Mütləqi unutmaq. İnsanı unutmaq. Vicdanı unutmaq.
Çirkinlik bataqlığı.
Xudbinlik bataqlığı.
Hərislik bataqlığı.
Əsirlik bataqlığı.
Vəhşilik bataqlığı.
Dişilik bataqlığı.
Erkəklik bataqlığı.
Əyrilik bataqlığı.
Qəbahətə tapınmaq. Ülviyyəti yanılmaq.
Xalisi atıb naqisi tutmaq. Ardını oxu »
Asif Ata. Özüylədöyüş və Özüyləbarışma
Həyatda insan özüylə döyüşür, ancaq bu döyüşdə tam qələbə qazanmır, son nəticədə özüylə barışır. Özüyləbarışmada o, gerçəkliyin məntiqinə əsaslanır. “Yırtıcı olmasam, yaşaya bilmərəm, məni parçalayarlar” – deyir. “Xudbin olmasam, yaşaya bilmərəm, başqasının əsarətinə düşərəm” – deyir. “Şəhvəti sevməsəm, yaşamaram, çünki həyat – cismani nəşələnməkdir” – deyir. “Şöhrəti sevməsəm, yaşamaram, çünki həyat özünütəsdiqdir” – deyir. “Yalana […]
Başsağlığı
Asif Atanın Mütləqə İnam Ocağı Ocaqdostu, Güney Azərbaycan aydını Ağşın Ağkəmərlinin ölümü ilə bağlı ailəsinə, millətimizə başsağlığı verir. Evindən işıq əskilməsin. Balalarında yaşasın. Yurdu, Ulusu var olsun.
Asif Ata. Dostluq – Düşmənlik
Həyatda ən yüksək dostluq belə, mütləq səviyyəyə qalxmır. Bu səbəbdən də həyatdakı ən böyük dostluqda belə düşmənlik yaşayır. Əgər insan xudbinlik eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən azad deyil. Əgər insan həsəd eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən azad deyil. Əgər insan mənfəətpərəstlik eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən […]
Ağşın Ağkəmərli. Yolçu yolda gərək
1965-ci ildə 5 yaşında kənddə məktəbə getmişəm. Bütün dərslər fasca olduğuna görə heç nə başa düşmürdüm. Təkcə mən yox, heç kim heç nə başa düşmürdü. Ancaq məni başqalarından fərqləndirən bir şey vardı, – şeiri bir dəfə eşitməklə öyrənirdim, daha doğrusu, sözlərini əzbərləyirdim. Atam hər ilin qış aylarında kəndə gəlirdi. 1-2 ay qalandan sonra evə gərək […]
Soylu Atalı. Türkün qədim ABEsi (Tamğası)
90-cı illərdə Asif Atadan eşitdiyimiz başlıca qonulardan biri millətimizin öz abesinin, (əlifbasının) olması ilə bağlı idi. Ancaq abenin yaranması hər addımda baş tuta bilən asan bir məsələ deyil. Bu üzdən axtarışlar bizi Orxon-Yenisey yazılarının üzərinə aparıb çıxardı. Bəllidir ki, ərəblərin türkləri mənəvi-ruhani işğal eləməsinə qədər türklər arasında bu abe qullanılmışdır. İşğaldan sonra qədim türk abesi […]
Asif Ata. İnsan Günahkarlığı
Oktyabr 21st, 2024
admin
Paşa Talıblı. Şeirlər
Oktyabr 15th, 2024
admin (Səməd Qaraçöpə)
… tanıyıram ürəyindən;
od görsəm, odamı sənsən?
… şair, bax indi “dünyanın
ən ucqar adamı” sənsən!
… “köçəmmirəm” deyə-deyə,
köçdün, ay Səməd, ay Səməd!
… sən də Sirat körpüsündən
keçdin, ay Səməd, ay Səməd!
Böyüklüyə münasibət
Oktyabr 13th, 2024
admin (Amaldaşlarla dialoq silsiləsindən)
… Müsəlmana deyirlər, hər an Allahı düşün, Allahı xatırla. O da gündə min yol təsbeh çevirib “sübahan Allah” deyilişini təkrar-təkrar söyləyir. Əslində bilmək gərək, sən hər an ədalətli olanda Allahı xatırlayırsan, Allahı unutmursan. Hər an ədalətli ol, dürüst ol, doğruçu ol, xeyirxah ol, mərhəmətli ol. Bu, hər an Allahı yaşatmaq, Allahlı olmaq anlamına gəlir. Bunu müsəlman eləmir, sadəcə təsbeh çevirir, elə bilir Allah onu gördü, gedəcək cənnətə. Yanlış budur, din buna səbəb verib. Çünkü din Allahı elə obrazlaşdırıb ki, ona ibadət edən, itaət edən müsəlman elə bu cür edə bilərdi. O hər an ədalətli olmağı ağlına gətirmir, çünkü o deyiliş onun ağlını, duyğularını yaşamın gözəlliklərinə yönəltmir. Tələb doğrudur, Allahı unutmamaq gərəkdir. Allahı, yəni Mütləq olanı, Dünyalığı, insandakı İnsanlığı. Ancaq burada, Allah dediklərində, Mütləq olan qüdrəti gözdə tutmurlar. Ona görə Tələbin məzmunu doğrudur, yanaşma isə yanlışdır. Genel anlamda Allahı unutmamaq çağırışı gərək olsa da, yanaşmanın yanlış olması məzmunu doğrultmur… Ardını oxu »
Asif Ata. İnsan Fədakarlığı
Oktyabr 5th, 2024
admin Amalsız ömürdən imtina.
Şərəfsiz ömürdən imtina.
Əzabsız sevincdən imtina.
Hünərsiz əməldən imtina.
Tonqallarda yandırılmaq sevinci.
Dabanından soyulmaq sevinci.
Sevincdən ayrılmaq sevinci.
Nəşədən ayrılmaq sevinci.
Müdhiş ağrılar sevinci.
Məhkum doğrular sevinci.
Qurbanlıq aqibəti. Mütləqə heyranlıq aqibəti. Ardını oxu »
Soylu Atalı. Millət Tarixdən Üstün olanda Var olur
Sentyabr 28th, 2024
admin (Murad Adcının «Qıpçaq Çölünün Yovşanı» kitabının doğurduğu düşüncələr)
Tarixi vərəqlədikcə türk insanı qəribə duyğular keçirir. Millətimizin aqibəti nə qədər mürəkkəb, tarixi nə qədər ziddiyyətlidir! M.Adcının da dediklərindən bəlli olur, bu millətin tarixini bilərəkdən qarışıq duruma salıblar sanki. Söz yox, tarix çox keşməkeşli dövrlərin sirrini bilir. O da bəllidir, qədim dövrlərdə də, indiki kimi, toplumların siyasi başbilənləri arasında ağalıq, hegemonluq uğrunda savaşlar olub, qorxunc, qanlı qırğınlar baş alıb gedib. Qələbələrin başında isə ən çox türklər durub. Ancaq başqa millətlərdən fərqli olaraq, türklər Qələbələrini xəbisliyə çevirməyiblər. Ancaq ən pis olan odur ki, özləri ilə bağlı yaratdıqları tarixi yazıb qorumayıblar.Bir çox hallarda türkə yenilənlər də onun tarixini danmaq yolu tutublar.Araşdırmalar göstərir ki, Türk böyük mədəniyyət yaratdığı halda, öz mədəniyyətini qəbul elətdirməklə heç kəsi assimilyasiya etməyib, heç kəsin özünəxaslığını ortadan qaldırmağa çalışmayıb. Türk – vüqar deməkdir. Ardını oxu »
Xaliq Bahadır. Pənah Hüseynovun namus kriteriyası
Sentyabr 19th, 2024
admin
(davamı)
…2005-ci il parlament seçkisi öncəsi müxalifətin böyük birliyi- Azdalıq bloku yaradıldı. Müxalifət düşərgəsindəki güvənli birisi Blokun başına gətirilməli idi. Müxalifətlə hakimiyət arasında var-gəldə olan P.Hüseynov o günlər ayrıca aktivlik sərgiləməyə başlamışdı. Cəbhəçilər duyuq düşmüşdülər: Pənah Blokun başına gətirilə bilər. Onlar dirənişə başladılar. Dirəniş baş tutmadı, partiya başında duranlar çox yaxşı tanıdıqları Pənahı Blokun başında oturtdular. (Onlar belə bir oyunu bir də 2010-cu ilin parlament seçkisindən yana yaradılmış müxalifətin yeni birliyi- İctimai palata ilə bağlı oynadılar: bir sıra dirənişlərə baxmayaraq, P.Hüseynovu yenə Birliyin başına çıxardılar).
2005-ci ildə ABD- nin Bakıdakı elçibaşısı Rino Harniş idi. Harniş müxalifətin parlamentdə geniş yer tutmasına çox çalışır, buna görə müxalifətlə sıx ilişkilərdə bulunurdu. Bunları yaxından izləyən hakimiyət onun üçün çox önəmli olan bilgilərə yiyələnmək üçün Azadlıq blokunun başında güvəndiyi birisinin olmasını istəyirdi… Ardını oxu »
Asif Ata. İnsan Əsarəti
Sentyabr 19th, 2024
admin Özünü yanıltmaq. Özündən ayrılmaq. Özünü danmaq. Özünə qapılmaq.
Bilməzlik əsarəti. Dinməzlik əsarəti. Dilsizlik əsarəti. Elsizlik əsarəti.
Ətalət inadı. Cəhalət inadı. Xəyanət inadı. Həqarət inadı.
Avamlıq tilsimi. Yarımadamlıq tilsimi. Maddi zənginlik tilsimi. Məzlum bədbəxtlik tilsimi.
Hərislik quyusu. Harınlıq quyusu. Saxta həyanlıq quyusu.
Ehtişam əsarəti. İzdiham əsarəti.
Yalançı büt əsarəti. Saxta igid əsarəti.
Təqlid əsarəti. Təhqir əsarəti. Ardını oxu »
Soylu Atalı. Hallar
Sentyabr 15th, 2024
admin Bəzən bədii duyğusallıqdan, xəyalda estetik axıcılıqdan ürək də gərgin bir həyəcan içinə girir. Bəzən də sanki rahatsız bir gedişin seyirçisinə çevrilir. Hər iki halda insan bütöv olur, tam olur. Çünkü insanın varlığında Mütləq var, ona görə də insanın davranışları, halı bircəhətli deyil. Yəni insanın bilincində (şüurunda), ağlında, alt yapısında oturuşmuş doğrulardan bəlli olur ki, insan həm mübarizə aparan varlıqdır, həm də dünyanın gözəlliklərinə ürək açan varlıqdır. Bunların hamısını insanın içindəki Mütləq insana nişan verir, bildirir. Ona görə insan bunların hamısını doğal qarşılayır, hamısına ürək genişliyi ilə baxır.
Genel olaraq, İnsan ağlasığmaz dərəcədə ilginc bir varlıqdır. Bəşəriyyət hələ də buna təzadlı yanaşır. Ardını oxu »
Xaliq Bahadır. Pənah Hüseynovun namus kriteriyası
Sentyabr 15th, 2024
admin Sentyabrın 1-də (2024) ölkədə daha bir sıradışı parlament seçkisi keçirildi. Nə baş verdi: dörd il öncə “Qarabağın qaytarılmasından sonra ölkədə yaranan yeni situasiyaya uyğun yeni parlament yaradılması üçün” özlərini “buraxıb” gedənlərin böyülk çoxluğu “yeni parlamentə” yenidən deputat “seçildiyi” kimi, bir ay öncə özlərini “buraxanların” böyük çoxluğu yenə də “buraxıb” getdiyi yerə qayıtdı. Belə yerdə deyirlər: köhnə hamam, köhnə tas.
İndiki “seçkidə” iki başlıca yenilik oldu: çoxillik deputatlığın sonunda parlamentdən, bir də çoxillik hökumət görəvindən ayrılmanın, başqa işə keçmənin sonunda biriləri uşaqlarına mandat alıb verdilər.
Açıqlanan çoxsaylı faktlardan göründüyü kimi, bu “seçki” son otuz ildə keçirilən bütün yapay seçkilərin doruğu (doruq- ərəbcə zirvə) oldu. O üzdən də 1 sentyabr “seçkisi” ölkənin qaranlığa bürünməsi baxımından çox böyük umudsuzluq doğurub. Ardını oxu »
Başsağlığı
Sentyabr 7th, 2024
admin Asif Atanın Mütləqə İnam Ocağı Göytəkin Atalıya əmisi Bəhruz bəyin ölümü ilə bağlı başsağlığı verir.
Evindən işıq əskilməsin. Balalarında yaşasın. Yurdu, Ulusu var olsun.




