Azman Sovet dövləti Böyük Məhəmməd Əmin Bəyin yaratdığı Müsavat partiyası – Müsavat ideologiyası ilə 70 illik uzun sürəli dönəm boyunca ardıcıl çarpışma apardı. Apardı, ancaq Müsavat adını, Müsavat ideologiyasını gözdən sala bilmədi. Bacarmadı! Sovet dövlətinin 70 il boyunca edə bilmədiyini bəlli bir qruplaşma – İsa Qəmbər, Pənah Hüseynov, Arif Hacılı, Rauf Arifoğlu qruplaşması – çox böyük uğurla 20 ilə etdi. Onlar Müsavat partiyası, “Yeni Müsavat” adl altında gerçək Müsavat adına, Müsavat ideologiyasına sarsıdıcı zərbə vurdular – yalançı müxalifətçiliklə! Buna görə mən illərdir keçmiş Müsavat gerçəyi ilə indiki “Müsavat” yalanının bir-birindən ayrılması üçün MÜSAVAT yerinə İsavat anlayışını işlədirəm. Ardını oxu »
Asif Ata. Özüylədöyüş və Özüyləbarışma
Həyatda insan özüylə döyüşür, ancaq bu döyüşdə tam qələbə qazanmır, son nəticədə özüylə barışır. Özüyləbarışmada o, gerçəkliyin məntiqinə əsaslanır. “Yırtıcı olmasam, yaşaya bilmərəm, məni parçalayarlar” – deyir. “Xudbin olmasam, yaşaya bilmərəm, başqasının əsarətinə düşərəm” – deyir. “Şəhvəti sevməsəm, yaşamaram, çünki həyat – cismani nəşələnməkdir” – deyir. “Şöhrəti sevməsəm, yaşamaram, çünki həyat özünütəsdiqdir” – deyir. “Yalana […]
Başsağlığı
Asif Atanın Mütləqə İnam Ocağı Ocaqdostu, Güney Azərbaycan aydını Ağşın Ağkəmərlinin ölümü ilə bağlı ailəsinə, millətimizə başsağlığı verir. Evindən işıq əskilməsin. Balalarında yaşasın. Yurdu, Ulusu var olsun.
Asif Ata. Dostluq – Düşmənlik
Həyatda ən yüksək dostluq belə, mütləq səviyyəyə qalxmır. Bu səbəbdən də həyatdakı ən böyük dostluqda belə düşmənlik yaşayır. Əgər insan xudbinlik eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən azad deyil. Əgər insan həsəd eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən azad deyil. Əgər insan mənfəətpərəstlik eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən […]
Ağşın Ağkəmərli. Yolçu yolda gərək
1965-ci ildə 5 yaşında kənddə məktəbə getmişəm. Bütün dərslər fasca olduğuna görə heç nə başa düşmürdüm. Təkcə mən yox, heç kim heç nə başa düşmürdü. Ancaq məni başqalarından fərqləndirən bir şey vardı, – şeiri bir dəfə eşitməklə öyrənirdim, daha doğrusu, sözlərini əzbərləyirdim. Atam hər ilin qış aylarında kəndə gəlirdi. 1-2 ay qalandan sonra evə gərək […]
Soylu Atalı. Türkün qədim ABEsi (Tamğası)
90-cı illərdə Asif Atadan eşitdiyimiz başlıca qonulardan biri millətimizin öz abesinin, (əlifbasının) olması ilə bağlı idi. Ancaq abenin yaranması hər addımda baş tuta bilən asan bir məsələ deyil. Bu üzdən axtarışlar bizi Orxon-Yenisey yazılarının üzərinə aparıb çıxardı. Bəllidir ki, ərəblərin türkləri mənəvi-ruhani işğal eləməsinə qədər türklər arasında bu abe qullanılmışdır. İşğaldan sonra qədim türk abesi […]
Yadigar Türkel. Bəhram Zahidovla Solmaz Tohidinin erməni sevgisi
Mart 25th, 2016
admin Sayğılı yurddaş, dünyadakı uluslararası savaşdan ağılla, ünlə çıxmaq, sonsuzadək var olmaq üçün bütün uluslar durmadan çalışmalı, yaşam enerjilərini ən yüksək düzəyə çatdırmalıdırlar. Politik, ekonomik, elm, kültür yaşamını çağauyğun, strateji qurub durmadan çalışmayan uluslar bu savaşda batır, illər keçdikcə yer üzündən silinib gedirlər. Bu kəsilməz savaşdan üzüağ çıxmaq üçün böyük uluslar dövlət qurur, insan haqlarına, demokratik dəyərlərə uyğun yaşatmağa çalışırlar. Bu yöndən ulusal dövlət ideyası bütün ideoloji baxışların üstündə durub, ulusu, toplumu qorumağa yönəlir. Ardını oxu »
Xaliq Bahadır. Terror içindəki Türkiyə – Türkiyə içindəki terror
Mart 20th, 2016
admin Türkiyədə ardıcıl xarakter almaqda olan terror saldırılarının bir çox baxımlardan bizə – Azərbaycana – mesaj olduğunu bilirikmi? Bilməliyik! Bilməliyik, eləcə bilməklə qalmamalı, o terror saldırılarının iç-dış nədənlərini dərindən dərinə arayıb axtarmalıyıq. Bunu bizdən ölkəmizin sağlam, uğurlu gələcəyi istəyir. Bəri başdan bildirirəm: mənim buradakı faktlara söykəli analizlərimdə hansısa çatışmazlıqlar ola bilər; mən analizlərimi mənə bəlli faktlar üzərində qururam – öyrəndiyim, bildiyim faktlar üzərində. Dönə-dönə vurğulayıram: hansısa subyektiv baxışlar, yanaşmalar, düşüncələr, kimlərinsə uydurmaları üzərində deyil, bəlli faktlar üzərində! Ardını oxu »
MÜTLƏQƏ İNAM OCAĞI YENİ “BEŞİKBAŞI” TÖRƏNİ KEÇİRDİ
Mart 20th, 2016
admin Asif Atanın – İnam Atanın
Mütləqə İnam Ocağı
Yeni “Beşikbaşı” törəni keçirdi
Ocağın Yükümlüsü Soylu Atalının uğurlama sözü
Soylu Atalı: Bu gün qardaşımız Əyyub bəyin övladının evlənmə günündə ona göz aydınlığı veririk və onun balalarına xoşbəxtlik diləyirik. Diləyirik ki, onun balaları bu beşiyin başında özlərinin ilk böyük sorumluluqlarını dərk eləməyə başlasınlar.
Çağdaş dönəmdə bizim xalqımız həyatını özgə gələnəklərlə yönəldir. Ardını oxu »
Yadigar Türkel. Nəriman Nərimanovun «Moskvada, Azərbaycandakı durumdan danışaraq verdiyi bilgilərin yazısından»
Mart 13th, 2016
admin 29 sentyabar 1919-cu il
«Azərbaycan. Parlament ancaq Müsəlmanlardan oluşub. Ermənilərin də elçiləri var (deyəsən 8 adamdır), bugünlərdə qatılıblar. Ağa partiya «Müsavat»dır. Ondan başqa «Əhrar» [Türk dilində özgürlük], «İttihad» [Türk dilində birlik] burjua-ulusalçı partiyaları, eləcə də, çoxu «Hümmət Partiyası»ndan olan «Sosialistlər Fraksiyası» vardır.
«Sosialistlər Fraksiyası» «Bütün ölkələrin proletarları birləşin!» «Çarpışaraq qazanarsan, öz hüququnu!» çağırışları ilə çıxan həftəlik «Zarya» [Türk dilində Dan yeri] qəzetini yayımlayır. Qəzet genəlliklə sovetyönlüdür, ancaq çox ardıcıl yox. Ardını oxu »
Xaliq Bahadır. Türkcə 170 söz. Oxu, unutma!
Mart 11th, 2016
admin Türk dili dünyanın ən ulu, ən dolğun dilidir. Dilimiz çox dolğun olsa da, bu dolğunluq özünü istər danışıq, istərsə də yazı dilində çox az göstərir. Bu görsənişin də bir başlıca nədəni var: biz dilimizin söz saxlancına gərəyincə yetik deyilik; başqa cür desək, dilimizi yetərincə öyrənməyə, onun söz saxlancında olanları mənimsəməyə çalışmırıq. Çağlar boyu belə olub. Belə olduğundan da dilimiz gəlmə-yad sözlərlə yükləndikcə yüklənib. Öz sözlərimizdən çox özgə sözlərə üstünlük verə-verə dilimizi dəyişib, gerçək Türk dili olmaqdan çıxarmışıq. Başqa cür desək, öz sözlərimizə sayğısızca yanaşaraq özgə sözlərə qucaq açmaqla dilimizi ulu, uca, üstün, dolğun TÜRK DİLİ gerçəyindən uzaqlaşdırmışıq. Ardını oxu »
Təbiət gülə necə amansız olubsa, cəmiyyət də qadına o cür amansız olub (Asif Ata ilə müsahibə)
Mart 7th, 2016
admin Eluca Atalı: Sözümə Mütləqim, Müqəddəsim, Ulu Peyğəmbərim Asif Atanın adına səcdə ilə başlayıram!
Atanın “Humay” qəzetinə xeyir-duası.
Asif Ata: “Humay” qəzetinə istəyim odur ki, Qadınlıq adlanan əzəli mahiyyət onda öz ifadəsini tapsın, Analıq adlanan əzəli mahiyyət öz ifadəsini tapsın, Məhəbbət adlanan əzəli mahiyyət öz ifadəsini tapsın, Bacılıq adlanan əzəli mahiyyət öz ifadəsini tapsın. Ardını oxu »
Xaliq Bahadır. Multikulturalizm ili Milli Elmlər Akademiyası, Fəlsəfə-Hüquq institutu güzgüsündə (Yadigar Türkel olayı)
Mart 5th, 2016
admin 2009-cu il idi. Hərəkat çağlarının dostlarından biri, AMEA-nın Fəlsəfə-Hüquq institutunun əməkdaşı, fəlsəfə elmləri doktoru Yadigar Türkel mənə kompüterdə yığılmış bir əsər gətirdi. Bu, Ulu Öndərimiz, Ulusal Liderimiz Məhəmməd Əmin Rəsulzadənin “Milli birlik” əsəri idi. Onun istəyinə uyğun olaraq mən bu 175 səhifəlik əsəri 10 günə oxuyub, bugünün oxucusuna anlaşıqlı olması üçün dilini yeniləşdirib ona qaytarmalı idim. Mənim göz sorunumu bildiyindən (Moskvadakı Fyodrov klinikasında mənə 1992-ci ildən yazıb-oxumağı yasaq etmişdilər) Yadigar bəy mənə belə uzun sürə ayırırdı. Ardını oxu »
Günev Atalı. Ocağın yazılı və elektron basın orqanları
Mart 5th, 2016
admin Asif Atanın Mütləqə İnam Ocağı 38-ci ildir yol gəlir. Bu Yol böyük zəhmətlərlə başa gələn əməllərlə doğrulur. Əbədi sabaha köklənmiş Ocaq əməlləri başqa-başqa biçimlərdə öz əksini tapır. Bu biçimlərdən biri Ata-Ocaq ideyalarının yayılmasını şərtləndirən basın (mətbuat) sistemidir. Ocaq ideyalarını özündə daşıyan yazılar həm Ocaqdışı basın yayınlarında (ölkənin başqa-başqa mətbuat orqanlarında), həm də Ocaqiçi (Ocağın özünün) basın yayınlarında çap olunmuşdur. Ardını oxu »




