Millət öz keyfiyyətləri ilə yaranır, var olur. O keyfiyyətləri onun əlindən alanda millət assimilyasiyaya uğrayır. Millət keyfiyyətlərini itirəndən sonra yaratdıqları təməlsiz olur. O nə yaradırsa, özgələrə yarayır. Ən böyük özgələşməyimiz ərəblərin yurdumuza yürüşüylə başladı. Onda biz kimliyimizi itirməyə başladıq. Təbii ki, özümüzün səhvlərimiz özgələrin göstərdiyi basqıdan az olmayıb. Özümüzə arxa durmamışıq. Dəyərimizə sahib çıxmamışıq. Ona […]
Archive for the ‘Türk Dünyası’ Category
Asif Ata. Gəlimli Dünya
Yanvar 1st, 2024
admin İşıq gəlişi, Səhər gəlişi, Günəş gəlişi, Yağış gəlişi, Hicran gəlişi, Vüsal gəlişi, Ana gəlişi, Ata gəlişi, Fikir gəlişi, Bulaq gəlişi, Ümid gəlişi, İnam gəlişi, Həya gəlişi, Qeyrət gəlişi, etiqad gəlişi, qollara qüvvət, idraka vəcd, torpağa bərəkət gəlişi. Yenidən doğulanların dünyaya yenidən gəlişi, arzu gəlişi, şəfqət gəlişi, ruhani heyrət gəlişi. Ali söz, ülvi kəlam gəlişi, ömrə […]
Paşa Talıblı. Şeirlər
Yanvar 1st, 2024
admin Fəxri xiyaban … …nə qədər yer desən – Allahın altda səhra uzununda, düz enində, bax! Mövlam tərəfindən ismarlanmışam; diriyəm həmişə söz önündə, bax! Mənəm – ayağı cüt, izləri tək-tək!.. Yoxuşum boydadı enişim mənim… …təkkə türbəsidi, şah məzarıdı – Baş xiyabanlarda nə işim mənim?
Soylu Atalı. Zəkanın demədikləri
Yanvar 1st, 2024
admin (Fridrix Nitşenin “Antixrist” kitabına yönəlik düşüncələr) Bu günlərdə Fridrix Nitşenin “Antixrist” kitabını oxudum. Kitabın dilimizdə hazırlanmasında əməyi olanlara sayğımı sunuram. Ancaq həm də ərk edib irad bildirmək istəyirəm. Nə çevirən, nə də redaktor yerində olmayıb. Sətri çevirmə olduğundan məzmun o qədər dolaşır, düşüncələri tutmaq çətin olur. Cümlələr uzun, cümlə üzvləri bir-birinin yerinə keçir. Bir sözlə, […]
Paşa Talıblı. Arif Acaloğluna
Dekabr 25th, 2023
admin Qaranlıq üçün güzgü… …qaranlıqlar heç nə demir, deyəcəyi heç nə yoxdu? …ümiddisə, niyə susur, sükutdusa, niyə çoxdu? …nə dili var, nə ağızı! Uydurmasımı ağılın?.. Nə qədər getsən də gəlmir bu qaranlığın axırı.
Asif Ata. Əzablı Dünya
Dekabr 21st, 2023
admin Naşılığın verdiyi əzab, xəbisliyin verdiyi əzab, həqiqətsizliyin, ədalətsizliyin verdiyi əzab, şəhvaniliyin, heyvaniliyin verdiyi əzab, biganəliyin, riyakarlığın, yüzsifətliliyin verdiyi əzab, xeyir libası geyinmiş eybəcərliyin, müqəddəslik libası geyinmiş qəbahətin, qədimsizliyin, qədirsizliyin verdiyi əzab, özündənayrılmanın, özünə yad olmanın, özünün əksinə çevrilmənin verdiyi əzab, miskinliyin, zəlilliyin, köləliyin verdiyi əzab, qadınlaşan kişiliyin, kişiləşən qadınlığın verdiyi əzab, əşyalaşan canlıların, canlılaşan əşyaların […]
Paşa Talıblı. Şeirlər
Dekabr 15th, 2023
admin Bir sevda ver mənə, Tanrım… Bir sevda ver mənə, Tanrım, mənə bir, mənə bir sevda! …aya bir, ilə bir vermə; günə bir, günə bir sevda! …bir sevda ki, dərd elə ver! …bir dərdini dörd elə ver! …ələklə ver, irdələ ver dənə bir, dənə bir sevda!
Soylu Atalı. Dairələr
Dekabr 14th, 2023
admin Asif Atanın “Dairələr” başlığı altında deyimi var: “Bəşər dairəyə düşüb, çıxa bilmir – Kapitalizm- Sosializm dairəsinə; Din-Ateizm dairəsinə; Totalitarizm- Demokratiya dairəsinə”. Məncə, bu dairələr bəşəriyyətin ruhaniyyatsızlıq sorunundan əmələ gəlir. Ya da nisbi ruhaniyyatçılıq sorunundan oluşur. Asif Atanın İnsanlıq ölçüsünə görə nisbi ruhaniyyatçılıq da elə ruhaniyyatsızlıq deməkdir. İnsanlığın ölçüsünə görə nisbilik anlayışı, yəni dəyişkən, yarımçıqlıq elə […]
Paşa Talıblı. Şeirlər
Dekabr 5th, 2023
admin Bir könüldən min könülə… …məni haramdan vurdular, oramdasan, könül yaram! Könlümdəsən, könül sevən, yaramdasan, könül yaram! …ox dəydi sevər yerindən, yaralandı Bamsı Beyrək. Yar alandı, könül yaram, əynimdəki qanlı köynək…
Xaliq Bahadır. Onlar bizi satdılar
Noyabr 19th, 2023
admin Düz 20 il öncə, 15 oktyabr prezident seçkisindən az sonra, yazılmış bir yazı.İyirmi il boyunca onu dönə-dönə paylaşmaq istəmiş, son anda düşünüb-daşınıb əl saxlamışam. “Bəlkə, birləşdilər, bəlkə, nəsə etdilər”,- düşüncəsidemokratik dəyərlərə özgü XALQIN BİLMƏK HÜQUQUNA uyğun paylaşım istəyinə üstün gəlib.Qaş düzəltmək istəyən yerdə gözü vurub çıxarmaqdan qorxub-çəkinmişəm.Düşünürəm: daha ortadaulusal çıxarlara bağlı elə bir çəkindirici nəsə […]




Posted in
Tags:
