Xudbinliklə barışmaq. Çirkinliklə barışmaq.
Əyyaşlıqla barışmaq. Sərxoşluqla barışmaq.
Küdurətlə barışmaq. Ətalətlə barışmaq.
Zalımlıqla barışmaq.
Avamlıqla barışmaq. Qorxaqlıqla barışmaq.
Alçaqlıqla barışmaq.
Cəlladlıqla barışmaq. Qəddarlıqla barışmaq.
Riyakarla barışmaq.
Fitnəkarla barışmaq. Süniliklə barışmaq.
Sürülüklə barışmaq. Ardını oxu »
Asif Ata. Özüylədöyüş və Özüyləbarışma
Həyatda insan özüylə döyüşür, ancaq bu döyüşdə tam qələbə qazanmır, son nəticədə özüylə barışır. Özüyləbarışmada o, gerçəkliyin məntiqinə əsaslanır. “Yırtıcı olmasam, yaşaya bilmərəm, məni parçalayarlar” – deyir. “Xudbin olmasam, yaşaya bilmərəm, başqasının əsarətinə düşərəm” – deyir. “Şəhvəti sevməsəm, yaşamaram, çünki həyat – cismani nəşələnməkdir” – deyir. “Şöhrəti sevməsəm, yaşamaram, çünki həyat özünütəsdiqdir” – deyir. “Yalana […]
Başsağlığı
Asif Atanın Mütləqə İnam Ocağı Ocaqdostu, Güney Azərbaycan aydını Ağşın Ağkəmərlinin ölümü ilə bağlı ailəsinə, millətimizə başsağlığı verir. Evindən işıq əskilməsin. Balalarında yaşasın. Yurdu, Ulusu var olsun.
Asif Ata. Dostluq – Düşmənlik
Həyatda ən yüksək dostluq belə, mütləq səviyyəyə qalxmır. Bu səbəbdən də həyatdakı ən böyük dostluqda belə düşmənlik yaşayır. Əgər insan xudbinlik eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən azad deyil. Əgər insan həsəd eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən azad deyil. Əgər insan mənfəətpərəstlik eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən […]
Ağşın Ağkəmərli. Yolçu yolda gərək
1965-ci ildə 5 yaşında kənddə məktəbə getmişəm. Bütün dərslər fasca olduğuna görə heç nə başa düşmürdüm. Təkcə mən yox, heç kim heç nə başa düşmürdü. Ancaq məni başqalarından fərqləndirən bir şey vardı, – şeiri bir dəfə eşitməklə öyrənirdim, daha doğrusu, sözlərini əzbərləyirdim. Atam hər ilin qış aylarında kəndə gəlirdi. 1-2 ay qalandan sonra evə gərək […]
Soylu Atalı. Türkün qədim ABEsi (Tamğası)
90-cı illərdə Asif Atadan eşitdiyimiz başlıca qonulardan biri millətimizin öz abesinin, (əlifbasının) olması ilə bağlı idi. Ancaq abenin yaranması hər addımda baş tuta bilən asan bir məsələ deyil. Bu üzdən axtarışlar bizi Orxon-Yenisey yazılarının üzərinə aparıb çıxardı. Bəllidir ki, ərəblərin türkləri mənəvi-ruhani işğal eləməsinə qədər türklər arasında bu abe qullanılmışdır. İşğaldan sonra qədim türk abesi […]
Soylu Atalı. Doğal Yaşam – Toplumsal Yaşam
Dekabr 2nd, 2024
admin Doğal yaşamla toplumsal yaşam arasındakı bağlılığı dərk eləmədən mənəviyyat ölçülərinin sınırlarını bəlirləmək, onunla yaşamaq çətin olur. Mümkünsüz olur da demək yerinə düşər. Bu da, əslində İnsanlığın dərk olunması anlamı daşıyır. Bunu aydınlaşdırmağa çalışaq: “İnsan necə bir varlıqdır” – bu soruya olduqca mürəkkəb, fərqli açılardan cavablar verilib. Bu cavabların içərisində uyumlu, yetərli olanları da var, yanıltmacalar yaradanları da. İnsanın yaşamı çelişkilərlə o qədər doludur ki, onun necə bir varlıq olduğunu dilə gətirmək çətin olur. Xarakter mürəkkəbliyini bu çətinliklərin nədəni saymaq olar, ancaq mürəkkəbliyin arxasında zənginliyinmi, yoxsa boşluğunmu olduğunu görməklə insanla bağlı aydın düşüncə sərgiləmək heç də olumsuz deyil. Ardını oxu »
Günev Atalının “Atagün” kitabı çapdan çıxdı
Noyabr 26th, 2024
admin Ön söz
Ürəyində Günəş olsun, sayğılı oxucu!
Sənə sunulan bu kitab gələnəksəl kitablardan fərqli bir biçimdə yazılıb. Bu nə bədii kitabdır, nə fəlsəfi. Bioqrafik tarixi oçerk saymaq olar. Ömür yolu, mübarizə yolu, sevgi yolu, heyrət yolu – əslində bu adların hər biri bu kitabın məzmununu ifadə edir. Çünkü bu kitabda yazıya alınan yaşantılar çağdaş dönəmdə ağlasığmayan görsənişlərdir. Ona görə ağlasığmayan görsənişlər deyirəm ki, ortada heç kimin yaşamadığı, yaşamaq istəmədiyi bir aqibət var. Böyük anlamda sonuca varmayan, sonu görünməyən belə əməkləri gerçək dünyada kim özünə arzulayar ki?! Yola necə vurulmalısan, Yolbaşına necə güvənməlisən, mübarizənin həqiqətinə necə inanmalısan ki, bu boyda əziyyətlərdən fərəh alasan, yorulmayasan, tükənməyəsən. Kitabda oxuyacaqlarınız əslində bu dediyimiz həqiqətləri anladır. Özü də uzaq keçmişdə deyil, yaşadığımız çağda; dünyanın o biri başında deyil, bizim doğmaca vətənimizdə. Ardını oxu »
Asif Ata Ocağının yeni səfərləri
Noyabr 24th, 2024
admin Ürəyinizdə Ata Günəşi olsun!
Hər nə qədər sosial sorunlarla üz-üzə qalsa da, insanın yaşamı, ömrü təkcə məişətə bağlı deyil. Axı insan ruhani varlıqdır, insanın mənəvi ehtiyacları da var. Bu ehtiyacdan yana hər kəsin ağlında, düşüncəsində millətin bugünü, sabahı ilə bağlı ziddiyyət doğuran suallar var. İnsan vətəninə, millətinə bağlı olduğu qədər sorunları düşünür, qayğılanır, özünün düşüncəsinə dəstək olan insanlar axtarır.
Asif Ata deyirdi, “Xalq sizi gözləməyən görünür, ancaq o sizi gözləyir”. Asif Ata Ocağının Evladları da vaxtaşırı bölgələrə səfərlər gerçəkləşdirir, canlı görüşlər keçirir, insanlarla bir arada olmağa, milli-insani düşüncələri bölüşməyə can atırlar. Ardını oxu »
Paşa Talıblı. Şeirlər
Noyabr 22nd, 2024
admin Tanrı da təki çağırır…
Deyəsən, burda nəsə var,
nəsə var… görmürəm axı!
… qulaqlarım səsə düşüb
ya kimsə məni çağırır?
Elə hey səs eşidirəm,
kimdisə – gizlənir məndən…
Səs mənim özümdən gəlir
ya kimsə səslənir məndən? Ardını oxu »
Asif Ata. İnsan Alçaqlığı
Noyabr 18th, 2024
admin Mütləqsizlik. İnamsızlıq. Sabahsızlıq.
Köləliyə alışmaq. Kölgəliyə alışmaq.
Sürünmək aqibəti. Sürülmək aqibəti.
Əsarət fərəhi. Ətalət fərəhi.
Minüzlülük. Dargözlülük. İlqarsızlıq.
Satılmaq və yaşamaq. Satmaq və yaşamaq.
Aldanmaq və yaşamaq. Aldatmaq və yaşamaq.
Daşlaşmaq və yaşamaq. Otlaşmaq və yaşamaq.
Riyanı sevmək. Fitnəni sevmək.
Erkəkləşmə aqibəti. Dişiləşmə aqibəti. Ardını oxu »
Bölgələrə yeni Ocaq səfəri
Noyabr 9th, 2024
admin Ürəyinizdə Günəş olsun sayğılı yurddaşlarımız.
Hər bir yol ardıcıl, davamlı addımlar tələb edir. Addımlar olmasa, yolu gedə bilməzsən, məqsədinə yetə bilməzsən. Yolda böyüyür, dəyişir, yetkinləşir adam. Yolda bəlli olur yola bağlılıq. Asif Atanın İnamı haqqında yurdumuzda hər kəs bilir. Ancaq daha dərindən anlatmaq gərəkir, bunu ancaq canlı ünsiyyətlərlə eləmək olar. Canlı ünsiyyət isə səfərlərdən keçir. Asif Ata Ocağının Evladları zaman-zaman bölgələrə səfərlər edib, Mütləqə İnam ideyası haqqında soraqlar veriblər. Bəzən eyni bölgələrə ardıcıl səfərlər olub. Ocaqsevərlərlə ardıcıl görüşlər keçirilib. Belə səfərlərin biri də bu yaxın günlərdə gerçəkləşib. Asif Ata Evladı Nurtəkin Atalı Ocaqdostu Yasin Türksoyla bölgəyə səfər edib, Ocaq sorağı yaymışlar. Ardını oxu »
Asif Ata. İnsan Yüksəkliyi
Noyabr 4th, 2024
admin Aşiqlik aqibəti. Peyğəmbərlik aqibəti. İmtina qətiyyəti.
Duyğu ciddiyyəti. Vəcd əzəməti.
Ülvi səda hikməti. Ali kəlam qüdrəti.
Heyranlıq təlatümü. Vurğunluq təlatümü.
Müqəddəs istək. Müqəddəs ürək. Müqəddəs gözlər.
Müqəddəs əllər. Müqəddəs Səma. Müqəddəs ana.
Müqəddəs torpaq. Müqəddəs kəlam.
Müqəddəs sükut. Müqəddəs məqam. Ardını oxu »
Soylu Atalı. Aktiv Ruh, Passiv Ruh
Oktyabr 27th, 2024
admin … “Bilik sənə ona görə gəlir ki, yaşamaq öyrətsin. Yaşamayanda bilik də səndə qalmır. Biliyi toplamaq yox, onu yaşamaq gərəkdir.
İlginc bir məsələ var, elm də bunun üzərində baş sındırır. İnsanda lamisə duyğuları var: görmə, eşitmə, dadbilmə, iybilmə, hiss etmə (toxunma). İndi gəlin, fəlsəfəni ilgiləndirən həzz, iztirab, vecsizlik (laqeydlik) məsələsini lamisə duyğuları ilə əlaqələndirək, bir də bunlarsız yanaşaq. Öncə onu deyim, həzz, iztirab, vecsizlik (biganəlik də deyə bilərik) bir tərəfli yanaşılası məsələ deyil. Bunun fiziki tərəfi də var, mənəvi tərəfi də. Mənəvi əzab, ya da, fiziki əzab; mənəvi həzz, ya da, fiziki həzz; biganəlik də belə, – fiziki baxımdan biganəlik, mənəvi baxımdan biganəlik. Fiziki əzab, fiziki həzz həmin bu beş lamisə duyğularının vasitəsiylə olur. İnsan nə vaxt həzz alır? – Dadlı nəsə yeyəndə, gözəl, ətirli nəsə qoxulayanda, yaxşı bir şey hiss edəndə. Ardını oxu »
Nurəddin Şaya. Şeirlər
Oktyabr 26th, 2024
admin SUAL
Ağ düşüb ümidlə qaldığım dağa,
Bu yayın içində qarlı gecəyəm.
Sıfırdan başladım səni saymağa,
Sən məni say hələ, görüm neçəyəm?
Belə saymağınla nə böyük bir iş?
Belə saymamağın itən deyil ha.
Boyuma ölçülən hər gəliş-gediş
Sənin saymağınla bitən deyil ha! Ardını oxu »




