Sebebi düşüncemizin, ganımızın pozulmasına yöneldilmiş dersliklerdir. Sebebi menim Vetenimin paytaxtında idarelerde Azerbaycan dilinin beynelmilelçilikle az gala yasaglanması, respublikaların radio-televiziyalarının imkanlarının mehdudlaşdırılıb, xalgların daha böyük Urus radio-televiziyalarına baxmağa mecbur edilmesidir. Sebebi çoxdur Mirze, çoxdur! Mirze, bütün dünyanın arxivleri, kitabxanaları, muzeyleri xalgımızın tarix belgelerile doludur. Londonun, Tehranın, Tebrizin, İstanbulun, Bağdadın kitabxanalarında tariximiz yatıb galır. Onları oxumag, öyrenmek […]
Archive for the ‘Türk Dünyası’ Category
Ocaq səfərlərinin yeni soraqları
Yanvar 27th, 2021
admin Mübarizə aparmaq üçün içdən Azərbaycanlaşmaq gərəkdir. Bunun üçün Azərbaycanın mənəvi-ruhani mahiyyətini özü üçün kəşf etmək, sevgisinin işığına çevirmək, bunu soydaşlarına çatdırmaq addımları atılmalıdır. Dəyərləri yaşamdan silinən, ələbaxan, onun-bunun buyruğuna yönəldilən,onun-bunun son sözünü təkrarlayan bugünkü Azərbaycanı heç kimə sevdirmək olası bir iş deyil. Belə bir Azərbaycan uğrunda heç kim içdən savaşmaq istəməz… Bu günlərdə Bilən Atalının […]
Yadigar Türkel. İTE ATARAM, YADA SATMARAM (ardı-1)
Yanvar 23rd, 2021
admin Siz magalede özlerini hamıdan ağıllı sayan bir neçe urusdan başga heç bir xalgın körpe uşağının bele inanmayacağı şey yazırsınız: memmedovlar ailesinde en çox oxunan ve sevilen kitablar Puşkinin, N. Ostrovskinin eserleri idi”. Bu, ideoloji tebliğatınız ne böyük uğurdur, Mirze?! Gorun yanmasın, ay Sabir! Bir bölük boşboğazıg, heyverelik adetimiz. Doludur lenet ile, geybet ile söhbetimiz, Oxumagdan […]
Soylu Atalı. 20 Yanvar dərsi
Yanvar 19th, 2021
admin Zərdüşt Əsilliyik – İşıqçılıq həsrətlisiyik. Qaranlığa alışmadıq, «20 Yanvar» yaratdıq. Babək Əsilliyik – Azadlıq həsrətlisiyik. Əsarətə dözmədik – «20 Yanvar» yaratdıq. Dədə Qorqud Əsilliyik – Mərifət təşnəsiyik. Təhqirə dözmədik – «20 Yanvar» yaratdıq. Nəimi–Nəsimi Əsilliyik – Daxili Kamillik həsrətlisiyik. Cəhalətin zülmünə dözmədik – «20 Yanvar» yaratdıq.
Asif Ata. 20 Yanvar
Yanvar 19th, 2021
admin Qərb Erməniləri Qorbaçovşinadan incimişdilər. Moskva Erməniləri Qorbaçovşinadan incimişdilər. Ermənistan Erməniləri Qorbaçovşinadan incimişdilər. Balalarımıza güllə atılmalıydı. Qorbaçovşina inciyənlərlə barışmalıydı. Azərbaycan hökuməti özünün elan etdiyi suverenliyə elə inandı ki, özünü doğrudan da, müstəqil saydı və Mərkəzə diş qıcartdı. Mərkəz də onun dişini qırıb qarnına tökdü.
Soylu Atalı. DAİRƏLƏR
Yanvar 17th, 2021
admin Asif Atanın “Dairələr” başlığı altında deyimi var: “Bəşər dairəyə düşüb, çıxa bilmir – Kapitalizm- Sosializm dairəsinə; Din-Ateizm dairəsinə; Totalitarizm- Demokratiya dairəsinə”. Məncə, bu dairələr bəşəriyyətin ruhaniyyatsızlıq sorunundan əmələ gəlir. Ya da nisbi ruhaniyyatçılıq sorunundan oluşur. Asif Atanın İnsanlıq ölçüsünə görə nisbi ruhaniyyatçılıq da elə ruhaniyyatsızlıq deməkdir. İnsanlığın ölçüsünə görə nisbilik anlayışı, yəni dəyişkən, yarımçıqlıq elə […]
Göytəkin Atalı. Bir anın yaratdığı duyğular
Yanvar 14th, 2021
admin Bu yaxınlarda E.Heminqueyin “Əcəl Zəngi” romanını oxudum. Əsərdə başlıca qonu faşizmin dəhşətləri ilə bağlıdır. Olayların bədii-dinamik yönü insanın düşdüyü faciəvi durumu oxucuya uğurla anlada bilir. Savaşın antiinsani gedişlərini izlədikcə, azğınlaşmış, güllələməyi, qəddarlığı, işgəncəni adi bir iş kimi yerinə yetirən bəşər övladına hansı adı vermək olar deyə düşünəndə, adamın halı qarışır, çoxsaylı sualların içərisində azıb qalır. […]
Yadigar Türkel. Sözönü
Yanvar 13th, 2021
admin Sayğılı yurddaş, 17 sehifelik bu yazını 22 avgust – 6 sentyabr 1987-ci ilde yazmışam. Çap olunmadı, unuduldu. Çap etmek, yaymag olardı, ancag olmadı. Yazıda Azerbaycandakı oçağkı menevi-psixoloji, sosial-psixoloji durum gabarıg görünür. O illerde Rusiya İmperiyasının strateglerinin yeritdiyi ulusüstü politikalardan ulusal düşüncesi dolaşmış Azerbaycan Türkleri, daha geniş anlamda Azerbaycanlılar SSRİ-de Sov. İKP MK-nın 23 aprel 1985-ci […]
Xaliq Bahadır. Babək bayrağı
Yanvar 13th, 2021
admin “Tarixdə ilk qırmızı bayrağı Babək qaldırıb”, – bunu bizə tarix deyir. Deyir, susur. Tarix Babaklə bağlı danışmaqdan daha çox susmağa üstünlük verir. Görəsən, niyə? Axı, Babək adı tarix üçün yalnız 22 illik savaş meydanı deyil, eləcə də genişdən geniş, az qala sonsuzluğadək uzanacaq söz meydanıdır. Babək Doğu ilə Batı arasında dünyanın ağasına çevrilməkdə olan azman […]
VELİKOROSİZMİN AGENTİ ALİ ALBANVİ
Yanvar 7th, 2021
admin 1 Azerbaycan Ordusunun 2-ci Garabağ Savaşındakı uğurundan sonra Velikorosizmin Ermeni tulalarının Yandexdeki yazılarının keseri azalsa da, yağı ideologları yavaş-yavaş çeşidli yollara el atır, söz oynatmağa çalışırlar. Azerbaycan Türklerinin başçıları bunu görüb anlamalı, ideoloji işleri azerbaycançılıg – türkçülük, gafgazçılıg, çağdaşlıg, kökünde durmadan güclendirmelidirler! Azerbaycanda ideoloji iş olmamışdır. Önce öz ağılsızlarımız İslam dini adı altında gizledilmiş arabçılığı […]




Posted in
Tags:
