Dünya hər yöndən çalxalandırılır. Xalqlararası, dövlətlərarası münasibətlər imperializm qanunları ilə oluşdurulur. İmperializm qanunları işğal qanunlarıdır, irtica yanaşmalarıdır, dağıdıcılıq gedişləridir. Bu qanunlarla dünya – güclülərə, gücsüzlərə bölünür. Güclülər işğal edir – qurtarıram deyir, talayır – yedirirəm deyir, öldürür – sağlamlaşdırıram deyir. Bir sözlə, hər işinə humanizm donu geyindirir. Hamı bunu görür, ancaq heç kim əməllərə deyil, […]
Archive for the ‘Türk Dünyası’ Category
Asif Ata Ocağının xalqlaşma səfərləri
Avqust 18th, 2021
admin Bu günlərdə Asif Ata Ocağının Yükümlüsü Soylu Atalı Amaldaşı Bilən Atalının ayarlaması ilə Yardımlı rayonuna səfər etmişdir. Səfərdə ayrı-ayrı soydaşlarımızla görüşmüş, Asif Ata ideyalarından, Ocağın ruhsal mübarizəsindən, iş-əməl yaşamından soraq vermişdir. Eləcə də, soydaşlarımızın suallarına cavablar vermiş, onlara Ocaq ədəbiyyatları bağışlamışdır. Başlıca qonu: Dünənimiz, yəni ulusal-insani dəyərlərimiz Ocaq görümündə, onlara yiyə durmağın gərəkliyi; Bugünümüz, yəni […]
Asif Ata. İnsanilik Əvəzsizliyi
Avqust 13th, 2021
admin Cəmiyyət – İnsan yaratmır, yarada bilmir, yaratmaq istəmir. İnsaniliyi Qanunlarla əvəz eləmək istəyir.Cəza – Ləyaqət əvəzi olur; qəbahət ölmür, yaşayır və cinayət yaradır; adamlıq, nisbilik dəyişməz qalır, cəza adamları cinayətdən çəkindirir, ancaq cinayəti öldürmür, cinayət yaşayır və təzə cinayətkarlıq peyda olur. Adam İnsan olmur – bu səbəbdən də Həyat dəyişmir. Adam İnsan olmayınca cinayət ölmür, […]
Soylu Atalı. Quruculuq Yönü
Avqust 4th, 2021
admin Ürəyinizdə Ata Günəşi olsun, sevimli Amaldaşlarım. Düşündüyüm önəmli bir məsələni sizinlə paylaşmaq istəyirəm. Bizim qəhrəmanlıq dastanlarımız var. Deyək, Koroğlu, Dədə Qorqud boyları filan. Dastanlarımızda qəhrəmanların sözü, buyruğu çək-çevir (mühakimə) olunmur. Mən bunu təkcə elə keçmişdəki qəhrəmanların buyruğu, davranışı ilə bağlamaq da istəmirəm. Bu bir örnək məsələdir. Elə çağımıza da özgün edirəm. Üç məsələ var, daha […]
Asif Ata. Ehkam Dairəsi (“Dairələr” əsərindən)
Avqust 4th, 2021
admin “Varlıq Şüuru müəyyən edir”. Ehkam Müddəası. Keçicilik, Nisbilik timsalı olan Varlıqda – Əbədiliyi, Əzəliliyi, Mütləqiliyi təmsil eləyən Şüur nə etsin? – Nisbiliyə, Keçiciliyəmi ensin – Özü olmasınmı?
Soylu Atalı. Yanlışlıqmı, Xəyanətmi?!
İyul 30th, 2021
admin İllər öncə biz yazı yazmışdım: “Yanlışlıqmı, xəyanətmi?” başlığı altında. İndi bu yazımın adını da elə qoyuram. Dövlət başında duranların, onlara bağlı adamların yanlışlıqları ola bilər. Ancaq bilə-bilə dövlətin, millətin çıxarlarını kölgələmək, vətənin varlığını sarsıdacaq addımlar atmaq yanlışlıq sayıla bilməz. Son günlərin ən aktual qonularından biri, bəlkə də birincisi Azərbaycanın, genel olaraq Qafqazın din yönətim başçısı […]
Araz Gündüz. Vətən nə halda?
İyun 30th, 2021
admin Kimsənin millətçilikdə qınaya bilməyəcəyi, əksinə, bəzilərinin guya öz xalqını təhqir etməkdə suçladığı Cəlil Məmmədquluzadə 1916-cı ildə Azərbaycanın sərhədlərini belə cızmışdı: Demək, çünki dilimin adı türk-Azərbaycan dilidir, belə məlum olur ki, Vətənim də Azərbaycan vilayətidir. – Haradır Azərbaycan? – Azərbaycanın çox hissəsi İrandadır ki, mərkəzi ibarət olsun Təbriz şəhərindən; qalan hissələri də Gilandan dutub qədim Rusiya […]
Asif Atanın “Mütləqləşmək – Var olmaq” Bitiyi çap olundu
İyun 18th, 2021
admin Ürəyinizdə Günəş olsun sayğılı yurddaşlarımız! Asif Atanın Mütləqə İnam Ocağı Türk Ruhaniyyatı açısından özünün işini, mübarizəsini davamlı olaraq gerçəkləşdirməkdədir. Bu günlərdə Asif Atanın Qutsal Onluğundan “Mütləqləşmək – Var olmaq” Bitiyi çapdan çıxmışdır. Bitiq Ocaq Evladlarının yatırımı ilə basılmışdır. Gələnəksəl olaraq, Asif Atanın Bitiqləri həm Milli arxivə, kitab evlərinə bağışlanır, həm də görüşlərdə, səfərlərdə ilgilənən soydaşlarımıza. […]
Soylu Atalı. Ruhaniyyat Insanlığın gerçəkləşməsidir
İyun 8th, 2021
admin (Bibliya üstə düşüncələr – Fəlsəfi-ruhani araşdırma) Bu yazı İnsanlıq axtarışlarının doğru, əyri yönlərini araşdırmaq üçün bir çabadır. Biz hər bir kitaba, olaya yanaşmada Asif Atanın yaratdığı Mütləqilik ölçüsü ilə baxmağa çalışırıq. Xalqların öz içində Tanrısal sistemə yanaşmalarından doğan dünyagörüş məsələləri İnsanlığın keçdiyi keşməkeşli yolları tanımaqda yardımçı ola bilib, ancaq bütövlükdə İnsanlığı anlamağa yardımçı ola bilməyib. Çünkü […]




Posted in
Tags:
