Xaliq Bahadır. Altı ayda 110 qadın, 28 uşaq…

Bu ilin 6 ayında 110 qadın, 28 uşaq özünü öldürüb. Nədəni nə? Dolanışıq dözülməzliyi,  hüquqsuzluq! Sorumlusu kim? 23 illik Əliyevlər hakimiyətinin başında duran İlham Əliyev, Əliyevlər ailəsi, onlara yaxın çevrə! Ölkəni açıq-açığına İŞĞAL zonasına çeviriblər: geniş xarakter alan soyğunçuluq, yağmalama, bunlardan yaranan dolanışıq dözülməzliyi, dolanışıq dözülməzliyinin doğurduğu depressiya özünüöldürmə sürəci yaradır.
Manat durmadan ucuzlaşır, qiymətlər durmadan qaldırılır, qanunsuzluq qana işləyir! Çağaşırı “Nazirlər Kabineti”nin yığıncağını keçirən İ.Əliyev yalançı çıxışlarla, xalqın başının altına yastıq qoymaqla ölkəni durmadan uçuruma sürükləyir. Yürüdülən çoxillik dağıdıcı ANTİXALQ siyasətləri üzündən bu gün ölkədə nə manatın ucuzlaşmasının qarşısını alacaq mexanizm var, nə belə bir mexanizmə işləklik qazandıracaq siyasi komandan, komanda, nə də aşağıdan yuxariya o mexanizmin işləklik qarantına çevriləcək məhkəmə-hüquq sistemi. Bir sözlə, Əliyevlər, Heydər Əliyevin adına bağlı dövlətçilik sistemi ölkəni qaçılmaz olaraq politik, ekonomik, mənəvi-psixoloji bankrota gətirib çıxarıb!
Getdikcə artan özünüöldürmə faktları sözügedən bankrotun doğurduğu qaçılmaz gerçəklikdir. Bu gerçəkliyi yalnız siyasi sistemin demontaşı aradan qaldıra bilər. İ.Əliyevin indiki referendum qərarı bankrot gerçəyini aradan qaldırmaq üçün deyil, yırtıcı, dağıdıcı əliyevçi rejimin aşınmaqda olan ÖZÜLÜNÜ bərkitmək üçündür! Statistikaya görə, “əsrin müqaviləsindən” bu yana Azərbaycana neftdən 119 milyard pul gəlib. Az bir arada ölkəyə bir belə pul gəlib, di gəl, pulumuz yoxdur. Yalnız yurddaşların deyil, dövlətin də pulu yoxdur. Bir elə pul hara getdi? Bir elə pulu İlham Əliyev başda olmaqla ailəsi, çevrəsi, komandası yeyib-dağıtdı, mənimsədi, göyə sovurdu, çölə atdı:  hamılıqla çalışdıqları bu oldu – xalq varlanıb dirçəlməsin! Onlar xalqın əlindən yalnız neft pullarını almadılar: balıq-kürü sənayesi, qızıl-gümüş yataqları, ölkədəki bütün iri biznes qaynaqları da eləcə ələ keçirilib xalq üçün ələdüşməzə çevrildi.
Ölkədəki sosial durum, bütünlüklə ələ keçirdikləri televiziyalarda  xalqın ruhunu, düşüncəsini İŞĞAL altında tutma görsənişləri Əliyevlərin Yuli Sezar göstərən yolla getdiklərinin parlaq göstəricisidr: “BİR XALQI MƏHV ETMƏK ÜÇÜN ONU XIRDA ALVERƏ, ÇALIB OYNAMAĞA, ƏYLƏNCƏYƏ ÖYRƏTMƏK YETƏRLİDYR”. Arada yararsızdan yararsız “Nazirlər Kabineti”nin yığıncağını keçirib olmayan uğurlardan danışmaq da, televiziya ekranlarından yalan yerə “bəzi qudurğan məmurlara” barmaq silkələmək də yalnız xalqı aldatmaq üçündür. Qırmızı körpü, Biləsuvar gömrüyünə gedin, xırda alver yoluna salınmış xalqın necə xırdalanıb (cılızlaşıb) MƏNLİKSİZLƏŞDİRİLDİYİNİ görün. Burasını düşünməyi də unutmayın: budur Heydər Əliyev dövlətçiliyi! Belə bir dövlətçiliklə Qarabağ nədi, Biləcərədək də uğurlu savaş aparmaq olmaz. Kimlərsə ağılsızcasına, ola bilsin, kimlərsə də indiki rejimin daha yaşarılı-başarılı olması üçün hakimiyəti Qarabağ uğrunda savaşa başlamağa çağırırlar. Soruşmaq gərəkir: başında durduğu xalqla 23 ildən bəri dönmədən savaş aparan, üstəlik, Qarabağı verməklə qurulan, ölkənin doğal resurslarını böyük güclər arasında pay-püşk etməklə ayaqda duran bir hakimiyət uğurlu Qarabağ savaşı apararmı, apara bilərmi?!
Qarşıdan 90-95 faizi yoxsulluq içində olan, çətinliklə dolanan xalq üçün qorxunc bir ay gəlir – sentyabr ayı! Pal-paltar, dərs gərəkləri almaq üçün onda çoxlu pul gərək olacaq. Bir belə milyardların gəlib-getdiyi ölkədə xalq pulsuzdur. Dərsə gedəcək uşağına pal-paltar almağa, dərs gərəyi almağa xalqın pulu yoxdur. Ancaq ortada İ.Əliyevin AĞ yalanları var: “Azərbaycan dövləti sosial dövlətdir, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı durur”. Sosial dövlətdə DOLANIŞIQ DÖZÜLMƏZLİYİNDƏN özünü öldürmə faktları olmur!

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv