Archive for the ‘Türk Dünyası’ Category

AZƏRBAYCANIN NİCATINI RUHANİ İNTİBAHDA GÖRÜRƏM

(Asif Ata ilə müsahibə) – Asif Ata, istərdim söhbətimizi «Fikir evi»ndən başlayaq. – Çox gözəl, başlayaq. – Siz, «Fikir evi»ylə xeyli yol keçmisiniz. Təbiidir ki, filosofun ideyaları ilə qidalanan bu konkret auditoriyada onun ardıcılları yetişib. Bu baxımdan aparıcı ideyalarınızı aşkarlamaq maraqlı olardı. – Azərbaycan haqqında bilik vermək lazımdır, təəssüf ki, tarixçilər bunu da eləmirlər. Əslində […]

NİCAT MÜBARİZ. “O Dünya”dan gələn zəng

(Yarızarafat)  Dünyada qloballaşmanın, Avropada iqtisadi böhranın, ərəb dünyasını bürüyən “baharın”, Şimal yarımkürəsində qışın at oynatdığı bir vaxtda hansısa ərəb telekanalında belə bir sual ətrafında polemika gedirdi: “Yer kürə şəklindədir, yoxsa düzbucaqlı?” Maraqlıdır, bunlar planetimizin hansı biçimdə olduğunu indi aydınlaşdırırlar?! Necə tez ayılblar. Bu qızğın müzakirələrlə təxminən eyni vaxtda başqa bir mövzu da –“o dünyadan gələn […]

İlham Tantürk. SABİQ SPİKER RƏSUL QULİYEVƏ MƏKTUB

Hörmətli Rəsul müəllim, bu günlərdə “Gündəm-xəbər” qəzetində sizdən götürülmüş bir müsahibəni oxudum. Oxuduqca qarşıma bəzi suallar çıxdı. İcazə verin bu sualları sizə ünvanlayım. Mən sizin bir vaxtlar rəhbəri olduğunuz “Azərneftyağ” NEZ-də çalışıram. Ona görə də sizə sual verməyimi təbii qarşılayın. Həm də bu suallara cavabınızla mənim sizə qarşı olan narazılığıma aydınlıq gətirə bilərsiniz. Əvvəla deyim […]

NİCAT MÜBARİZ. BİR DAHA İSLAMIN TÜRKLƏRƏ GƏLİŞİ HAQDA

Tarixin bütün dövrlərində din siyasətə, siyasət dinə qarışmışdır. Bunu əski dövrdən Misir, Yunanıstan, Hindistan, Çin və s. kimi qədim ölkələrin timsalında görmək mümkündür. Bu yazıda o dövrün hadisələrini araşdırmayacağıq. Sadəcə erkən orta əsrlərdə türklərin mövcud dini inancları və onlara İslamın necə gəlməsi ilə bağlı bəzi məqamlara toxunacağıq.

Doğmalarımız

Ocaq Günsırası (təqvimi) ilə 24 Yağış Ayı, 34-il tarixdə (noyabr, 2012) İraq türkmənləri kimi təqdim olunan Ərbilli soydaşlarımız Mütləqə İnam Ocağının qonağı oldular. Qonaqlar Türkman Ədəbiyyatçı və Yazarlar Birliyinin Sədri Əsat Ərbil (Əsat Şakir Əmin) və Türkman Reform Radiosunun direktoru, TƏYB- in təşkilatçısı Riyaz Dəmirçi idilər. Görüş gənc yazar, “Gənclərin Söz Birliyi” İctimai Birliyinin sədri […]

ATATÜRKƏ QARŞI ÇIXMAQ TÜRK DÜNYASINA QARŞI ÇIXMAQDIR

Bu günlərdə Türkel Araşdırma Qurumunun növbəti toplantısı keçirildi. Toplantıya teatrşünas Sevda xanım, Qərb Universitetinin öyrənciləri Nicat bəy və Məsud bəy, İnamlı və Ulusəs Atalılar da qatılmışdılar. Mövzu Türk Dünyasının böyük xadimi Atatürkə həsr olunmuşdu. Son dövrlər Türkiyə Cümhuriyyətində dini təsirlərin artmasını və Atatürkə qarşı başladılan kompaniyanı ciddi bir xəbərdarlıq saymaq gərəkdir.

ZAUR QƏRİBOĞLU. MƏN ZAMANI SEVMİRƏM

(Cizgilər…) Mən zamanı sevmirəm! Insanla oynayır Onu sevəndə. Gəncliyə yol olur- Uçurum yolu, əvvəl qovuşdurur iki ürəyi, Sevdirir oğlana Həm qızı, həm də Oğlanın qəlbini Tapşırır qıza.

Soylu Atalı. FƏLAKƏTƏ ÇEVRİLƏN İDEOLOGİYA

Gürcüstanda hakimiyyət dəyişdi. Hər kəs bunu demokratiyanın yeni mərhələsi hesab edir. Bu, üzdə görünən, təlqin olunandır. Əslində isə balaca dövlətlərdəki dəyişiklik böyük güclərin maraqları həddində baş verir. Qərbin Orta Doğu əməliyyatları göründüyü kimi, ən çox Rusiya tərəfindən əngəllənir. Başqa sözlə, Rusiya bu əməliyyatların gerçəkləşməsində özünün çıxarlarını nəzərə aldırtdırır. Qərb Rusiyaya güzəştə getməyə məcburdur.

PƏRVİZ ELAY. Adlanma: “Oğuzdan” “Türkə” doğru

Öndəki məqalələrimizdə göstərdik ki, 1924-cü ildə bir-birindən xəbərsiz olaraq türkoloq-alimlər S.M. Arsal və V. Tomsen eyni qənaətə gəlib çıxmışdılar ki, “oğuz”(“oğur”) sözü əslində türk tarixində ayrıca bir etnosun adı olmayıb, bütün türk dünyasının ilk və ən geniş yayılmış adı olmuş və bu söz sadəcə olaraq ulu türk dilində hərfən “tayfalar” anlamını vermiş, geniş mənada isə […]

Soylu Atalı. İdeologiyaya çevrilən cəhalət

Cəmiyyətdə Adamın İnsanlaşmasına inam yoxdur. Çünki cəhalət mühitində insanı dərk eləmək mümkün deyil. Cəhalət bulanıq sel kimidir. Bir yandan axıdılır ictimai həyata və bulanıq mühit yaradılır. Bu mühitdə toplum yuxulu kimi yaşayır. Mənəvi fəlakətlərin səbəbi dərk olunmur, çünki cəhalətə xilas kimi baxılır. İnsan taleyində dini və ideoloji cəhalət birləşib yeni fəlakətlər doğurur.

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv