Artıq 24 ildir ki, Azərbaycan xalqı Qarabağ savaşında uduzmasının ağrılarını yaşayır. Bu illərdə torpaqlarımızın işğal olunduğu tarixləri ağlamaqla qeyd edir, sanki özünə olan inamını bərpa etməyə gücü qalmır. Ancaq aprel döyüşləri fərqli bir görsəniş ortaya çıxardı, millətimizin ümidlərində bir gəlişməni, ruh yüksəkliyini hər birimiz izlədik. Özünə qarşı inamı itirən bu xalq özünə güvənməyə başladı. O […]
Archive for the ‘Türk Dünyası’ Category
Xaliq Bahadır. Müstəqilliyimiz lağlağıdır
May 10th, 2016
admin Xalqdan çox uzaq başçılar da hərdən xalqla “yaxınlaşma-doğmalaşma” gərəyi ilə üzləşirlər. Bugünlərdə İ.Əliyev belə bir gərəklə üzləşdiyindən savaş bitəndən sonra savaş bölgəsinə gedib xalqla “qucaqlaşdı”. Bütün televiziyaları xalqın-müxalifətin üzünə qapayan dövlət başçısı gerçəkdən xalqla yaxınlaşa-doğmalaşa bilərmi?! Yalnız OĞRU hakimiyətlər televiziyaları xalqın-müxalifətin üzünə qapayır: gerçəklər – xalqdan etdikləri oğurluqlar – ortaya çıxmasın deyə. Onlara qalsa, bircə […]
Millətləşmənin İnamlaşma tələbi (Oxulda yeni görüş keçirildi)
May 3rd, 2016
admin Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün kürəsəlləşən dünya millətləşməyə qarşı davranır. Nəinki davranır, onu aradan qaldırmağa çalışır. Ortaya “vahid mədəniyyət” ideyası ataraq millətləşmənin zərərli olduğunu təbliğ edirlər. Əslində bu təbliğatın başında duranların özləri millətləşmə yolu keçənlərdir. Bu gün də onlar millətləşmə gedişlərindən qırağa durmayıblar. Ancaq millətləşmə yolu keçməli olanlara hər cür yollarla əngəl olmağa […]
Xaliq Bahadır. Qarabağ Vətəndir, bəs Azərbaycan?
May 1st, 2016
admin I İllərdir AZƏRBAYCAN UĞRUNDA! – çağırışlarıyla haray çəkirəm. Bu çağırışın nədənini – Azərbaycan uğrunda elliklə çarpışma gərəyini – anladıram, anlatmağa çalışıram: hamısı boşuna gedir. Belə yerdə daş ovular, qayanı da ağlamaq tutar! İllər keçdikcə, istəklər, diləklər doğrulmadıqca, istənilən gələcək gəlmədikcə belə də olur… Aprelin başlanğıcındakı üç-dörd günlük bəlli savaş dönəmində ortaya bütünlüklə başqa görsənişlər çıxdı […]
Yadigar Türkel. Milli ideologiyanın «yeni tarix»indən. Formalaşmanın mənəvi-psixoloji çətinlikləri
Aprel 26th, 2016
admin Sov.İKP MK-nın 1985-ci il aprel plenumundan sonra Azərbaycanda milli oyanış prosesləri gücləndi. Azərbaycan ziyalılarının açıq-gizli milli kimlik savaşında Məmməd Əmin Rəsulzadələrin xalqın icinə atdıqları «milli fikir toxumları»ndan yeni bir Azərbaycan bitməyə başlayırdı. Milli fikir toxumları səpildi, İslatdı torpağı axan qızıl qan. Bu əkindən sabahkı bir baharda Əlbət bitər bir yeni Azərbaycan.
Xaliq Bahadır. Azərbaycan dövləti nə dövlətidir?
Aprel 26th, 2016
admin Başda duranların dediyinə görə, Azərbaycan dövləti sosial dövlətdir. Onlar illərdir xalqa bu yöndə yalanlar danışıblar, danışırlar: “Azərbaycan dövləti sosial dövlətdir, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı durur”. Bu sayaq yalanlara yalnız sosial dövlətin nə olduğunu, necə olduğunu bilməyənlər inanar. Sosial dövlətin nə olduğunu, necə olduğunu bilənlər isə burasını da çox yaxşı bilirlər: Əliyevlər Azərbaycanında adına “vətəndaş” insan […]
Isa Mehdioğlu. Ərəblə türkün dialoqu. Əks-səda
Aprel 26th, 2016
admin Ərəbin yanına boylu-buxunlu, iyid görkəmli bir nəfər gəlir. Ərəb soruşur: Sən kimsən? Türk: Bir zaman mən Türk idim. İndi sənin əks-sədanam. Bütün göy mənim yenilməz Tanrım idi. Qılıcımın dəstəsində özümün damğam var idi. Öz adımla hökm verirdim. İndi Tanrımı atıb Allahını tutmuşam. Qılıcımın dəstəsinə sənin möhrünü qoymuşam. Hökm və fərmanları sənin adınla, sənin dilində verirəm. […]
Xaliq Bahadır. Biznes bazarlığına bürünmüş savaş
Aprel 25th, 2016
admin Kiminin üç, kiminin dörd adlandırdığı bəlli günlərin bizə bəlli olan, olmayan bir sıra gizlinləri var. Onları yetərincə araşdırıb gərəyincə dəyərləndirmək üçün bir yox, bir çox yazılar yazılmalıdır. O yazıların olduğu kimi ortaya çıxması üçünsə başqa bir ortam gərəkir: indiki YAP ilinin adıyla desək, MULTİKULTURALİZM ortamı. O yazının yazılması necə önəmlidirsə, belə bir ortamın olması da […]
Xaliq Bahadır. Yaşar Türkazərin bir zəngi
Aprel 23rd, 2016
admin Mənə tez-tez zəng vuranlardan biri, bəlkə də, birincisi Yaşar Türkazərdir. Zəng vurur, səsimi eşitmək istədiyini bildirir, sonra da danışır, danışır, danışır… Ən çox da o mənə dillə bağlı tapıntılarından, fonetik araşdırmalarından danışır. Yaşar bəy dilimizin qanunlarını yaxşı bilir, ən çox da fonetikanı. Boynuma alıram, fonetikanı o məndən yaxşı bilir; bircə elə buna görə Yaşar bəyə […]
Yadigar Türkel. Nizamülmülkün «Siyasətnamə» anıtındakı dövlətçilik ilkələri, ya da çağdaş Azərbaycan Respublikası siyasətçilərinə yönətim dərsi
Aprel 23rd, 2016
admin Nizamülmülkün «Siyasətnamə» əsəri Orta çağda, Böyük Səlcuqlar dönəmində (1038-1308), Doğuda siyasətlə siyasi ilişkilərdən, dövlətçilik ilkələrindən yazılmış ən yaxşı nəzəri-təcrübi anıtlardandır. Onu Platonun «Dövlət», «Qanunlar», «Siyasətçi», Aristotelin «Siyasət» əsərlərilə tutuşdurmaq olar. «Siyasətnamə» daha təcrübi özəlliklidir. Tarix boyu öyrənilən köklü elmi-siyasi konular siyasət, siyasi ilişkilər, siyasi ilkələr, dövlət yönətimi, ədalət, ədalətli ölkə, ədalətli şah, şahın hökuməti – […]




Posted in
Tags:
