Körpəlikdən böyüklərin qaynayan çaynikin qapağını açdığını görmüşəm. Bibim daşan süd qazanını bir anda götürüb yerə qoyurdu, əli də yanmırdı. Son 33 ildə ertə durduğumdan evdə çayı, demək olar, mən qaynadıram. Bu sürədə öyrəndiyim tək şey Rusun düzəltdiyi, üstündə kiçik deşik olan, çayniki gözləyib daşmağa qoymamaq olub. Yüksəlişə, böyüklüyə baxın!!!
Ancaq düzünü deyim, çox gözləyib çaynikin daşmamasına çalışsam da, arabir bitiyə, bilgisayara uyub daşırmış, iki çaynikin lüləyini əritmişəm. Bundan dolayı neçə yol: «Çayı daşırıbsan, qazın üstünü bulayıbsan» danlağı almışam. Ardını oxu »




Mart 4th, 2016
admin
