Onlar iki qardaş, iki yoldaş, iki arxadaşdılar. İki QAN qardaşı, iki YOL yoldaşı, iki DÜŞÜNCƏ (ideya) arxadaşı. İllərdir araya girməklə onları barışmaz yağılara çevirmək istəyənlər var: Azərbaycanda da, Türkiyədə də. İllərdir onları gözdən salmağa çalışanlar var: Türkiyədə də, Azərbaycanda da. İndilər də biz belə dönəm yaşamaqdayıq: Azərbaycanda da, Türkiyədə də. Bir-birinə çox bağlı antiTürk rejimlər onları gözdən salmaq, arxa plana keçirib unutdurmaq üçün nələr etmədilər, nələr etmirlər: Türkiyədə də, Azərbaycanda da. Onlar kim, bunlar kim? Onlar böyük, ölümsüz Türk öndərləri, bunlar Türkə düşmən dünya güclərinin maskalı maşaları! Ardını oxu »
Asif Ata. Özüylədöyüş və Özüyləbarışma
Həyatda insan özüylə döyüşür, ancaq bu döyüşdə tam qələbə qazanmır, son nəticədə özüylə barışır. Özüyləbarışmada o, gerçəkliyin məntiqinə əsaslanır. “Yırtıcı olmasam, yaşaya bilmərəm, məni parçalayarlar” – deyir. “Xudbin olmasam, yaşaya bilmərəm, başqasının əsarətinə düşərəm” – deyir. “Şəhvəti sevməsəm, yaşamaram, çünki həyat – cismani nəşələnməkdir” – deyir. “Şöhrəti sevməsəm, yaşamaram, çünki həyat özünütəsdiqdir” – deyir. “Yalana […]
Başsağlığı
Asif Atanın Mütləqə İnam Ocağı Ocaqdostu, Güney Azərbaycan aydını Ağşın Ağkəmərlinin ölümü ilə bağlı ailəsinə, millətimizə başsağlığı verir. Evindən işıq əskilməsin. Balalarında yaşasın. Yurdu, Ulusu var olsun.
Asif Ata. Dostluq – Düşmənlik
Həyatda ən yüksək dostluq belə, mütləq səviyyəyə qalxmır. Bu səbəbdən də həyatdakı ən böyük dostluqda belə düşmənlik yaşayır. Əgər insan xudbinlik eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən azad deyil. Əgər insan həsəd eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən azad deyil. Əgər insan mənfəətpərəstlik eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən […]
Ağşın Ağkəmərli. Yolçu yolda gərək
1965-ci ildə 5 yaşında kənddə məktəbə getmişəm. Bütün dərslər fasca olduğuna görə heç nə başa düşmürdüm. Təkcə mən yox, heç kim heç nə başa düşmürdü. Ancaq məni başqalarından fərqləndirən bir şey vardı, – şeiri bir dəfə eşitməklə öyrənirdim, daha doğrusu, sözlərini əzbərləyirdim. Atam hər ilin qış aylarında kəndə gəlirdi. 1-2 ay qalandan sonra evə gərək […]
Soylu Atalı. Türkün qədim ABEsi (Tamğası)
90-cı illərdə Asif Atadan eşitdiyimiz başlıca qonulardan biri millətimizin öz abesinin, (əlifbasının) olması ilə bağlı idi. Ancaq abenin yaranması hər addımda baş tuta bilən asan bir məsələ deyil. Bu üzdən axtarışlar bizi Orxon-Yenisey yazılarının üzərinə aparıb çıxardı. Bəllidir ki, ərəblərin türkləri mənəvi-ruhani işğal eləməsinə qədər türklər arasında bu abe qullanılmışdır. İşğaldan sonra qədim türk abesi […]
Vətənin özgürlüyü İnsandır
May 26th, 2016
admin (Ocağın yeni səfərləri)
Hamıya – “Vətəni qorumaq gərəkdir” deyirlər. Ancaq heç kimə “İnsanı qorumaq gərəkdir” demirlər. Bunu öyrətmirlər. Ən yaxşı halda, insanı bioloji-fiziki qorumağı əsas götürürlər. Bu görəvi dövlət daşıyır. Ancaq insan, hər anlamda, tam olaraq qorunmur. Pulçuluğun ictimai quruluşa çevrildiyi dünyada insanı qorumaq özünü doğrulda bilməz. Belə bir quruluşda insan dəyərini itirir: – onun əməyi mənimsənilir, haqqı əlindən alınır, imkanları daraldılır. İkinci bir yandan, insan mənəvi-ruhani varlıq kimi götürülmür. Ardını oxu »
Xaliq Bahadır. Dünya bazarında Azərbaycan
May 25th, 2016
admin Bəlli bir ailənin çoxillik yağıcasına ağalığı üçün Azərbaycan 1993-dən dünya bazarına çıxarılıb. Alan dünya gücləridir, satan Əliyevlər. Təkcə 1993-2010-cu illər arasında Əliyevlər ailəsi bircə Ofşor zonalara Azərbaycandan 48 milyard oğurluq pul ötürüblər. “Təkcə”, “bircə” – bunların hər birinin öz anlamı var: onlar yalnız 1993-2010-cu illərdə deyil, bütün hakimiyətləri boyunca Azərbaycandan milyardlarla dollarlıq oğurluq ediblər; o oğurluqları yalnız ofşor zonalarda deyil, başqa yerlərdə də yerləşdiriblər. 48 milyard yalnız böyük Yer üzünün bəlli bir bölgəsində tapılıb ortaya çıxarılandır. Ardını oxu »
Asif Ata. Əzəli, Əbədi Türkçülüyümüz
May 19th, 2016
admin 1. Mahiyyətimiz
Türkçülüyümüz bizim mahiyyətimizdir. Ötəri, keçici, sonlu keyfiyyətimiz, xassəmiz deyil. Yəni mahiyyətimiz dedikdə, biz ruhaniyyatımızı deyirik. Türkçülük bizim xilqətimizdir deyirik. Türk inamından danışırıq, türk idrakından danısırıq, türk iradəsindən danısırıq. Ona görə də türkçülüyü zamanla ölçmək, şəraitlə ölçmək, cəmiyyətlə ölçmək, mühitlə ölçmək, siyasətlə ölçmək çox zahiri, çox səthi bir təmayüldür. Ardını oxu »
Nurtəkin Atalı. Ruhsal Səfərlər İnsan sevgimizin sevincidir
May 15th, 2016
admin Bu günlərdə Soylu Atalı ilə oxullarda görüş keçirmək istəyi ilə Sumqayıt şəhərinə yollandıq. İki oxulda olduq, hər iki oxul təhsil şöbəsinin icazəsinin gərəkliyini bildirdi. Onlara oxullarda toplantılar keçirməyi yasaq ediblər. Soylu Atalı bildirdi ki: “biz hər yerdə xalqımızın içində olmağa borcluyuq, olacağıq da, bunu heç kim bizə yasaq edə bilməz. Lap küçələrdə söhbətlər aparacağıq, milli-ruhsal dəyərlərimizi yayacağıq. Sumqayıta da gəlmişkən boş dönməyəcəyik”.
Soylu Atalının önərisi ilə Sumqayıt Dövlət Universitetinə getdik. Mən 1997-ci ildə bu universiteti bitirmişəm. 5 il eyitim almış, 4 il də burda işləmişəm. Sonra Bakıda yaşayıb işlədiyim üçün uzun çağlar buralara yolum düşməmişdi. 19 il zaman keçdikdən sonra tanış üzlər, həm də yeni üzlər görmək istəyi məni həyəcanlandırırdı. Ardını oxu »
Soylu Atalı. Türkiyə türkçülüyə qayıtmalıdır
May 13th, 2016
admin Bu gün dünya siyasətçilərinin də, yazarlarının da, hətta sıradan adamlarının da diqqəti Türkiyəyə yönəlib. Bu diqqət – Ukraynaya, Gürcüstana, İrana, Suriyaya, İraqa, eləcə də başqalarına yönələn diqqətdən çox başqadır (fərqlidir). İndi araşdıra bilən də, bilməyən də, anlayan da, anlamayan da bir fikir səsləndirir: “axır ki Türkiyəni də bu oyunlara soxa bildilər”. Söz yox, bu fikir son günlər Türkiyənin yaşadığı olaylara görə deyilir. Ancaq bilmək gərəkdir, Türkiyə çoxdan bu oyunların içərisindədir. Bu olaylar da yeni deyil. Ardını oxu »
Asif Ata. VƏCDLİ İDRAK (Nəsimilik)
May 13th, 2016
admin - İNSAN
Vəcdə gəlmək – ülvi mənaya dalmaq, onunla bir olmaqdır. Gözəllik öz əsil qiymətini vəcd məqamında tapır. İnsanı özündən (adi durumundan) ayıra bilməyən gözəllik natamam gözəllikdir.
Ali hikmətə tam qovuşmaq – onu vəcdlə duymaq deməkdir.
Ürəyin də çaylar kimi bir sel məqamı var.
Bu məqamda ehtiras insanı öz sularında qərq edir. Vəcdsiz ürək – alovsuz ocaqdır. Ardını oxu »
Xaliq Bahadır. Davudoğlunun suçu nə?
May 12th, 2016
admin Türkiyədə bu günlər ən çox dartışılan qonu budur: “Davudoğlunun suçu nə?” Hamı soruşur, ancaq ortada gərəkən bilgi yoxdur – bilgi adına bəlirlənənlər bilgidən daha çox bilgisizlik xarakterindədir. Başbaxan Davudoğlu ilə bağlı baş verənlərə Başbaxan Davudoğlu aydınlıq gətirə bilərdi, di gəl, onun bu yöndəki çıxışları duruma gerçəkdən aydınlıq gətirməyən dolaş-bulaş çıxışlardır. Başqa tür desək, Davudoğlu dəngəsi pozulmuş durumda olduğundan özü ilə bağlı baş verənlərə aydınlıq gətirə bilmir. Bunu onun bir-birnə ayqırı danışmaları-sözləri göstərir. Ardını oxu »
Yadigar Türkel. Siyasi təşkilatların ideoloji baxışları və milli ideologiya
May 10th, 2016
admin Azərbaycanın siyasi partiyalarının ideoloji baxışları mürəkkəbdir. «Milli azadlıq hərəkatı»nın 80-ci illər dövrünün ilk ictimai-siyasi təşkilatı olan AXC ideoloji baxışlarında Azərbaycan Xalq Cümhuriyyətinin ideyalarını dirçəltməyə çalışır, onun türkləşmək, islamlaşmaq, müasirləşmək ideyasına əsaslanan milli özünütəsdiq-azərbaycançılıq yolu ilə gedirdi. XX yüzilliyin başlanğıcında demokratik prinsiplərin qoyuluşu və çözümünə görə Avropa dövlətlərinə də örnək ola biləcək Azərbaycan Xalq Cümhuriyyətində «millətçilik, türkçülük, vətənçilik. azərbaycançılıq, milli dövlətçilik, inqilabçılıq, xalqçılıq, cümhuriyyətçilik» ideyalarını «siyasi millətçilik, istiqlalçılıq–azərbaycançılıq» səviyyəsinə qaldırıb milli ideologiyaya çevirmişdilər. O zaman «müsavatçılıq adlanan Azərbaycan milli məfkurəçiliyinin millətin iliyinə qədər işləmiş bir iman olduğuna əlamət» idi [30, s. 9]. Ardını oxu »
Zaur Qəriboğlu. Bura Vətəndir
May 10th, 2016
admin Artıq 24 ildir ki, Azərbaycan xalqı Qarabağ savaşında uduzmasının ağrılarını yaşayır. Bu illərdə torpaqlarımızın işğal olunduğu tarixləri ağlamaqla qeyd edir, sanki özünə olan inamını bərpa etməyə gücü qalmır.
Ancaq aprel döyüşləri fərqli bir görsəniş ortaya çıxardı, millətimizin ümidlərində bir gəlişməni, ruh yüksəkliyini hər birimiz izlədik. Özünə qarşı inamı itirən bu xalq özünə güvənməyə başladı. O vaxta kimi mən millətimizdə özünəxas cəhətlərə maraq görmürdüm. Bu hadisələr milli şüurda tərpəniş yaratmaqla çoxlarına mesaj verdi. Təbii ki, özünə güvənməyi bacaran bir toplum hər bir problemlərini həll etməyə qadir olur. Ardını oxu »




