Ölkəmizin gəncləri arasında yaranmış dini çaşqınlıq durumunu izlədikcə içən çox sarsıldım. Yurdumun gəncləri nəyə görə Ərəbistan səhralarında, Əfqanıstan dağlarında ölsünlər. Hansı məqsədə, hansı amala görə vətəndən dağılsınlar?! – Bu faciənin bircə cavabı var – gənclərmizin ideoloji şüurunda mövhumat və xurafat çox qüvvətlidir. Dini təbliğatlarda boşluqların olmasıdır. Onlar bu boşluğu dini fanatikliklərlə doldurmağa çalışırlar. Ona görə də ilk öncə fanatizmi gənclərimizin şüurundan çıxartmaq və onları ağıllı, fəal mübarizliyə alışdırmaq gərəkdir. Ardını oxu »
Asif Ata. Özüylədöyüş və Özüyləbarışma
Həyatda insan özüylə döyüşür, ancaq bu döyüşdə tam qələbə qazanmır, son nəticədə özüylə barışır. Özüyləbarışmada o, gerçəkliyin məntiqinə əsaslanır. “Yırtıcı olmasam, yaşaya bilmərəm, məni parçalayarlar” – deyir. “Xudbin olmasam, yaşaya bilmərəm, başqasının əsarətinə düşərəm” – deyir. “Şəhvəti sevməsəm, yaşamaram, çünki həyat – cismani nəşələnməkdir” – deyir. “Şöhrəti sevməsəm, yaşamaram, çünki həyat özünütəsdiqdir” – deyir. “Yalana […]
Başsağlığı
Asif Atanın Mütləqə İnam Ocağı Ocaqdostu, Güney Azərbaycan aydını Ağşın Ağkəmərlinin ölümü ilə bağlı ailəsinə, millətimizə başsağlığı verir. Evindən işıq əskilməsin. Balalarında yaşasın. Yurdu, Ulusu var olsun.
Asif Ata. Dostluq – Düşmənlik
Həyatda ən yüksək dostluq belə, mütləq səviyyəyə qalxmır. Bu səbəbdən də həyatdakı ən böyük dostluqda belə düşmənlik yaşayır. Əgər insan xudbinlik eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən azad deyil. Əgər insan həsəd eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən azad deyil. Əgər insan mənfəətpərəstlik eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən […]
Ağşın Ağkəmərli. Yolçu yolda gərək
1965-ci ildə 5 yaşında kənddə məktəbə getmişəm. Bütün dərslər fasca olduğuna görə heç nə başa düşmürdüm. Təkcə mən yox, heç kim heç nə başa düşmürdü. Ancaq məni başqalarından fərqləndirən bir şey vardı, – şeiri bir dəfə eşitməklə öyrənirdim, daha doğrusu, sözlərini əzbərləyirdim. Atam hər ilin qış aylarında kəndə gəlirdi. 1-2 ay qalandan sonra evə gərək […]
Soylu Atalı. Türkün qədim ABEsi (Tamğası)
90-cı illərdə Asif Atadan eşitdiyimiz başlıca qonulardan biri millətimizin öz abesinin, (əlifbasının) olması ilə bağlı idi. Ancaq abenin yaranması hər addımda baş tuta bilən asan bir məsələ deyil. Bu üzdən axtarışlar bizi Orxon-Yenisey yazılarının üzərinə aparıb çıxardı. Bəllidir ki, ərəblərin türkləri mənəvi-ruhani işğal eləməsinə qədər türklər arasında bu abe qullanılmışdır. İşğaldan sonra qədim türk abesi […]
XALİQ BAHADIR. DİNLƏDƏNLƏRİN DİNLƏDİLMƏKLİYİ, ÇƏKDİRƏNLƏRİN ÇƏKDİRİLMƏKLİYİ
Oktyabr 21st, 2015
admin Rüşvət, korrupsiya illərdir ölkəni başına götürüb. Tək elə mən özüm ölkəni bütünlüklə saran rüşvət, korrupsiya ilə çarpışma axarında illərdir ardıcıl olaraq yazılar yazıram. Bunlar kimlərəsə cansıxıcı görünə bilər, kimlərsə bir belə yazmağı gərəksiz saya bilər. Ancaq mən bundan bezmədim, bezmərəm: rüşvət, korrupsiya istənilən xalq, ölkə, dövlət üçün ağacı içindən yeyən qurd yerində olduğu üçün! Ardını oxu »
HÜSEYİN NİHAL ATSIZ. MİLLİ ŞUUR UYANIKLIĞI
Oktyabr 21st, 2015
admin Millî şuur, bir milletin, kendini duyması ve bilmesidir. Hem duyguya hem de düşünceye dayanan millî şuur, bir milletin mânevî kuvvetlerinden en önemlisidir. Milletlerin hayatını koruyan dört savunma hattından en geride olanı yâni sonuncusu ve en mühimi millî şuurdur. İnsan uzviyetinin akciğer, karaciğer, kalp ve beyin nasıl dört önemli organı ise, bir milletin de ordu, bağımsızlık, dil ve milli şuur, dört büyük kalesidir. Ardını oxu »
XALİQ BAHADIR. Korrupsiya komandasının komandanı
Oktyabr 17th, 2015
admin Komandanın əski-yeni çıxışı. Bu çıxış faktiki olaraq başında durduğu komandanı darmadağın edən (sözdə!) komandan çıxışıdır. Komandan komandasına qarşı! Ancaq, bu yeni çıxış deyil, əski-yeni çıxışdır. İndiyədək belə çıxışlar çox olub, hamısı da sonucsuz. O danışır, komandası yazır. Düz 12 ildir o danışır, onlar yazırlar. Sonra da arxayınlıqla illərdən bəri getdikləri yolla gedirlər… Ardını oxu »
İBRAHİM İLYASLI. “BİLİRƏM”
Oktyabr 17th, 2015
admin BİLİRƏM
Bilən dostlar bilir, mən də
Bir para şeylər bilirəm.
Nə tufan eləyir sazlar,
Nə oxur neylər, bilirəm.
Daşlara dirənir yolum,
Tətikdədi sağım, solum.
Sormayın, fədanız olum,-
Daş dizə neylər, bilirəm. Ardını oxu »
Günev Atalı. Şəxsiyyət və Toplum
Oktyabr 16th, 2015
admin Öncə “şəxsiyyət kimdir” və ya “kimə şəxsiyyət demək olar” fikrinə aydınlıq gətirək.
Şəxsiyyət – gerçəkliyin, yəni zamanın, mühitin, ortamın, bütövlükdə toplumçuluğun insanlığa qarşı gedişlərini qəbul etməyən və bu kimi gedişlərə dirəniş göstərib savaşan, savaşın yollarını göstərən kəslərə demək olar.
Şəxsiyyətə münasibət heç vaxt toplum tərəfindən biranlamlı qarşılanmayıb. Gah dışlanıb, sürgün edilib, gah lağa qoyulub, ələ salınıb, hətta qısqanclıq mövqeyindən yanaşmalar və b.k. hallar olub. Sonucda isə ən ağır cismani cəzalara uğradılıb, öldürülüb. Ardını oxu »
Əzizə Ağahüseynqızı. Gecəm gözlərimdən asılı qalıb
Oktyabr 16th, 2015
admin Nədir həsrət qoyan məni yuxuya?
Gecəm gözlərimdən asılı qalıb.
Duyğumu, halımı xeyrə toxuya,
Gecəm gözlərimdən asılı qalıb.
Hanadı, arğacı qəmdi, kədərdi,
Toxuya bilmirəm vaxtım hədərdi,
Ürəyimdə qüssə dünya qədərdi,
Gecəm gözlərimdən asılı qalıb. Ardını oxu »
QƏZƏNFƏR MƏSİMOĞLU. Açıl, sabahım, açıl
Oktyabr 14th, 2015
admin Yatıb oyanmışam mən,
Dan yeri heç sökülmür.
Gecənin gözlərindən
Yuxusu da tökülmür,
Açıl, sabahım, açıl.
Yasin Türksoy. Xalqın İnamla oyanışı üçün
Oktyabr 14th, 2015
admin Asif Ata Ocağı Azərbaycanda hər növ yadlığa qarşı milli, insani prinsiplərlə mübarizə aparır. Televizya millətin sağlam aydınlarını yaxına buraxmır, bu açıqca görünən gerçəkdir. Buna baxmayaraq Ocaqçılar gözləmə tərpənməzliyinə uymur, çağaşırı xalqın içinə çıxmağa özlərində təpər, hünər tapırlar. Onlar Asif Atanın ortamında bərkimiş insanlardır. Oxullarda öyrəncilərlə, öyrətmənlərlə, toplumsal-siyasal çalışmada olan insanlarla arası kəsilməz görüşlər keçirirlər, dolanışıqlarından kəsib səfərlər edirlər, bir sözlə, xalqımıza umacaqsız qulluq göstərirlər. Ardını oxu »
Mahboub AMRAHY. Kayıp Ülke , Turcomania!
Oktyabr 13th, 2015
admin 



