Qorxudan azad olmaq. Həsəddən azad olmaq. Mənəvi xəsarətdən azad olmaq. Naqis fikirdən azad olmaq. Məkrdən azad olmaq. Rəzalət əsarətindən, küdurət əsarətindən azad olmaq.
Vətənsizlik həqarətindən azad olmaq.
İnamsızlıq fəlakətindən azad olmaq.
Cılız məhəbbətdən, ani mərhəmətdən, süni sədaqətdən azad olmaq.
Xülya zəncirini qırmaq.
Hiylə zəncirini qırmaq.
Fitnə zəncirini qırmaq.
Qibtə zəncirini qırmaq.
Daxildəki ilanı öldürmək.
Yalanı öldürmək. Ardını oxu »
Asif Ata. Özüylədöyüş və Özüyləbarışma
Həyatda insan özüylə döyüşür, ancaq bu döyüşdə tam qələbə qazanmır, son nəticədə özüylə barışır. Özüyləbarışmada o, gerçəkliyin məntiqinə əsaslanır. “Yırtıcı olmasam, yaşaya bilmərəm, məni parçalayarlar” – deyir. “Xudbin olmasam, yaşaya bilmərəm, başqasının əsarətinə düşərəm” – deyir. “Şəhvəti sevməsəm, yaşamaram, çünki həyat – cismani nəşələnməkdir” – deyir. “Şöhrəti sevməsəm, yaşamaram, çünki həyat özünütəsdiqdir” – deyir. “Yalana […]
Başsağlığı
Asif Atanın Mütləqə İnam Ocağı Ocaqdostu, Güney Azərbaycan aydını Ağşın Ağkəmərlinin ölümü ilə bağlı ailəsinə, millətimizə başsağlığı verir. Evindən işıq əskilməsin. Balalarında yaşasın. Yurdu, Ulusu var olsun.
Asif Ata. Dostluq – Düşmənlik
Həyatda ən yüksək dostluq belə, mütləq səviyyəyə qalxmır. Bu səbəbdən də həyatdakı ən böyük dostluqda belə düşmənlik yaşayır. Əgər insan xudbinlik eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən azad deyil. Əgər insan həsəd eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən azad deyil. Əgər insan mənfəətpərəstlik eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən […]
Ağşın Ağkəmərli. Yolçu yolda gərək
1965-ci ildə 5 yaşında kənddə məktəbə getmişəm. Bütün dərslər fasca olduğuna görə heç nə başa düşmürdüm. Təkcə mən yox, heç kim heç nə başa düşmürdü. Ancaq məni başqalarından fərqləndirən bir şey vardı, – şeiri bir dəfə eşitməklə öyrənirdim, daha doğrusu, sözlərini əzbərləyirdim. Atam hər ilin qış aylarında kəndə gəlirdi. 1-2 ay qalandan sonra evə gərək […]
Soylu Atalı. Türkün qədim ABEsi (Tamğası)
90-cı illərdə Asif Atadan eşitdiyimiz başlıca qonulardan biri millətimizin öz abesinin, (əlifbasının) olması ilə bağlı idi. Ancaq abenin yaranması hər addımda baş tuta bilən asan bir məsələ deyil. Bu üzdən axtarışlar bizi Orxon-Yenisey yazılarının üzərinə aparıb çıxardı. Bəllidir ki, ərəblərin türkləri mənəvi-ruhani işğal eləməsinə qədər türklər arasında bu abe qullanılmışdır. İşğaldan sonra qədim türk abesi […]
Asif Ata. İnsan Azadlığı
Sentyabr 5th, 2024
admin
Faciə Konsepsiyası (V.Şekspirin “Hamlet” əsəri üstə düşüncələr)
Avqust 21st, 2024
admin İnsan faciəsinin tarixi elə insanlığın yaşı qədər qədimdir. Bu tarixi səhifələmək necə də dəhşətlidir. Adamın ürəyi üzülür. Tarixi vərəqləmək, xatırlamaq istəmir. Dünyanı sevmək yerinə dünyadan əl götürmək istəyirsən. Bu cür dünyada yaşamaqdan fərəh ala bilmirsən. İnsanın fəlakətlər tarixinin hansı səhifəsini açırsan orada qladiatorluq dövrünün amansızlığını oxuyursan. Fəlakət fəlakət olaraq qalmır, o, dərinləşir, hüdudsuzlaşır. Sonsuz qatlarda hər cür faciə çalarlarının tanıqı (şahidi) olursan. İnsan təkcə öldürülmür (qətlə yetirilmir), lağa qoyulur, məshəkəyə çevrilir. Eyş-işrət məclislərində əyləncə vasitəsi kimi qullanılır. Faciənin dəhşəti, mürəkkəbliyi ondadır ki, ölən də insandır, öldürən də, gülən də insandır, ağlayan da, zalım da insandır, zavallı da. Həmişə də yaradıcı insanların axtarışları bu nöqtədə qəlizləşir. Ümidi bu nöqtədə sarsılır. Həmişə də insan faciəsini araşdıranlar, yol axtaran dahilər, yaradıcılar həqiqəti üzə çıxarmaq üçün bütün yollara bu nöqtədən göz yetiriblər. Ardını oxu »
Paşa Talıblı. Şeirlər
Avqust 14th, 2024
admin Könlüm elə yalındı ki…
Könlüm elə yalındı ki,
gülün ayazı göynədir…
Eh… gül də bir bəhanədir,
sözün dayazı göynədir.
O gördüyün ağ var, ağ… ha,
ağ varağdı, ağ varağ… ha!
… varağa bax, ağ varağa —
bir qara yazı göynədir.
Bircə halın neçə vaxtı
bilməyəsən, keçə vaxtın…
…adamı bu gecə vaxtı
qələmin nazı göynədir. Ardını oxu »
Asif Ata. İnsan Çirkinliyi
Avqust 10th, 2024
admin Ruhsuz bədən. Amalsız əməl. İsmətsiz gözəl.
Həsəd yanğısı. Fitnə yanğısı.
Cəllad sevinci. Qəddar sevinci. Satqın sevinci.
Azğın sevinci.
Quyu qazanlar. Tələ quranlar.
Haramlıq harınlığı. Zalımlıq harınlığı.
Xəyanət harınlığı. Qəbahət harınlığı.
İdraklı görünmək. Vicdanlı bilinmək. Yalana bürünmək.
Alçalmaq – öyünmək. Alçaltmaq – sevinmək.
Yaltaqlıq yetkinliyi. Saxtalıq yetkinliyi.
Qorxu əsarəti. Nəşə əsarəti. Sərvət əsarəti.
Sürünmək məharəti. Əyilən başlar. Titrəyən dizlər.
Aldanan üzlər. Ardını oxu »
Soylu Atalı. Sözü qoruyanları qorumaq gərək
Avqust 5th, 2024
admin (Rafiq Tağının ölümünün 10 illiyi ilə bağlı bir neçə söz)
Tarixin heç bir dönəmində yalançını öldürməklə Doğrunu doğrultmayıblar. Ancaq doğruçunu öldürməklə yalanı yaşatmağa çalışıblar. Doğruçuların yaşaması, doğruların var olması Doğruçuların özündən başqa heç kimə gərək olmayıb sanki. Ancaq hər kəs hər kəsdən doğruçuluq umur. Üzdə hamı doğruya ehtiyacın olduğunu desə də, Doğruçunu hər kəs sevə bilmir, qoruya bilmir. Çünkü hər kəs ömrü ilə, davranışı ilə Doğruçuya qoşula, Doğruçuluğu yaşada bilmir. Ancaq ədalət, bərabərlik, humanizm Doğuçuların əməlində, əməyində ictimai ölçüyə çevrilə bilər.
Soylu Atalı. Ruh – İntellekt
İyul 30th, 2024
admin xxx
Elə şeylər var intellektdən ala bilmirsən, ruhdan alırsan. Bəşəriyyət bu gün daha çox intellektə (ağıla) üstünlük verir, ruha arxa çevirir. Ancaq intellektdə ədalət məsələsi anlayış səviyyəsindədir, məzmun səviyyəsində deyil. Bu isə yoxdur deməkdir. Ədalət ruhda var, ruh ədaləti intellektə təqdim edir. İntellekt bunu tam da qəbul edər, qismən də. Heç qəbul etməyə də bilər. İntellekt ruhu sadəcə eşitsə (yəni onunla birləşmədən eşitsə) qismən qəbul edə bilər, eşitməsə heç qəbul etməz. Bütün davranışları ilə ədalətsizliyi təsdiq edər. İntellekt ruhla birləşsə ədaləti tam qəbul edə bilər. Asif Atanın fəlsəfəsinə görə bunun üçün intellekti ruha tabe eləmək gərəkdir. Bunun üçün gərək ruhu yüksək gəlişmə düzeyinə qaldırasan. İntellekt ruha tabe olanda onunla birləşə bilir. Çünkü ruh intellekti rədd eləmir. Ruh intellektə tabe olsa birləşə bilmirlər. Çünkü intellektdə eqoizm, özünəyararlıq kimi keyfiyyətlər güclüdür. Ruhda isə özünü dərketmə, böyütmə keyfiyyətləri güclüdür. Ardını oxu »
Asif Ata. İnsan Gözəlliyi
İyul 22nd, 2024
admin Səmaya bənzəmək. Günəşə bənzəmək. Dağlara bənzəmək.
Bulağa bənzəmək. Çırağa bənzəmək.
Ananın ürəyi. Atanın zəkası. Aşiqin fəryadı. İgidin cürəti. Körpənin təravəti. Ayrılığın kədəri. Vüsalın sevinci. İdrakın vəcdi. Sevgi məqamı. Gəlin vüqarı. Həya qızartısı.
Aşiqin Məcnun çağı.
Şəhidin ölüm çağı.
Yolçunun yoxuş çağı.
İlqarın sınaq çağı. Ardını oxu »
Soylu Atalı. Alimin Fal Daşı, ya da Kül Aləmin Gözünə
İyul 6th, 2024
admin Bir vaxtlar Azərbaycanda rusçuluğa sevgi çox qabarıq idi. Rusun orta səviyyəli bir yaradıcısına yarınmaq istəyənlərin içərisinə iynə atırdın yerə düşmürdü. İndi avropalıların xoşuna gəlmək yarışı başlayıb. Kim harda nə tapırsa, ona kosmetik bəzək verib öz doğmaca xalqına sırımağa çalışır. Hər araçla toplumu inandırmağa çalışırlar, Avropada azərbaycanlıların bilmədiyi böyük kişilər varmış. Bizim toplumumuz onlardan soraqsız imiş. Azərbaycana dışarıdan kişilər tanıtmaq gələnəyi yaradanlar elə bilirlər, öz əməlləri ilə bu xalqı şərəfləndirirlər. Çağdaş azərbaycanlıların öz böyüklüyü isə dışarıdakı böyükləri öz xalqına sırıya bilmək bacarığından oluşur. Baxın, bir sıra azərbaycanlılar öz içimizdəki dəyərə üz tutmur, böyükləri üzə çıxarıb göstərmir. Tərsinə, böyüklərimizi “qəhrəmani bir şövqlə” aşağılayırlar. Ya da vəzifəyə, mənsəbə, hökmdara, yadlara, yadlığa qulluq göstərənlərdən böyüklər uydurub sunurlar. Bəllidir ki, balacaların uydurulmuş böyüklüyü heç uyduranın özü üçün başucalığı gətirmir, qala ki, vətənin xeyrinə bir iş görə. Bir də ki, uydurmaçıların məqsədi heç vətən də deyil axı. Öz öləri şöhrətləri, hansısa çıxarları ödənilsin deyə çalışırlar. Ardını oxu »
Paşa Talıblı. Şeirlər
İyul 5th, 2024
admin Göy üzündən qorxar ovcun….
…ikiyə bölünmüş cəbhədi adım,
arxaya can qoydum, ad qoydum önə.
Çoxları özünə oxşatdığından
çoxları özündən ad qoydu mənə…
Adım ölənlərin dilində köçdü
şəklim gözlərində köçdüyü kimi…
… nəvəmin adından keçərəm bir gün
babamın adından keçdiyim kimi.
…qeyrət damarının divarlarına
qan kimi yazılmır hər qanın adı.
Yığılıb qalıbdı adımın üstdə
Hadinin, Bayronun, Lorkanın adı…
Xaliq Bahadır. Dəyərləri qorumaq gərəyi
İyul 3rd, 2024
admin Rejim sorunları üzündən bu gün istər Türkiyədə, istər Azərbaycanda Türkçülük-Ulusalçılıq çox çətin, ağrılı görəvə dönüşüb. Ancaq kimlər üçün? Dəngəsi pozuq yapay yarımçıq kimsələr üçün deyil, bu yoliun dönməz-gerçək yolçuları üçün.Türkçülük-Ulusalçılıq kimi dəyərlərə yalanın üstünlük qazandığı ortamda yer olmur, ola bilmir. Bu isə Türkçülüyün-Ulusalçılığın özünə-özlüyünə, başqa sözlə, xarakterinəbağlı qaçılmaz görsənişlərdəndir. Türkçülük-Ulusalçılıq yalanla, özgüdükçülüyə bağlı dəngəsiz, nala-mıxa vuran yalançı yolçuluqla, ilkələrə ayqırı, prinsipsiz barışqanlıqla bir araya sığmır, sığamaz. Ardını oxu »




