Zərdüşt Əsilliyik – İşıqçılıq həsrətlisiyik.
Qaranlığa alışmadıq, «20 Yanvar» yaratdıq.
Babək Əsilliyik – Azadlıq həsrətlisiyik.
Əsarətə dözmədik – «20 Yanvar» yaratdıq.
Dədə Qorqud Əsilliyik – Mərifət təşnəsiyik.
Təhqirə dözmədik – «20 Yanvar» yaratdıq.
Nəimi–Nəsimi Əsilliyik – Daxili Kamillik həsrətlisiyik.
Cəhalətin zülmünə dözmədik – «20 Yanvar» yaratdıq.
Füzuli Əsilliyik – Aşiqlik pərəstişkarıyıq.
Həyasızlıq təqibinə dözmədik – «20 Yanvar» yaratdıq.
Muğam Əsilliyik – İlahi Yolçuluq həsrətindəyik.
Saxtakarlığın fatehliyinə dözmədik – «20 Yanvar» yaratdıq. Ardını oxu »
Asif Ata. Özüylədöyüş və Özüyləbarışma
Həyatda insan özüylə döyüşür, ancaq bu döyüşdə tam qələbə qazanmır, son nəticədə özüylə barışır. Özüyləbarışmada o, gerçəkliyin məntiqinə əsaslanır. “Yırtıcı olmasam, yaşaya bilmərəm, məni parçalayarlar” – deyir. “Xudbin olmasam, yaşaya bilmərəm, başqasının əsarətinə düşərəm” – deyir. “Şəhvəti sevməsəm, yaşamaram, çünki həyat – cismani nəşələnməkdir” – deyir. “Şöhrəti sevməsəm, yaşamaram, çünki həyat özünütəsdiqdir” – deyir. “Yalana […]
Başsağlığı
Asif Atanın Mütləqə İnam Ocağı Ocaqdostu, Güney Azərbaycan aydını Ağşın Ağkəmərlinin ölümü ilə bağlı ailəsinə, millətimizə başsağlığı verir. Evindən işıq əskilməsin. Balalarında yaşasın. Yurdu, Ulusu var olsun.
Asif Ata. Dostluq – Düşmənlik
Həyatda ən yüksək dostluq belə, mütləq səviyyəyə qalxmır. Bu səbəbdən də həyatdakı ən böyük dostluqda belə düşmənlik yaşayır. Əgər insan xudbinlik eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən azad deyil. Əgər insan həsəd eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən azad deyil. Əgər insan mənfəətpərəstlik eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən […]
Ağşın Ağkəmərli. Yolçu yolda gərək
1965-ci ildə 5 yaşında kənddə məktəbə getmişəm. Bütün dərslər fasca olduğuna görə heç nə başa düşmürdüm. Təkcə mən yox, heç kim heç nə başa düşmürdü. Ancaq məni başqalarından fərqləndirən bir şey vardı, – şeiri bir dəfə eşitməklə öyrənirdim, daha doğrusu, sözlərini əzbərləyirdim. Atam hər ilin qış aylarında kəndə gəlirdi. 1-2 ay qalandan sonra evə gərək […]
Soylu Atalı. Türkün qədim ABEsi (Tamğası)
90-cı illərdə Asif Atadan eşitdiyimiz başlıca qonulardan biri millətimizin öz abesinin, (əlifbasının) olması ilə bağlı idi. Ancaq abenin yaranması hər addımda baş tuta bilən asan bir məsələ deyil. Bu üzdən axtarışlar bizi Orxon-Yenisey yazılarının üzərinə aparıb çıxardı. Bəllidir ki, ərəblərin türkləri mənəvi-ruhani işğal eləməsinə qədər türklər arasında bu abe qullanılmışdır. İşğaldan sonra qədim türk abesi […]
Soylu Atalı. 20 Yanvar Dərsi
Yanvar 20th, 2024
admin
Asif Ata. Gedimli Dünya
Yanvar 15th, 2024
admin İşığın bəbəkdən getməsi, çiçəyin çəməndən getməsi, sevginin sevdadan getməsi!
İlhamın duyğudan getməsi! Ümidin ürəkdən getməsi! Heyrətin gözlərdən getməsi! Mütləqin mənəviyyatdan getməsi! Eşqin hissiyyatdan getməsi! Doğmalığın səsdən getməsi!
Ağacın qırılması! Çayların quruması! Gözəlliyin solması! Bədənin məzara qoyulması!
Həsrət gedişi! Hiddət gedişi! Məqam, gün, ay, il gedişi! Yolların yollardan ayrılması! Biçimin məzmundan ayrılması! Övladın anadan ayrılması! Aşiqin məşuqdan ayrılması! İdrakın ehtizazdan ayrılması! Könülün Müqəddəslikdən ayrılması! Tarixin qədimlikdən ayrılması! Vicdanın əməldən ayrılması! Budağın kökündən ayrılması! Gözəlliyin saflıqdan ayrılması! Sözün həqiqətdən ayrılması! Şöhrətin ləyaqətdən ayrılması! Ömrün gənclikdən ayrılması! Qocalığın ağsaqqallıqdan ayrılması! Məhəbbətin qüdsiyyətdən ayrılması! Möhtəşəmliyin mərhəmətdən ayrılması!
Rəyasətin ruhanilikdən ayrılması! Vüsalın həsrətdən ayrılması! Qadınlığın mənəvi zəriflikdən ayrılması! Səsin könüldən, nəfəsin sinədən, insanın Vətəndən ayrılması! Durnanın qatardan, ağacın meşədən ayrılması! İgidin cərgədən ayrılması! Ardını oxu »
Günev Atalı. Millilik və İnsanilik
Yanvar 6th, 2024
admin Millət öz keyfiyyətləri ilə yaranır, var olur. O keyfiyyətləri onun əlindən alanda millət assimilyasiyaya uğrayır. Millət keyfiyyətlərini itirəndən sonra yaratdıqları təməlsiz olur. O nə yaradırsa, özgələrə yarayır. Ən böyük özgələşməyimiz ərəblərin yurdumuza yürüşüylə başladı. Onda biz kimliyimizi itirməyə başladıq. Təbii ki, özümüzün səhvlərimiz özgələrin göstərdiyi basqıdan az olmayıb. Özümüzə arxa durmamışıq. Dəyərimizə sahib çıxmamışıq. Ona görə də azadlığımızı əlimizdən aldılar. Bir milləti özünə yadlaşdıranda onun yenidən özünə gəlməsi üçün yüzillər gərək olur.
Dərindən baxanda bəlli olur ki, biz allahı əlindən alınmış millətik həm də. Bizə allah verdilər, kölələşdik, Mütləqiliyimizi itirdik. O keyfiyyətlər ki, xalqda minillərlə formalaşır, ona yiyə durmayanda özgələr bir anın içində məhv eləyə bilirlər. Özümüzə yadlaşandan sonra hər şeyimizi zorla formalaşdırıblar. Bax, indi Asif Ata bizim içimizi bərpa eləmək qüdrəti ortaya qoyub. Millətin millət kimi formalaşması üçün öz içində yaranan dəyəri qəbul etmək səviyyəsinə qalxmalıdır… Ardını oxu »
Asif Ata. Gəlimli Dünya
Yanvar 1st, 2024
admin İşıq gəlişi, Səhər gəlişi, Günəş gəlişi, Yağış gəlişi, Hicran gəlişi, Vüsal gəlişi, Ana gəlişi, Ata gəlişi, Fikir gəlişi, Bulaq gəlişi, Ümid gəlişi, İnam gəlişi, Həya gəlişi, Qeyrət gəlişi, etiqad gəlişi, qollara qüvvət, idraka vəcd, torpağa bərəkət gəlişi.
Yenidən doğulanların dünyaya yenidən gəlişi, arzu gəlişi, şəfqət gəlişi, ruhani heyrət gəlişi. Ali söz, ülvi kəlam gəlişi, ömrə məna, taleyə rövnəq gəlişi. Aşiq gəlişi, yüksək səda gəlişi, müqəddəsliyə səcdə gəlişi, qəhrəmanlıq, fədakarlıq gəlişi, imtina gəlişi. Dağlara qar gəlişi, yollara yolçu gəlişi, səmaya ulduz gəlişi, doğma səs, doğma söz gəlişi.
