Bu ayın 24-də “Türkel Araşdırma Qurumu”nun nümayəndələri bir araya gəldilər. Şəxsi qayğılarla bağlı yaranan fasilədən sonra bir araya gələn aydınlar işin zəruriliyinin artdığını və önəmini xüsusi qeyd elədilər. “Bu gün həqiq sözə, maarifçiliyə daha böyük ehtiyac var. Dünya hər gün qarışır. Bu qarışıqlığın Azərbaycana zərərli təsiri də artır. Ardını oxu »
Soylu Atalı. Türklüyün Yenilməsinin Yenilənməsi
Türkiyə ilə Azərbaycan arasında yaranan siyasi gərginlik çox çək-çevir edilməkdədir. Hər iki ölkədə duruma olduqca həssas, ehtiyatlı yanaşmalar da var, buradan oranı, oradan buranı yamanlayanlar da. Yamanlayanları iki yerə bölmək olar: Dış güclərin çıxarlarına qulluq edənlər, bir də hakimiyyətlərin istəklərinə qulluq edən trollar. Ehtiyatlı davrananlar çox çətin durumda qalıblar. Bəzən onlar barışdırıcı mövqe seçirlər, bəzən […]
Asif Ata. Özüylədöyüş və Özüyləbarışma
Həyatda insan özüylə döyüşür, ancaq bu döyüşdə tam qələbə qazanmır, son nəticədə özüylə barışır. Özüyləbarışmada o, gerçəkliyin məntiqinə əsaslanır. “Yırtıcı olmasam, yaşaya bilmərəm, məni parçalayarlar” – deyir. “Xudbin olmasam, yaşaya bilmərəm, başqasının əsarətinə düşərəm” – deyir. “Şəhvəti sevməsəm, yaşamaram, çünki həyat – cismani nəşələnməkdir” – deyir. “Şöhrəti sevməsəm, yaşamaram, çünki həyat özünütəsdiqdir” – deyir. “Yalana […]
Başsağlığı
Asif Atanın Mütləqə İnam Ocağı Ocaqdostu, Güney Azərbaycan aydını Ağşın Ağkəmərlinin ölümü ilə bağlı ailəsinə, millətimizə başsağlığı verir. Evindən işıq əskilməsin. Balalarında yaşasın. Yurdu, Ulusu var olsun.
Asif Ata. Dostluq – Düşmənlik
Həyatda ən yüksək dostluq belə, mütləq səviyyəyə qalxmır. Bu səbəbdən də həyatdakı ən böyük dostluqda belə düşmənlik yaşayır. Əgər insan xudbinlik eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən azad deyil. Əgər insan həsəd eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən azad deyil. Əgər insan mənfəətpərəstlik eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən […]
Ağşın Ağkəmərli. Yolçu yolda gərək
1965-ci ildə 5 yaşında kənddə məktəbə getmişəm. Bütün dərslər fasca olduğuna görə heç nə başa düşmürdüm. Təkcə mən yox, heç kim heç nə başa düşmürdü. Ancaq məni başqalarından fərqləndirən bir şey vardı, – şeiri bir dəfə eşitməklə öyrənirdim, daha doğrusu, sözlərini əzbərləyirdim. Atam hər ilin qış aylarında kəndə gəlirdi. 1-2 ay qalandan sonra evə gərək […]
Bəhmən Sultanlı. MILLIYƏT SOYADDAN BİLİNMƏLİDİR
May 20th, 2012
admin Vaxtilə başqa millətlərin nümayəndələri ilə söhbətdə bizim köklü xalq olmadığımızı, əlifbanı, soyad sonluqlarını ruslarlardan götürdüyümüzü, mədəniyyətin bizə ruslardan gəldiyini iddia edənlər az olmurdu. Belə halla imperiya dönəmində daha çox rastlaşmalı olurduq, bu söhbətlər genişlənib diskussiyaya çevrilirdi, mübahisələr doğururdu… Ardını oxu »
Asif Ata. MÜQƏDDƏS ZƏRURİLİK və ya TÜRK ŞƏRQİN BAŞÇISI OLMALIDIR
May 15th, 2012
admin – Asif Ata, deyirlər ki, Yer üzərində suyun səviyyəsi artanda türk də qalxır, öz hakimiyyətini bərqərar edir. Bu asılılıq hardan gəlir və Asif Atanın «türklər xüsusi irqdir» kəlamına da aidiyyatı varmı? Ardını oxu »
Soylu Atalı. “Elm”in siyasəti
May 15th, 2012
admin Son dövrlər Yadplanetlilər mövzusu nədənsə aktuallaşdırılır. Görəsən bunun arxasında nələr dayanır?! Nəzərə alsaq ki, dünyanın nizamı ancaq siyasətdən ibarətdir, onda əllaməçiliklərdən baş çıxarmaq doğrudan da çətinləşir. Siyasət bəşəriyyətə oyundan başqa heç nə təqdim eləmir. Oyuna düşüb dünya. Mətbuatın da qulağı səsdədir, oyunlar gözləyir ki, hallandırıb oxucunun diqqətini cəlb eləsin. Ardını oxu »
Yasin Türksoy – Qobustan qayaüstü təsvirləri haqqında düşüncələr
May 14th, 2012
admin (Cizgilərin diliylə)
Qayalar insanlar kimi yalan söyləməz. Ən əhəmiyyətsiz görsənən daş parçasının özündə daşıdığı tarixi əhəmiyyətli sirr ona ehtiyac artdıqca bir o qədər mənalanır. Cansız təbiət sayılan bitkilərin – otların, ağacların da axtarışlara bələdçilik imkanı var. Ardını oxu »
Bəhmən Sultanlı. RESPUBLİKAMIZDA KÜRDLƏRİN ÜMUMİ SAYI 15-20 MİNDƏN ARTIQ DEYİL
May 10th, 2012
admin Uzun müddətdir, müxalif dairələrdən olan bəzi “siyasətçilər”, müxalif mövqeli mətbuat orqanları ölkə başçısı Heydər Əliyevin kürd olduğunu, Milli Məclis üzvlərindən 90 nəfərin kürd mənşəliliyini, xaricdən olan “kürd axını”nı məskunlaşdırmaq üçün Gəncəbasarda, Abşeronda, Naxçıvanda, Şirvanda, Muğanda, Lənkəranda, Qubada… kəndlər, qəsəbələr salındığını, mövcud vəzifələrdə yalnız kürdlərin yerləşdirildiyini inadla sübutlamağa çalışırlar. Ardını oxu »
Bəhmən Sultanlı. Lobbiçilik Türkiyəyə qarşı yönəlmiş “çalışma növü”dür.
Aprel 24th, 2012
admin XXI yüzilin siyasət aləmində “lobbi” ilə “diaspor” qohum anlayışları daha tez-tez işlədilməkdədir. Bu anlayışları ən çox ermənilərlə bağlı işlədirlər. Bir çox siyasətçilər az qala dünyanın taleyini “erməni diaspor təşkilatları” ilə, “erməni lobbiçiləri” ilə bağlayırlar, özü də elə danışırlar, adam onların “erməni lobbiçiləri” ilə fəxr etdiklərini güman edir. Ancaq lobbinin nə olduğunu deyən yoxdur. Bu, məqamın özü maraq doğurur. Ardını oxu »
Dövlətçiliyimizə gərək olan Millətçiliyimiz (son hissə)
Aprel 22nd, 2012
admin Fəlakətlərimizdən dərs götürək!
Azərbaycanın tarixi fəlakətləri əsasən onun yaratdığı milli-bəşəri dəyərlərin məhv edilməsi hesabına formalaşıb. Bu fəlakətlər isə bu vaxta qədər təhrif olunmuş biçimdə qiymətləndirilib…
Əslən Təbrizdən olan tədqiqatçı ziyalı Ağşın Ağkəmərli, Uluyurd prinsipləri ilə yükümlü Abil Ulusoy və Mütləqə İnam Ocağının Yükümlüsü Soylu Atalı “Fəlakətlərimizdən dərs götürək” rubrikası altında milli-mənəvi açımdan mövzuları təqdim edirlər. Ardını oxu »
Asif Ata. Türk Ruhu bərqərar olsun!
Aprel 22nd, 2012
admin Söhbətimizi türk ruhundan başlayırıq. Türk ruhunun mahiyyəti, mənası, canı inanclıq deməkdir. Türk ruhu qədər inanc ruh yoxdur, bəlkə almanlarda da bizdən aşağıdır. Lakin bu inanclıqda itaət yoxdur, qismətçilik yoxdur, cənnətçilik, cəhənnəmçilik, xurafat və cəfəngiyyat yoxdur. Türklər Göyə inanıblar, Göyün özünü ilahi varlıq sayıblar. Ardını oxu »
Dövlətçiliyimizə gərək olan Millətçiliyimiz (davamı)
Aprel 18th, 2012
admin Fəlakətlərimizdən dərs götürək!
Azərbaycanın tarixi fəlakətləri əsasən onun yaratdığı milli-bəşəri dəyərlərin məhv edilməsi hesabına formalaşıb. Bu fəlakətlər isə bu vaxta qədər təhrif olunmuş biçimdə qiymətləndirilib…
Əslən Təbrizdən olan tədqiqatçı ziyalı Ağşın Ağkəmərli, Uluyurd prinsipləri ilə yükümlü Abil Ulusoy və Mütləqə İnam Ocağının Yükümlüsü Soylu Atalı “Fəlakətlərimizdən dərs götürək” rubrikası altında milli-mənəvi açımdan mövzuları təqdim edirlər Ardını oxu »




