İran İslam Respublikası televiziyasında Azərbaycan Türklərinin aşağılanması ilə bağlı Güney Azərbaycan yenidən ayağa qalxdı. Urmiya universiteti öyrəncilərinin başladıqları protes aksiyaları tezliklə bütün Azərbaycanı bürüdü. Protest aksiyaları tezliklə Tehranadək gedib çıxdı. Aksiyaların durmadan genişləndiyindən qorxuya düşən İran Dövlət Televiziya, Radio Şirkəti bildiri yayaraq ”verilişdə səslənən ifadələrə görə” azərbaycanlılardan “üzr” istəyib. Bildiridə deyilir: “6 noyabr tarixində efirə gedən verilişdə yanlışlıq, diqqətsizlik, verilişi hazırlayan şəxslərin düzgün nəzarət etməməsi səbəbindən, Azərbaycan dilində gedən dialoqlar cəsur və əziz azərbaycandilli həmvətənlərimizin narahatçılığına, və inciməsinə, şikayətlərin daxil olmasına səbəb olub. Ardını oxu »
Nurtəkin Atalı. Ocaqlaşan talelər
Ocaqda hər bir ünsiyyət doğmalaşmaqdır; Eyni halda milli şüurun inkişaf yollarını birgə aramaq və ona təkan verməkdir; Hər görüşdə paylaşırıq düşüncələrimizi, duyğularımızı, ağrılarımızı; Yol açmaqdır çıxılmazlıqlara. Birləşməkdir, möh-kəmlənməkdir bu yolda. Birləşirik kədərdə, qayğıda, ümiddə;. Çünkü birləşməsən çıxa bilməzsən əsrlərin yükünə çevrilən problemlərdən; Yollar ideya ilə başlayır, düşüncələrlə, əməllərlə davam edir; (Bu gün çox şeylər imkansız […]
Asif Ata. İnam – Şübhə
İnam həyatda əbədi, sonsuz, kamil mahiyyət görür. Şübhə həyatda yalnız keçici, ölümlü, qeyri-kamil əlamət görür. İnam deyir ki, bütün nöqsanlarıyla yanaşı, həyat təsdiqə layiqdir, çünki o, özündən, görünəndən, təzahür edəndən artıqdır, böyükdür, yüksəkdir, onun keçiciliyinin arxasında sonsuzluq, qeyri-kamilliyinin arxasında kamillik dayanır. Şübhə deyir ki, həyatda əbədi, sonsuz, kamil heç nə yoxdur, bu səbəbdən də o, […]
Soylu Atalı. Borçalının taleyini düşünəkmi!?
Uzun aralıqdan sonra bu günlərdə Borçalıya səfərim oldu. 2019-cu ildə başladılan pandemiyadan üzü bu günədək Azərbaycan dövləti quru yolları bağlı tuturdu. May ayından Azərbaycanla Gürcüstan arasında dəmir yolunun işə salınmasına baxmayaraq, yolların yenə də bağlı olmasını deməyə ciddi səbəblər var. Ya bilet tapmaq olumsuzdur, ya da biletlər şişirdilmiş qiymətlərlə satışa buraxılır. Hərçəndi onu da əldə […]
Asif Ata. Müqəddəslik – Hərcayilik
Müqəddəslik – hadisələrin, keyfiyyətlərin, xassələrin əbədi, sonsuz, kamil, mütləq mənasını təsdiq edir. Hərcayilik – hadisələrin, keyfiyyətlərin, xassələrin ölümlü, keçici, qeyri-kamil, nisbi mövcudluğunu təsdiq edir. Bu cəhətdən, müqəddəsliklə hərcayilik bir-biriylə yanaşı yaşayır və vuruşur. Həyat onların heç birinə tam qələbə gətirmir, hər ikisini yaşadır. O, insanın qəlbində yaşayan iki duyğunun – həyatın həyatdan böyük mənasını qiymətləndirmə meylinin və […]
Ədalət, İnsanlaşma qonusunda söhbət
(Soylu Atalı yazılarını amaldaşlarına oxuyur, ortaya sorular çıxdıqca cavablandırır) Müdriklərin düşüncəsi belədir: maddi üstünlüyünə fərəhlənmə ki, onu itirəndə kədərlənməyəsən. Bu, insanın dünyaya münasibətinə yönəlik çağırışdır. Hər kəs maddi bir şey əldə edəndə sevinir. Bu qaçılmazdır, sevinməsi doğrudur. Ancaq insanların ömründə ruhani fərəh olmadığına görə, həyatdan maddi nə gəlirsə onun fərəhinin qaynağına çevrilir. Ona görə maddi […]
“İNAM EVİ” DƏRGİSİ OXUCULARA SUNULUR
Noyabr 13th, 2015
admin Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız!
Bu gün Azərbaycanın toplumsal-siyasi yaşamını əks etdirən xeyli sayda yazılı basın yayını var. Ancaq elektron basın yayını aktivləşdikcə bir çox qəzet və jurnallar meydanda qala bilməyib sıradan çıxırlar. Ayaqda qalmaq üçün qıraqdan maddi yardım alanlar isə gərəkən yöndə çalışmır, “yardımçı”nın tələb və şərtləri ilə işləməli olurlar. Sonucda basın sistemi gücdən salınır, milli şüurun dirçəlməsi aradan qalxır. Oxucu cəsarətli söz eşitmir. Artıq toplumsal yaşamdakı neqativ olayları sadalamaq elə bir cəsarət tələb eləmir. Ardını oxu »
Ulusal Varlığımızı qoruyaq
Noyabr 11th, 2015
admin Ürəyinizdə Günəş olsun sayğılı yurddaşlarımız!
Bu gün Yurdumuz toplumsal-mənəvi qarışıqlıq içində yaşayır. Aparılan təbliğatlar, sunulan ideolojiliklər yiyəsiz bir meydana, boşluqlar dolaşığına çevirib yurdumuzu. Hər kəs özünün qara boyaları ilə işıq boyasında görünməyə çalışır həqiqət axtaranlarımızın gözlərinə. Sosial şəbəkələrdə həşirə çevrilən qüvvələr xalqımıza “səadət” vermək üçün yarışa çıxıblar, özlərinin div həşəməti ilə qurtarıcı kimi görünməyə çalışırlar. Onlara qarşı dirəniş göstərmək istəyən milli kimsələrimiz isə xırdaca çabaları ilə cavab verirlər. Ancaq insanlarımız yalındırlar, umudverici əməl sərgiləyə bilmirlər. Ölkə bütünlüklə anarxiya içindədir. Milli kimliyi qoruya biləcək ideya-düşüncə sistemi insanlarımıza çatdırılmır, öyrədilmir. Ardını oxu »
Nəimi – 675
Noyabr 11th, 2015
admin Ürəyinizdə Günəş olsun sayğılı yurddaşlarımız!
Böyük Azərbaycan-türk düşünəri, Hürufilik Təliminin yaradıcısı Fəzlullah Nəiminin 675-illiyi qarşısındayıq. Bu böyük şəxsiyyətimizin yaratdığı dəyər xalqımızın mənəvi-ruhani mahiyyətindən yaranmış, indi də yadlıqlara qarşı milli tutalqa sayılacaq bir olaydır. Öyrənmək, öyrətmək, yiyə çıxmaq gərəkdir. İndi Soylu Atalının Nəimi şəxsiyyəti ilə bağlı yığcam bir yazısını sunuruq. Ardını oxu »
Xaliq Bahadır. Kollektiv cinayət faktoru
Noyabr 3rd, 2015
admin Kimlərsə elə bilir təmizləmə gedir, ancaq, pulları toparlamaqla DƏNİZLƏMƏ gedir. Gedir, özü də bütün ölkə boyu, bütün alanlar üzrə – yol polisindən tutmuş, parkinqlərədək. Yadınızdadır, 12 ildən bəri bu ölkənin başında duran adam xalqı, ölkəni, dövləti hər gün hər an çökürdən, çökürtməkdə olan sorunları görmürmüş kimi bir il qabaq çıxıb nədən danışdı: parkinqlərdən. “Orda-burda dayanırlar, çubuqlarını qaldırıb-endirməklə pul qazanırlar, bilmək də olmur o pullar hara gedir”. Onun nə demək istədiyi sonda dediklərindən bilindi: “bilmək olmur o pullar hara gedir”. Göstəriş verdi: “Bizdə də xaricdəki kimi olmalıdır”. Oldu. O çağadək çubuq yiyələri dayanma çağından asılı olmayaraq sürücülərdən 20 qəpik alırdılar. İndi “xaricdəki” kimi olub: saatı 1 manat. Ardını oxu »
Xaliq Bahadır. Rusiya siyasəti – Prokrust yatağı
Noyabr 2nd, 2015
admin Yunan mifologiyasına görə, quldur Prokrust ələ keçirdiyi adamların boyunu yatağına uyğunlaşdırırmış. Yatağından uzun olanın ayağını kəsir, gödəyin ayağını dartıb uzadırmış. Ukrayna – Krım olaylarından sonra Rusiyada oxşar görsəniş geniş yayılıb: istər içdə, istərsə də dışda Putinin antiUkrayna siyasətini, Krımı ələ keçirməsini düzgün sayanlar pozitiv, düzgün saymayanlar neqativ dəyərləndirmə şkalasına salınırlar. Ardını oxu »
Soylu Atalı (Ocaq Yükümlüsü). ANARXİYA YARADAN TOLERANTLIQ
Noyabr 1st, 2015
admin Sovetlər dağılandan üzü bu günə Azərbaycan iqtidarı daim dini tolerantlığını nümayiş etdirib öyünür. Ancaq biz indiyədək bu tolerantlıqda müsbət bir məzmun tapıb anlaya bilməmişik. Guya hər kəsə məslək seçimində azadlıq verilib. Bu, öz-özlüyündə yaxşı səslənir. Kim nəyə istəyir ona da inanır. Əlbəttə, heç kəsin içinə zor göstərmək olmaz ki, məhz filan yönə inanmalısan. Ancaq bu İnam məsələsi həvəsə dayanan hobbi deyil axı. İnam – kainatın ümumi nizamını dərk etmək, ictimai münasibətlərin sağlam axarını yaratmaq deməkdir. Bu isə saf, müdrik, mütəfəkkir insanlar tərəfindən öyrədilir, maarifləndirilir, yönəldilir. Ardını oxu »
Xaliq Bahadır. Əlli metrlik yolun açılışını edən prezident…
Oktyabr 31st, 2015
admin H.Cavid prospekti ilə N.Nərimanov prospekti arasında 50 metrlik bir yol var. Bugünlərdə o yolun asfaltı yeniləndi. Dövlət başçısı İ.Əliyev o yolun açılışını etdi – qırmızı lent kəsməklə. Az aralıda durmuş Bakı başqanı H.Abutalıbovla Yasamal rayon başqanı İbrahim Mehdiyev 50 metrlik yolun açılışını edən dövlət başçısını əllərini göyə qaldırmaqla alqışlayırdılar. Bu, onların yüksək görəvləri ilə bir araya sığmayan gülünc alqışlama idi, başqa cür desək, yaltaqcasına alqışlama! Ardını oxu »
Xaliq Bahadır. Dəyərsizləşən dövlət faktoru
Oktyabr 26th, 2015
admin Bu gün MTN-lə bağlı ortaya çıxan faktlar bir dövləti çökürdəcək, bir rejimi yıxacaq faktlardır. Burası ayrıca olaraq, dönə-dönə vurğulanmalıdır: bu gün MTN-lə bağlı ortaya çıxanlar çox az adam üçün sürpriz sayıla bilər. Jurnalistlər, siyasətlə ilgilənənlər, toplumun böyük çoxluğu üçün bunlar sürpriz deyil, korrupsioner rejim görsənişləridir. Biz illərdən bəri ölkədə rüşvətin-korrupsiyanın-oğurluğun-soyğunçuluğun-monopoliyanın DÖVLƏT SİYASƏTİNƏ dönüşdürüldüyünü yazdıq. Bu gün MTN-lə bağlı ortaya çıxan açıq cinayət-banditizm faktları bunların biri, bir neçəsi deyil, hamısı-toplusudur! Ardını oxu »
İSA MEHDİOĞLU. DİNİ FANATİKLİK ZAMANIN FACİƏSİDİR
Oktyabr 26th, 2015
admin Ölkəmizin gəncləri arasında yaranmış dini çaşqınlıq durumunu izlədikcə içən çox sarsıldım. Yurdumun gəncləri nəyə görə Ərəbistan səhralarında, Əfqanıstan dağlarında ölsünlər. Hansı məqsədə, hansı amala görə vətəndən dağılsınlar?! – Bu faciənin bircə cavabı var – gənclərmizin ideoloji şüurunda mövhumat və xurafat çox qüvvətlidir. Dini təbliğatlarda boşluqların olmasıdır. Onlar bu boşluğu dini fanatikliklərlə doldurmağa çalışırlar. Ona görə də ilk öncə fanatizmi gənclərimizin şüurundan çıxartmaq və onları ağıllı, fəal mübarizliyə alışdırmaq gərəkdir. Ardını oxu »




