Artıq bir neçə gündür Azərbaycanın cəbhə bölgəsində atəşkəs ermənilər tərəfindən pozulub. Söz yox ki, Azərbaycanın silahlı qüvvələri gərəkən cavabı verir. Hətta bəzi xətlərdə erməninin mövqelərinə doğru irəliləyir də. Bu irəliləməni eşidən bir sıra soydaşlarımız qürur hissi ilə sosial şəbəkələrdə münasibət sərgiləyirlər. Bu hisslər təbiidir. 20 ildir yurdumuzun bəlli torpaqlarının erməni tapdağında qalması vətən oğullarının qüruruna toxunur, qeyrətini incidir. Ardını oxu »
Asif Ata. Özüylədöyüş və Özüyləbarışma
Həyatda insan özüylə döyüşür, ancaq bu döyüşdə tam qələbə qazanmır, son nəticədə özüylə barışır. Özüyləbarışmada o, gerçəkliyin məntiqinə əsaslanır. “Yırtıcı olmasam, yaşaya bilmərəm, məni parçalayarlar” – deyir. “Xudbin olmasam, yaşaya bilmərəm, başqasının əsarətinə düşərəm” – deyir. “Şəhvəti sevməsəm, yaşamaram, çünki həyat – cismani nəşələnməkdir” – deyir. “Şöhrəti sevməsəm, yaşamaram, çünki həyat özünütəsdiqdir” – deyir. “Yalana […]
Başsağlığı
Asif Atanın Mütləqə İnam Ocağı Ocaqdostu, Güney Azərbaycan aydını Ağşın Ağkəmərlinin ölümü ilə bağlı ailəsinə, millətimizə başsağlığı verir. Evindən işıq əskilməsin. Balalarında yaşasın. Yurdu, Ulusu var olsun.
Asif Ata. Dostluq – Düşmənlik
Həyatda ən yüksək dostluq belə, mütləq səviyyəyə qalxmır. Bu səbəbdən də həyatdakı ən böyük dostluqda belə düşmənlik yaşayır. Əgər insan xudbinlik eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən azad deyil. Əgər insan həsəd eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən azad deyil. Əgər insan mənfəətpərəstlik eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən […]
Ağşın Ağkəmərli. Yolçu yolda gərək
1965-ci ildə 5 yaşında kənddə məktəbə getmişəm. Bütün dərslər fasca olduğuna görə heç nə başa düşmürdüm. Təkcə mən yox, heç kim heç nə başa düşmürdü. Ancaq məni başqalarından fərqləndirən bir şey vardı, – şeiri bir dəfə eşitməklə öyrənirdim, daha doğrusu, sözlərini əzbərləyirdim. Atam hər ilin qış aylarında kəndə gəlirdi. 1-2 ay qalandan sonra evə gərək […]
Soylu Atalı. Türkün qədim ABEsi (Tamğası)
90-cı illərdə Asif Atadan eşitdiyimiz başlıca qonulardan biri millətimizin öz abesinin, (əlifbasının) olması ilə bağlı idi. Ancaq abenin yaranması hər addımda baş tuta bilən asan bir məsələ deyil. Bu üzdən axtarışlar bizi Orxon-Yenisey yazılarının üzərinə aparıb çıxardı. Bəllidir ki, ərəblərin türkləri mənəvi-ruhani işğal eləməsinə qədər türklər arasında bu abe qullanılmışdır. İşğaldan sonra qədim türk abesi […]
ASİF ATA. Həyat Meyarı
Yanvar 24th, 2016
admin Maddi Nemət Ölçüsü yox, Mənəvi Sərvət Ölçüsü!
Maddiyyata, Məişətə, Var-Dövlətə, Eyş-İşrətə, Cismani Nəşəyə, Hakimliyə, Fatehliyə yox, Mənəviyyata, Ülviyyətə, Paklığa, Müqəddəsliyə, Ruhaniliyə, İnsaniliyə, Fədailiyə Xidmət.
Bədəni Ruhla ram etmək!
Hissiyyatı İradəylə ram etmək!
Maddini Ali Nemət saymamaq!
Cismanini Ali Məqsəd saymamaq!
Maddiylə öyünməmək, sevinməmək! Ardını oxu »
SOYLU ATALI. Ruhani Dirçəliş zərurəti
Yanvar 20th, 2016
admin “20 Yanvar” fəlakətinin 21-ci ildönümünü qarşıladıq. Ancaq təəssüf ki, fəlakətin ağrısı canımızdan çıxıb. Dərs götürmədik, dərs götürmürük. Sadəcə bəzənirik – “Xiyaban”ımızdan tutmuş sözlərimizə, tədbirlərimizə, ziyarətimizə qədər hamısını bəzəyirik. Hər yan bəzək, hər tərəf bəzək. Metromuzu bəzəyirik, bəzədilmiş musiqilər səsləndiririk.
İçəridən və dışarıdan gözə görünməyən əllər Ruhumuza, Yurdumuza fəlakətlər yağdırır. Sonra fəlakətlərimizi bəzəmək öyrədirlər bizə. Şəhid edirlər Ruhumuzu, Yurdumuzu. Şəhidlik “yazıblar” alnımıza. Şəhidliyimizin nəticəsi doğrulmur sanki. Şəhidliyimiz xalqımıza azadlıq, firavanlıq verməliydi. Ancaq nəsillərimizdə ümidsizlik yarandı, gözüqıpıqlıq, qorxaqlıq qaldı.
Yadigar Türkel. Nəriman Nərimanovun Nəsib bəy Yusifbəyliyə söyüşləri
Yanvar 18th, 2016
admin «Sayğılı Ağalıq başçısı Nəsib bəy Usubbəyov!
Bizim politik baxışlarımız çox kəskin ayrıldığından mən daha başqa cür deyə bilmədiyimdən, sizə belə üz tuturam. Belə baxanda, bu elə də önəmli deyil, sonra deyəcəklərim önəmlidir… Siz, sözsüz, «Qafqaz Müsəlmanlarının Birinci Qurultayı»nı unutmayıbsınız, quşqusuz, mənim o qurultaydakı çıxışımı da unutmayıbsınız. Qurultay məndən böyük çıxış gözləyirdi, ancaq mən, demək olar, aşağıdakıları söylədim: «Güney Qafqaz müsəlmanları, sizin Rus devriminin huyunu aydınlaşdırmağınız gərəkdir. Rusiyadakı devrim soyğunçu imperialist savaşından sonra bütün dünyada olacaq devrimin başlanğıcıdır. Bu dünya devriminin dalğalarında boğulmaq istəmirsinizsə, Rusiya işçi-köylülərinin qırmızı bayrağı altında birləşin!». Ardını oxu »
ASİF ATA. Şərdən Ayrılmaq
Yanvar 11th, 2016
admin Əsarətə Düşmə!
Əsarətə Salma!
Əsarət – Ölümdür!
Ölmə və Öldürmə!
Yaşa! Yaşat!
Zülmə Dözmə!
Zülmə Salma!
Zülm – Ölümdür!
Ölmə və Öldürmə!
Yaşa! Yaşat! Ardını oxu »
Soylu Atalı. Kürəsəlləşmədən üstün
Yanvar 8th, 2016
admin Dünyanı necə var, o cür qəbul eləmək əlacsızlıqdır. Dünyada pis mənada yeganələşən, əslində yeknəsəkləşən vahid mədəniyyət formalaşdırırlar – kürəsəlləşmə adı altında. Dünyanın bu halı ilə barışmaq beynəlmiləlçilikdir – yalançı dünya sevgisidir. Burada özünü itirmə var, – yolsuzlaşma, sabahsızlaşma var. Müxtəlifliyin, özünəməxsusluğun yaratdığı insani ahəngi itirmək var. Ardını oxu »
Vaqif Ucatay. Dədə Qorqud “Gəlimli, gedimli dünya” (Tablonun izahı)
Yanvar 3rd, 2016
admin Dədə Qorqud obrazını yaradarkən insanlığın ən yüksək qatında duran, hər cəhətcə ideal ulu türkün surətini yaratmağa çalışmışam. Tablonun bütün sahəsini qapsayan göy görsənişdə Dədə Qorqud öz işığı ilə ayrılır. Bu işıqdan surətin yörəsi də işıqlanıb. Qıraqlara doğru isə boyalar tündləşir. Kompozisiyanın belə çözümü çox uzaq ənginliklərdən insanlara “işıq seli” gəldiyi etkisi bağışlayır. Obrazın özünə gəldikdə isə, tabloda ən güclü işıq Dədə Qorqudun alnındadır. Bu, Dədə Qorqudun özünün işıq olduğunu, daha doğrusu, işığın insan şəklində insanlara görünməsi anlamı daşıyır. Dədə Qorqudun geniş alnı qırışlarla örtülüb. Bu qırışlar böyük həyat təcrübəsinin və dünya kədərinin təsviridir. Ardını oxu »
Yücel TANAY (İstanbul -TÜRKİYE). Türkistan Milli Kimliğinin Parçalanması
Yanvar 2nd, 2016
admin Türkistan’ın ne anlama geldiğini hemen, hemen her Türk biliyor, bu nedenle Türkistan kelimesini açıklamaya çalışmayacağım. Türkistan bugün, Batı Türkistan, Doğu Türkistan ve Güney Türkistan diye çoğrafi bölümlerden oluşur.
Uluğ Türkistan’ın en büyük parçasında bugün Türk kökenli cumhuriyetler yer alır, Doğu Türkistan ise Çin işgali altındadır, Güney Türkistan’ın ise Afgan işgali altında bir Türk yurdudur.
Türkistan’ın parçalanma tarihi Rusların Türkistan coğrafyasına ilk keşif seferleri 1600’lerin sonlarıdır. Ardını oxu »
Yadigar Türkel. ANANIZ BURLA XATUNDUR, FATİMEYİ-ZƏHRA YOX! (Politik ağı-6)
Dekabr 29th, 2015
admin
Fizioloqlar canlıların qıcığa cavabını birinci reaksiya sayırlar. Canlılar anadangəlmə bacarıqları ilə yaşam savaşını sürdürür, varlıqlarını qoruyurlar. Bu doğal bacarıq insanlarda bioloji çevrədən çıxıb sosial-politik, kültürəl anlam qazanır. Kültür latınca kultura sözündən alınıb «becərilmə», «bəslənmə», «yetişdirilmə» deməkdir. Alınma sözlərin Türk dilinə uyğunlaşdırılması, onların qalın səslə bitmələrinin elə də düzgün olmaması ilkəsinə uysaq kultura yox, kültür (fabrik deyilən kimi) demək daha düzgündür. Ardını oxu »
Soylu Atalı (Mütləqə İnam Ocağının Yükümlüsü). Anarxiya yaradan tolerantlıq
Dekabr 21st, 2015
admin Sovetlər dağılandan üzü bu yana Azərbaycan iqtidarı daim dini tolerantlığını nümayiş etdirib öyünür. Ancaq biz indiyədək bu tolerantlıqda müsbət bir məzmun tapıb anlaya bilməmişik. Guya hər kəsə məslək seçimində azadlıq verilib. Bu, öz-özlüyündə yaxşı səslənir. Kim nəyə istəyir ona da inanır. Əlbəttə, heç kəsin içinə zor göstərmək olmaz ki, yalnız filan yönə inanmalısan. Ancaq bu İnam məsələsi həvəsə dayanan hobbi deyil axı. İnam – kainatın ümumi nizamını dərk etmək, ictimai münasibətlərin sağlam axarını yaratmaq deməkdir. Bu isə saf, müdrik, mütəfəkkir insanlar tərəfindən öyrədilir, maarifləndirilir, yönəldilir. Dövlət də belə insanlara qayğı və diqqət ayırmaqla cəmiyyətin saflaşmasına yardımçı olmalıdır. Ancaq bu dediklərimiz harda var?! İndi İnam-etiqad məsələsi ilə əlində milyardlarla vəsait toplamış adamlar məşğul olurlar. Onlar ayrı-ayrı vaxtlarda yaranmış təriqətləri ələ alıb siyasi məqsədlərini həyata keçirirlər. Ardını oxu »




