O, hər kəsin xoşbəxtlik hesab etdiyi çox şeyə sahib idi. Ancaq hər dəfə “mən xoşbəxtəmmi?” sualını özündən soruşanda, qəlbinin lap dərinliklərindən gələn bir səs ona “yox” cavabı verirdi. O səs başqa bir dünya idi, usanmadan onu səsləyirdi. Bir əlçatmazlıq vardı o səsdə, can atdıqca uzaqlaşırdı. Hara, niyə səsləndiyini anlamasa da, bu səsin onu yaşamın gözəlliyinə […]
Archive for the ‘Türk Dünyası’ Category
Soylu Atalı. Çağımızın Örnək Aydını
Sentyabr 16th, 2021
admin Asif Atanın Mütləqə İnam Ocağı elimizin – bütövlükdə Azərbaycanın dəyərli aydını İsa Mehdioğlunun (Doxdur İsa) ölümü ilə bağlı bütün yaxınlarına, dostlarına dərin hüznlə başsağlığı verir. Yurdu, Ulusu var olsun! Ulusumuzda yaşasın! Soylu Atalının İsa Mehdioğlu ilə bağlı yazdığı “tanıtım” xarakterli bir yazısını oxucuların baxışına sunuruq. Çağımızın Örnək Aydını “İnsan həyata bilinməyən (naməlum) olaraq gəlir, bilinməyən […]
Bakının qurtuluşu – Türklüyün qurtuluşu idi
Sentyabr 15th, 2021
admin Ürəyinizdə Günəş olsun! Sovetlər Birliyi dağılandan üzü bəri demək olar ki, hər il Bakının Daşnak-Bolşevik silahlı birləşmələrinin qırğınlarından azad olunması haqqında söhbətlər aparılır, tarixi faktlar üzrə yazılar dərc olunur və s. Bu gün biz həmin faktın növbəti ildönümü qarşısındayıq. O vaxtdan bu vaxta qədər həmin hadisələr bu və ya başqa biçimdə davam edir, erməni-türk münasibətləri […]
Soylu Atalı. Siyasi Azərbaycançılıq qurtuluşumuz deyil, fəlakətimizdir
Sentyabr 11th, 2021
admin Son çağlar hakmiyyətə yaxın basın orqanları yenidən “Azərbaycançılıq” təbliğatı aparırlar. Bu təbliğat siyasi xarakter daşımaqla Azərbaycanın özül sütunlarına bütünlüklə tərsdir. “Siyasi Azərbaycançılıq” ideyasını hələ 90-cı illərdə keçmiş dövlət başçısı H.Əliyev ortaya atmışdı. O çağlardan biz, “Siyasi Azərbaycançılığın” dövlət ideolojisinə çevrilməsinin zərərlərini, gərəksizliyini dönə-dönə yazmışıq. Bu gün də bu məsələ ilə bağlı baxış sərgiləməyi gərəkli sayırıq. […]
Asif Ata. SABAH ÜSTƏ (Beşinci Müqəddəs Kəlam)
Sentyabr 11th, 2021
admin Bu günün qarşısında 4 təhlükə var: İslamçılıq, İqtidarçılıq, Pulçuluq, Xaricilik. Bu günün qarşısında 4 əməl var: İnamçılıq, Xalqçılıq, İnsançılıq, Yurdçuluq. İslam dəyərləri əslində bəndəçilikdir, qismətçilikdir, o dünyaçılıqdır, cənnətçilik-cəhənnəmçilikdir, Yaradan ağalığıdır, itaətçilikdir, cəfəngiyyatçılıqdır. İnsan İslamda (və dinlərin çoxunda) – bəndədir, quldur; islam insanı bəndə kimi dəyərləndirir, əslində dəyərsizləşdirir. İslamda insan aqibəti bütünlüklə Allahdan asılıdır; onun idrakı […]
Soylu Atalı. Ailə janrı qonusu
Sentyabr 7th, 2021
admin – “Siz hər zaman vurğu edirsiniz, ailənin özünə bənzəməsi üçün hər zaman mənəvi-ruhani eyitim (maarifçilik) işi olmalıdır. Başqa bir araç, üsul, yol olmamalıdırmı?”. Belə bir suala qısa cavab: – Bu toxunduğum məsələ o qədər ciddi bir məsələdir, bunu insanlığın şah əsərlərindən saymaq olar. Niyə? Mən dəfələrlə vurğu eləmişəm, ailə janrı insanlığın ölçüyə çevrilməsi üçün çox […]
Göytəkin Atalı. Sarsıntılarla öyrəndiyim Söz
Sentyabr 1st, 2021
admin (Soylu Atalının ” Söz İşığı” kitabı üzərində düşüncələrim) Bu günlərdə Soylu Atalının “Söz İşığı” kitabını oxudum. Özəllikcə kitabın birinci bölümündə yer alan din ilə, onların qutsal sayılan kitabları ilə bağlı araşdırma yazılarını qəribə bir həyəcanla oxudum. Bu yazılarda, illərdir cavablarını axtaran, qarışıq suallarım aydınlaşır, doğru yöndən açıqlamaları mənə idraki bir fərəh verir. Kitabı oxuduqca sevincim, […]
Başsağlığı
Avqust 31st, 2021
admin Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı İstedadlı şair, milli ruhlu aydın Əhməd Oğuzun vaxtsız ölümü ilə bağlı dərin hüznlə başsağlığı verir. Ulusunda yaşasın, Vətəni Var olsun! Asif Ata “Matəm üstə Mütləqlə Təmas” Ölən – Əzəlidə qalır. Əbədidə qalır. Sonsuzda qalır. Kamildə qalır. Üzlərdə qalır. Gözlərdə qalır. Dodaqlarda qalır. Xalqda qalır. Ölən – Gerçəklikdən gedir – […]
Soylu Atalı. Reallıq – Antireallıq
Avqust 28th, 2021
admin Azərbaycan hakimiyyəti Rusiya Zoru qarşısında yenilgənliyini pərdələmək, eləcə də, sülhyanlısı görünmək üçün çağaşarı absurd ideyalar səsləndirir. Onlardan biri də bu günlərdə dilə gətirdiyi “Qafqaz Evi” ideyasıdır. Biz bu ideyanı niyə absurd sayırıq?! – Azərbaycanla Ermənistanın münasibətləri göz qabağındadır. Axı Azərbaycan torpağına qarşı erməni işğalı başa çatmayıb. “Qarabağ Azərbaycandır” şüarını səsləndirməklə məsələ yoluna girməz. Bunu hər […]
ASİF ATA. CƏMİYYƏTİ QORUYAN
Avqust 27th, 2021
admin Cəmiyyət Qanunları İnsanı qoruyan görünür, – əslində o, cəmiyyəti qoruyur – cəmiyyət – cəmiyyət qanunları vasitəsiylə özünü qoruyur. Cəmiyyət Qanunları Ağalığı qoruyur əslində. Cəmiyyəti Xalq üçün yaranan bilirlər, görürlər, – əslində isə cəmiyyət əsas etibarilə Ağalıqdan yaranıb, Ağalıq üçün yaranıb. Ağalıq meylindən, ehtirasından yaranıb.




Posted in
Tags:
