Sosial şəbəkələrdə bir sıra çağdaş türkçülərin türkçülüyü köhnəliyə dayanıq görsənişlərdir. Məsələn, ən çox yayılan şəkillər sırasında bozqurddur, əynində zirehli geyim, əlində topuz, qılınc, nizə tutan, at belində qorxunc baxışlarla baxan qıpçaq soylu kişilərin şəkilləridir, yayı dartıb ox fırladan gözəgəlimli qız şəkilləridir, bir-birini acımasız olaraq doğrayan döyüş şəkilləridir. Eləcə də, dəlisayaq görkəmdə şaman şəkilləri i.a. Bu təbliğatlarla doğrudanmı türklüyün dirilişini başa gətirmək olar?! – Sanmıram. Dünyaya bununla nə mesaj ötürülür, axı türklük nə deməkdir, türk kimdir?! – Birinci, bəşəriyyət totemizm çağını çoxdan adlayıb. Çağdaş soydaşlarımız türklüyü totemizmlə “diriltməyə” qayıdır. Yay, ox, qılınc, nizə artıq muzeylərdə saxlanılır. Çağdaş soydaşlarımızın şüuru muzeylərə yönəlir.
Şamanizm bəşəriyyətin ən ilkin (ibtidai) inanc növü olan animizmin qalığıdır. Çağdaş soydaşlarımız animizm sevdası ilə millətləşmə aşaması keçmək istəyir. Ardını oxu »
Asif Ata. Özüylədöyüş və Özüyləbarışma
Həyatda insan özüylə döyüşür, ancaq bu döyüşdə tam qələbə qazanmır, son nəticədə özüylə barışır. Özüyləbarışmada o, gerçəkliyin məntiqinə əsaslanır. “Yırtıcı olmasam, yaşaya bilmərəm, məni parçalayarlar” – deyir. “Xudbin olmasam, yaşaya bilmərəm, başqasının əsarətinə düşərəm” – deyir. “Şəhvəti sevməsəm, yaşamaram, çünki həyat – cismani nəşələnməkdir” – deyir. “Şöhrəti sevməsəm, yaşamaram, çünki həyat özünütəsdiqdir” – deyir. “Yalana […]
Başsağlığı
Asif Atanın Mütləqə İnam Ocağı Ocaqdostu, Güney Azərbaycan aydını Ağşın Ağkəmərlinin ölümü ilə bağlı ailəsinə, millətimizə başsağlığı verir. Evindən işıq əskilməsin. Balalarında yaşasın. Yurdu, Ulusu var olsun.
Asif Ata. Dostluq – Düşmənlik
Həyatda ən yüksək dostluq belə, mütləq səviyyəyə qalxmır. Bu səbəbdən də həyatdakı ən böyük dostluqda belə düşmənlik yaşayır. Əgər insan xudbinlik eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən azad deyil. Əgər insan həsəd eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən azad deyil. Əgər insan mənfəətpərəstlik eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən […]
Ağşın Ağkəmərli. Yolçu yolda gərək
1965-ci ildə 5 yaşında kənddə məktəbə getmişəm. Bütün dərslər fasca olduğuna görə heç nə başa düşmürdüm. Təkcə mən yox, heç kim heç nə başa düşmürdü. Ancaq məni başqalarından fərqləndirən bir şey vardı, – şeiri bir dəfə eşitməklə öyrənirdim, daha doğrusu, sözlərini əzbərləyirdim. Atam hər ilin qış aylarında kəndə gəlirdi. 1-2 ay qalandan sonra evə gərək […]
Soylu Atalı. Türkün qədim ABEsi (Tamğası)
90-cı illərdə Asif Atadan eşitdiyimiz başlıca qonulardan biri millətimizin öz abesinin, (əlifbasının) olması ilə bağlı idi. Ancaq abenin yaranması hər addımda baş tuta bilən asan bir məsələ deyil. Bu üzdən axtarışlar bizi Orxon-Yenisey yazılarının üzərinə aparıb çıxardı. Bəllidir ki, ərəblərin türkləri mənəvi-ruhani işğal eləməsinə qədər türklər arasında bu abe qullanılmışdır. İşğaldan sonra qədim türk abesi […]
Soylu Atalı. Türkləşmənin Yanlışları
Fevral 4th, 2024
admin
Asif Ata. Çirkin Dünya
Fevral 4th, 2024
admin Köləlik çirkinliyi. Zəlillik çirkinliyi. Cəhalət çirkinliyi. Qəbahət çirkinliyi. Xəbislik çirkinliyi. Xəsislik çirkinliyi. Heyvanilik çirkinliyi. Şəhvanilik çirkinliyi. Fitnəkarlıq çirkinliyi. Riyakarlıq çirkinliyi. Hərislik çirkinliyi. Sünilik çirkinliyi. Yalan çirkinliyi. Xülya çirkinliyi. Xəyal çirkinliyi. Küdurət çirkinliyi. Qorxaqlıq çirkinliyi. Ruhsuzluq çirkinliyi. Həqiqətsizlik çirkinliyi.
Duyğu karlığı, idrak korluğu. Harınlıq vəhşiliyi, qan içmək vəhşiliyi, yadlıq, özgəlik vəhşiliyi, gözəlliyə, ülviliyə biganəlik vəhşiliyi! Hərcayilik əsarəti! Var-dövlət əsarəti! Əyri yol əsarəti! Cismani nəşə əsarəti! Bər-bəzək əsarəti! Təmtəraq əsarəti! Ardını oxu »
Paşa Talıblı. Şeirlər
Fevral 1st, 2024
admin Mən sözü torpağa gec əkdim bir az…
… ümidim olmadı bu gələn yaza,
mən sözü torpağa gec əkdim bir az.
Neylim, bu ümidnən çata bilmədim,
sözün meydanına gecikdim bir az.
Sözün meydanına gecikdim bir az,
elə hey “gecikdin” dedilər, neylim!
… yedilər payımı ümidyeyənlər,
bu yaz ümidimi yedilər, neylim!
Dedilər yeməkdən ümid yaxşıdı…
… bir əlim daş oldu, bir əlim yazan!
Mən sözü torpağa gec əkdim bir az…
… ümidim olmadı bu gələn yaza! Ardını oxu »
Asif Ata. Gözəl Dünya
Yanvar 29th, 2024
admin Ruh gözəlliyi. Sifət gözəlliyi. Günəş gözəlliyi. İlqar gözəlliyi. Ağıl gözəlliyi. Sevda gözəlliyi. Səhər gözəlliyi. Kədər gözəlliyi. Arzu gözəlliyi. Qeyrət gözəlliyi. Çöl gözəlliyi. Yol gözəlliyi. Hicran gözəlliyi. Vüsal gözəlliyi. Gecə gözəlliyi. Duyğu gözəlliyi.
Analıq gözəlliyi. Bulaq gözəlliyi. Mütləqə qovuşmaq gözəlliyi. Amal gözəlliyi. Həsrət gözəlliyi. Fəryad gözəlliyi. Söz gözəlliyi. İmtina gözəlliyi. Özündənkeçmə gözəlliyi. Torpaq gözəlliyi. Ürək gözəlliyi. İlham gözəlliyi. İnam gözəlliyi. Yuxu gözəlliyi. Ardını oxu »
Aqşin Ağkəmərli. ANA…
Yanvar 27th, 2024
admin Qardan kəfən geyinmiş bir şəhər…
Təbriz – 1946-cı ilin son səhəri. Günəşin üzərini duman alıb. Sazaq adamı bıçaq kimi kəsir. Sular donub, asfalt şaxtadan cadar-cadar olub. Novdanlardan qəndil-qəndil buz sallanır. Dükan-bazar bağlı, dövlət binaları talanmış, yandırılmış, qapı-pəncərələri qırıq-sökükdür. Yollarda, səkilərdə donmuş meyitlər, su arxlarına atılmış kəsik başlar, qoparılmış qollar… Meydanlarda yandırılmış qalaq-qalaq kitablar, dar ağaclarından asılan fədailər. Bir sözlə, qardan kəfən geyinmiş bir şəhər…
Vətənimin üzərində gəzir ilan başlı qara buludlar…
Qorxu içərisində çalxalanan şəhər gecələr qaranlıq çarşabını çəkir başına. Şəhərdən qaça bilən qaçmış, qalan can dərdində bir küncə qısılmışdır. Hər gün şahın quldur dəstələri Milli hökumətin, tanınmış şəxsiyyətlərin və fədai əsgərlərin ovuna çıxır, evlərinə basqın edir, əllərinə keçəni qarət edir, körpələri öldürür, qız-gəlinlərə təcavüz edirdilər. Qadınların əllərini divara mismarlayıb, siqaretlə döşlərinə “Cavid Şah” yazırdılar. Tutulan fədailərin boynuna kəndirlə daş bağlayır, Acıçay körpüsündən suya tullayırdılar. Ardını oxu »
Soylu Atalı. Həyatla necə davranmalı
Yanvar 26th, 2024
admin İşin Ocaq yönü necədir, biz həyata nə dərəcədə bağlıyıq, bağlı olmalıyıqmı?! Biz həyata bağlılığı açıb qırağa qoymaqdan çox danışırıq. Ancaq həyata bağlılığı açıb qırağa qoymaq daha çox məcazi xarakter daşıyır, gerçək anlamda deyil. Yəni biz, həyatın bioloji cəhətlərinin bizim üzərimizdə hakim olmasını açıb qırağa qoyuruq. Həyatın bizim üzərimizdə ağa kimi davranması, bizim iradəmizi zorlaması, iradəmizin özümüzdən asılı olmaması kimi məsələlərə dirəniş göstəririk. Biz demirik ki, Ömürtay işləyir evinə pul qazanmalı deyil, ancaq əqidəni düşünməlidir, ya Nurtəkin, ya bir başqası, fərqi yoxdur. Yəni bizim hər birimiz işləməyə, ailə saxlamağa, evimizi dolandırmağa sorumluyuq. Bunu danmaq kimi bir hədəf ola bilməz. Ardını oxu »
Paşa Talıblı. Şeirlər
Yanvar 26th, 2024
admin Təzə bir şer yaz, qaraca oğlan…
(Emil Rasimoğluna)
*
… təzə bir şer yaz, Emil əfəndi!
… orda ayla, illə, burda müxtəsər,
köhnədən-təzədən…təzə bir şer!
Min il əhədimi kəsən dərdimin
bəlkə əhədini kəsə bir şer!
*
… təzə bir şer yaz, Emil əfəndi!
… fikirlər narıncı, cəhrayı rəngdə,
misralar körpətək day dura bilsin.
Elə yaz, şirinli-acılı olsun,
mənim ac könlümü doydura bilsin!
*
… təzə bir şer yaz, Emil əfəndi,
dirilik suyuna batır qələmi!
Sənə deyəcəyi çox sirlər qalır,
dizinin dibində otur qələmin.
Aqşin Ağkəmərli. Xoşbəxt sevgi xatirəsi
Yanvar 24th, 2024
admin Təhsilimlə bağlı Təbrizdən Bakıya gəlmişdim. Bir neçə öyrənci ilə Sovetski deyilən məhəllədə İsmət nənənin evində bir otaq kirələdim.
Bir gün səhər Zərgərpalan küçəsindən İçərişəhərə gedirdim. Xoş, ürəyəyatımlı küləkli hava vardı. Yol boyunca çinar ağacları Günəşin doğuşuna sanki sevindiklərindən rəqs edərək sağa-sola baş əyir, yarpaqları Günəşə “Xoş gəldin” deyirdilər. Əhvalım yaxşı idi, ağır-ağır addımlarımı daş döşəmələrin üstünə basa-basa irəliləyirdim.
O an qarşımdan bir qız keçdi. Gözləri gözlərimə sataşdı. Gözlərinin odundan içim alovlandı. O vaxta kimi belə bir hiss keçirməmişdim.| Ardını oxu »
Paşa Talıblı. Şeirlər
Yanvar 24th, 2024
admin
Asif Ata. 20 Yanvar
Yanvar 20th, 2024
admin Qərb Erməniləri Qorbaçovşinadan incimişdilər.
Moskva Erməniləri Qorbaçovşinadan incimişdilər.
Ermənistan Erməniləri Qorbaçovşinadan incimişdilər.
Balalarımıza güllə atılmalıydı.
Qorbaçovşina inciyənlərlə barışmalıydı.
Azərbaycan hökuməti özünün elan etdiyi suverenliyə elə inandı ki, özünü doğrudan da, müstəqil saydı və Mərkəzə diş qıcartdı.
Mərkəz də onun dişini qırıb qarnına tökdü.
Nəqliyyat Blokadaçılarına atıldı balalarımıza atılan güllə.Neftçalalılara atıldı. Ardını oxu »




