Asif Ata. Demokratiya – Diktatura (“Dünyadan Üstün” Bitiyindən)

Demokratiya – Qapalı Diktaturadır, Diktator Məzmununun Demokratiya Biçimində Qorunmasıdır.
Demokratiya Ağalığı Rədd etmir, Təlqin edir – Zorla qəbul etdirmir, Seçdirir  – Yaşadır.
Xalq Hakimiyyəti Ağalığı “xəlqiləşdirir”.
Demokratiya Təbəqəliyi Rədd etmir, Təlqin edir – Zorla qəbul etdirmir, Seçdirir  – Yaşadır.
Demokratiya Nökərçiliyi Rədd etmir, Təlqin edir – Zorla qəbul etdirmir, Seçdirir  – Yaşadır.
Demokratiya Yadlaşmanı Rədd etmir, Təlqin edir – Zorla qəbul etdirmir, Seçdirir  – Yaşadır.

Diktatura – Xalqı əzir, Demokratiya – Xalqı oynadır; Xalqı oynatmaq – Xalqı əzmək Üsulu olur əslində.

Xalq Parlamentə özünə Ağalar seçir; Xalq nümayəndələri – Xalq Ağaları olur.

Parlament – Demokratik Ağalar Yığnağıdır, – Ağalığın Demokratik Biçimidir.

“Xalq Hakimiyyəti” – xalq üzərində hakimiyyətdir.

Bazar İqtisadiyyatı Xalq üzərində Bazar Ağalığıdır.

Söz Azadlığı – Demokratik Ağalığı qoruyur – əslində Əsarəti qoruyur.

Demokratiya – Əsarətə yarayan Azadlıq Oyunudur.

Demokratik İnam – Ağalığa İnamdır, Nökərliyə İnamdır, Təbəqəçiliyə İnamdır, Yadlaşmaya İnamdır.

Demokratik İdrak – Yalanın Həqiqət Biçimində Təlqinidir.

Demokratik Mənəviyyat – Mənəviyyatsızlığın Mənəviyyat Biçimində Təlqinidir.

Demokratik İradə – Xalqı İradəsizləşdirmə Səyidir.

Demokratik Haqlar – Haqq Oyunundan başqa bir şey deyil.

Demokratiya əslində bircə haqq tanıyır: Maddi Bərabər­sizlik  Haqqı.

Bəşərə Xəlqi Birlik gərək – Demokratiyadan Üstün olan, Diktaturanı ləğv edən  – İnsaniliyə xidmət edən.

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv