Archive for the ‘Türk Dünyası’ Category

Soylu Atalı. BEYNƏLXALQÇILIQ ANTİBƏŞƏRİLİYİ

«Beynəlxalqçılıq» anlayışı siyasətin (Avropa siyasətinin) icad elədiyi elə bir niqabdır ki, hər cür oyunbazlıq bu niqabı üzünə çəkib gizlənə bilir. Ümumiyyətlə, «beynəlxalq qüvvə» nə deməkdir, onun rolu nədir? Bu suala həqiqi meyarla cavab vermirlər. Yalnız siyasət cavab verir. Və bütün hallarda aldadır. Təbiidir ki, siyasət öz paxırını açıb özünü ifşa eləməz. Bu sualın həqiqi cavabı […]

XALİQ BAHADIR. Azərbaycan: postsovet dönəmİnİn neokolonİalİzm gerçəklərİ

İki yüz illik rus kolonializmindən qurtulduq. Bağımsızlıq – suverenlik qazandığımızı toy-bayram etməyə başladıq, elə bu toy-bayram içində gözümüzü açıb, özümüzü qabaqkından qat-qat qorxulu bir kolonializm – Batıya bağlı neokolonializm bataqlığına batmış bulduq… Amerika aldatdı bizi… Bitdi, başa çatdı. Batının – ABŞ-la Avropanın Azərbaycandakı seçki-demokratiya oyunu, seçki-demokratiya şousu bitdi. ABŞ-ın Bakıdakı baş diplomatı Riçard Morninqstar noyabrın […]

Dövlətçiliyimizə gərək olan Millətçiliyimiz

Soylu Atalı: Ürəyinizdə Günəş olsun, istəkli Yurddaşlarımız! Azərbaycanımızın həyatında çox ağrılı, fəlakətli bir tarix yaranıb. Bu tarix bizim bugünkü həyatımıza da ciddi təsir göstərir. Ona görə də biz bir millət olaraq bu aqibətimizi düzgün dəyərləndirməliyik və düzgün yön almalıyıq. Nəsillər bir-birini səhvlər üzərində təkrar eləməməlidir. Nəhayət ki, milli varlığımız özünün bütün çalarlarıyla müəyyənliyini tapmalıdır.

YASİN TÜRKSOY. AVROPA SİONİZMİNƏ QURBAN VERİLƏN AZƏRBAYCAN

( Asif Ata Ocağının “İnam Evi Günü” mərasim-törənində deyilmiş fikirlər) Bir sıra köklü bəşər xalqları kimi bizi də çətin duruma salıblar. Kapitalizm gələndən sonra durumumuz daha da çətinləşdi. Bizi milli-mənəvi süquta, iqtisadi asılılığa uğradıblar. Milli-ideoloji, öyrədici (maarifləndirici) aydın işi yox kimidir.Yeniyetməni, gəncliyi Avropa təbliğatının əsirinə çevrirlər. Bunun üçün “Avrovision” kimi, qış və yay olimpiada oyunları […]

XALİQ BAHADIR. XALQIN – MÜXALİFƏTİN QARŞIDAKI GÜNLƏRİ

Axtarışlar… axtarışlar… axtarışlar. Bunlar çağdaş Azərbaycanın başlıca, mən deyərdim, başda duran analitklərindən biri, birincisi olan Hüseynbala Səlimovun yazılarında olan ardıcıl görsənişlərdir – ardıcıl axtarış görsənişləri. Bizdə “analitik-politoloq” adıyla tanınan çoxdur.

BORÇALINI TÜRK RUHUNDAN TƏCRİD ELƏMƏK GEDİŞLƏRİNƏ DİRƏNİŞ GƏRƏKDİR

Ürəyinizdə Günəş olsun, istəkli yurddaşlarımız! Artıq Azərbaycan cəmiyyətinə bəllidir ki, Yurdumuzda hər cür yadlığa, özgəçiliyə qarşı Asif Atanın Mütləqə İnam Ocağı milli-insani dirəniş faktıdır. Asif Ata prinsiplərinin qəti və nüfuzedici təsirləri yurdumuzun sınırlarından kənara çıxmaqdadır. Ancaq bu təsirlər daha çox milli-insani, bəşəri yöndədir.

XALİQ BAHADIR. RAMİZ MEHDİYEV… ABŞ-la SAVAŞDA

Uzun illərdən bəri Azərbaycanda oturub… Azərbaycanla ölüm-dirim savaşı aparan Ramiz Mehdiyev indi ABŞ-la açıq savaşa çıxıb. Müxalifətçi dostların acığına getsə belə, mən bu yerdə keçmiş kompartiya, indiki YAP ideoloqu R.Mehdiyevi ürəkdən alqışlayıram. Adam yetişib! Gələ-gələ yetişib.

XALİQ BAHADIR. İLHAM ƏLİYEVİN İNAUQURASİYA YALANLARI

Onun inauqurasiya çıxışını başdan ayağa oxumaq, o çıxışla başdan ayağa tanışlıq yersiz-gərəksiz çağ itkisi demək olardı. Arxada yalanlar, xalqı aldatmalarla dolu 10 illik bir dönəm var. Arxada qoyub gəldiyi 10 illik dönəm ölkənin ən yüksək tribunasından ən yüksək yalanlar, ən yüksək aldatmalarla yadda qalıb. Hakimiyətə yalanla, xalqı aldatmaqla gəldikləri kimi, yalanla, xalqı aldatmaqla da hakimiyətdə […]

ASİF ATA. HƏQİQƏTLƏR (III YAN BİTİQ) davamı

TƏZƏ DÖVLƏTÇİLİK Kooperativ – Dövlət artığı. İcarə – Dövlət təhkimçiliyi. Təsərrüfat hesabı – Dövlət kölgəsi. Fərdi Təsərrüfat – Dövlət Zəkatı.

XALİQ BAHADIR. Rusİyadakı azərbaycanlılar…

Rusyada azərbaycanlıların sayı 3 milyona çatıb. Azərbaycanda azərbaycanlılar azalır, Rusiyada artır. Rusiyadakı siyasi rejim də Azərbaycandakı kimi avtoritar xarakterlidir. Ancaq azərbaycanlıların Rusiyaya axınından belə bilmək olur: azərbaycanlılara Azərbaycanda yaşamaq Rusiyada yaşamaqdan daha ağır, daha çətin, daha dözülməzdir – bütün bunlara görə Azərbaycandan axın Rusiyaya yönəlik demoqrafiya xarakteri alıb. Azərbaycan azərbaycanlılar üçün getdikcə qısırlaşan, Rusiya azərbaycanlılar […]

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv