Xaliq Bahadır. Ərdoğanın yeni, terrorsuz Türkiyə söyləmələri

Çoxillik faktlardan çıxış etməklə “söyləncələri” yazmaq daha düzgün olardı. (Söyləncə ərəbin dilində “əfsanə” deməkdir). 23 illik hakimiyəti boyunca Ərdoğanın Türkiyə-Türklük  yararına söylədikləri doğrulmadığından…söyləncəyə dönüşdü!
Yazıya “Ərdoğan Türkiyəni hara aparır” başlığı da qoymaq olardı, ancaq buna gərək yoxdur: Ərdoğan özünün dediyi kimi, BOP görəvlisi- eş başqanı olaraq Türkiyəni Proje Platformasında hara gətirməliydisə, ora da gətirib. Düzdür, bu, son deyil, sondan öncəki aşamadır. Sonun gətirilməsi üçün son çağlar ritorikasında geniş yer tutan özülsüz “barış sürəci”ni uğurla bitirsin deyə, ona daha bir neçə il gərəkir…
Böyük Ortadoğu Projesinin eş başqan yükümlüsü olaraq ƏrdoğanTürkiyəni gətirəcəyi yerə gətirib. Onun o başdan bu başa dedikləri daha çox “dedik”, etdikləriisə daha çox Projeuyğulaması olub.
Türkiyənin başına yenigətirilən çağlarında iki başlıca dediyi vardı: Osmanlıya qayıdış, islamçılıq. Bunların ikisi də Projedən qaynaqlanırdı: bununla Türk ulusu ona daha çox inanacaq, daha çox sarılacaq, daha çox da aldadılacaqdı.

Osmanlıya qayıdış Ardını oxu »

Göynur Atalı. Asif Atadan sistemləşən alıntılar…

ÜRƏYİNİZDƏ GÜNƏŞ OLSUN!

TARİX həmişə əbədiliyə, kamilliyə, sonsuzluğa can atıb.
Bu baxımdan o, ruhanidir.
TARİX həmişə nisbini, qeyri-kamili, sonlunu təsdiq edib.
Bu baxımdan o, qeyri-ruhanidir.
TARİXDƏ nisbilik – Mütləqilik, sonlu – sonsuz, maddi – mənəvi biçimdə təzahür edib, qeyri-ruhanilik ruhanilik şəklində təqdim olunub.
TARİXDƏ ruhani niyyətlə qeyri-ruhani gerçəklik, ruhani məqsədlə qeyri-ruhani nəticə arasında daim uçurum olmuşdur.
TARİXDƏ möhtəşəmlik, qüdrət və tərəqqi adıyla qəddarlıq, amansızlıq, yırtıcılıq təsdiq olunub. Ardını oxu »

Xaliq Bahadır. Amerika gələcək…

Gerçək bir müxalifətçi dostumuz Rusiya-Ukrayna savaşı başlayandan tez-tez yazırdı: “Ukraynada savaşı bitirəndən sonra Amerika Güney Qafqaza, o sıradan Azərbaycana demokratiya gətirəcək”. Bir gün dözməyib ona kiçicik bir yanıt yazısı yazdım: “Amerika 1990-ların o başından Azərbaycandadır. Amerikaya Azərbaycanda demokratiya gərəksəydi, Amerika Azərbaycanda demokratiya olmasını istəsəydi, Azərbaycanda çoxdan demokratiya olardı. İstəmədi, olmadı”.
O dostumuz yapay suçlama ilə tutulub, türmədədir. Prof.Dr. Qubad İbadoğlu yapay suçlama ilə tutuqlananda ABD elçiliyi belə bir basmaqəlib bildiri yayımladı: “Qubad İbadoğlunun tutulmasını diqqətlə izləyirik”. Sözsüz, ABD elçiliyi o dostumuzun da tutulmasını “diqqətlə izləyir”, üstəlik, “dərin narahatlıq” keçirir. Özü də təkcə ona görə deyil, onun kimi yapay suçlamalarla tutulan bir çox başqa müxalifətçilərə görə də.
Ölkədəki sonu görünməyən qanunsuz politik tutuqlamaları biz də izləyirik, Avropa, Amerika da izləyir. Biz antidemokratik, korrupsioner rejim üzündən üzüntülü yoxsulluq içində izləyirik, onlar antidemokratik, korrupsioner rejimlə sümürgəçi sıx əməkdaşlıq içində izləyirlər! Ardını oxu »

Göynur Atalı. ASİF ATAnın İNSAN MAHİYYƏTİ düşüncəsinə qovuşma:

 ÜRƏYİNİZDƏ GÜNƏŞ OLSUN!

İNSAN göründüyündən çox, görünməyəndir, zahirdəkindən çox, batindəkidir. Zahirdəki, biçimdəki sonlu, ölümlü – insanın mahiyyətindən aşağı gerçək mövcudluqdur.
Batindəki, mənadakı, əbədilikdəki, kamillikdəki – insanın mahiyyətidir.
İNSANIN mövcudluğu həmişə ruhani olmasa da, mahiyyəti həmişə ruhanidir.
İnsanın mövcudluğu, gerçəkliyi onun mahiyyətinə bərabər deyil. Bu səbəbdən də insan ziddiyyətli yaşayır. Ancaq MAHİYYƏTİ ruhanidir, buna görə də insan ölməzdir. İnsanın ruhani mənası əbədidir. Çünki həmin mənada Mütləq yaşayır. Ardını oxu »

Soylu Atalı. “Türk-İslam” söz birləşməsi yanlışdır

 Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız!

Bu gün biz, bir xalq olaraq, mənəvi geriləmə dönəmini yaşayırıq. Bunun ayrı-ayrı nədənləri var. Bu nədənləri aydınlaşdırmaqdan öncə xalqın tarixən formalaşması şərtlərinə qısaca baxış sərgiləməyimiz gərəkir. Söz yox, baxışlarınızı sivilizasiyaların başlanğıcına çəkib qonunu uzatmaq düşüncəsində deyilik. Bu bir ilkin (ibtidai) sərgiləmədir. Sonrakı aşamalarda deyəcəyimizi anlamağımız üçün epizodik bir başlanğıc kimi qəbul edək.

Hər bir toplumun formalaşması, başlıca olaraq, iki aşamada özünü göstərir. Birinci, mövcudluğu sürdürmək üçün oturaq duruma keçmək – birgə əmək,  birgə məskunlaşma  (kənd, şəhər salmaq),  birgə qorunmaq. Burada hər kəsə düşən pay bölgüsünü nizamlamaq üçün hüquqi baza yaratmaq, sosiallaşmanı qanunlar biçimində yoluna qoymaq i.a. Bu işlər ortaq dil araçılığı ilə gerçəkləşir. Sonucda ortaq mədəniyyət faktoru ortaya çıxır. Ardını oxu »

Babək Məmmədli. Bir qrup şair var ki… – Şair xanımları bacı kimi sevənlər

Bir şair qrupu var, xeyli vaxtdır onları izləyirəm.
Allahsaxlamışlar o qədər müsbət emosiya bəxş edirlər adama, özüm də bilmədən onların fanatına çevrilmişəm.
Bizim gözümüzdə böyüdüb əzaba çevirdiyimiz həyatı onlar elə asan, elə rahat, elə şirin yaşayırlar ki, adamın xainliyi tutur.
Hamının dörd gözlə gəzdiyi, adına xoşbəxtlik dediyimiz faili-məchulun düsturunu, formulunu mən deyərdim, xüsusi bir səy göstərmədən, inersiyayla tapıblar bu qaz tükü kimi yüngül, könlü zərif varlıqlar. Özlərinə balaca bir dünya qurublar. Mən “dünya” deyim, siz “alınmaz qala”: “hermetik, harmonik, poetik qala”. Ardını oxu »

İnamlı Atalı. Özümləşmə yönündə axtarışlar

Ürəyinizdə Günəş olsun, sevimli yurddaşlarım!

İnsanın Məna yönündə artıb, böyüyüb, yüksəlməsində özünüdərkin böyük rolu vardır. Özünüdərk İnamdan başlanır. İnsana inanasan gərək. Başqa sözlə, İnsanın İnsanlıq Qüdrətinə inanasan gərək. İnsanın görünəndən, bilinəndən artıq, böyük, yüksək olan daxili imkanlarına inanasan gərək.
İnsan – işıqdır – qaranlıqları yaran!
Bəşər tarixində bu günə kimi insanın tapındığı inamlar nisbi inamlar olub. Bu inamlarda insanın təbiəti, kimliyi bitkin, tam şəkildə açılmamış, ruhani İmkanları düşüncədən uzaq tutulmuş, başlanğıcdan məhdudlandırılmışdır. Bütün hallarda insan ya fövqəltəbii qüvvələrdən, ya da ictimai münasibətlərdən asılı duruma salınmışdır. Bununla da İnsan öz Mənasından ayrılmış, özünü itirmiş, Mənanı təsdiq etməli olan fitri imkanlarını Mənanın təkzibinə yönəltmişdir. Bu Qüdrətli Varlıq zəlil ğünə salınmışdır. İnsanın duyğuları, düşüncələri, əməlləri yanlış istiqamətlərə yönləndirilmişdir. İnsan özünüdərkin başlanğıcından yalanlar burulğanında yaşamağa alışmışdır. Özü öz yaratdıqlarının qurbanı olmuş, quluna çevrilmişdir. Ardını oxu »

Asif Ata. Cəmiyyət

Cəmiyyətin məqsədi ruhanidir: insanın ləyaqətini, böyüklü­yünü, qüdrətini təsdiq etmək, sonsuz, əbədi, kamil mahiyyətini aşkara çıxarmaq.
İnsan təklikdə özünə çata bilmirdi.
O, cəmdə özünə çatmaq istədi.
İnsanın daxilindəki ruhanilik – sonsuzluğa, əbədiliyə, kamil­liyə meyil onu özündən kənara çıxmağa, özünü cəmiyyətdə tapmağa sövq etdi.
Buna görə də o, öz azadlığını, sərbəstliyini cəmiyyətə tabe et­di. İnsan bu tabeçiliyi təbii saydı, onunla barışdı, ona əməl etdi.
Ancaq cəmiyyət insanın özünütəsdiqinə zidd oldu. İnsan cəmiyyətdə özünün ruhani təbiətinin əleyhinə yaşamağa məcbur oldu.
Cəmiyyətdə insan öz bütövlüyünü, zənginliyini, fərdi müs­tə­qil­liyini itirdi. Ardını oxu »

Xaliq Bahadır. Türk dövlətlərinin antiTürk- antiTürkiyə paradı

“Avropaya İnteqrasiya” Projesi

Olacaq oldu. Türk Dövlətləri Təşkilatını oluşduran dörd dövlət BMT TŞ-nin 541, 550 saylı qərarına uyğun olaraq Türkiyəni Kiprdə “işğalçı güc” olaraq tanıdı. Hansılar? Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan. Beləliklə, 35 illik bir dönəmdə Quzey Kıbrıs Türk Respublikasını tanımayan Türk dövlətləri bir neçə günün içində ard-arda Yunan Kıbrısını tanıdılar, orada elçiliklər açdılar. Bu fakt Türk Birliyini dağıtmaq baxımından Avropa Birliyinin çox uğurlu addımı olaraq dəyərləndirilməlidir.
Türk Birliyinin yaranmasına yol verməmək Atilladan sonra Batının başlıca strateji amacı olub, olmaqdadır. Bu tarix gerçəyini, eləcə də çağımızın uğun gerçəklərini anlamayanların, anlasalar belə, özgüdükçü çıxarları üçün özlərini o yerə qoymayanların “Avrointeqrasiya” yapay coşquları xalqı aldatma görsənişidir. Ardını oxu »

Soylu Atalı. “Turan qurulur”, yoxsa yanlışları anlamaq istəmirlər

Bu gün ən çox dartışılan qonu “Türk Dövlətləri Təşkilatı”nın 4 üzvünün Yunanıstanın qurduğu “Kıprıs Respublikası”nı tanımalarıdır. Ortada ilginc fakt var, bu fakt bəlkə də son dönəmin ən böyük xəyanətlərindən biridir. Eldə məsəl var,  –  “bəy dediyin harda, bəyənmədiyin harda”.  Əgər Türkiyəni işğalçı olaraq tanıyacaqdınızsa, nədən “TDT” (Türk Dövlətləri Təşkilatı) yaradırdınız?! Kim(lər)i aldadırdınız, niyə aldadırdınız?! – İlginc olan odur ki, heç kim (daha doğrusu, Türklüyün fəlakətini gözardına atanlar) olayların gəlişmə ardıcıllığına diqqət yetirmir.
Sovetlər dağılandan sonra Azərbaycanda hakimiyyətə gəlmiş H.Əliyev dövlətin anayasasında türk kimliyinin yazılmasını yasaq elədi. Adını qoydular ki, Azərbaycandakı etnik toplumları hürkütmək, küsdürmək olmaz. Həmin illərdə (1994-cü ildə) Türkiyə siyasətində Ərdoğan aktiv rol aldı. 2001-ci ildə “Ədalət və İnkişaf Partiyası” (AKP)-nı qurdu. 2002-ci ildə Böyük Millət Məclisində bu partiya uduş əldə elədi. Ardını oxu »

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv