Xalqdan çox uzaq başçılar da hərdən xalqla “yaxınlaşma-doğmalaşma” gərəyi ilə üzləşirlər. Bugünlərdə İ.Əliyev belə bir gərəklə üzləşdiyindən savaş bitəndən sonra savaş bölgəsinə gedib xalqla “qucaqlaşdı”. Bütün televiziyaları xalqın-müxalifətin üzünə qapayan dövlət başçısı gerçəkdən xalqla yaxınlaşa-doğmalaşa bilərmi?! Yalnız OĞRU hakimiyətlər televiziyaları xalqın-müxalifətin üzünə qapayır: gerçəklər – xalqdan etdikləri oğurluqlar – ortaya çıxmasın deyə. Onlara qalsa, bircə yol da xalqla görüşməzlər. Ancaq, yuxarıda deyildiyi kimi, xalqla görüşmək hərdən qaçılmazlığa çevrilir. İndi də belə oldu: bir ailədən iki prezident xalqla görüşə getməli olmuşdu. Görəsən, onlar illərdəbn bəri başında durduqları, doğal resursları aşıb-daşan ölkədə, xalqın tövlə kimi balaca, uçuq-sökük evlərdə yaşadığını görəndə nə düşünürdülər? Ofşorlara yatırdıqları milyardlar bir yana, xalqı dilənçi kökünə salmaqla Azərbaycanı “idman ölkəsinə” çevirmələrini, Avropadakı, Rusiyadakı milyardlarla dollarlıq təmir-tikinti işlərini göz önünə gətirdilərmi? Ardını oxu »
Asif Ata. Özüylədöyüş və Özüyləbarışma
Həyatda insan özüylə döyüşür, ancaq bu döyüşdə tam qələbə qazanmır, son nəticədə özüylə barışır. Özüyləbarışmada o, gerçəkliyin məntiqinə əsaslanır. “Yırtıcı olmasam, yaşaya bilmərəm, məni parçalayarlar” – deyir. “Xudbin olmasam, yaşaya bilmərəm, başqasının əsarətinə düşərəm” – deyir. “Şəhvəti sevməsəm, yaşamaram, çünki həyat – cismani nəşələnməkdir” – deyir. “Şöhrəti sevməsəm, yaşamaram, çünki həyat özünütəsdiqdir” – deyir. “Yalana […]
Başsağlığı
Asif Atanın Mütləqə İnam Ocağı Ocaqdostu, Güney Azərbaycan aydını Ağşın Ağkəmərlinin ölümü ilə bağlı ailəsinə, millətimizə başsağlığı verir. Evindən işıq əskilməsin. Balalarında yaşasın. Yurdu, Ulusu var olsun.
Asif Ata. Dostluq – Düşmənlik
Həyatda ən yüksək dostluq belə, mütləq səviyyəyə qalxmır. Bu səbəbdən də həyatdakı ən böyük dostluqda belə düşmənlik yaşayır. Əgər insan xudbinlik eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən azad deyil. Əgər insan həsəd eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən azad deyil. Əgər insan mənfəətpərəstlik eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən […]
Ağşın Ağkəmərli. Yolçu yolda gərək
1965-ci ildə 5 yaşında kənddə məktəbə getmişəm. Bütün dərslər fasca olduğuna görə heç nə başa düşmürdüm. Təkcə mən yox, heç kim heç nə başa düşmürdü. Ancaq məni başqalarından fərqləndirən bir şey vardı, – şeiri bir dəfə eşitməklə öyrənirdim, daha doğrusu, sözlərini əzbərləyirdim. Atam hər ilin qış aylarında kəndə gəlirdi. 1-2 ay qalandan sonra evə gərək […]
Soylu Atalı. Türkün qədim ABEsi (Tamğası)
90-cı illərdə Asif Atadan eşitdiyimiz başlıca qonulardan biri millətimizin öz abesinin, (əlifbasının) olması ilə bağlı idi. Ancaq abenin yaranması hər addımda baş tuta bilən asan bir məsələ deyil. Bu üzdən axtarışlar bizi Orxon-Yenisey yazılarının üzərinə aparıb çıxardı. Bəllidir ki, ərəblərin türkləri mənəvi-ruhani işğal eləməsinə qədər türklər arasında bu abe qullanılmışdır. İşğaldan sonra qədim türk abesi […]
Millətləşmənin İnamlaşma tələbi (Oxulda yeni görüş keçirildi)
May 3rd, 2016
admin Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız!
Bu gün kürəsəlləşən dünya millətləşməyə qarşı davranır. Nəinki davranır, onu aradan qaldırmağa çalışır. Ortaya “vahid mədəniyyət” ideyası ataraq millətləşmənin zərərli olduğunu təbliğ edirlər. Əslində bu təbliğatın başında duranların özləri millətləşmə yolu keçənlərdir. Bu gün də onlar millətləşmə gedişlərindən qırağa durmayıblar. Ancaq millətləşmə yolu keçməli olanlara hər cür yollarla əngəl olmağa çalışırlar. Əngəl olunanlardan biri də bizim millətimizdir. Yurdumuza gələn, gətirilən hər bir yabançı ideoloji baxışlar millətçiliyi şüurlarımızda sıradan çıxarmaq üçün çalışırlar. Ardını oxu »
Xaliq Bahadır. Qarabağ Vətəndir, bəs Azərbaycan?
May 1st, 2016
admin I
İllərdir AZƏRBAYCAN UĞRUNDA! – çağırışlarıyla haray çəkirəm. Bu çağırışın nədənini – Azərbaycan uğrunda elliklə çarpışma gərəyini – anladıram, anlatmağa çalışıram: hamısı boşuna gedir. Belə yerdə daş ovular, qayanı da ağlamaq tutar! İllər keçdikcə, istəklər, diləklər doğrulmadıqca, istənilən gələcək gəlmədikcə belə də olur…
Aprelin başlanğıcındakı üç-dörd günlük bəlli savaş dönəmində ortaya bütünlüklə başqa görsənişlər çıxdı – son 23 ildə ardıcıllıqla yönətilən ANTİXALQ siyasətlərinə bütünlüklə ayqırı görsəniş! Dediyimiz ANTİXALQ siyasətləri 23 ildən bəri bütün parametrlər üzrə yönətilməkdədir: ekonomikadan tutmuş təhsil, sağlamlıq alanlarınadək. Ardını oxu »
Yadigar Türkel. Milli ideologiyanın «yeni tarix»indən. Formalaşmanın mənəvi-psixoloji çətinlikləri
Aprel 26th, 2016
admin Sov.İKP MK-nın 1985-ci il aprel plenumundan sonra Azərbaycanda milli oyanış prosesləri gücləndi. Azərbaycan ziyalılarının açıq-gizli milli kimlik savaşında Məmməd Əmin Rəsulzadələrin xalqın icinə atdıqları «milli fikir toxumları»ndan yeni bir Azərbaycan bitməyə başlayırdı.
Milli fikir toxumları səpildi,
İslatdı torpağı axan qızıl qan.
Bu əkindən sabahkı bir baharda
Əlbət bitər bir yeni Azərbaycan. Ardını oxu »
Xaliq Bahadır. Azərbaycan dövləti nə dövlətidir?
Aprel 26th, 2016
admin Başda duranların dediyinə görə, Azərbaycan dövləti sosial dövlətdir. Onlar illərdir xalqa bu yöndə yalanlar danışıblar, danışırlar: “Azərbaycan dövləti sosial dövlətdir, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı durur”. Bu sayaq yalanlara yalnız sosial dövlətin nə olduğunu, necə olduğunu bilməyənlər inanar. Sosial dövlətin nə olduğunu, necə olduğunu bilənlər isə burasını da çox yaxşı bilirlər: Əliyevlər Azərbaycanında adına “vətəndaş” insan kütləsi rejim siyasətinin ən ucqarında, üstəlik, subyekt yerində də deyil, obyekt yerində durur. Qısaca olaraq belə deyə bilərik: Azərbaycan xalqı bu dövlətin başında duranlar üçün eləcə obyektdir: Ardını oxu »
Isa Mehdioğlu. Ərəblə türkün dialoqu. Əks-səda
Aprel 26th, 2016
admin Ərəbin yanına boylu-buxunlu, iyid görkəmli bir nəfər gəlir.
Ərəb soruşur:
Sən kimsən?
Türk: Bir zaman mən Türk idim. İndi sənin əks-sədanam. Bütün göy mənim yenilməz Tanrım idi. Qılıcımın dəstəsində özümün damğam var idi. Öz adımla hökm verirdim. İndi Tanrımı atıb Allahını tutmuşam. Qılıcımın dəstəsinə sənin möhrünü qoymuşam. Hökm və fərmanları sənin adınla, sənin dilində verirəm. Belə də etməliyəm. Axı mən sənin əks-sədanam. Ardını oxu »
Xaliq Bahadır. Biznes bazarlığına bürünmüş savaş
Aprel 25th, 2016
admin Kiminin üç, kiminin dörd adlandırdığı bəlli günlərin bizə bəlli olan, olmayan bir sıra gizlinləri var. Onları yetərincə araşdırıb gərəyincə dəyərləndirmək üçün bir yox, bir çox yazılar yazılmalıdır. O yazıların olduğu kimi ortaya çıxması üçünsə başqa bir ortam gərəkir: indiki YAP ilinin adıyla desək, MULTİKULTURALİZM ortamı. O yazının yazılması necə önəmlidirsə, belə bir ortamın olması da bir elə önəmlidir.
Savaş sorağını alınca Feysbuk səhifəmdə çox yığcam bir cümlə yazmışdım: “Demokratiya – reforma yerinə xalqa savaş sırınır”. Sonrakı günlərdə də bu yöndə, ancaq daha geniş statuslar yazdım. “Azadlıq”da “Böyük uğurlar balaca uğurlardan yaranır” (05.04.2016) adlı bir yazım da çıxdı. İstəyim doğru-gerçəkləri topluma çatdırmaq idi. Ardını oxu »
Xaliq Bahadır. Yaşar Türkazərin bir zəngi
Aprel 23rd, 2016
admin Mənə tez-tez zəng vuranlardan biri, bəlkə də, birincisi Yaşar Türkazərdir. Zəng vurur, səsimi eşitmək istədiyini bildirir, sonra da danışır, danışır, danışır… Ən çox da o mənə dillə bağlı tapıntılarından, fonetik araşdırmalarından danışır. Yaşar bəy dilimizin qanunlarını yaxşı bilir, ən çox da fonetikanı. Boynuma alıram, fonetikanı o məndən yaxşı bilir; bircə elə buna görə Yaşar bəyə ayrıca sayğı ilə yanaşmağa dəyər.
Yaşar bugünlərdə mənə yenə zəng vurmuşdu. Sən demə, aprelin 17-də 60 yaşı olur. Yubiley yaşı ilə bağlı yazı yazmağımı istəyirdi. Mən Yaşara sifarişlə yazı yazmadığımı deyə bilərdim, ancaq… demədim. Ardını oxu »
Yadigar Türkel. Nizamülmülkün «Siyasətnamə» anıtındakı dövlətçilik ilkələri, ya da çağdaş Azərbaycan Respublikası siyasətçilərinə yönətim dərsi
Aprel 23rd, 2016
admin Nizamülmülkün «Siyasətnamə» əsəri Orta çağda, Böyük Səlcuqlar dönəmində (1038-1308), Doğuda siyasətlə siyasi ilişkilərdən, dövlətçilik ilkələrindən yazılmış ən yaxşı nəzəri-təcrübi anıtlardandır. Onu Platonun «Dövlət», «Qanunlar», «Siyasətçi», Aristotelin «Siyasət» əsərlərilə tutuşdurmaq olar. «Siyasətnamə» daha təcrübi özəlliklidir.
Tarix boyu öyrənilən köklü elmi-siyasi konular siyasət, siyasi ilişkilər, siyasi ilkələr, dövlət yönətimi, ədalət, ədalətli ölkə, ədalətli şah, şahın hökuməti – yönətimi ardıcıl dəyişməsinin gərəkliyi, dünya hökmranlığı, dünya dövləti, dünya barışı, yurdun toxunulmazlığı, ölkə dolandırmaq, insansevərlik – humanizm, insan haqlarının qorunması, xalqın özgürlüyü, zülm, zorakılıq, zorbalığın yolverilməzliyidir.
«Siyasətnamə»də də dövlət, dövlət yönətimi, yönətim bacarığına – yetənəyinə çox önəm verilmişdir. Ardını oxu »
Xaliq Bahadır. Mirzə Cəlil: böyük demokrat-yazar
Aprel 21st, 2016
admin 20-ci yüzilin başlanğıc çağları Azərbaycanın sosial-siyasi düşüncə tarixinin ən önəmli dönəmlərindəndir. Məhəmməd Əmin Rəsulzadədən tutmuş Mirzə Cəlilədək. Bu dönəm, sözün gerçək anlamında, düşüncə diriliyi baxımından Azərbaycanın QIZIL dönəmidir. Bu qızıl dönəmi yaradanların adlarını bir-bir çəkəsi olsaq, çox uzun sıralama alınar. Bu dönəmə ayrıca özəllik, ayrıca gözəllik, üstünlük qazandıran iki başlıca ad var: Məhəmməd Əmin, Mirzə Cəlil. Məhəmməd Əmin başlıca olaraq Azərbaycan siyasi düşüncəsinin yolgöstərəni, Mirzə Cəlil başlıca olaraq Azərbaycan sosial düşüncəsinin yolgöstərəni idi. Hər ikisi əlçatmaz, hər ikisi yenilməz düşüncə adamıydı. Azərbaycanın 20-ci yüzil sosial-siyasi tarixi bu iki azmanın çiyinləri üzərində yüksəlir. Ardını oxu »




