Archive for the ‘Türk Dünyası’ Category

Paşa Talıblı. Şeirlər

Mən sözü torpağa gec əkdim bir az… … ümidim olmadı bu gələn yaza, mən sözü torpağa gec əkdim bir az. Neylim, bu ümidnən çata bilmədim, sözün meydanına gecikdim bir az. Sözün meydanına gecikdim bir az, elə hey “gecikdin” dedilər, neylim! … yedilər payımı ümidyeyənlər, bu yaz ümidimi yedilər, neylim! Dedilər yeməkdən ümid yaxşıdı… … bir […]

Asif Ata. Gözəl Dünya

Ruh gözəlliyi. Sifət gözəlliyi. Günəş gözəlliyi. İlqar gözəlliyi. Ağıl gözəlliyi. Sevda gözəlliyi. Səhər gözəlliyi. Kədər gözəlliyi. Arzu gözəlliyi. Qeyrət gözəlliyi. Çöl gözəlliyi. Yol gözəlliyi. Hicran gözəlliyi. Vüsal gözəlliyi. Gecə gözəlliyi. Duyğu gözəlliyi. Analıq gözəlliyi. Bulaq gözəlliyi. Mütləqə qovuşmaq gözəlliyi. Amal gözəlliyi. Həsrət gözəlliyi. Fəryad gözəlliyi. Söz gözəlliyi. İmtina gözəlliyi. Özündənkeçmə gözəlliyi. Torpaq gözəlliyi. Ürək gözəlliyi. […]

Aqşin Ağkəmərli. ANA…

Qardan kəfən geyinmiş bir şəhər… Təbriz – 1946-cı ilin son səhəri. Günəşin üzərini duman alıb. Sazaq adamı bıçaq kimi kəsir. Sular donub, asfalt şaxtadan cadar-cadar olub. Novdanlardan qəndil-qəndil buz sallanır. Dükan-bazar bağlı, dövlət binaları talanmış, yandırılmış, qapı-pəncərələri qırıq-sökükdür. Yollarda, səkilərdə donmuş meyitlər, su arxlarına atılmış kəsik başlar, qoparılmış qollar… Meydanlarda yandırılmış qalaq-qalaq kitablar, dar ağaclarından […]

Soylu Atalı. Həyatla necə davranmalı

İşin Ocaq yönü necədir, biz həyata nə dərəcədə bağlıyıq, bağlı olmalıyıqmı?! Biz həyata bağlılığı açıb qırağa qoymaqdan çox danışırıq. Ancaq həyata bağlılığı açıb qırağa qoymaq daha çox məcazi xarakter daşıyır, gerçək anlamda deyil. Yəni biz, həyatın bioloji cəhətlərinin bizim üzərimizdə hakim olmasını açıb qırağa qoyuruq. Həyatın bizim üzərimizdə ağa kimi davranması, bizim iradəmizi zorlaması, iradəmizin […]

Paşa Talıblı. Şeirlər

Təzə bir şer yaz, qaraca oğlan… (Emil Rasimoğluna) * … təzə bir şer yaz, Emil əfəndi! … orda ayla, illə, burda müxtəsər, köhnədən-təzədən…təzə bir şer! Min il əhədimi kəsən dərdimin bəlkə əhədini kəsə bir şer! * … təzə bir şer yaz, Emil əfəndi! … fikirlər narıncı, cəhrayı rəngdə, misralar körpətək day dura bilsin. Elə yaz, […]

Aqşin Ağkəmərli. Xoşbəxt sevgi xatirəsi

Təhsilimlə bağlı Təbrizdən Bakıya gəlmişdim. Bir neçə öyrənci ilə Sovetski deyilən məhəllədə İsmət nənənin evində bir otaq kirələdim. Bir gün səhər Zərgərpalan küçəsindən İçərişəhərə gedirdim. Xoş, ürəyəyatımlı küləkli hava vardı. Yol boyunca çinar ağacları Günəşin doğuşuna sanki sevindiklərindən rəqs edərək sağa-sola baş əyir, yarpaqları Günəşə “Xoş gəldin” deyirdilər. Əhvalım yaxşı idi, ağır-ağır addımlarımı daş döşəmələrin […]

Paşa Talıblı. Şeirlər

İndi tanıdınmı Dadaloğlunu…                       (A.Təhləliyə)  * …bir yarpaq şerini oxudum, ustad! Belə görməmişdim ox udan səni… …dost sözün dostluğu deyilsə, onda nədi yastı-yastı oxudan səni?  * Belə yaslı-yaslı oxudan nədi… Yoxsa ki, qoynundan yar atıb səni? Qor kimi yaradıb o xudan səni, kül altda qor […]

Asif Ata. 20 Yanvar

Qərb Erməniləri Qorbaçovşinadan incimişdilər. Moskva Erməniləri Qorbaçovşinadan incimişdilər. Ermənistan Erməniləri Qorbaçovşinadan incimişdilər. Balalarımıza güllə atılmalıydı. Qorbaçovşina inciyənlərlə barışmalıydı. Azərbaycan hökuməti özünün elan etdiyi suverenliyə elə inandı ki, özünü doğrudan da, müstəqil saydı və Mərkəzə diş qıcartdı. Mərkəz də onun dişini qırıb qarnına tökdü. Nəqliyyat Blokadaçılarına atıldı balalarımıza atılan güllə.Neftçalalılara atıldı.

Soylu Atalı. 20 Yanvar Dərsi

Zərdüşt Əsilliyik – İşıqçılıq həsrətlisiyik. Qaranlığa alışmadıq, «20 Yanvar» yaratdıq. Babək Əsilliyik – Azadlıq həsrətlisiyik. Əsarətə dözmədik – «20 Yanvar» yaratdıq. Dədə Qorqud Əsilliyik – Mərifət təşnəsiyik. Təhqirə dözmədik – «20 Yanvar» yaratdıq. Nəimi–Nəsimi Əsilliyik – Daxili Kamillik həsrətlisiyik. Cəhalətin zülmünə dözmədik – «20 Yanvar» yaratdıq. Füzuli Əsilliyik – Aşiqlik pərəstişkarıyıq. Həyasızlıq təqibinə dözmədik – […]

Asif Ata. Gedimli Dünya

İşığın bəbəkdən getməsi, çiçəyin çəməndən getməsi, sevgi­nin sevdadan getməsi! İlhamın duyğudan getməsi! Ümidin ürəkdən getməsi! Hey­rə­tin gözlərdən getməsi! Mütləqin mənəviyyatdan getməsi! Eşqin hissiyyatdan getməsi! Doğmalığın səsdən getməsi! Ağacın qırılması! Çayların quruması! Gözəlliyin solması! Bədənin məzara qoyulması! Həsrət gedişi! Hiddət gedişi! Məqam, gün, ay, il gedişi! Yolların yollardan ayrılması! Biçimin məzmundan ayrılması! Övladın anadan ayrılması! Aşiqin […]

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv