Yaxın Şərqin taleyi siyasi məngənədən necə açıla bilər?! Heç kim bu suala cavab vermir. Ya Şərqin taleyini məngənədə hesab etmirlər, əksinə, onun bu minvalla (inqilablar dalğasında) xilas olacağını düşünürlər, ya da siyasi nəhənglərin əlindən yaxa qurtarmağı mümkünsüz sayırlar. Ardını oxu »
Soylu Atalı. Türklüyün Yenilməsinin Yenilənməsi
Türkiyə ilə Azərbaycan arasında yaranan siyasi gərginlik çox çək-çevir edilməkdədir. Hər iki ölkədə duruma olduqca həssas, ehtiyatlı yanaşmalar da var, buradan oranı, oradan buranı yamanlayanlar da. Yamanlayanları iki yerə bölmək olar: Dış güclərin çıxarlarına qulluq edənlər, bir də hakimiyyətlərin istəklərinə qulluq edən trollar. Ehtiyatlı davrananlar çox çətin durumda qalıblar. Bəzən onlar barışdırıcı mövqe seçirlər, bəzən […]
Asif Ata. Özüylədöyüş və Özüyləbarışma
Həyatda insan özüylə döyüşür, ancaq bu döyüşdə tam qələbə qazanmır, son nəticədə özüylə barışır. Özüyləbarışmada o, gerçəkliyin məntiqinə əsaslanır. “Yırtıcı olmasam, yaşaya bilmərəm, məni parçalayarlar” – deyir. “Xudbin olmasam, yaşaya bilmərəm, başqasının əsarətinə düşərəm” – deyir. “Şəhvəti sevməsəm, yaşamaram, çünki həyat – cismani nəşələnməkdir” – deyir. “Şöhrəti sevməsəm, yaşamaram, çünki həyat özünütəsdiqdir” – deyir. “Yalana […]
Başsağlığı
Asif Atanın Mütləqə İnam Ocağı Ocaqdostu, Güney Azərbaycan aydını Ağşın Ağkəmərlinin ölümü ilə bağlı ailəsinə, millətimizə başsağlığı verir. Evindən işıq əskilməsin. Balalarında yaşasın. Yurdu, Ulusu var olsun.
Asif Ata. Dostluq – Düşmənlik
Həyatda ən yüksək dostluq belə, mütləq səviyyəyə qalxmır. Bu səbəbdən də həyatdakı ən böyük dostluqda belə düşmənlik yaşayır. Əgər insan xudbinlik eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən azad deyil. Əgər insan həsəd eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən azad deyil. Əgər insan mənfəətpərəstlik eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən […]
Ağşın Ağkəmərli. Yolçu yolda gərək
1965-ci ildə 5 yaşında kənddə məktəbə getmişəm. Bütün dərslər fasca olduğuna görə heç nə başa düşmürdüm. Təkcə mən yox, heç kim heç nə başa düşmürdü. Ancaq məni başqalarından fərqləndirən bir şey vardı, – şeiri bir dəfə eşitməklə öyrənirdim, daha doğrusu, sözlərini əzbərləyirdim. Atam hər ilin qış aylarında kəndə gəlirdi. 1-2 ay qalandan sonra evə gərək […]
Nəsimilik – İnsançılıq Həqiqəti
Avqust 6th, 2012
admin Ocaq İlsırası ilə Qürub Ayının 4-də (avqust, 2012) Mütləqə İnam Ocağının İnam Evində Azərbaycanın dəyərlərindən biri olan Nəsimiliyə həsr olunmuş “Fikir Evi” keçirildi. “Fikir Evi”ni Yeni Yazarlar Ədəbi-kulturoloji kursunun baş əlaqələndiricisi Zaur Qəriboğlu təşkil etmişdi. Elə tədbiri də giriş sözü ilə özü açdı və davam etmək üçün YYSQ sədri, kursun ümumi rəhbəri, yazıçı-kulturoloq Aydın Xan Əbilə müraciət etdi. Aydın Xan mövqeyini bildirəndən sonra Günev Atalı münasibət bildirdi. Ardını oxu »
Ənvər BÖRÜSOY. Noqay Türkləri yenidən ayaqda
İyul 19th, 2012
admin Bu türk toplumu milli səfərbərliklə assimliasiyanın qarşısını almaq istəyir.
Aprelin 13-də Dağıstanın Noqay rayonunun Terekli Mekteb qəsəbəsində Noqay Federal Milli Mədəni Muxtariyyətinin yaradılması və bu yöndə Rusiya Federasiyası boyunca bütün soydaşların səfərbər olunması üçün böyük bir qurultayın keçirilməsi haqqında qərar verildi. Çeçenistan, Qaraçay-Çərkəz, Dağıstan, Kalmıkstan respublikaları ilə yanaşı, Stavropol və Həştərxan vilayətlərində yaşayan noqayların milli qurumları da bu yöndə bir araya gəlmək üçün razılıq vermişlər.
TÜRKEL ARAŞDIRMA QURUMU TƏQDİM EDİR
İyul 15th, 2012
admin Azərbaycanda demokratiya həşiri başlayandan bəri
milli dəyərlərimizə vaxtaşırı hücumlar sərgilənir.
Bu hücumlardan biri son vaxtlar Ş.İ.Xətaiyə qarşı
yönəlib. Hadisələri, yaxud şəxsiyyətləri qərəzsiz
araşdırıb nöqsanları aydınlaşdırmağa sözümüz yox.
Ancaq qərəzli yanaşıb kimlərinsə dəyirmanına su
tökmək antimilli proseslərin tərkib hissəsidir. Ardını oxu »
Ulusəs Atalı. DÖNƏ-DÖNƏ ATATÜRK…
İyul 9th, 2012
admin Atatürk qəhrəmanlığı – türkün ölümü yenmə qətiyyətiydi.
Atatürkün başçılıq etdiyi Çanaqqala döyüşü elə andır ki, məhz buradan türkün yenidən doğulub “var olmaq” tərcümeyi-halı başlanır. O savaşlarda göstərdiyi qəhrəmanlıq millətin özümlüyünü, yenilməzliyini bir daha təsdiqlədi. Məhz bu döyüşdə Atatürkün məşhur “Mən sizə ölmək əmri verirəm!” hökmü 200 min türkü şəhidlik zirvəsinə yüksəltməklə, ulusu ölümsüz etdi. Ardını oxu »
Xaliq Bahadır. Divarın o üzündəki 4 iyun
İyun 23rd, 2012
admin Aradan 19 il keçib. 19 il. 4 iyunla bağlı elə hey yazılar yazılır, çıxışlar edilir. Ancaq yazılanlar, deyilənlər hamısı DİVARIN bu üzündə olanlar, baş verənlərdir. Bu baxımdan 4 iyunla bağlı yazılanlar, deyilənlər hələlik bütün gerçəklər deyil, yarımçıq gerçəklərdir. Kimlərsə bilərəkdən (özləri işin içində olduqlarına görə!), kimlərsə 4 iyunu doğuran, 4 iyuna aparan gerçəkləri bilmədiklərindən 19 il sonra belə, ortaya yarımçıq gerçəklər çıxır, DİVARIN o üzündə baş verənlər – 4 iyuna gətirən görsənişlər eləcə üstüörtülü, gizli qalır. Ardını oxu »
Asif Ata. Tarixə çatmaq (IV.Xətailiyimiz)
İyun 20th, 2012
admin QAN HAVASI
Qan çağırır Zəmanə, Qan Həvəsinə qoşulub. Qana qəltan olub, Qana sığınıb. Qana bürünüb; – Qana küsəniblər hökmdarlar; Qan bulaşıb Qohumluğa, Qardaşlığa; Qandan böyük məna görmürlər Qansızlar; Qanla doğulurlar, ölürlər, Qan Beşiyində yetişirlər; Qandan Taxt düzəldirlər, tac düzəldirlər; torpaqlar Qanla suvarılır, Fitnə, Məkr qanlaşır; Qan gətirib Qan aparırlar; Qan havasına oynayırlar, oynadırlar, Qanla yazılır ömürlər, Qan nehrəsində çalxalanır Dünya. Ardını oxu »
Soylu Atalı. Güney Azərbaycanın taleyi sınaq mərhələsində
İyun 9th, 2012
admin Qərbin dünyaya ağalıq eləmək meyli bu gün qarşısıalınmaz həddə çatıb. Orta Doğuya doğru geniş vüsət alan yerişinə “poetik” ad da qoyub – “Ərəb baharı”. Əslində ərəblərdə bundan öncəki idarəetmələr də Qərbin təsiri ilə formalaşmışdı. İndi o, bir vaxtlar yaratdığı siyasi gedişata zimistan adı qoyub “bahar”ın gəlişini təşkil edir. Şübhəsiz ki, bu gün yaratdığına da nə vaxtsa zimistan adı verəcək. Bu, ağalığın siyasi əyləncə üsuludur. Ağa öz rəiyyətindən daim onun havasına oynamaq tələb edir. “Ərəb baharı” Qərb üçün siyasi qladiator meydanıdır. Bu gün ərəb dövlərləri öz toplumları üçün süngüləşmək cəbhəsinə çevrilib. Öz içində bir-birinə yağı kəsilərək “azadlığa” doğru can atırlar. Bu “azadlıq” milli varolmanı deyil, Qərbin bölgədəki varlığını oluşdurur. Ardını oxu »
Bəhmən Sultanlı. Dünya terrorçular, narkotika qaçaqmalçıları… Vasitəsilə özünə problemlər yaratmaq marağında deyil
May 30th, 2012
admin Daşnaksyütunçular (məkirli, terrorçu… ermənilər belə adlanırlar – B.S.) hələ sovet dönəmində öz yenicə dil açan körpələrinə də türklərə qarşı nifrət hissi aşılayarkən Türkiyəni sındırmaq, inkişafdan qoymaq marağında olan dövlətlərin tapşırıqlarını yerinə yetirirdilər. Odur, türkləri qəddar, qaniçən, mədəniyyətsiz kimi təsvir edirdilər, 1918-ci ildə ermənilərə qarşı “soyqırım törətmiş olduqlarını” anlatmaq istəyirdilər. Bu cür təbliğatın özülündə türklərdən “qisas almaq” ideyası dayanırdı, ermənilərdə körpəlikdən başlayaraq türklərə kin, qəzəb hissi aşılanırdı. Ardını oxu »
Soylu Atalı. Yolçuluq Həqiqəti
May 28th, 2012
admin (Uca ziyalı M.Ə.Rəsulzadəyə açıq məktub)
Azərbaycan Türk Dünyasının potensial ruhani mərkəzidir. Arzumuz odur ki, Azərbaycan da özünün bu tarixi, ruhani məsuliyyətini dərk eləsin, Türk Dünyası da. Biz Azərbaycanımızı süni şəkildə Türk Dünyasına böyük elan eləmirik, həqiqəti bəyan edirik. Həqiqətdən kənarda isə türkün nə birliyi yaranar, nə də ucalığı təsdiq olunar. Ardını oxu »




