bir qonu olmuşdur. Bu məsələni din ruhaniyyatı ilə aydınlaşdırmalı olsaq, insan üçün sanki ondan qıraqda, onun ifadə edə bilmədiyi, əlinin çatmadığı, özündə daşımadığı bir həqiqət var, bir ideal var. İnsan həmişə bu idealla üz-üzə qalıb ona ibadət edir, dua edir ki, ondan hansısa keyfiyyətlər götürsün. Başqa sözlə, insanın ibadətinin anlamı odur ki, o özünün yetmədiyi, özündə olmayan, özündən qıraqda olan bir idealla ünsiyyətdə olsun, o ideala doğmalaşa bilsin, o idealdan etkilənə bilsin. Bu cür ibadət bizim toplumumuz üçün bir az başqa bir anlam daşıyır. Başqa xalqlar ibadəti öz dilində edir, Tanrısı ilə, idealı ilə öz dilində ünsiyyətə gedir, dua edir. Ancaq türklər Tanrısı ilə başqa dildə qonuşur, başqa dildə dua edir, başqa dildə ibadət edir. Ardını oxu »

Xaliq Bahadır. Kim kimdir: demişlə deyənin tutuşdurması

(bilim-texnologiya)

Ərdoğan demişdi: “İmam  hatip oxulları bu ölkənin, bu millətin göz bəbəyi olacaqdır”. Dedi, etdi: 21 illik hakimiyəti boyunca sivil oxulları qapadaraq Türkiyədə 20 mindən artıq (iyirmi mindən artıq!) Imam hatip oxulları- mollaxanalar  açdı.
M.K.Atatürk deyir: “Millətimizin politik, sosial yaşamında, onun qavrayış eyitimində yolgöstərənimiz bilim (elm), texnika olacaqdır”.
“Türk millətinin yürüməkdə olduğu irəliləyiş, sivilizasiya yolunda, əlində, başında tutduğu məşəl qabaqcıl bilimdir”.
“Bilim, texnika haradadırsa, biz də orada olcaq, onu millətin bütün bireylərinin beyninə yeridəcəyik. Bilim, texnika üçün hansısa sınır yoxdur”. Ardını oxu »

Soylu Atalı. Yazılan qanunlar, yazılmayan qanunlar

Ürəyinizdə Ata Günəşi olsun!
Bəzən bir adam humanist bir işi görəndə “yazılmayan qanunlar da var” deyər. Buna istəyirəm aydınlıq gətirəm. Hardan qaynaqlanır bu söz, nə deməkdir?! – Qanunları kimlərin yazdığına baxsaq, “Yazılmayan Qanunlar”ın nə demək olduğunu daha yaxşı aydınlaşdıra bilərik. Toplumun birgəyaşayışında başlıca olaraq, siyasi, ruhani qanunlar rol oynayır. Siyasi qanunları dövlət yönətimi formalaşdırır, ruhani qanunları isə din-inanc sistemi. Din-inanc sistemində qanunları ruhaniyyat yaradıcıları oluşdurur. Onlar bu qanunları Tanrının göstərişi ilə yazdıqlarını deyirlər.  Onlar, yəni Buddizm, Xristiyanlıq, İslam i.a. Bunların hər biri insanın birgəyaşayışını necə düşünüblərsə, o cür də ona yön verməyə çalışıblar. Ardını oxu »

Xaliq Bahadır Bir daha Şahbaz Xuduoğlunun “tərcümə” kitabları ilə bağlı

Evimizin yaxınlığındakı kitab mağazasına getmişdim. Kitablara baxırdım. Qarşıma belə kitab çıxdı: “Şüuraltının gücü”. Çoxdankı alışqanlığımla düşündüm: “Türkcəmizdə belə olmalıdır: “Bilincaltının gücü”. Bu, məndə açun dillərinin ən gözəli, ən dolğunu, ən yetkini olan gözəlim Türk dilinə sonsuz sevgidən qaynaqlanan alışqanlıqdır: tək kitab mağazalarında deyil, şəhəri gəzəndə də gördüyüm yad sözləri dilimizə çevirir, sonra da dilimizin özümlü gözəlliyinin dadını çıxarıram. Bilirəm, indiki ağalığa bağlı pul düşkünlüyündən belə görsənişlər kimlərəsə bayağı görünə bilər, qoy olsun. Ardını oxu »

Soylu Atalı. Ocağın ölümsüzləşən “Bağban”ı

Asif Ata deyirdi: “Ocaq heç bir planda, proqramda olmayan bir olaydır”.
Başlanğıcda Asif Atanın istəyi ruhaniyyat yaratmaq deyil, milli dövlət yaratmaq idi. Ancaq milli dövləti yaratmağa insan gərəkirdi – satmayan, satılmayan, millətə, dövlətə, insanlığa xəyanət etməyən. Asif Atanın bu işi gerçəkləşdirmək istədiyi çağlar milli düşüncənin, demək olar, susdurulduğu bir dövr idi. Sovet imperiya maşını milli düşüncələrin qətliamını davam eləməyə hazır dayanmışdı. Ardını oxu »

Xaliq Bahadır Bəxtiyar Hacıyev: baş tutan tələ

 

Bəxtiyar Hacıyevlə bağlı bir sıra bilgilərim olduğundan tutuqlu olduğu dönəmdə onun yararına geniş yazı yazmadım. Ancaq bütünlüklə susqunluq da sərgiləmədim. Insan hüquqları baxımından yanaşmaqla kiçik statuslar yazdım: Bəxtiyara özgürlük!
“Tutuqlu olduğu dönəmdə”,- o indi də tutuqludur. Onunla bağlı içdə də, dışda da çoxlu çağırışlar yayılmaqdadır: tutsaqlıqdan çıxarma çağırışları. Sözsüz, bunlar hamısı gərəkdir, gərəkli çağırışlardır. Bir ucu ABD-nin keçmiş dövlət katibi Hilları Klintona gedib çıxan o çağırışlara qarşılıq olaraq rejim özünün KQB resurslarını işə salaraq Bəxtiyarla bağlı kompromat xarakterli videosessiya yayımladı. Ardını oxu »

Soylu Atalı Ölümün qarasına

Xalqımızın ulusal gələnəklərindən, daha doğrusu, bayram gələnəklərindən ən ucası Yaz Bayramıdır – Xızır ruhunun Doğa ilə bütövləşdiyi bir bayram. Bu bayram – bizi ölənlərimizin ruhu ilə doğmalaşdıran, onların varlığını sevincimizə, sevgimizə qaytaran qutsal bir gələnəkdir. Doğrudur, son çağlar bu bayramın özünün ruhu da öləziyib. Dadlı biş-düşlərdən çox da dərinə getməyən bir durumda gerçəkləşir. Ancaq bizim yaddaşımızda bu bayram daha anlamlı, sevincli, xatirəli qalıbdır. Bir çağlar Yaz Bayramı gələndə bütün el-oba tonqallar işığına bürünərdi. Hər evdə diləklər tonqallara çevrilərdi. Yaxın keçmişdə ölənlərin hər birinin adına ayrıca tonqal çatılardı. İşıqlanırdı ruhu, xatirəsi ölənlərimizin. İndi çox həyətlərdə tonqal qalanmır. Qalayanlar isə bircə tonqalı yetərli sayır. Ölənlərin adını tutmaları, ruhunu anmaları varmı, yoxmu, bəlli deyil. Biz də bircə tonqal çatırıq. Ancaq ölənlərimizin adını tutur, xatirələrini yad edirik… Ardını oxu »

Xaliq Bahadır Başına gələn başmaqçı olmaya da bilir- bizim kimi

BMT yanında beynəlxalq məhkəmə Laçın koridorunu Azərbaycanın yubanmadan açmalı, ermənilərin özgürcə gediş-gəlişini qarantiyalamalı olduğu ilə bağlı qərar çıxardı. Bu qərara uyğun olaraq fevralın 20-dən Azərbaycanla qondarma “Ermənistan” arasında sınırlarda, belə desək, Avropa jandarmeriyası dayanır. Dayanır, “yazıq erməniləri Azərbaycanın saldırıılarından qorumaq üçün”. Elə o məhkəmə Azərbaycanın ermənilərə qarşı olan suçlamasını yersiz sayıb. Bu iki faktı Erməni diplomatiyasının uğuru, Azərbaycan diplomatiyasının uğursuzluğu saymaq olar. Burada bir neçə faktorun rolu var. Onlardan biri Paşinyan-İlham Əliyev faktorudur. Ardını oxu »

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv