Həyatda ən yüksək dostluq belə, mütləq səviyyəyə qalxmır. Bu səbəbdən də həyatdakı ən böyük dostluqda belə düşmənlik yaşayır.
Əgər insan xudbinlik eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən azad deyil.
Əgər insan həsəd eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən azad deyil.
Əgər insan mənfəətpərəstlik eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən azad deyil.
Əgər insan xəbislik bəlasından tam xilas ola bilməyibsə – onun dostluğu düşmənlikdən azad deyil.
Əgər insan qorxu bəlasından tam xilas ola bilməyibsə – onun dostluğu düşmənlikdən azad deyil.
Əgər insan hərislik bəlasından tam xilas ola bilməyibsə – onun dostluğu düşmənlikdən azad deyil.
Əgər insan şöhrətpərəstlik bəlasından tam xilas ola bilməyibsə – onun dostluğu düşmənlikdən azad deyil.
Əgər insan şəhvətpərəstlik bəlasından tam xilas ola bilməyibsə – onun dostluğu düşmənlikdən azad deyil.
Əgər insan hakimiyyətpərəstlik bəlasından tam xilas ola bilməyibsə – onun dostluğu düşmənlikdən azad deyil…
Dostluq – Mütləq Ruhani vəhdət deməkdir və Eşqə yaxındır.
Eşqdən fərqli olaraq, dostluqda həmin vəhdət gözəllik vasitəsiylə yox, Xeyir vasitəsiylə təsdiq olunur.
Dostluq Xeyir biçimində həyata keçən Ruhani Vəhdətdir.
Dostluğun ülvi mənası insanlar arasında yadlığın tam aradan qaldırılmasıdır. Həmin məna həyata sığmır.
Həyatda insan xudbinlikdən tam qurtara bilmir və ruhani vəhdət yaranmır.
Həsəddən tam qurtara bilmir və ruhani vəhdət yaranmır.
Mənfəətpərəstlikdən tam qurtara bilmir və ruhani vəhdət yaranmır.
Xəbislikdən tam qurtara bilmir və ruhani vəhdət yaranmır.
Qorxudan tam qurtara bilmir və ruhani vəhdət yaranmır. Hərislikdən tam qurtara bilmir və ruhani vəhdət yaranmır.
Şöhrətpərəstlikdən tam qurtara bilmir və ruhani vəhdət yaranmır.
Şəhvətpərəstlikdən tam qurtara bilmir və ruhani vəhdət yaranmır.
Hakimiyyətpərəstlikdən tam qurtara bilmir və ruhani vəhdət yaranmır.
Mənəvi vəhdət yaranmayan yerdə düşmənlik peyda olur.
Xudbinlik – düşmənlik yaradır.
Həsəd – düşmənlik yaradır.
Mənfəətpərəstlik – düşmənlik yaradır.
Xəbislik – düşmənlik yaradır.
Qorxu – düşmənlik yaradır.
Hərislik – düşmənlik yaradır.
Şöhrətpərəstlik – düşmənlik yaradır.
Şəhvətpərəstlik – düşmənlik yaradır.
Hakimiyyətpərəstlik – düşmənlik yaradır.
Buna görə də insanın daxili dünyasında dostluq düşmənliklə daim döyüşür, ancaq bu döyüş dostluğun tam qələbəsiylə qurtarmır, düşmənliyi həyatdan silmək olmur.
Dostluq xudbinliyin ölümünü tələb edir, ancaq xudbinlik ölmür, bu səbəbdən də dostluğun Mütləq mahiyyəti həyatda təsdiq olunmur.
Dostluq həsədin ölümünü tələb edir, ancaq həsəd ölmür, bu səbəbdən də dostluğun Mütləq mahiyyəti həyatda tam aşkara çıxa bilmir.
Dostluq mənfəətpərəstliyin ölümünü tələb edir, ancaq mənfəətpərəstlik ölmür, bu səbəbdən də dostluğun Mütləq mahiyyəti həyatda tam aşkara çıxa bilmir.
Dostluq xəbisliyin ölümünü tələb edir, ancaq xəbislik ölmür, bu səbəbdən də həyatda dostluğun Mütləq mahiyyəti tam aşkara çıxa bilmir.
Dostluq hərisliyin ölümünü tələb edir, ancaq hərislik ölmür, bu səbəbdən də həyatda dostluğun Mütləq mahiyyəti tam aşkara çıxa bilmir.
Dostluq qorxunun ölümünü tələb edir, ancaq qorxu ölmür, bu səbəbdən də həyatda dostluğun Mütləq mahiyyəti tam aşkara çıxa bilmir.
Dostluq şöhrətpərəstliyin ölümünü tələb edir, ancaq şöhrətpərəstlik ölmür, bu səbəbdən də həyatda dostluğun Mütləq mahiyyəti tam aşkara çıxa bilmir.
Dostluq şəhvətpərəstliyin ölümünü tələb edir, ancaq şəhvətpərəstlik ölmür, bu səbəbdən də həyatda dostluğun Mütləq mahiyyəti tam aşkara çıxa bilmir.
Dostluq hakimiyyətpərəstliyin ölümünü tələb edir, ancaq hakimiyyətpərəstlik ölmür, bu səbəbdən də həyatda dostluğun Mütləq mahiyyəti tam aşkara çıxa bilmir.
Həyatda dostluğun nisbi təzahürü – nişanələri mövcud olur.
İnsan yarımdostluqla barışır, ona qane olur. Çünki özü üzərində tam qələbə çala bilmir. Yalnız Ali Həyatda dostluğun Mütləq mahiyyəti təsdiq olunur, çünki burada insan özü üzərində tam qələbə çalır.
Yarımdostluqla barışan insan dostluq libasında görünən düşmənliyi tanımaz, onu dost sayar. Çünki yarımdostluqla, nisbi dostluqla barışmaq – əslində xudbinliklə, həsədlə, mənfəətpərəstliklə, xəbisliklə, qorxuyla, hərisliklə, şöhrətpərəstliklə, şəhvətpərəstliklə, hakimiyyətpərəstliklə barışmaq deməkdir.
Yarımdostluq – üzəvari dostluğa, dostluqvariliyə, dostabənzərliyə çevrilə bilir. Burada dostluğun mahiyyəti yox, zahiri biçimi təsdiq olunur. Dostabənzərlikdə – xudbinlik yaşayır, həsəd yaşayır, qorxu yaşayır, hərislik yaşayır, mənfəətpərəstlik yaşayır, şöhrətpərəstlik yaşayır, şəhvətpərəstlik yaşayır, hakimiyyətpərəstlik yaşayır.
Burada insan yalana tapınmalı olur. Dostluq yoxdur, ancaq olan kimi görünür.
Yarımdostluqda insan ləyaqəti tapdanır. Həyat insanı bu ləyaqətsizlikdən qurtara bilmir. Yalnız Ali Həyat insanı yarımdostluq qismətindən qurtarır….




Oktyabr 2nd, 2026
admin
Posted in
Tags: 