Asif Ata. Özüylədöyüş və Özüyləbarışma
Həyatda insan özüylə döyüşür, ancaq bu döyüşdə tam qələbə qazanmır, son nəticədə özüylə barışır. Özüyləbarışmada o, gerçəkliyin məntiqinə əsaslanır. “Yırtıcı olmasam, yaşaya bilmərəm, məni parçalayarlar” – deyir. “Xudbin olmasam, yaşaya bilmərəm, başqasının əsarətinə düşərəm” – deyir. “Şəhvəti sevməsəm, yaşamaram, çünki həyat – cismani nəşələnməkdir” – deyir. “Şöhrəti sevməsəm, yaşamaram, çünki həyat özünütəsdiqdir” – deyir. “Yalana […]
Başsağlığı
Asif Atanın Mütləqə İnam Ocağı Ocaqdostu, Güney Azərbaycan aydını Ağşın Ağkəmərlinin ölümü ilə bağlı ailəsinə, millətimizə başsağlığı verir. Evindən işıq əskilməsin. Balalarında yaşasın. Yurdu, Ulusu var olsun.
Asif Ata. Dostluq – Düşmənlik
Həyatda ən yüksək dostluq belə, mütləq səviyyəyə qalxmır. Bu səbəbdən də həyatdakı ən böyük dostluqda belə düşmənlik yaşayır. Əgər insan xudbinlik eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən azad deyil. Əgər insan həsəd eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən azad deyil. Əgər insan mənfəətpərəstlik eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən […]
Ağşın Ağkəmərli. Yolçu yolda gərək
1965-ci ildə 5 yaşında kənddə məktəbə getmişəm. Bütün dərslər fasca olduğuna görə heç nə başa düşmürdüm. Təkcə mən yox, heç kim heç nə başa düşmürdü. Ancaq məni başqalarından fərqləndirən bir şey vardı, – şeiri bir dəfə eşitməklə öyrənirdim, daha doğrusu, sözlərini əzbərləyirdim. Atam hər ilin qış aylarında kəndə gəlirdi. 1-2 ay qalandan sonra evə gərək […]
Soylu Atalı. Türkün qədim ABEsi (Tamğası)
90-cı illərdə Asif Atadan eşitdiyimiz başlıca qonulardan biri millətimizin öz abesinin, (əlifbasının) olması ilə bağlı idi. Ancaq abenin yaranması hər addımda baş tuta bilən asan bir məsələ deyil. Bu üzdən axtarışlar bizi Orxon-Yenisey yazılarının üzərinə aparıb çıxardı. Bəllidir ki, ərəblərin türkləri mənəvi-ruhani işğal eləməsinə qədər türklər arasında bu abe qullanılmışdır. İşğaldan sonra qədim türk abesi […]
Paşa Talıblı. Şeirlər
Dekabr 5th, 2023
admin
Xaliq Bahadır. Onlar bizi satdılar
Noyabr 19th, 2023
admin Düz 20 il öncə, 15 oktyabr prezident seçkisindən az sonra, yazılmış bir yazı.İyirmi il boyunca onu dönə-dönə paylaşmaq istəmiş, son anda düşünüb-daşınıb əl saxlamışam. “Bəlkə, birləşdilər, bəlkə, nəsə etdilər”,- düşüncəsidemokratik dəyərlərə özgü XALQIN BİLMƏK HÜQUQUNA uyğun paylaşım istəyinə üstün gəlib.Qaş düzəltmək istəyən yerdə gözü vurub çıxarmaqdan qorxub-çəkinmişəm.Düşünürəm: daha ortadaulusal çıxarlara bağlı elə bir çəkindirici nəsə qalmayıb- “müxalifət lideri” adına yiyələnənlər reyestr müxalifətinə dönüşüblər. Onlar kimlərdir? Çoxluq olaraq azman Xalq hərəkatından, o Hərəkatın törəməsi olan AXC-dən (AXC hakimiyətindən) KQB hakimiyəti doğuzduranlar. Ardını oxu »
Soylu Atalı. Qarabağ Düyünü açılmayıb
Noyabr 19th, 2023
admin Ürəyinizdə Ata Günəşi olsun!
Bu gün Azərbaycanın siyasi taleyində nələr baş verir?! – Bu məsələ ilə bağlı sosial şəbəkələrdə, televiziyalarda, mətbuatda eyforiya səviyyəsində bilgilər verilir. Hər kəs qələbə əhvalındadır. Hər kəs Qarabağ sorununun başa çatmasından danışır, çəkişmələrin bitməsindən danışır: Daha hər şey arxada qaldı, heç nə olası deyil, hər şey başa çatdı. Söz yox, bir vətən övladı olaraq, bir azərbaycanlı olaraq, mən də buna sevinərdim. Nəinki sevinərdim, biz elə bunu istəyirik. Ancaq gerçəkdən bu belədirmi, biz axıra qədər sevinə bilirikmi, bilərikmi?! – Bunu demək olduqca çətindir. Özünü aldatmaq çox pis şeydir. Bizim toplumumuz da hal-hazırda özünü aldatmaqla yola verir. Bəlkə də bu özünü aldatmaq qaçılmazdır, bəlkə də insanlar Qarabağ, Qarabağ çevrəsində gedən sorunlardan usanıb, yorulub tükəniblər, bəlkə də bu məsələni dartışmaq, çək-çevir eləmək istəmirlər. Mümkündür. Ancaq kimin nə istəyib nə istəməməyindən asılı olmayaraq, bizi çevrələyən gerçəkliklər var, dünyada baş verən olaylar var, Azərbaycanın çevrəsində, taleyində gedən proseslər var. Bunlara ayıq baxmaq gərəkdir. Təbliğat qururlar, təbliğatı kimə, nəyə hesablayırlar özləri bilər. Bu da yanlış bir məsələdir. Bizimkilər gerçəkdən elə bilirlər ki, erməni ilə döyüşürlər. Bu erməni adlı çürük bir toplum bizim millətin gözünün odunu alıb sanki. Onların bütün davranışları, elədikləri nə varsa hamısını elə onun özünün ayağına yazır, ermənilikdən də qırağa çıxmır. Ardını oxu »
Başsağlığı
Noyabr 16th, 2023
admin Asif Atanın Mütləqə İnam Ocağı dəyərli aydın, türkoloq Arif Acaloğlunun qəfil ölümü ilə bağlı ailəsinə, yaxınlarına, dostlarına dərin hüznlə başsağlığı verir.
Balalarında, Yurdunda, Ulusunda yaşasın!
“Matəm üstə Mütləqlə Təmas”
Ölən – Əzəlidə qalır.
Əbədidə qalır.
Sonsuzda qalır.
Kamildə qalır.
Üzlərdə qalır.
Gözlərdə qalır.
Dodaqlarda qalır.
Xalqda qalır.
Ölən – Gerçəklikdən gedir – Mənada qalır.
Xaliq Bahadır. Atatürk
Noyabr 16th, 2023
admin Qurtuluş savaşı başa çatmış, ölkədə yeni bir dönəm başladılmışdı. Bu dönəmin başında Qurtuluş savaşının başında durmuş Kamal Atatürk dururdu.O, ordu komandanından yeni yaratdığı Türkiyə Respublikasının başqanına dönsüşmüşdü.
Atatürkün qurduğu Respublika 9 özülə dayanırdı1.Cümhuriyərin bildirilməsi; 2.Xəlifəliyin qaldırılması; 3.Şəriə.ıtin qaldırılması; 4.Mədrəsələrin, Təkkələrin qaldırılması; 5. Sarığın, fəsin qaldırılması, şapka geyilməsi; 6. Hakimiyət millətindir; 7. Türkiyə Böyük Millət Mclisinin dışında hansısa qurum millətə ağalıq edəməz.Bütün yasaların yapılmasında, türlü yönətim örgütlərində, yönətimin bütün bölümlərində, genəl eğitimdə, ekonomidə, milli əgəmənlik ilkələriylədavranılacaqdır. 9.Səltənətin qaldırılması qonusundaki qərar, dəyişməz yasa buyruğudur. Ardını oxu »
Asif Ata. Nəşəli Dünya
Noyabr 16th, 2023
admin Müqəddəsliyə tapınmaq nəşəsi, İdrak nəşəsi, analıq nəşəsi, cəngavərlik nəşəsi, təbiətə qovuşmaq nəşəsi, ehtizaz nəşəsi, özündənkeçmə nəşəsi, vətənsevərlik nəşəsi, qələbə nəşəsi, özüylədöyüş nəşəsi, ruhani paklıq nəşəsi, gənclik nəşəsi, eybəcərliyə nifrət nəşəsi, şərlə dava nəşəsi, xoş xəbər nəşəsi, gözəlliyə heyranlıq nəşəsi, xalqsevərlik nəşəsi, ucalığa can atmaq nəşəsi, ucalıqda yaşamaq nəşəsi, ilk addım, ilk söz, ilk görüş, ilk dərs, ilk sevinc nəşəsi, sədanın sədaya, duyğunun duyğuya qovuşmaq nəşəsi, gecə sehrinin, səhər təravətinin yaratdığı nəşə, dostluğun, həmdəmliyin nəşəsi, təravət, səxavət, ədalət nəşəsi, qədimliyə, tarixə, adət-ənənəyə sədaqət nəşəsi, xilaskarlıq, məlhəmlik, mərhəmlik nəşəsi, həqiqəti tapmaq, həqiqətçün döyüşmək nəşəsi, Ardını oxu »
Xaliq Bahadır. Şeytan dəyirmançıları
Noyabr 8th, 2023
admin Surət Hüseynov–“suç keçisi”
Surət Hüseynov getdi, yoxluğa vardı, bitdi, qurtardı. Sosial şəbəkə söyüşlə doldu. Ən pisi isə bu söyüş xoruna bir sıra jurnalistlərin də qatılmağı oldu. Bunlar daha çox hakimiyətlə müxalifət arasında var-gəldə bulunan özgüdükçü jurnalistlər idi. Guya bu xalqı, bu ölkəni, bu dövləti çox sevirmişlər, Surət isə “satqın”, “vətən xaini” imiş. Bildiyimiz kimi, belə düşüncə, belə baxış xalq arasında da geniş yayılıb. Ardını oxu »
Asif Ata. Kədərli Dünya
Noyabr 3rd, 2023
admin Zülmət görürəm – kədərlənirəm, zillət görürəm – kədərlənirəm, yadlıq görürəm – kədərlənirəm, yalan görürəm – kədərlənirəm, naşılıq, hərcayilik, miskinlik görürəm – kədərlənirəm, ananı balasından, duyğunu ürəkdən, hikməti sözdən, insanı Mütləqdən ayrı salırsan, izzəti azaldıb, möhnəti artırırsan, məhəbbət çayını bulandırırsan, ülvilik bulağını qurudursan, möhtəşəmliyi parçalayırsan, mətanəti sındırırsan, məlahəti soldurursan, körpəliyin paklığına, gəncliyin hərarətinə, yetkinliyin rəvanlığına, qocalığın müqəddəsliyinə qəsd edirsən; torpağı çürüdürsən, arzuları gözdə qoyursan, ədaləti ədalətsizə, gözəlliyi eybəcərliyə, alini naqisə tapşırırsan, ürəklərdə iblisə yer verirsən, xalisi ağladırsan, xəbisi güldürürsən, göz yaşıyla suvarılırsan, Dünya! Ardını oxu »
Günev Atalı. Ümidləşən İnamım
Oktyabr 22nd, 2023
admin
Mütləqim, Müqəddəsim, Ulu Peyğəmbərim Asif Ataya – İnam Ataya Ali Səcdə ilə!
İnamla yaşamaq – hüdudsuz fərəhimdir!
Yaşamın dəyişə biləcək imkanına ümidimdir.
Asif Atanın, Mütləqə İnam Ocağının, Ocaq Evladlarının bir ömür zəhmətlərinin boşuna getməyəcəyini görümümdür.
Atdığım hər addımın bəhrə verəcəyi mənə bəri başdan gün kimi aydındır. Dünyadakı Mütləqi görürəm, Mütləq öz əlamətləriylə üzümə gülür, balam kimi babam kimi. İnsanın hüdudsuz imkanlarını görürəm: – Qorqudların, Babəklərin, Zərdüştlərin, Nəsimilərin, Asif Atanın, Soylunun gerçəkləşən yaşamlarında.
Ocaq mühitini düşünəndə içim gülür, səcdəli münasibət, heyranlıq, səmimiyyət görürəm. Görənin buna həsrətini gördükcə düşüncə selinə qərq oluram. Ehtizaz, vəcd gəlir ömrümə, haray çəkmək eşqilə doluram. Böyük ümidlərlə evdən çıxıram. Uca söz deyirəm, göstərirəm İnamlı yaşamağın yönünü, özünə yetməyin gözəlliyini, böyüklüyü görməyin gərəkliyini, vurğunluğun ifadəsini, özüylədöyüşün dağlar qədər, göylər qədər ucalığını, dərələr qədər dərinliyini, ruhun təlatümünü, narahat ömrün, gərgin yaşamağın sevincli anlamını. Yaşamın sevincini, yenidən doğulmağın məsuliyyətini, insani sorunlara qarşı sorumluluğun ömrə gəlməsini… Ardını oxu »
Asif Ata. Sevincli Dünya
Oktyabr 10th, 2023
admin Günəş görürəm – sevinirəm, səma görürəm – sevinirəm, müqəddəs analıq, möhtəşəm atalıq, zərif ürək görürəm – sevinirəm, Mütləqə can atmaq ehtiyacı görürəm – sevinirəm, məhəbbət görürəm, mərhəmət görürəm, həqiqət görürəm – sevinirəm, körpə dil açır – sevinirəm, ulduz göydən boylanır – sevinirəm, səhər açılır – sevinirəm, ürəklərdə arzu doğur – sevinirəm, yollar yollara calanır – sevinirəm, Ardını oxu »




