Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız!
Bildirdiyimiz kimi, bu günlərdə Asif Atanın Mütləqə İnam Ocağı Güntay Atalının nənəsinin ölümü ilə bağlı Yas Törəni keçirmişdir. Ocağın Yükümlüsü Soylu Atalı amaldaşları İnamlı və Güntay Atalılarla birlikdə Ucar rayonuna səfər etmiş, Yas Törənini ölü yerində gerçəkləş-dirmişdir. Ocaqçılarla bir yerdə, Ocaqdostu ünlü rəssam Vaqif Ucatay da bu törənə qatılmışdır. Gələnəksəl gün olmadığına görə (yəni gömmə günü, ya da “üç” deyilən törən) törəndə qırxa yaxın adam omuşdur. Ardını oxu »
Asif Ata. Özüylədöyüş və Özüyləbarışma
Həyatda insan özüylə döyüşür, ancaq bu döyüşdə tam qələbə qazanmır, son nəticədə özüylə barışır. Özüyləbarışmada o, gerçəkliyin məntiqinə əsaslanır. “Yırtıcı olmasam, yaşaya bilmərəm, məni parçalayarlar” – deyir. “Xudbin olmasam, yaşaya bilmərəm, başqasının əsarətinə düşərəm” – deyir. “Şəhvəti sevməsəm, yaşamaram, çünki həyat – cismani nəşələnməkdir” – deyir. “Şöhrəti sevməsəm, yaşamaram, çünki həyat özünütəsdiqdir” – deyir. “Yalana […]
Başsağlığı
Asif Atanın Mütləqə İnam Ocağı Ocaqdostu, Güney Azərbaycan aydını Ağşın Ağkəmərlinin ölümü ilə bağlı ailəsinə, millətimizə başsağlığı verir. Evindən işıq əskilməsin. Balalarında yaşasın. Yurdu, Ulusu var olsun.
Asif Ata. Dostluq – Düşmənlik
Həyatda ən yüksək dostluq belə, mütləq səviyyəyə qalxmır. Bu səbəbdən də həyatdakı ən böyük dostluqda belə düşmənlik yaşayır. Əgər insan xudbinlik eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən azad deyil. Əgər insan həsəd eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən azad deyil. Əgər insan mənfəətpərəstlik eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən […]
Ağşın Ağkəmərli. Yolçu yolda gərək
1965-ci ildə 5 yaşında kənddə məktəbə getmişəm. Bütün dərslər fasca olduğuna görə heç nə başa düşmürdüm. Təkcə mən yox, heç kim heç nə başa düşmürdü. Ancaq məni başqalarından fərqləndirən bir şey vardı, – şeiri bir dəfə eşitməklə öyrənirdim, daha doğrusu, sözlərini əzbərləyirdim. Atam hər ilin qış aylarında kəndə gəlirdi. 1-2 ay qalandan sonra evə gərək […]
Soylu Atalı. Türkün qədim ABEsi (Tamğası)
90-cı illərdə Asif Atadan eşitdiyimiz başlıca qonulardan biri millətimizin öz abesinin, (əlifbasının) olması ilə bağlı idi. Ancaq abenin yaranması hər addımda baş tuta bilən asan bir məsələ deyil. Bu üzdən axtarışlar bizi Orxon-Yenisey yazılarının üzərinə aparıb çıxardı. Bəllidir ki, ərəblərin türkləri mənəvi-ruhani işğal eləməsinə qədər türklər arasında bu abe qullanılmışdır. İşğaldan sonra qədim türk abesi […]
MÜTLƏQƏ İNAM OCAĞI MİLLİ-OCAQ QURALLARI İLƏ YAS TÖRƏNİ KEÇİRMİŞDİR
Oktyabr 13th, 2015
admin
Əkrəm Mişovdağlı. Azərbaycan maarifinin atası M.H.Rüşdiyyə
Oktyabr 13th, 2015
admin
Mirzə Həsən Rüşdiyyə (1851-1944) XIX əsrin sonu XX əsrin əvvəllərində Güney Azərbaycanda maarifin inkişafında, millətin savadlanmasında və tədrisin dünyəvi elmi əsaslarda aparılmasında böyük xidmətləri olan maarifçilərdəndir. Onun həyatı bütünlüklə millət balalarını savadlandırmaq uğrunda apardığı mübarizə və bu yolda çəkdiyi əziyyətlər, sözün əsl mənasında, ölçüyəgəlməz böyük fədakarlıqdır. Mirzə Həsən Rüşdiyyə İran maarifinin inkişafında böyük izlər qoyub getmiş Güney Azərbaycan maarifinin atası sayılmaqdadır.
M.H.Rüşdiyyə kimdir?
Hacı Mirzə Həsən Mehdi oğlu Mirzə Həsən Rüşdiyyə 1851-ci ildə (Rəməzan 1276 hicri-qəməri) Təbrizdə ruhani ailəsində anadan olmuşdur. Ardını oxu »
Xaliq Bahadır. Böyük qırğın strategiyası
Oktyabr 9th, 2015
admin Bir çağlar ABŞ-ın ortada BÖYÜK Yaxın Doğu adlanan çox ambisioz projesi vardı. Bu proje dünyaya, başlıcası da Doğu dünyasına böyük səs salmışdı. Demək olar, hamı bu projedən yazır, bu projedən danışırdı. İndilikdə proje unudulmuş durumdadır. Bir sıra analitiklər ABŞ-ın bu projedən geri çəkildiyini söyləyirlər. Yanlış yanaşmadır. Sözügedən proje özünü YENİ DÜNYA DÜZƏNİNİN başlıca qurucusu olaraq göstərən, buna çalışan ABŞ üçün vazkeçilməz GEOPOLİTİK gərəkçədir. Böyük Yaxın Doğu projesi dünya ağalığına can atan anqlosaks birliyi üçün böyük də GEOPOLİTİKA formuludur. Ardını oxu »
Mütləqə İnam Ocağında yeni kitab çapları
Oktyabr 3rd, 2015
admin Ürəyinizdə Günəş olsun sayğılı yurddaşlarımız!
Ötən ay Mütləqə İnam Ocağı Asif Atanın 80 illiyi qarşısında bir sıra Ocaq əməlləri həyata keçirmiş, bununla bağlı Törəndə hesabat vermişdir. Bu əməllər sırasında Asif Atanın “Onluq”undan “Fəlsəfənin Təməli” Bitiyi çapdan çıxmış və oxucuların ixtiyarına verilmişdir. O cümlədən ulusal kimliyin təsdiqi kimi hazırladığımız “Ölügötürmə Quralları” və “Beşikbaşı (evlənmə) Quralları” kitablarımız yenidən çap edilmişdir.
Xatırlatmaq istəyirik ki, bu qurallar əsasında Mütləqə İnam Ocağı bir sıra yas və evlənmə törənləri həyata keçirmişdir. Bu gələnəklər bundan sonra da davam edəcəkdir. Kitablar bu günlərdə Milli Kitab Evinə sunulacaq, eləcə də satış məntəqələrində olacaqdır. Ardını oxu »
Soylu Atalının kitabı çapdan çıxdı
Oktyabr 3rd, 2015
admin Ürəyinizdə Günəş olsun sayğılı yurddaşlarımız!
Bu günlərdə Mütləqə İnam Ocağının Yükümlüsü Soylu Atalının “Kəpənəkçi – Ulu Elim” kitabı çapdan çıxdı. Bu, Soylu Atalının sayca dördüncü kitabıdır. Bundan öncəki kitabları əsasən Asif Atanın Yolunu, ulusal ruhaniyyatı, Vətənə, millətə bağlılığın ruhsal ölçüsünü ifadə etmişdir. Bu kitabı isə bir elin, bir köyün yığcam tarixini, köyü başlamış köklü soyların varlığını ifadə etmişdir. Bu əməl Soylu Atalının elinə, yurduna bağlılığından, ulusuna sevgisindən qaynaqlanır. Əslində Soylu Atalının umacaqsız çalışmaları hər bir vətən övladını düşündürən, təpərləndirən ləyaqət örnəyidir. Ardını oxu »
Xaliq Bahadır. Aqrar sektor – batan vektor
Oktyabr 2nd, 2015
admin Çox acı olsa da, deməliyəm: ilin başlanğıcında aqrar sektorla bağlı verdiyim proqnoz doğruldu. İlin başlanğıcında dövlət başçısı bu ili “Kənd təsərrüfarı ili” adlandırmışdı. Çoxillik rejim praktikasından çıxış edərək, mən də bu ilin kənd təsərüfatını batırma ili olduğunu bildirmişdim. Belə də oldu: “Kənd təsərüfatı ilində” Azərbaycan əkinçiliyi çıxdaş duruma salındı – əkinçi hökumətdən qabaqkı illərdə dilənçi payı yerində aldığını da bu il ala bilmədi. Bircə faktı çıxmaqla: bugünlərdə əkinçilərə subsidiya verilib. Böyük neft-qaz gəlirlərinə köklənərək soruşa bilərsiz: neçə min manat? Ardını oxu »
Soylu Atalı. MİLLİ KİMLİYİ QORUMAQ ÜÇÜN
Oktyabr 1st, 2015
admin Deyirlər İslam barış (sülh) dinidir. Deyirəm necə barış dinidir ki, şəriətin 6 rüknəsindən biri “cihad”dır. Yəni din uğrunda savaş.
Peyğəmbərdən başlayaraq bütün xəlifələr – dinə başçılıq edənlər savaş aparıblar, savaşdıqlarını yeniblər, sərvətlərini talayıblar, özlərini bir sıra işlərdə çalışdırıblar. Bu da olub onların “barış”ı. Bu nəyə bənzəyir?! – Rusiya erməninin içində üstümüzə gəldi, torpaqlarımızı əlimizdən alıb erməniyə verdi; Xocalı vəhşəti törədi; indi yaraqlanıb erməninin içində onu qoruyur. Bizə də deyirlər savaş olmaz, barış yolu ilə məsələni çözün. Ardını oxu »
Xaliq Bahadır. Fatma – Tükəzban parlamenti
Sentyabr 29th, 2015
admin O başdan bu başa indiki rejimlə bağlı çoxlu kəskin yazı yazmışam. Himin əyri qoyulduğunu gördüyüm üçün, əyri himin – özülün əyriliklərə aparacağını proqnozlaşdırdığım üçün lap başlanğıcdan kəskin yazılar yazmışam, indiyədək yazmaqdayam. Rejimdən gördüyüm təpkilər, çeşidli qorxutma-çəkindirmə çalışmaları bir yana, müxalifət düşərgəsindən də çoxlu qınaqlarla üzləşmişəm. Onlardan biri – Pənah Hüseynov – hakimiyətə qarşı kəskin yazılarıma görə Müsavat tribunasından məni “psixopat” adlandırıb, Rauf Arifoğlu bəlli “YeM” qəzetində dönə-dönə məni “xəstə” adlandırıb. Nə yazdığımı, niyə yazdığımı gözəl bildiyimdən, illərlə bu sayaq qınaqlara dözümlə yanaşmaqla öz yolumu getmişəm, düzgün bildiyim işimi görmüşəm – Ulusunu, Ölkəsini, Dövlətini sevən, onun SAĞLAM gələcəyi üçün çalışan kimsə olaraq! Ardını oxu »
Lev TOLSTOY. İMPERATOR II NİKOLAYA MƏKTUB
Sentyabr 28th, 2015
admin İstəkli qardaşım,
Bu məktubumda çardan çox, bir insana çağırış elədiyimdən və bütün insanları özümə qardaş bildiyimdən, sizə qardaşım deməyi daha uyğun saydım.
Bundan başqa da, mən indi ölüm ayağında olduğum və bu məktubu o dünyanın kandarından yazdığım üçün sizi belə çağırıram. Ardını oxu »
XALİQ BAHADIR. ASİF ATA – BÖYÜKLÜK, BÜTÖVLÜK, ÖZGÜRLÜK KİŞİSİ
Sentyabr 26th, 2015
admin Fəlsəfə! Fəlsəfənin nə olduğunu, bəlkə də, daha çox filosofların bioqrafiyasından, yaşam yolundan öyrənmək olar. Bir var filosofun yaradıcılığı, bir də var filosofun yaşam yolu. Gerçək fəlsəfəni gerçək filosoflar yaradırlar. Yaradıcılıqla yaşam üst-üstə düşəndə ortaya gerçək filosof faktı çıxır. Asif Ata bizim yaradıcılığı ilə yaşam yolu üst-üstə düşən filosoflarımızdandır.
Filosof bir partiyaya, bir ölkəyə, bir dövlətə sığmaz. Bir partiyaya sığan, filosof deyil. Bir ölkəyə sığan filosof deyil. Bir dövlətə sığan filosof deyil. Filosof özü bir partiya, özü bir ölkə, özü bir dövlətdir. Filosof sınırları aşan düşüncəsilə filosof olur. Ardını oxu »




