Archive for the ‘Türk Dünyası’ Category

ASİF ATA. VƏCDLİ İDRAK (NƏSİMİLİK)

1. İNSAN Vəcdə gəlmək – ülvi mənaya dalmaq, onunla bir olmaqdır. Gözəllik öz əsil qiymətini vəcd məqamında tapır. İnsanı özündən (adi durumundan) ayıra bilməyən gözəllik natamam gözəllikdir. Ali hikmətə tam qovuşmaq – onu vəcdlə duymaq deməkdir. Ürəyin də çaylar kimi bir sel məqamı var. Bu məqamda ehtiras insanı öz sularında qərq edir. Vəcdsiz ürək – […]

XALİQ BAHADIR. AVROPA BİRLİYİ: DEMOKRATİYANI DİRİLTMƏ “DƏRSANƏSİ”

2013-cü ilin 58 faiz saxtakarlıqla keçirilmiş prezident seçkisindən sonra Azərbaycanı Bakıldan Şəkiyədək antidemokratiya məhkəmələri bürüyüb. Demokratiya, insan hüquqları aktivləri, yolçuları, bu yola boylananlar tutulub məhkəməyə çəkilib, çəkilir. Əliyevlər, demək olar, 20 ildən bu yana ABŞ-ı, Avropa birliyini, AŞ PA-nı aldada-aldada gəlirlər: “Biz demokratik dövlət qururuq, Azərbaycanda tezliklə demokratiya qurulacaq, Azərbaycan dövləti demokratiya yolundadır”. Bunlar illərlə […]

ASİF ATA. XAQANİLİK

Ürəyinizdə Günəş olsun, sayğılı oxucular! Asif Atanın “Qutsal Onluq”unu (13 cilddə sistemləşdirilmiş kitablarını) Göylü Atalı Ocaq İlsırasının 30-ilində (2008), latın əsaslı Azərbaycan qrafikası ilə bilgisayarda yazıb Ocağa təhvil vermişdir. Ocaq isə bu kitabların üzünü artırıb yaymağa başlamışdır. İndi isə Göylü Atalı Asif Atanın ədəbi-tənqid yönlü əsərlərindən ibarət olan “İnam və Şübhə” kitabını yazıb oxuculara təqdim […]

Soylu Atalı. Zorakı hakimiyyətin bayram zorakılığı

Bu gün xalqımız quruluşdan quruluşa (sosializmdən kapitalizmə) keçməsinin çətinliklərini, hətta fəlakətlərini yaşamaqdadır. Təbii ki, fəlakət quruluşun mahiyyətindədir. Üstəlik dövlətimizin başında olan hakimiyyət ötən illər ərzində bu fəlakəti daha da genişləndirmişdir. Hakimiyyətin yadlığı, özbaşınalığı Quruluşun mahiyyətindən gələn fəlakətlərlə mütləq vəhdət təşkil edir.

Soylu Atalı (Ocaq Yükümlüsü). MİLLİ FACİƏMİZİN XOCALISI

Güclü siyasət, zəif siyasət deyilişini qəbul etmirik. Güclü dövlət, zəif dövlət məntiqini doğru sayırıq. Güclü siyasət olmur, gücə dayanan siyasət olur. Bəs dövlətin gücü nəyə bağlıdır?! Hesab edirik ki, sağlam prinsiplər üzərində milli ideologiyanın işlənib hazırlanması və dövlət idarəetməsində hakim təsirə malik olması gərəkdir. Bunu isə ədalətli şəxsiyyət, milli ruha bağlı olan siyasi xadim gerçəkləşdirə […]

Soylu Atalı (Ocaq Yükümlüsü). MİLLİ DÖVLƏT SORUNUMUZ

Uzun zamandır Azərbaycan-Türkiyə münasibətlərinə dövlət səviyyəsində soyuq küləklər əsir. İctimai-siyasi aləmdə bunun nədəninə fərqli yanaşmalar var. Özünün siyasi mənafeyini əsas götürən qüvvələr hesab edirlər ki, Türkiyə demokratik, Batı dəyərləri ilə qaynayıb-qarışmış (inteqrasiya etmiş) ölkədir. Azərbaycan isə demokratik olmayan, özbaşınalıqlarla, anarxiyaya yuvarlanmaqla nüfuzunu itirmiş durumdadır. Bir az türk sevgisi ilə düşünənlər hesab edərlər ki, Türkiyə oturuşmuş, […]

Üstün Atalı. GƏLƏCƏYİMİZİ DÜŞÜNƏK

İnsanlarla milli yöndə, vətənsevərlik mövzusunda söhbət etdikdə bəzən hörmət xatirinə, bəzən milli görünmək xatirinə, bəzən isə vaxtını keçirmək xatirinə sənə qulaq asırlar. Sonda isə öz həyat təcrübələrini ortaya qoyub, ya da maddi maraqlarını qabardıb səni “ayıltmağa” çalışırlar. Hər dəfə də eyni məntiq: “Zamanı, şəraiti dəyişmək bizim gücümüz dışındadır. Özümüzü zamana qarşı qoymaqla nə əldə edəcəyik? […]

ASİF ATA. İNSAN – CƏMİYYƏT

İnsanı cəmiyyətin məhsulu sayırlar. Əslində isə cəmiyyəti Adam yaradır. Cəmiyyət Adamlıq səviyyəsindən yaranıb – bu səbəbdən də İnsan Cəmiyyətdən artıqdır; onun İnsaniliyə Yetmək İmkanı Var, ancaq bu imkan gerçəkləşmir; Adam İnsaniliyə Yetmir; cəmiyyətə qarşı dura bilmir; onunla bərabərləşir, barışır; cəmiyyət İnsana Hakim olur, onu əsarətə salır. Cəmiyyət Ağalıq əsasında qurulub – İnsanilik Ağalığa Ziddir.

Ordu quruculuğunda aparılan islahatlar və ya xalqın gerçəkləşən arzuları

Zəngin ənənələrinə malik olan, dünyanı sarsıdan türk döyüşçülərinin övladları necə oldu ki, torpaqlarımızı əldən verdilər? Tarixdə ermənilərin adı yox ikən türk babalarımızın qılıncı dörd iqlimdə işləyirdi, eyni vaxtda bir neçə yerdə məmləkətlər qururdu və onun sərhədlərini qoruyurdu. Doğrudanmı, türkün döyüş əzmi bu qədər zəiflədi, yaxud ermənilər hərb sənətini bir anda öyrəndilər? Xeyr, bunların heç biri […]

Soylu Atalı (Ocaq Yükümlüsü). DƏRDİMİZİN HARAYI

Sovetlər birliyi adında imperiya Türk birliyini dağıdan və türkləri dağınıq saxlayan başlıca güc mərkəzi idi. “Türk” sözünü, türk milli kimliyini millətin yaddaşından pozmağa çalışan ikinci güc mərkəzi İran imperiyası olub. İran adlanan ölklənin toplumunun əsas kütləsi Azərbaycan türkləri olduğu üçün, onun assimilyasiya yönündə təsiri də əsasən türkün Azərbaycan boyuna qarşı yönəlib. Orada başqa etnik türklərə […]

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv