Tarixdən bəllidir ki, Babəkin İslam xilafəti tərəfindən amansız edam edilməsindən sonra Azərbaycanda müsəlmanlaşdırmanın yeni mərhələsi başladı. Yəni başların doğranması üsulu psixoloji basqı altında təlqin eləmə, eləcə də namusu hədələmə üsulu ilə əvəzlənməyə yönləndi. Sonrakı mərhələdə xalqın içində gələcəyi çaşdıran ənənələrin əsası qoyuldu. Bu ənənələrdən biri də “seyidləşdirmə” ənənəsi idi. Peyğəmbərin soyuna bağlı adamlar, onun yaxın əshabələri seyid adlandırılırdı və onlardan vergi tələb olunmurdu. (Biz burada İnsanlığa yaraşmayan seyidləşdirmə üsulunun başqa çalarını vurğu eləmirik.) Odur ki, ağır şəraitdə yaşayan, dözülməz maddi çətinliklərlə üzləşən insanlar özlərini seyid kimi qeydiyyata götürtdürürdülər. Onardan dünyaya gələn körpələr labüd şəkildə seyid sayılırdılar. Zaman keçdikcə Azərbaycanda seyidlərin sayı çoxalmağa başladı. Ardını oxu »
Asif Ata. Özüylədöyüş və Özüyləbarışma
Həyatda insan özüylə döyüşür, ancaq bu döyüşdə tam qələbə qazanmır, son nəticədə özüylə barışır. Özüyləbarışmada o, gerçəkliyin məntiqinə əsaslanır. “Yırtıcı olmasam, yaşaya bilmərəm, məni parçalayarlar” – deyir. “Xudbin olmasam, yaşaya bilmərəm, başqasının əsarətinə düşərəm” – deyir. “Şəhvəti sevməsəm, yaşamaram, çünki həyat – cismani nəşələnməkdir” – deyir. “Şöhrəti sevməsəm, yaşamaram, çünki həyat özünütəsdiqdir” – deyir. “Yalana […]
Başsağlığı
Asif Atanın Mütləqə İnam Ocağı Ocaqdostu, Güney Azərbaycan aydını Ağşın Ağkəmərlinin ölümü ilə bağlı ailəsinə, millətimizə başsağlığı verir. Evindən işıq əskilməsin. Balalarında yaşasın. Yurdu, Ulusu var olsun.
Asif Ata. Dostluq – Düşmənlik
Həyatda ən yüksək dostluq belə, mütləq səviyyəyə qalxmır. Bu səbəbdən də həyatdakı ən böyük dostluqda belə düşmənlik yaşayır. Əgər insan xudbinlik eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən azad deyil. Əgər insan həsəd eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən azad deyil. Əgər insan mənfəətpərəstlik eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən […]
Ağşın Ağkəmərli. Yolçu yolda gərək
1965-ci ildə 5 yaşında kənddə məktəbə getmişəm. Bütün dərslər fasca olduğuna görə heç nə başa düşmürdüm. Təkcə mən yox, heç kim heç nə başa düşmürdü. Ancaq məni başqalarından fərqləndirən bir şey vardı, – şeiri bir dəfə eşitməklə öyrənirdim, daha doğrusu, sözlərini əzbərləyirdim. Atam hər ilin qış aylarında kəndə gəlirdi. 1-2 ay qalandan sonra evə gərək […]
Soylu Atalı. Türkün qədim ABEsi (Tamğası)
90-cı illərdə Asif Atadan eşitdiyimiz başlıca qonulardan biri millətimizin öz abesinin, (əlifbasının) olması ilə bağlı idi. Ancaq abenin yaranması hər addımda baş tuta bilən asan bir məsələ deyil. Bu üzdən axtarışlar bizi Orxon-Yenisey yazılarının üzərinə aparıb çıxardı. Bəllidir ki, ərəblərin türkləri mənəvi-ruhani işğal eləməsinə qədər türklər arasında bu abe qullanılmışdır. İşğaldan sonra qədim türk abesi […]
Yadigar Türkel. ULUSAL ÖZÜNÜANLAMA DƏRSİ, YA DA İT OLUM, QURD OLUM, TÜRK OLMAYIM, BƏY OLMAYIM DÜŞÜNCƏSİZLİYİ (Politik ağı)
Aprel 19th, 2016
admin Bu günlərdə Rus-erməni-sovet-mason bolşefaşisminin törəmələrindən biri belə axmaqladı: «Azərbaycana heç kim bəylər-xanlar boyda pislik etməyib!». Yadıma yaşılların 1988-ci il fevralın 19-dan Bakıdakı başçısız, dağınıq çıxışları düşdü. Geri boylanıb oçağkı, elə indiki yiyəsizliyimizdən utandım. Onda Ermənilərin Zori Balayan kimi ideoloqu vardı, Ermənistan SSR Elmlər Akademiyasının prezidenti Ambarsumyan, Silva Kaputikyan kimi yanları ulusunun qabağına düşüb, yalan-düz, onun haqqını istəyirdilər.
Ağanbekyanlar Fransada, iştoyanlar SSRİ Parlamentində Dağlıq Qarabağı Ermənistan SSR-ə vermək sorusunu qaldıranda, Azərbaycanın oradakı «xalq yazıçı»larından biri tez-tez çıxış edib, «mən politik olmaq üçün doğulmamışam» – deyərək baş qatır, tutduğu görəvdənsə əl çəkmirdi, bu günədək də işinin başındadır, başqa bir «xalq yazıçısı» isə «Literaturnaya qazeta»da ermənilərlə dostluqdan dəm vururdu. Ardını oxu »
Xaliq Bahadır. Böyük uğurlar balaca uğurlardan başlayır
Aprel 19th, 2016
admin Öndə Azərbaycanın düşmənlərini yenməyə yönəlik döyüşən Ordu, arxada Azərbaycanı illərlə yenən, yenməyə yönəlik satqın-korrupsioner məmur ordusu. Ölkəni yalana-yaltaqlığa bürüməklə illər uzunu xalqa yenilgənlik aşılayan korupsioner rejimlə gərəkən aşamaları aşmaq, gerçək, dayanıqlı uğurlar qazanmaq olmaz! Dünyanın ən güclü ordusu olsa belə, ön cəbhənin gücü arxa cəbhəyə bağlıdır. Arxa cəbhəyə baxın, bu, bütünlüklə korrupsiya cəbhəsidir – bir çağlar “Səni Qarabağa mən göndərməmişdim” deyə, keçmiş Qarabağ döyüşçülərini kabinet qapısından qovanların, Zaur Həsənovları ermənicəsinə yandırıb balalarını yetim qoyanların cəbhəsi! Bizim ermənilik üzərində (eləcə də hər hansı düşmən üzərində) gerçək uğurumuz rüşvətdən-korrupsiyadan bütünlüklə uzaq MİLLİ DEMOKRATİK hakimiyətdən keçir…
Soylu Atalı. Ümumtürk Hərəkatı başlamalıdır
Aprel 19th, 2016
admin Nəhənglər yaralananda yan-yörələrindəkiləri gəmirməyə başlayırlar. Elə olanda güclülər döyüşür, balacalar ayaqlar altında qalır…
70 il özünü dünyanın birinci yerində güclü sayan Rusiya axır ki, böyük istəklərində yaralandı. Bununla da yedəyindən açılmaq istəyənləri çağaşırı əzməyə başladı. O bu çağa qədər ən böyük saldırıları Azərbaycana qarşı yönəldib. Vətənimizin böyük bir kəsimini əlimizdən alıb erməniyə bağışlayıb. Bu azmış kimi insanlarımızı doğmaca baş kəndimizdə evlərinin içində, qarşısında gülləbaran eləyib.
Bu yazıda istək, əlbəttə, hər kəsə bəlli olan qanlı olayları sadalamaq deyil, diqqəti yurdumuzla bağlı bir məqama yönəltməkdir. Az qala iki yüz ildir bizim taleyimizi Rusiya yazır. Daha doğrusu, taleyimizi Rusiya qaralamaqla uğraşır. Rusiya bizim xəritəmizi istədiyi vaxt dəyişir, dəyişə-dəyişə gedir. Ardını oxu »
Xaliq Bahadır. Azərbaycanda ildən ilə artan boşanmaların arxasında hansı güc dayanır?
Aprel 17th, 2016
admin “Milli Məclis” adlanan yerdə ölkəmizdə ildən ilə artan boşanmalarla bağlı dinləmə keçirildi. Bu, çox gərəkli iş idi, ancaq… İndiki siyasi sistem ortamında belə dinləmələr formal xarakter daşıyır, gerçək bir iş görmək üçün deyil, xalqı aldatmaq amacı ilə keçirilir. Ortada bu “müxalifət” tezisini doğrulayan iki önəmli fakt var: 1) bütünlüklə ANTİMİLLİ xarakter daşıyan indiki siyasi sistem; 2) dinləmələrə qatılanların boşanmalarla bağlı çox da yerinə düşməyən dəyərləndirmələri.
Birincidən başlayaq. 1993-dən bu yana ölkədə dəyişmək bilməyən daşlaşmış ANTİMİLLİ siyasi sistem qurulub. Demokratiya yoxluğu bir yana, burada kadr siyasəti ən aşağılardan ən yuxarılaradək daha çox tayfa-klan bağlarına bağlı olaraq, üstəlik, yaxşıların içindən ən yaxşıları seçməklə deyil, pislərin içindən ən pisləri seçməklə aparılıb, aparılmaqdadır. Ardını oxu »
Yadigar Türkel. AZƏRBAYCAN ORDUSUNDAN ANILAR
Aprel 15th, 2016
admin “Redaksiyadan”
Redaksiya polkovnik İsrafil Bəydən aşağıdakı məktubu almışdır: Sayğılı redaktor bəy, 1920-ci ildə bolşeviklər Azərbaycanı tutandan sonra mən İran, Ərəbistan, Hindistan, Misirdə iki il avaratək dolaşıb sonda İstanbula gəldim. Burada, 1923-cü ilin başlarında Azərbaycan Ulusal Qurumunun başçısı Məhəmməd Əmin bəy Rəsulzadə məndən onun üçün Azərbaycan Cümhuriyəti Ordusundan anılarımı yazmağı istədi. Mən bu istəyi yerinə yetirdim. Düzdür, əlimdə heç bir qaynaq olmadığından ola bilər elə də dolğun yazmamışam. İndi o anıların üzünü sayğılı «Qorsı Kavkaza»nın [Qafqaz dağlıları] redaksiyasına göndərirəm. Onların istənən duyğunu doğuracağını, ondan yararlanacağınızı düşünürəm. Ürəkdən sayğılarımla, İsrafil Bəy, polkovnik. Ardını oxu »
Xaliq Bahadır. İşğalçı rejim girovluğundakı xalq
Aprel 15th, 2016
admin Bu ölkədə hamı girovluqdadır – İŞĞALÇI rejim girovluğunda. Müəllim məktəbdə, həkim xəstəxanada, alim Akademiyada girovluqdadır. Milyardların gəlib getdiyi ölkədə 150-300 manata qulluq edən bu adamlar tək aşağı-yuxarı seçkilərdə deyil, eləcə də gərəkən hər yerdə, lap elə məhkəmədə də yuxarıdan tapşırığa boyun əyməyə, ağa qara, qaraya ağ deməyə borcludur. Bunu biz alim dostumuz Yadigar Türkelin son məhkəmə prosesində bir daha gördük.
“Məhkəmə prosesi” bizdə çoxdan dırnaqarası söz birləşməsinə çevrilib. Məhkəmə prosesi gerçəyi bizdə çoxdan yoxa çıxıb: gördüyümüz alınıb-satılan, siyasi sifarişə işləyən rejim “məhkəmələri”dir. Çoxlu vəkil dostum var. Hamısı indiki məhkəmələrdən gileylidir: “Belə ədalətsiz, belə qanunsuz məhkəmələr sovet dönəmində də olmayıb”. Olmayıb, olur. Ardını oxu »
Soylu Atalı. Azərbaycanın siyasi yeri Türk Dünyasındadır
Aprel 15th, 2016
admin Çağdaş dünyanın mənzərəsini göstərməyə çalışan qüvvələr, eləcə də ayrı-ayrı yazarlar olduqca qarışıq fikirlər formalaşdırırlar. Söz yox, bu qarışıqlığı bilərəkdən, istiyərəkdən yaradırlar. Çünkü bütün yanaşmalar qrup, partiya, hakimiyyət maraqlarına uyğunlaşdırılır.
Çoxları elə düşünürlər, Batı ölkələrində hər cür yanaşma hakimiyyət maraqlarına deyil, dövlət maraqlarına hesablanır. Biz burada hər bir incə məsələnin yerini gözləmək üçün “əsil dövlət”, ya da “çağdaş dövlət” anlayışları işlətmək istiyərdik. Nədən? Çünkü əsil dövlət çəkişmə (rəqabət) aparatı rolu daşımır (daşımamalıdır). Çağdaş dövlətlərin maraqları isə çəkişmələrdə gücünə, gücsüzlüyünə görə doğrulur. Söz yox, marağı ödənən dövlətlər əsasən güclü dövlətlərdir. Ardını oxu »
Vətən sevgisi – onun dəyərlərini tanımaqla yaranır
Aprel 11th, 2016
admin Vətən – onda yaşayan dəyərlərə görə müqəddəsdir (Soylu Atalı). Hər bir vətən övladı onun dəyərlərini tanımalı, qorumalı, öz varlığını ona bağlamalıdır. Onda dövlətçilik də qüdrətli olur. Çünkü dövlətin yönəticiləri vətəni sevənlərdən təşkil olunur. Birliyi də onlar yaradır. Milli düşüncənin gəlişməsini də onlar yürüdür. Bir sözlə, millətləşmə prosesi “milli özünüqoruma sistemi”nin bərpası ilə baş tutur və davam edir. Ona ömür verən insanlar gərəkdir.
Asif Atanın Mütləqə İnam Ocağının çalışmaları bütünlüklə bu yönə bağlıdır. Bu istəkləri gerçəkləşdirmək üçün Ocaq daim görüşlər gerçəkləşdirir, səfərlər həyata keçirir. Görüşlərdə, səfərlərdə gənclərlə, aydınlarla, ayrı-ayrı soydaşlarla söhbətlər aparılır, onların diqqəti ulusal dəyərlərə yönləndirilir. Ardını oxu »
Soylu Atalı. Rusiyanın istəklərini pozmaq gərəkdir
Aprel 7th, 2016
admin Toplumun üzdə olan aktiv kəsimi bilir ki, Rusiya üçün tarixlərinin önəmli bir səhifəsini yazan Pyotr Azərbaycanla və Türkiyə ilə bağlı plan sərgiləmişdir (çoxları bunu Pyotrun rus millətinə vəsiyyəti kimi eşitmişdir). Bu planla onlar Qafqazda Azərbaycanın bir dövlət kimi varlığına son vermək istəyi güdürlər. Azərbaycan dövlətçiliyini biryolluq yenməklə Türkiyəni parçalayıb əsarətə götürmək (PKK və başqa terror örgütləri də bunun üçün yaradılmışdır) və İstanbula bayrağını sancmaqla dünyaya ağalıq eləmək. Rusların bu əməlləri Pyotrun istəyinin davamıdır ki, bu günə kimi davam edir.
Pyotrun çağırışından bu günə kimi yüzillər keçib, dünya düzəni dəyişib, indi dünyanın yönətiləsi şərtləri başqadır, ancaq rusların istəkləri dəyişməyib. Ardını oxu »