Qıza cazibədarlıq, kişiyə əzəmət gəlişi. Ana qucağına bala gəlişi. İlk addım, ilk sevinc, ilk arzu gəlişi. Ardını oxu »
Paşa Talıblı. Şeirlər
Yanvar 1st, 2024
admin
Soylu Atalı. Zəkanın demədikləri
Yanvar 1st, 2024
admin (Fridrix Nitşenin “Antixrist” kitabına yönəlik düşüncələr)
Bu günlərdə Fridrix Nitşenin “Antixrist” kitabını oxudum. Kitabın dilimizdə hazırlanmasında əməyi olanlara sayğımı sunuram. Ancaq həm də ərk edib irad bildirmək istəyirəm. Nə çevirən, nə də redaktor yerində olmayıb. Sətri çevirmə olduğundan məzmun o qədər dolaşır, düşüncələri tutmaq çətin olur. Cümlələr uzun, cümlə üzvləri bir-birinin yerinə keçir. Bir sözlə, kitab oxunaqlı durumda deyil. Bununla belə, çətinliklə olsa da, kitabı oxudum. Ardını oxu »
Paşa Talıblı. Arif Acaloğluna
Dekabr 25th, 2023
admin Qaranlıq üçün güzgü…
…qaranlıqlar heç nə demir,
deyəcəyi heç nə yoxdu?
…ümiddisə, niyə susur,
sükutdusa, niyə çoxdu?
…nə dili var, nə ağızı!
Uydurmasımı ağılın?..
Nə qədər getsən də gəlmir
bu qaranlığın axırı. Ardını oxu »
Asif Ata. Əzablı Dünya
Dekabr 21st, 2023
admin Naşılığın verdiyi əzab, xəbisliyin verdiyi əzab, həqiqətsizliyin, ədalətsizliyin verdiyi əzab, şəhvaniliyin, heyvaniliyin verdiyi əzab, biganəliyin, riyakarlığın, yüzsifətliliyin verdiyi əzab, xeyir libası geyinmiş eybəcərliyin, müqəddəslik libası geyinmiş qəbahətin, qədimsizliyin, qədirsizliyin verdiyi əzab, özündənayrılmanın, özünə yad olmanın, özünün əksinə çevrilmənin verdiyi əzab, miskinliyin, zəlilliyin, köləliyin verdiyi əzab, qadınlaşan kişiliyin, kişiləşən qadınlığın verdiyi əzab, əşyalaşan canlıların, canlılaşan əşyaların verdiyi əzab, qeyrətsizlik, ismətsizlik fəlakətinin verdiyi əzab, yalançı peyğəmbərliyin, qarabaş xanımlığın, gəda bəyliyin verdiyi əzab, yırtıcılıq hərisliyinin, maddi nemət əsirliyinin verdiyi əzab, ruhaniliyə yadlıq dəhşətinin verdiyi əzab, böyüklüyün kiçikliyə, yüksəkliyin alçaqlığa möhtaclığından yaranan əzab, balıqların pıçqıllanmasından yaranan əzab, möhtəşəm ədaların, biçimlərin miskin mahiyyəti Ardını oxu »
Paşa Talıblı. Şeirlər
Dekabr 15th, 2023
admin Bir sevda ver mənə, Tanrım…
Bir sevda ver mənə, Tanrım,
mənə bir, mənə bir sevda!
…aya bir, ilə bir vermə;
günə bir, günə bir sevda!
…bir sevda ki, dərd elə ver!
…bir dərdini dörd elə ver!
…ələklə ver, irdələ ver
dənə bir, dənə bir sevda! Ardını oxu »
Soylu Atalı. Dairələr
Dekabr 14th, 2023
admin Asif Atanın “Dairələr” başlığı altında deyimi var: “Bəşər dairəyə düşüb, çıxa bilmir – Kapitalizm- Sosializm dairəsinə; Din-Ateizm dairəsinə; Totalitarizm- Demokratiya dairəsinə”.
Məncə, bu dairələr bəşəriyyətin ruhaniyyatsızlıq sorunundan əmələ gəlir. Ya da nisbi ruhaniyyatçılıq sorunundan oluşur. Asif Atanın İnsanlıq ölçüsünə görə nisbi ruhaniyyatçılıq da elə ruhaniyyatsızlıq deməkdir. İnsanlığın ölçüsünə görə nisbilik anlayışı, yəni dəyişkən, yarımçıqlıq elə yoxluğa bərabərdir. Nisbi həqiqət – yarımdoğru deməkdir. Ardını oxu »




