Archive for the ‘Türk Dünyası’ Category

Ulusəs Atalı. Dönə-dönə Atatürk…

Atatürk qəhrəmanlığı – türkün ölümü yenmə qətiyyətiydi. Atatürkün başçılıq etdiyi Çanaqqala döyüşü elə andır ki, məhz buradan türkün yenidən doğulub “var olmaq” tərcümeyi-halı başlanır. O savaşlarda göstərdiyi qəhrəmanlıq millətin özümlüyünü, yenilməzliyini bir daha təsdiqlədi. Məhz bu döyüşdə Atatürkün məşhur “Mən sizə ölmək əmri verirəm!” hökmü 200 min türkü şəhidlik zirvəsinə yüksəltməklə, ulusu ölümsüz etdi.

Türkel Araşdırma Qurumu toplantı keçirib

 Türkel Araşdırma Qurumunun Mətbuatla Əlaqə Odasının Məlumatı 24 Yağış Ayı, 33-cü ildə (noyabr, 2011) Türkel Araşdırma Qurumunun növbəti toplantısı keçirilib. Toplantıda Qurumun fəaliyyəti, “Güney Azərbaycanın Azadlıq məsələsinə konseptual baxış” mövzusunun üçüncü hissəsi və cari məsələlər təhlil edilib.

Soylu Atalı. Rəzalətin yaratdığı hədələr

Yazıçı Rafiq Tağını susdurmaqla molla şüuru köhnəliyi sabaha daşımaq istəyir. Anlamaq olmur ki, bunun mümkünlüyünə o, öz içində inanırmı?! Axı Rafiq Tağı danışan yeganə ziyalı deyil. Orta çağların yasaq üsulunu qorumaqdansa ictimai, siyasi idarəetmədə dəyişikliklər eləmək daha doğru qanacaq olmazmı?! Burada biz İran İslam Respublikasının heç bir çərçivəyə sığmayan davranışlarını nəzərdə tuturuq.

Vüqar Bəyturan. Bizə inqilab lazımdırmı?

Azərbaycanın ənənəvi  müxalifəti inqilab etməkdə, iqtidarsa onun qarşısını almaqda acizdir İnqilab mövzusu dünya ölkələrinin birində sözügedən prosesə uyğun bir hadisə baş verən kimi bizim də yadımıza düşür. Hakimiyyətyönlü politoloq-şərhçi yığnağı belə bir olayın bizdə baş verə bilməsinin mümkünsüzlüyünü, müxalifət cameəsinin başbilənləri isə növbəti inqilabın mütləq Azərbaycanda olacağını əsaslandırmaq üçün yarışa start verir. Köşə yazarları “ […]

Azərbaycançılıqla “Azərbaycan”çılığın fərqi

Vüqar Bəyturan (Milli Qurtuluş Partiyasının başqanı) İdeologiya çürük cəmiyyətlər üçün xilas yoludur. Yalnız hər hansı nəzəriyyəyə inanan insan kütləsi kütləvi hərəkata nail olur, məqsədə doğru böyük inamla irəliləmək bacarığına sahiblənir. Məhz belə kütləvilik ciddi dəyişikliklər üçün baza rolunu oynayır, inqilabların, üsyanların, hakimiyyət əvəzləmələrinin, böyük imperiyaların qurulmasının və dağılmasının səbəbkarı kimi çıxış edir.

Dəyişməli, ya da dəyişməli

Vüqar Bəyturan (Milli Qurtuluş Partiyasının başqanı) Azərbaycanda iqtidar da, müxalifət də, xalq da mahiyyətcə dəyişməlidir! Ölkəmizdən başdan-başa naftalin qoxusu gəlir. Televiziyalar köhnə mövzulardan, əslində çərçivələrdən kənara çıxa bilmir, küçələrdə binalar, körpülər tikilsə də, yenilik hiss olunmur, daşlar adamın üzərinə gəlir. Azərbaycan polisi mundirini dəyişsə də, sovet milisinin zorbalığını özündə tam ehtiva edir. Azərbaycanda 20-30 il […]

Tədbirdən görüntü

Türkel Araşdırma Qurumunun növbəti toplantısı (2 noyabr, 2011)

2 noyabr, 2011 (Yağış, 33) tarixdə Türkel Araşdırma Qurumu növbəti dəfə toplantısını keçirmişdir. Toplantı iki hissədən ibarət oldu. Birinci hissədə “Güney Azərbaycanın Azadlıq məsələsinə konseptual baxış” ideyasının 2-ci mövzusu “Güney Azərbaycanda aparılmış milli azadlıq mübarizələri və nəticə olaraq bu günü” müzakirə edilmişdir. İkinci hissədə işin texniki-təşkilati cəhəti təhlil edilərək, yeni təkliflər diqqətdən keçirilmişdir. Türkel Araşdırma […]

Fəxrəddin Hacıbəyli

Soylu Atalı ilə Fəxrəddin Hacıbəylinin söhbəti

Mütləqə İnam Ocağının Yükümlüsü Soylu Atalı ilə Almaniyada yaşayan ziyalı həmyerlimiz Fəxrəddin Hacıbəylinin söhbəti Soylu Atalı: Xoş gördük, Fəxri bəy! Necəsən? Fəxrəddin Hacıbəyli: Xoş gördük, Soylu bəy! Mən yaxşıyam, siz necəsiniz? Soylu Atalı: Təşəkkür edirəm, biz də çox yaxşıyıq. Mənim üçün dünyanın harasında olursa-olsun, Azərbaycan ziyalısı dəyərdir. Mən onu həmişə yanımda bilirəm, – əsil ziyalını. 

Ocaq Yükümlüsü Soylu Atalı

Soylu Atalı. Üzü və Sözü Güney Azərbaycan türklərinə doğru

Üzü və Sözü Güney Azərbaycan türklərinə doğru Ürəyinizdə Günəş olsun, sayğılı Yurddaşlarım və Soydaşlarım! Azərbaycanın indiki durumu Türk Dünyasının ən dərin problemidir. Bir az geniş təhlil olunsa, məlum olar ki, bütövlükdə dünyanın dərin problemidir. Ancaq indiki siyasi dünya Azərbaycanın taleyinə qarşı biganədir, çünki bu taleni siyasi dünya özü hazırlayıb. 200 ildir Azərbaycanın bu durumdan çıxmasının […]

Yasin Türksoy

Yasin Türksoy. Dövlətçiliyə Nurçuluq təhlükəsi

Azərbaycan gəncliyinin beyninə təhsildə yeridilən psixoloji əsarət – Sakit işğal  Nurçuların  iziylə… Zamanımızda, Vətənimizin sürətlə özgələşdirildiyi bir vaxtda, ideoloji cəhətdən nəzarətsiz Azərbaycanda eninə-boyuna yayılan təriqətlərdən biri də Nurçuluqdur. Türkiyədə başlayıb, ABŞ-da qərarlaşan, Avropaya sızan şəbəkə Qafqazı aşıb Mərkəzi Asiya ölkələrinə də geniş yayılmaqdadır.

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv