Archive for the ‘Türk Dünyası’ Category

Amaldaşları Güntay Atalıya başsağlığı verdi

Asif Atanın Mütləqə İnam Ocağı Amaldaşları Güntay Atalıya atası Tofiq bəyin ölümü ilə bağlı dərin hüznlə başsağlığı verir. Tofiq bəy Ocağa yaxın idi. Onun ayıq baxışı, milli düşüncəyə doğmalığı Ocağımıza bəllidir. Tofiq bəyin bütün yaxınlarına, ailəsinə başsağlığı veririk. Kədərinizdə əyilməyin. Eliniz, yurdunuz var olsun deyirik.

YADİGAR TÜRKEL. VELİKOROSİZM

Yandexde Ros – Rusla bağlı bir yazı yayımlanıb. Yazan “ Ros i Rus, kak oni poluçilis i poçemu oni bliznetsı” – deyib, eski Misirlilerden Arilere, İngilislerden Slavyanlaradek bildiklerini saysa da, onun bir etnos olduğunu deyecek kesin bilginin, biliyin olmadığını, çeşidli etnoslardan törediyini gösrerir. Alıntıların birinde Rusların başkendlerinin Kiyev, başçılarının xagan olduğu deyilir. Styopka Razini bizden […]

İlqar Türkoğluna başsağlığı

Asif Atanın Mütləqə İnam Ocağı yaxınımız, Ocağa dost olan İlqar Türkoğluna Atasının ölümü ilə bağlı dərin hüznlə başsağlığı verir. Balalarında yaşasın. Eli, yurdu var olsun! Ölümlə Görüş  – Məni aparmağamı gəlmisən, Ölüm? Gedək. Səndən qor­xum yoxdur! Çünki sən məni öldürə bilməyəcəksən! Cismim itməyəcək. Sabahkılarda təzədən peyda olacaq. Gözüm, üzüm,  saçlarım, dodaqlarım kimdəsə təkrar olunacaq. Sən olsa-olsa mənim indiki […]

YADİGAR TÜRKEL. ERMENİ ÖLDÜ

1 Dekabrın 10-da “Medeniyet TV”-den Azerbaycan Ordusunun 2-ci Garabağ Savaşında Ermeni guldurlarını yenmesinin bayram edildiyi, türkce Ordu Keçidi deyilmeli, yanlış dil düşünceli ordu yöneticilerinin yarıarab-yarırusca “Zefer Paradı” çığırdıgları Ordu Keçidini sevincle izledim. Bele ordu keçidine çatmag Azerbaycanın Türklerinin böyük uğurudur. Mence, Azerbaycan Respublikasının başçıları ulusal birliye çatmag üçün Türk Ulusunun oğul-gızına politik baxışlarına göre “5-ci […]

Soylu Atalı. Adamda ağalıq duyğusunun qaynağı

Tibb elminin bilgisinə görə insan orqanizmi havadan çoxsaylı mikroblar götürür. Sosioloji ifadələrlə desək, orqanizm bu mikrobları izolyasiya edib qulluğunda saxlayır. Başqa sözlə, orqanizm özünün  mövcudluğunu sürdürmək üçün qullanır. Orqanizmdə zəiflik yarananda həmin mikroblar zərərli mühitə çevrilməyə çalışırlar,  yəni xəstəlik yaradıcısına çevrilirlər. Sanki plantasiyalarda işlədilən qullar ilk fürsət düşəndə üsyan qaldırırlar. Bu açıdan yanaşanda ruhanilik-cismanilik təzadını […]

Soylu Atalı. Göz yaşının nəğmələşən anlamı

Bir gənc Amaldaşımın evində oldum. Bir yaşında körpəcə qızı var. Uşaq həm şəndir, həm də çox həssasdır. Enerjili, aktiv hərəkətlidir. Bir istəyi də yerinə yetirilməyəndə zənguləli, cingiltili, həm də gur səslə ağlayır. Bir dəfə ağlayanda qəribə hal yaratdı məndə. O anda ağlıma gəldi ki, ağlamaq səsinin musiqi ilə birbaşa bağlılığı var. Bu uşaq böyüyəndə yaxşı […]

YADİGAR TÜRKEL. ERMENİ TÜLKÜLÜYÜ, YOXSA VELİKİROS POLİTİKANLIĞI

Bir neçe gün önce Yandeks-de “Ermeni mene narı elle sıxmağı nece öyretdi” adlı bir yazı oxudum. Sonra onu neçe il gabag da oxuduğum yadıma düşdü. Ermeni ideologları durmadan işleyirler. Yeniden işleyib yayımlayıblar. Yazıda bir Ermeninin narı yere goyub ezmeyi, sonra kesib suyunu sıxmağı, süzmeyi öyretmesi deyilirdi. Burada bilinmeyen, böyük bir şey olmasa da, yazanı Ermeninin […]

Asif Ata Ocağının yeni Xalqlaşma-Səfər örnəyi

Asif Atanın Mütləqə İnam Ocağının özünəxas qurallarından biri də Ruhani Səfər əməlidir. Bu əməl Asif Atanın öz Ocaqçıları qarşısında qoyduğu xalqlaşma tələbidir. Amalın xalqda yayılması, öyrədilməsi anlamı daşıyır. Dünyada nə baş verir versin, Ocaq öz işini görməlidir. Çünkü bütün sorunların kökündə insanlaşmanın, millətləşmənin zədə götürməsi durur. Hələ sovet dönəmində xalqın özünəyadlaşma nədənlərinə aydınlıq gətirərkən Asif […]

YADİGAR TÜRKEL. TÜRKOLOG, POLİTİK, AGENT, PSİXOPAT

1 SAYĞILI YURDDAŞLAR! Platonun Politik, Aristotelin Politika bitikleri Politologiya biliminin çox eskilerde yarandığını gösterir. Politolog bilimçi olduğuna göre yalan danışmaz, yazmaz! Politik oyunçu olduğundan yalan danışa, yalançılıg ede biler. Bunlar Politologiyanın, Politikanın bilinen gerçekleridir. Avropanın gelişmiş ulusları 20-ci yüzilin ikinci yarısında politiklerin yalanlarını en aza endiren politik guruluşlara çatdıglarından daha yaxşı yaşayırlar. Avtoritar politik guruluşlarda […]

Soylu Atalı. Gerçəkləri görməli, yenilməməli

Ürəyinizdə Ata Günəşi olsun, sevimli amaldaşlarım. Ölkədəki son durumla bağlı bəzi düşüncələrimi sizinlə bölüşmək istəyirəm. Faktiki olaraq,  ölkədə durum, düşüncə baxımından, çox qarışıq bir yönə meyillənir. Anarxiya var. İnsanlar daha çox çaş-baş durumdadırlar. Düşüncə baxımından toplum iki cəbhəyə bölünüb. Özləri də bu cəbhələrdən birini bədbin, birini nikbin adlandırırlar. Optimist,  pessimist. Bəziləri deyir ki, mən nə […]

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv