Həyatda ən yüksək dostluq belə, mütləq səviyyəyə qalxmır. Bu səbəbdən də həyatdakı ən böyük dostluqda belə düşmənlik yaşayır.
Əgər insan xudbinlik eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən azad deyil.
Əgər insan həsəd eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən azad deyil.
Əgər insan mənfəətpərəstlik eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən azad deyil.
Əgər insan xəbislik bəlasından tam xilas ola bilməyibsə – onun dostluğu düşmənlikdən azad deyil.
Əgər insan qorxu bəlasından tam xilas ola bilməyibsə – onun dostluğu düşmənlikdən azad deyil.
Əgər insan hərislik bəlasından tam xilas ola bilməyibsə – onun dostluğu düşmənlikdən azad deyil.
Əgər insan şöhrətpərəstlik bəlasından tam xilas ola bilməyibsə – onun dostluğu düşmənlikdən azad deyil.
Əgər insan şəhvətpərəstlik bəlasından tam xilas ola bilməyibsə – onun dostluğu düşmənlikdən azad deyil.
Əgər insan hakimiyyətpərəstlik bəlasından tam xilas ola bilməyibsə – onun dostluğu düşmənlikdən azad deyil…
Dostluq – Mütləq Ruhani vəhdət deməkdir və Eşqə yaxındır.
Eşqdən fərqli olaraq, dostluqda həmin vəhdət gözəllik vasitəsiylə yox, Xeyir vasitəsiylə təsdiq olunur.
Dostluq Xeyir biçimində həyata keçən Ruhani Vəhdətdir.
Dostluğun ülvi mənası insanlar arasında yadlığın tam aradan qaldırılmasıdır. Həmin məna həyata sığmır.
Həyatda insan xudbinlikdən tam qurtara bilmir və ruhani vəhdət yaranmır.
Həsəddən tam qurtara bilmir və ruhani vəhdət yaranmır.
Mənfəətpərəstlikdən tam qurtara bilmir və ruhani vəhdət yaranmır.
Xəbislikdən tam qurtara bilmir və ruhani vəhdət yaranmır.
Qorxudan tam qurtara bilmir və ruhani vəhdət yaranmır. Hərislikdən tam qurtara bilmir və ruhani vəhdət yaranmır.
Şöhrətpərəstlikdən tam qurtara bilmir və ruhani vəhdət yaranmır.
Şəhvətpərəstlikdən tam qurtara bilmir və ruhani vəhdət yaranmır.
Hakimiyyətpərəstlikdən tam qurtara bilmir və ruhani vəhdət yaranmır.
Mənəvi vəhdət yaranmayan yerdə düşmənlik peyda olur.
Xudbinlik – düşmənlik yaradır.
Həsəd – düşmənlik yaradır.
Mənfəətpərəstlik – düşmənlik yaradır.
Xəbislik – düşmənlik yaradır.
Qorxu – düşmənlik yaradır.
Hərislik – düşmənlik yaradır.
Şöhrətpərəstlik – düşmənlik yaradır.
Şəhvətpərəstlik – düşmənlik yaradır.
Hakimiyyətpərəstlik – düşmənlik yaradır.
Buna görə də insanın daxili dünyasında dostluq düşmənliklə daim döyüşür, ancaq bu döyüş dostluğun tam qələbəsiylə qurtarmır, düşmənliyi həyatdan silmək olmur.
Dostluq xudbinliyin ölümünü tələb edir, ancaq xudbinlik ölmür, bu səbəbdən də dostluğun Mütləq mahiyyəti həyatda təsdiq olunmur.
Dostluq həsədin ölümünü tələb edir, ancaq həsəd ölmür, bu səbəbdən də dostluğun Mütləq mahiyyəti həyatda tam aşkara çıxa bilmir.
Dostluq mənfəətpərəstliyin ölümünü tələb edir, ancaq mənfəətpərəstlik ölmür, bu səbəbdən də dostluğun Mütləq mahiyyəti həyatda tam aşkara çıxa bilmir.
Dostluq xəbisliyin ölümünü tələb edir, ancaq xəbislik ölmür, bu səbəbdən də həyatda dostluğun Mütləq mahiyyəti tam aşkara çıxa bilmir.
Dostluq hərisliyin ölümünü tələb edir, ancaq hərislik ölmür, bu səbəbdən də həyatda dostluğun Mütləq mahiyyəti tam aşkara çıxa bilmir.
Dostluq qorxunun ölümünü tələb edir, ancaq qorxu ölmür, bu səbəbdən də həyatda dostluğun Mütləq mahiyyəti tam aşkara çıxa bilmir.
Dostluq şöhrətpərəstliyin ölümünü tələb edir, ancaq şöhrətpərəstlik ölmür, bu səbəbdən də həyatda dostluğun Mütləq mahiyyəti tam aşkara çıxa bilmir.
Dostluq şəhvətpərəstliyin ölümünü tələb edir, ancaq şəhvətpərəstlik ölmür, bu səbəbdən də həyatda dostluğun Mütləq mahiyyəti tam aşkara çıxa bilmir.
Dostluq hakimiyyətpərəstliyin ölümünü tələb edir, ancaq hakimiyyətpərəstlik ölmür, bu səbəbdən də həyatda dostluğun Mütləq mahiyyəti tam aşkara çıxa bilmir.
Həyatda dostluğun nisbi təzahürü – nişanələri mövcud olur.
İnsan yarımdostluqla barışır, ona qane olur. Çünki özü üzərində tam qələbə çala bilmir. Yalnız Ali Həyatda dostluğun Mütləq mahiyyəti təsdiq olunur, çünki burada insan özü üzərində tam qələbə çalır.
Yarımdostluqla barışan insan dostluq libasında görünən düşmənliyi tanımaz, onu dost sayar. Çünki yarımdostluqla, nisbi dostluqla barışmaq – əslində xudbinliklə, həsədlə, mənfəətpərəstliklə, xəbisliklə, qorxuyla, hərisliklə, şöhrətpərəstliklə, şəhvətpərəstliklə, hakimiyyətpərəstliklə barışmaq deməkdir.
Yarımdostluq – üzəvari dostluğa, dostluqvariliyə, dostabənzərliyə çevrilə bilir. Burada dostluğun mahiyyəti yox, zahiri biçimi təsdiq olunur. Dostabənzərlikdə – xudbinlik yaşayır, həsəd yaşayır, qorxu yaşayır, hərislik yaşayır, mənfəətpərəstlik yaşayır, şöhrətpərəstlik yaşayır, şəhvətpərəstlik yaşayır, hakimiyyətpərəstlik yaşayır.
Burada insan yalana tapınmalı olur. Dostluq yoxdur, ancaq olan kimi görünür.
Yarımdostluqda insan ləyaqəti tapdanır. Həyat insanı bu ləyaqətsizlikdən qurtara bilmir. Yalnız Ali Həyat insanı yarımdostluq qismətindən qurtarır…. Ardını oxu »
Asif Ata. Dostluq – Düşmənlik
Həyatda ən yüksək dostluq belə, mütləq səviyyəyə qalxmır. Bu səbəbdən də həyatdakı ən böyük dostluqda belə düşmənlik yaşayır. Əgər insan xudbinlik eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən azad deyil. Əgər insan həsəd eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən azad deyil. Əgər insan mənfəətpərəstlik eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən […]
Ağşın Ağkəmərli. Yolçu yolda gərək
1965-ci ildə 5 yaşında kənddə məktəbə getmişəm. Bütün dərslər fasca olduğuna görə heç nə başa düşmürdüm. Təkcə mən yox, heç kim heç nə başa düşmürdü. Ancaq məni başqalarından fərqləndirən bir şey vardı, – şeiri bir dəfə eşitməklə öyrənirdim, daha doğrusu, sözlərini əzbərləyirdim. Atam hər ilin qış aylarında kəndə gəlirdi. 1-2 ay qalandan sonra evə gərək […]
Soylu Atalı. Türkün qədim ABEsi (Tamğası)
90-cı illərdə Asif Atadan eşitdiyimiz başlıca qonulardan biri millətimizin öz abesinin, (əlifbasının) olması ilə bağlı idi. Ancaq abenin yaranması hər addımda baş tuta bilən asan bir məsələ deyil. Bu üzdən axtarışlar bizi Orxon-Yenisey yazılarının üzərinə aparıb çıxardı. Bəllidir ki, ərəblərin türkləri mənəvi-ruhani işğal eləməsinə qədər türklər arasında bu abe qullanılmışdır. İşğaldan sonra qədim türk abesi […]
Asif Ata. Gerçəklik – İdeal
Həyat – gerçəkliklə məhdudlaşmır, ideala can atır, ona çatmaq istəyir. Ancaq gerçəklik heç vaxt ideala bərabər olmur. İdeal gerçəklikdə yalnız öz nişanələriylə, əlamətləriylə yaşayır. Həyat ideala yüksələ bilmir. Ancaq həyat gerçəkliklə də kifayətlənmir, onu ideal səviyyəsində görmək istəyir. İdeal gerçəkliyi dəyişdirir, təkmilləşdirir, ancaq bu dəyişdirmə, təkmilləşdirmə nisbi səciyyə daşıyır, mahiyyət etibariylə gerçəklik dəyişmir, onunla ideal […]
Soylu Atalı. Yaşamı yaşadanlar
Dünya gözəldir. İnsan bu gözəlliyi düşünəndə, duyanda, görəndə yaşayır. Əslində yaşamağın başqa anlamı da yoxdur. İnsan doğulduğu gündən öldüyü günədək öz varlığını anlamağa, kimliyini tanımağa çalışmalıdır. Yoxsa həyat insanın imkanlarını heçə çevirir. Bütün gücünü maddi nemətlər əldə etməyə həsr edən insan bunun heçə çevrilmək olduğunu sözdə deyir, ancaq ömründə bundan imtina edib Dünyanın gözəlliyinə doğru […]
Asif Ata. Dostluq – Düşmənlik
Oktyabr 2nd, 2026
admin
Ağşın Ağkəmərli. Yolçu yolda gərək
Sentyabr 19th, 2026
admin 1965-ci ildə 5 yaşında kənddə məktəbə getmişəm. Bütün dərslər fasca olduğuna görə heç nə başa düşmürdüm. Təkcə mən yox, heç kim heç nə başa düşmürdü. Ancaq məni başqalarından fərqləndirən bir şey vardı, – şeiri bir dəfə eşitməklə öyrənirdim, daha doğrusu, sözlərini əzbərləyirdim.
Atam hər ilin qış aylarında kəndə gəlirdi. 1-2 ay qalandan sonra evə gərək olan ərzağı alıb yenidən qürbətə dönərdi. O il, nədənsə, atamla nənəmin arasında anlaşılmazlıq oldu. Ona görə atam geri dönəndə bizi də özüylə Tehrana apardı.
Tehranın cənub məhəllələrinin birində (Şahbaz küçəsində) yerləşdik. Mənim də adımı qonşuluqdakı Nur adlı məktəbə yazdırdılar. Farsca danışa bilmədiyimə görə hamı mənə lağ edirdi. Şagirdlər də, müəllim də, ləhcəmi lağa qoyub gülürdülər. Buna görə sinif yoldaşlarımla yola getmirdim. Onları söyürdüm, bəzən də döyürdüm. Sözün düzü, dərs oxumağa marağım olmurdu, ancaq evə verilən tapşırıqları yerinə yetirirdim, söz yox, bəzi dərsləri çıxmaq şərtilə. Müəllimin tapşırdığı dərsləri oxumadan, o biri gün (həmin dərslərin) üstünə əlavələr edib danışardım. Ancaq fars dili, riyaziyyat, həndəsə dərslərində çətinliklərim olurdu. Bunun üçün tez-tez anamı məktəbə çağırıb deyirdilər: – “Evdə bu uşaqla, çalışın, farsca danışın. Fars dilini nə qədər yaxşı bilsə, dərsləri də bir o qədər yaxşı mənimsəyər”. Ardını oxu »
Soylu Atalı. Türkün qədim ABEsi (Tamğası)
Sentyabr 17th, 2026
admin 90-cı illərdə Asif Atadan eşitdiyimiz başlıca qonulardan biri millətimizin öz abesinin, (əlifbasının) olması ilə bağlı idi. Ancaq abenin yaranması hər addımda baş tuta bilən asan bir məsələ deyil. Bu üzdən axtarışlar bizi Orxon-Yenisey yazılarının üzərinə aparıb çıxardı. Bəllidir ki, ərəblərin türkləri mənəvi-ruhani işğal eləməsinə qədər türklər arasında bu abe qullanılmışdır. İşğaldan sonra qədim türk abesi ortadan qaldırılmış, ərəb abesi ilə əvəz edilmişdir. Respublika quruculuğuna qədər türklər arasında ərəb abesinin qullanılması davam etmişdir. Nə yazıqlar ki, Respublika qurulmasından sonra da qədim türk abesi deyil, fərqli abelər qəbul olunmuşdur. Türkiyədə Latın abesi, Azərbaycanda, eləcə də Orta Asiya respublikalarında (bolşevik işğalından sonra) rus-kiril abesi işlədilmişdir. Bu gedişlər Türk Dünyasının bağlantılarının olmasına böyük əngəllər yaratmışdır. Təkcə 20-ci yüzildə Azərbaycanda abe dörd yol dəyişdirilmişdir. Bu addım millətimizin etno-mədəni, eləcə də ulusal formalaşmasını 100 il arxaya atan hegemon güclərin (başlıca Rusiyanın) siyasal davranışlarının görsənişi idi. Məhəmməd Əmin Rəsulzadənin başçılığı altında qurulan Azərbaycan Respublikasında əski abe adlandırılan ərəb qrafikasından Latın qrafikasına keçid edilsə də, qısa zaman kəsiyindən sonra abe yenidən dəyişdirildi. Yenicə formalaşmaqda olan toplumun özünü tanıma sürəci amansızcasına iflasa uğradıldı. Sonucda soylar (nəsillər) özlərindən öncəki tarixi keçmişi, ulusal kimliyi, mədəni varlığı öyrənməkdən uzaq tutuldu. Bu isə millətimiz üçün genelinsanlıq düzeyində öz yerini bəlirləyə bilməmək çətinlikləri ortaya çıxardı. Ardını oxu »
Asif Ata. Gerçəklik – İdeal
Sentyabr 11th, 2026
admin Həyat – gerçəkliklə məhdudlaşmır, ideala can atır, ona çatmaq istəyir.
Ancaq gerçəklik heç vaxt ideala bərabər olmur.
İdeal gerçəklikdə yalnız öz nişanələriylə, əlamətləriylə yaşayır.
Həyat ideala yüksələ bilmir. Ancaq həyat gerçəkliklə də kifayətlənmir, onu ideal səviyyəsində görmək istəyir.
İdeal gerçəkliyi dəyişdirir, təkmilləşdirir, ancaq bu dəyişdirmə, təkmilləşdirmə nisbi səciyyə daşıyır, mahiyyət etibariylə gerçəklik dəyişmir, onunla ideal arasında yaranan uçurum yox olmur.
İdeal – Mütləq Xeyirin, Mütləq Kamilliyin, Mütləq Gözəlliyin təsdiqi deməkdir. Gerçəklikdə isə nisbi hadisələr, keyfiyyətlər, xassələr təsdiq olunur. Bu səbəbdən İdealla Gerçəklik arasında dərin ziddiyyət yaranır. Gerçəklik ideala meyil edir, ancaq ideala çatmır. Ardını oxu »
Soylu Atalı. Yaşamı yaşadanlar
Sentyabr 10th, 2026
admin Dünya gözəldir. İnsan bu gözəlliyi düşünəndə, duyanda, görəndə yaşayır. Əslində yaşamağın başqa anlamı da yoxdur.
İnsan doğulduğu gündən öldüyü günədək öz varlığını anlamağa, kimliyini tanımağa çalışmalıdır. Yoxsa həyat insanın imkanlarını heçə çevirir. Bütün gücünü maddi nemətlər əldə etməyə həsr edən insan bunun heçə çevrilmək olduğunu sözdə deyir, ancaq ömründə bundan imtina edib Dünyanın gözəlliyinə doğru yürüməyi bacarmır, ya da istəmir. Ancaq ölüm anında buna ürəkdən acımağa başlayır. Çünkü (ölüm anında) bu çağacan çabalarının boşuna getdiyi düşüncəsi fərdin Ölümlü yaşadığını bütün dolğunluğu ilə canlandırır. Durumun isə geriyə – yanlışlardan qurtulmağa yolu qalmır. İnsanın yaşaya bilməsində başlıca sorun varlığında daşıdığı bu ziddiyyətlərdən qurtula bilməməsidir. Bir sıra dühalar, düşünərlər bu sorunları öz ömürlərində çözə biliblər. Bəşər övladına da anlatmağa çalışıblar. Ancaq onları çox az adamlar eşidib anlamaq istəyibdir.
Yaşamaq çətindir, çünkü anlamaq çətindir.
Dünya gözəldir, ancaq bu gözəlliyi görmək, tanımaq çətindir.
Ardını oxu »
Soylu Atalı. Həyat din ilə alınmır
Sentyabr 2nd, 2026
admin İnsan kimdir, həyat nədir, ölüm niyə var, əbədilik nə deməkdir, ölümsüzlük xəyallardırmı?! – Bəşər övladı bu sonsuz, əbədi sorulara daim cavab axtarır. Bununla bağlı, çoxsaylı nəzəriyyələr, ideyalar işlənib ortaya qoyulur. Ancaq axtarışlar başa çatmır, sorular qapanmır, yenə də davam edir. Düşünürük ki, qapanmayacaq da. Əbədi davam edəcək.
Bu sorulara daha çox dini dünyagörüşlər, fəlsəfi araşdırmalar cavab verməyə çalışmışdır. Ancaq dini dünyagörüşlər bu soruların cavablarını daha çox mücərrədliyə aparmış, mifoloji, əfsanəvi çalarlarla yükləmişdir. Bir sözlə, dindən umulan, istənilən konkret çalarlar açıqlığa, aydınlığa çıxmamışdır. Fəlsəfə də bu umacağın öhdəsindən, istənilən düzeydə, gələ bilməmişdir. Bu soruları cavablandırmaq üçün çoxsaylı anlayışlar yaranmış, bu anlayışların köməyilə ağlı heyrətə gətirən açıqlamalar (izahlar) ortaya qoyulmuşdur. “Dünya ruhu”, “dünya idrakı”, “dünya iradəsi”, “mütləq ruh”, “fövqəlqüvvə”, “fövqəliradə”, “fövqəlinsan”, “obyektiv aləm”, “aqnostsizm”, “allah”, “ateizm”, “ilahi ədalət”, “vicdan”, “dao”, “idealizm”, “materializm”, “vəhdəti-vücud”… saymaqla bitməyən dini, fəlsəfi anlayışlar, nəzəriyyələr, ideyalar fərqli açılardan əbədi sorulara cavablar verməyə çalışmışdır. Hər biri o birinə etki göstərmiş, bir-birindən yararlanmalar, bir-birini danmalar baş vermişdir. Bir sözlə, hər biri soruların cavablarına yaxınlaşmaqda, az, ya çox anlamda qatqı göstərmişdir. Ardını oxu »
Asif Ata. Azadlıq – Əsarət
Avqust 14th, 2026
admin Azadlıq – insanın ruhani varlıq kimi təsdiqi deməkdir.
Əsarət – insanın ruhani varlıq kimi inkarı deməkdir.
Azadlıqda ruhanilik – müstəqillik, özünəməxsusluq, özünəsahiblik şəklində aşkara çıxır.
Ruhanilik – müstəqillik, özünəməxsusluq, özünəsahiblik deməkdir, çünki onlarsız kamillik, əbədilik və sonsuzluq yoxdur. Əsarətdə insan müstəqilliyini, özünəməxsusluğunu, özünəsahibliyini itirir və bununla da öz ruhani mahiyyətindən məhrum olur, çünki qeyri-müstəqil olmaq qeyri-ruhani olmaqdır.
Həyatda insan özünün tam sahibi olmur.
Eyni zamanda həyatda insan qeyri-müstəqil, asılı, əsarətli vəziyyətdə də yaşaya bilmir.
Həyatda azadlıqla əsarət daim döyüşür, ancaq bu döyüşdə azadlıq heç vaxt tam qələbə çala bilmir, bu döyüş demək olar ki, heç vaxt əsarəti tam məğlub etmir. Ardını oxu »
İnamlı Atalı. İnsanlaşmağın gərəkliyi
Avqust 8th, 2026
admin Asif Atanın “Mütləqə İnam” Bitiyində “İnsan” əsəri var. Bu əsərdə, dünyaya göz açan insanın ana qucağından başlayaraq dünyanı tanıması izah olunur. Biz də Asif Atanın bu əsərindən insan-dünya münasibətlərinin inkişaf mərhələlərini araşdırıb öyrənməyə çalışırıq. İnsan dünyaya göz açır, böyüyür, müşahidələr aparır, dünya ilə dünyadakıların birliyini anlamağa çalışır. İnsan görür ki, dünyadakı cisim və olaylar bəsit, sönük, etkisiz deyildir. Onlar özünəxas özəlliklərlə (əlamətləri, nişanələrilə) izlənir. Bu özəlliklər olmasaydı, cisimlər sadəcə kütlə yığınından, olaylar isə quru görsənişlərdən başqa bir şey olmazdı. Cisim və olaylar özlərini əlamətləri ilə bildirir, bir-birinə özünəxas əlamətləri ilə qarşılıqlı etki göstərirlər. İnsan, elmin dediyi kimi, cisim və olayları onlarda üzə çıxan spesifik özəlliklərinə görə qavrayır, müqayisə edir, fərqləndirir, qiymətləndirir, onlar haqqında qənaət hasil edir, düşüncə söyləyir. İnsanın xislətindəki dünyanı anlamaq istəyi də onun özünəxas əlamətlərindən biridir. Ardını oxu »
Asif Ata. Ədalət – Zülm
İyul 31st, 2026
admin Ədalət həyatda öz müxtəlif nişanələriylə təzahür edir.
Zülm həyatda köklü, əsaslı, davamlı hadisə kimi təzahür edir. Ədalət zülmlə döyüşür, ancaq zülmə qələbə çala bilmir, zülm həyatdan silinmir, öz biçimini dəyişdirir və yaşayır. Son nəticədə həyatda ədalətin təzahürü artır, ancaq zülmün kökü kəsilmir. Zülm həyatı tərk etmir.
Ədalət deyir ki, dünya hamınındır, bu səbəbdən də hamının dünyadan bəhrələnməyə eyni dərəcədə haqqı var.
Zülm deyir ki, dünya – hamının deyil, zorlunun, güclünün, hakimindir, hamı zora, gücə, hakimiyyətə əyilməlidir.
Ədalət deyir ki, cəmiyyət hamınındır, bu səbəbdən də hamı cəmiyyətdən eyni dərəcədə bəhrələnməlidir.
Zülm deyir ki, cəmiyyət – güclünün, varlının, zorlunun, hakim olanındır, bu səbəbdən də hamı, gücə, vara, zora, hakimliyə əyilməlidir.
Ədalət deyir ki, insan kim olursa-olsun, qiymətlidir, hörmətə layiqdir.
Zülm deyir ki, yalnız güclü, zorlu, hakim insan hörmətə, izzətə layiqdir, başqaları gücə, zora, hakimliyə əyilməlidirlər. Ardını oxu »
Nurtəkin Atalı. Ocaqlaşan talelər
İyul 25th, 2026
admin Ocaqda hər bir ünsiyyət doğmalaşmaqdır;
Eyni halda milli şüurun inkişaf yollarını birgə aramaq və ona təkan verməkdir;
Hər görüşdə paylaşırıq düşüncələrimizi, duyğularımızı, ağrılarımızı;
Yol açmaqdır çıxılmazlıqlara.
Birləşməkdir, möh-kəmlənməkdir bu yolda. Birləşirik kədərdə, qayğıda, ümiddə;.
Çünkü birləşməsən çıxa bilməzsən əsrlərin yükünə çevrilən problemlərdən;
Yollar ideya ilə başlayır, düşüncələrlə, əməllərlə davam edir;
(Bu gün çox şeylər imkansız görünə bilər);
Ancaq probləmi ilk növbədə ağılda, düşüncədə həll etmək gərəkdir; Ardını oxu »




