«Azadlıq» qəzeti 27 oktyabr 2015-ci il sayında, fəlsəfə üzrə elmlər doktoru YADİGAR TÜRKELin Azərbaycan toplumunun sosial–politik, kültürəl çətinliklərindən danışılıb, bilimsəl yol göstərilən altı «Politik ağı»sının birincisini kiçik kəsmələrlə yayımlayandan sonra qalanın yayımı yasaqlanmışdır.(?!)
Yaşa, Əbülfəz Elçibəy! Sən bizi nə günə qoydun! Sənin dönüklüyün, satqınlığın ucundan ulusun bir soyu qırıldı, ulusal oyanışı söndürüldü!
«Politik ağı»ların toplumsal–politik, ulusal dəyərini gözə alaraq, sayğılı oxuculara çatdırırq. Ardını oxu »
Asif Ata. Özüylədöyüş və Özüyləbarışma
Həyatda insan özüylə döyüşür, ancaq bu döyüşdə tam qələbə qazanmır, son nəticədə özüylə barışır. Özüyləbarışmada o, gerçəkliyin məntiqinə əsaslanır. “Yırtıcı olmasam, yaşaya bilmərəm, məni parçalayarlar” – deyir. “Xudbin olmasam, yaşaya bilmərəm, başqasının əsarətinə düşərəm” – deyir. “Şəhvəti sevməsəm, yaşamaram, çünki həyat – cismani nəşələnməkdir” – deyir. “Şöhrəti sevməsəm, yaşamaram, çünki həyat özünütəsdiqdir” – deyir. “Yalana […]
Başsağlığı
Asif Atanın Mütləqə İnam Ocağı Ocaqdostu, Güney Azərbaycan aydını Ağşın Ağkəmərlinin ölümü ilə bağlı ailəsinə, millətimizə başsağlığı verir. Evindən işıq əskilməsin. Balalarında yaşasın. Yurdu, Ulusu var olsun.
Asif Ata. Dostluq – Düşmənlik
Həyatda ən yüksək dostluq belə, mütləq səviyyəyə qalxmır. Bu səbəbdən də həyatdakı ən böyük dostluqda belə düşmənlik yaşayır. Əgər insan xudbinlik eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən azad deyil. Əgər insan həsəd eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən azad deyil. Əgər insan mənfəətpərəstlik eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən […]
Ağşın Ağkəmərli. Yolçu yolda gərək
1965-ci ildə 5 yaşında kənddə məktəbə getmişəm. Bütün dərslər fasca olduğuna görə heç nə başa düşmürdüm. Təkcə mən yox, heç kim heç nə başa düşmürdü. Ancaq məni başqalarından fərqləndirən bir şey vardı, – şeiri bir dəfə eşitməklə öyrənirdim, daha doğrusu, sözlərini əzbərləyirdim. Atam hər ilin qış aylarında kəndə gəlirdi. 1-2 ay qalandan sonra evə gərək […]
Soylu Atalı. Türkün qədim ABEsi (Tamğası)
90-cı illərdə Asif Atadan eşitdiyimiz başlıca qonulardan biri millətimizin öz abesinin, (əlifbasının) olması ilə bağlı idi. Ancaq abenin yaranması hər addımda baş tuta bilən asan bir məsələ deyil. Bu üzdən axtarışlar bizi Orxon-Yenisey yazılarının üzərinə aparıb çıxardı. Bəllidir ki, ərəblərin türkləri mənəvi-ruhani işğal eləməsinə qədər türklər arasında bu abe qullanılmışdır. İşğaldan sonra qədim türk abesi […]
Yadigar Türkel. SİZ ÖYÜCÜSÜNÜZ, YOXSA DİLÇİ? (Politik ağı -1)
Noyabr 17th, 2015
admin
Xaliq Bahadır. Farsın farsa çevrilmiş Türk yağılığı
Noyabr 14th, 2015
admin İran İslam Respublikası televiziyasında Azərbaycan Türklərinin aşağılanması ilə bağlı Güney Azərbaycan yenidən ayağa qalxdı. Urmiya universiteti öyrəncilərinin başladıqları protes aksiyaları tezliklə bütün Azərbaycanı bürüdü. Protest aksiyaları tezliklə Tehranadək gedib çıxdı. Aksiyaların durmadan genişləndiyindən qorxuya düşən İran Dövlət Televiziya, Radio Şirkəti bildiri yayaraq ”verilişdə səslənən ifadələrə görə” azərbaycanlılardan “üzr” istəyib. Bildiridə deyilir: “6 noyabr tarixində efirə gedən verilişdə yanlışlıq, diqqətsizlik, verilişi hazırlayan şəxslərin düzgün nəzarət etməməsi səbəbindən, Azərbaycan dilində gedən dialoqlar cəsur və əziz azərbaycandilli həmvətənlərimizin narahatçılığına, və inciməsinə, şikayətlərin daxil olmasına səbəb olub. Ardını oxu »
“İNAM EVİ” DƏRGİSİ OXUCULARA SUNULUR
Noyabr 13th, 2015
admin Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız!
Bu gün Azərbaycanın toplumsal-siyasi yaşamını əks etdirən xeyli sayda yazılı basın yayını var. Ancaq elektron basın yayını aktivləşdikcə bir çox qəzet və jurnallar meydanda qala bilməyib sıradan çıxırlar. Ayaqda qalmaq üçün qıraqdan maddi yardım alanlar isə gərəkən yöndə çalışmır, “yardımçı”nın tələb və şərtləri ilə işləməli olurlar. Sonucda basın sistemi gücdən salınır, milli şüurun dirçəlməsi aradan qalxır. Oxucu cəsarətli söz eşitmir. Artıq toplumsal yaşamdakı neqativ olayları sadalamaq elə bir cəsarət tələb eləmir. Ardını oxu »
Ulusal Varlığımızı qoruyaq
Noyabr 11th, 2015
admin Ürəyinizdə Günəş olsun sayğılı yurddaşlarımız!
Bu gün Yurdumuz toplumsal-mənəvi qarışıqlıq içində yaşayır. Aparılan təbliğatlar, sunulan ideolojiliklər yiyəsiz bir meydana, boşluqlar dolaşığına çevirib yurdumuzu. Hər kəs özünün qara boyaları ilə işıq boyasında görünməyə çalışır həqiqət axtaranlarımızın gözlərinə. Sosial şəbəkələrdə həşirə çevrilən qüvvələr xalqımıza “səadət” vermək üçün yarışa çıxıblar, özlərinin div həşəməti ilə qurtarıcı kimi görünməyə çalışırlar. Onlara qarşı dirəniş göstərmək istəyən milli kimsələrimiz isə xırdaca çabaları ilə cavab verirlər. Ancaq insanlarımız yalındırlar, umudverici əməl sərgiləyə bilmirlər. Ölkə bütünlüklə anarxiya içindədir. Milli kimliyi qoruya biləcək ideya-düşüncə sistemi insanlarımıza çatdırılmır, öyrədilmir. Ardını oxu »
Nəimi – 675
Noyabr 11th, 2015
admin Ürəyinizdə Günəş olsun sayğılı yurddaşlarımız!
Böyük Azərbaycan-türk düşünəri, Hürufilik Təliminin yaradıcısı Fəzlullah Nəiminin 675-illiyi qarşısındayıq. Bu böyük şəxsiyyətimizin yaratdığı dəyər xalqımızın mənəvi-ruhani mahiyyətindən yaranmış, indi də yadlıqlara qarşı milli tutalqa sayılacaq bir olaydır. Öyrənmək, öyrətmək, yiyə çıxmaq gərəkdir. İndi Soylu Atalının Nəimi şəxsiyyəti ilə bağlı yığcam bir yazısını sunuruq. Ardını oxu »
Xaliq Bahadır. Kollektiv cinayət faktoru
Noyabr 3rd, 2015
admin Kimlərsə elə bilir təmizləmə gedir, ancaq, pulları toparlamaqla DƏNİZLƏMƏ gedir. Gedir, özü də bütün ölkə boyu, bütün alanlar üzrə – yol polisindən tutmuş, parkinqlərədək. Yadınızdadır, 12 ildən bəri bu ölkənin başında duran adam xalqı, ölkəni, dövləti hər gün hər an çökürdən, çökürtməkdə olan sorunları görmürmüş kimi bir il qabaq çıxıb nədən danışdı: parkinqlərdən. “Orda-burda dayanırlar, çubuqlarını qaldırıb-endirməklə pul qazanırlar, bilmək də olmur o pullar hara gedir”. Onun nə demək istədiyi sonda dediklərindən bilindi: “bilmək olmur o pullar hara gedir”. Göstəriş verdi: “Bizdə də xaricdəki kimi olmalıdır”. Oldu. O çağadək çubuq yiyələri dayanma çağından asılı olmayaraq sürücülərdən 20 qəpik alırdılar. İndi “xaricdəki” kimi olub: saatı 1 manat. Ardını oxu »
Xaliq Bahadır. Rusiya siyasəti – Prokrust yatağı
Noyabr 2nd, 2015
admin Yunan mifologiyasına görə, quldur Prokrust ələ keçirdiyi adamların boyunu yatağına uyğunlaşdırırmış. Yatağından uzun olanın ayağını kəsir, gödəyin ayağını dartıb uzadırmış. Ukrayna – Krım olaylarından sonra Rusiyada oxşar görsəniş geniş yayılıb: istər içdə, istərsə də dışda Putinin antiUkrayna siyasətini, Krımı ələ keçirməsini düzgün sayanlar pozitiv, düzgün saymayanlar neqativ dəyərləndirmə şkalasına salınırlar. Ardını oxu »
Soylu Atalı (Ocaq Yükümlüsü). ANARXİYA YARADAN TOLERANTLIQ
Noyabr 1st, 2015
admin Sovetlər dağılandan üzü bu günə Azərbaycan iqtidarı daim dini tolerantlığını nümayiş etdirib öyünür. Ancaq biz indiyədək bu tolerantlıqda müsbət bir məzmun tapıb anlaya bilməmişik. Guya hər kəsə məslək seçimində azadlıq verilib. Bu, öz-özlüyündə yaxşı səslənir. Kim nəyə istəyir ona da inanır. Əlbəttə, heç kəsin içinə zor göstərmək olmaz ki, məhz filan yönə inanmalısan. Ancaq bu İnam məsələsi həvəsə dayanan hobbi deyil axı. İnam – kainatın ümumi nizamını dərk etmək, ictimai münasibətlərin sağlam axarını yaratmaq deməkdir. Bu isə saf, müdrik, mütəfəkkir insanlar tərəfindən öyrədilir, maarifləndirilir, yönəldilir. Ardını oxu »
Xaliq Bahadır. Əlli metrlik yolun açılışını edən prezident…
Oktyabr 31st, 2015
admin H.Cavid prospekti ilə N.Nərimanov prospekti arasında 50 metrlik bir yol var. Bugünlərdə o yolun asfaltı yeniləndi. Dövlət başçısı İ.Əliyev o yolun açılışını etdi – qırmızı lent kəsməklə. Az aralıda durmuş Bakı başqanı H.Abutalıbovla Yasamal rayon başqanı İbrahim Mehdiyev 50 metrlik yolun açılışını edən dövlət başçısını əllərini göyə qaldırmaqla alqışlayırdılar. Bu, onların yüksək görəvləri ilə bir araya sığmayan gülünc alqışlama idi, başqa cür desək, yaltaqcasına alqışlama! Ardını oxu »
Xaliq Bahadır. Dəyərsizləşən dövlət faktoru
Oktyabr 26th, 2015
admin Bu gün MTN-lə bağlı ortaya çıxan faktlar bir dövləti çökürdəcək, bir rejimi yıxacaq faktlardır. Burası ayrıca olaraq, dönə-dönə vurğulanmalıdır: bu gün MTN-lə bağlı ortaya çıxanlar çox az adam üçün sürpriz sayıla bilər. Jurnalistlər, siyasətlə ilgilənənlər, toplumun böyük çoxluğu üçün bunlar sürpriz deyil, korrupsioner rejim görsənişləridir. Biz illərdən bəri ölkədə rüşvətin-korrupsiyanın-oğurluğun-soyğunçuluğun-monopoliyanın DÖVLƏT SİYASƏTİNƏ dönüşdürüldüyünü yazdıq. Bu gün MTN-lə bağlı ortaya çıxan açıq cinayət-banditizm faktları bunların biri, bir neçəsi deyil, hamısı-toplusudur! Ardını oxu »




