Soylu Atalı: Ürəyinizdə Günəş olsun sayğılı yurddaşlarımız!
Bu gün Türkel Araşdırma Qurumu adına Azərbaycanın bir neçə aydını – Xaliq Bahadır, Yadigar Türkel, Abil Ulusoy, Əlisəfa bəy və mən, Soylu Atalı Azərbaycanın bölünmüşlüyü ilə, yəni “Türkmənçay Bağlaşması”nın növbəti ildönümü ilə bağlı bir araya gəlmişik.
Biz təkcə “Türkmənçay Bağlaşması”nın ildönümü ilə bağlı deyil, Azərbaycanın bütün köklü sorunlarını araşdıraraq milli-ideoloji yöndən fikirlərimizi bölüşdürmək üçün bir araya gəlirik və topluma bacardığımız və sevgimizin gücü içrə Azərbaycan həqiqətlərini, Azərbaycan sorunlarını, eləcə də Azərbaycanın gələcəkli taleyinin yönünü anlatmağa çalışırıq. Bu səbəbdən də mən soydaşlarımızı davamlı olaraq bizim onlara sunduğumuz söhbətləri izləmələrini, iradları varsa bildirmələrini, ələşdirmələrini istəyirəm. Sağlam, ulusal mövqe ortaya qoymalarını diləyirəm. Ardını oxu »
Asif Ata. Özüylədöyüş və Özüyləbarışma
Həyatda insan özüylə döyüşür, ancaq bu döyüşdə tam qələbə qazanmır, son nəticədə özüylə barışır. Özüyləbarışmada o, gerçəkliyin məntiqinə əsaslanır. “Yırtıcı olmasam, yaşaya bilmərəm, məni parçalayarlar” – deyir. “Xudbin olmasam, yaşaya bilmərəm, başqasının əsarətinə düşərəm” – deyir. “Şəhvəti sevməsəm, yaşamaram, çünki həyat – cismani nəşələnməkdir” – deyir. “Şöhrəti sevməsəm, yaşamaram, çünki həyat özünütəsdiqdir” – deyir. “Yalana […]
Başsağlığı
Asif Atanın Mütləqə İnam Ocağı Ocaqdostu, Güney Azərbaycan aydını Ağşın Ağkəmərlinin ölümü ilə bağlı ailəsinə, millətimizə başsağlığı verir. Evindən işıq əskilməsin. Balalarında yaşasın. Yurdu, Ulusu var olsun.
Asif Ata. Dostluq – Düşmənlik
Həyatda ən yüksək dostluq belə, mütləq səviyyəyə qalxmır. Bu səbəbdən də həyatdakı ən böyük dostluqda belə düşmənlik yaşayır. Əgər insan xudbinlik eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən azad deyil. Əgər insan həsəd eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən azad deyil. Əgər insan mənfəətpərəstlik eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən […]
Ağşın Ağkəmərli. Yolçu yolda gərək
1965-ci ildə 5 yaşında kənddə məktəbə getmişəm. Bütün dərslər fasca olduğuna görə heç nə başa düşmürdüm. Təkcə mən yox, heç kim heç nə başa düşmürdü. Ancaq məni başqalarından fərqləndirən bir şey vardı, – şeiri bir dəfə eşitməklə öyrənirdim, daha doğrusu, sözlərini əzbərləyirdim. Atam hər ilin qış aylarında kəndə gəlirdi. 1-2 ay qalandan sonra evə gərək […]
Soylu Atalı. Türkün qədim ABEsi (Tamğası)
90-cı illərdə Asif Atadan eşitdiyimiz başlıca qonulardan biri millətimizin öz abesinin, (əlifbasının) olması ilə bağlı idi. Ancaq abenin yaranması hər addımda baş tuta bilən asan bir məsələ deyil. Bu üzdən axtarışlar bizi Orxon-Yenisey yazılarının üzərinə aparıb çıxardı. Bəllidir ki, ərəblərin türkləri mənəvi-ruhani işğal eləməsinə qədər türklər arasında bu abe qullanılmışdır. İşğaldan sonra qədim türk abesi […]
“Türkmənçay Bağlaşması” – Özgürlüyümüzün sınırı
Fevral 9th, 2017
admin
Xaliq Bahadır. 24 il, bir gün, bir an
Fevral 9th, 2017
admin Bugünlərdə Əliyevlərin 24 illik Qarabağ siyasətinin (çoxillik “dinc sülh danışıqları” nın) gizlinini ortaya çıxaran olduqca önəmli olay baş verdi. Hələ-hələ unudulmayacaq bir olay. Anar Həsənov adlı tanımadığımız (çoxları kimi mən də onu tanımırdım) jurnalist 24 illik yalançı, başaldadıcı Qarabağ danışıqları ilə bağlı gerçəyi BİR SORUYLA açıb ortaya qoydu. Rejimin tapşırığıyla Anara qarşı geniş kompromat kampaniyası başladı. Turan İA-nın direktoru, Milli Şura üyəsi Mehman Əliyev də Eynulla Fətullayev, Rauf Arifoğlu… xorunda önəmli rol alanlardan oldu. Bütün müxalifət kimi Milli Şura da susdu, susur… Ardını oxu »
Xaliq Bahadır. Çox oxuyanla, oxumayan…
Fevral 7th, 2017
admin Təhsil sistemini dağıtmaqla, qanunsuzluğu qanuna çevirməklə rejim ölkəni nadanlığa bürüyür. Böyük çoxluq kitab oxumur. Böyük çoxluğun kitab oxumaması ölkədə böyük anlamazlar-qanmazlar ordusu yaradır: bu, olduqca qorxulu görsənişdir.
Kitab oxumaq baxımından müxalifət də düşkün durumdadır. Ölkənin sağlam gələcəyi baxımından bu da olduqca qorxulu görsənişdir. Bu üzdən belə yazmaq gərəkir: Tanr; bizi kitab oxumayan türkdən qorusun!
Xaliq Bahadır. Əliyevlərin “müstəqil” Azərbaycan dövləti
Fevral 5th, 2017
admin Kəlbəcər başda olmaqla 7 rayonun verilməsi, aradakı 4 ilin qiyamı ilə H.Əliyev Azərbaycanı yenidən Rusiyaya bağladı. Bundan sonra Azərbaycanın bağımsızlığı (“müstəqilliyi”) formal xarakter daşıdı. Oğul Əliyevin dönəmində bu formallığın özü də fiksiyaya çevrildi.
Bu yöndə çoxlu fakt göstərmək olar, ancaq bir neçəsini göstərmək də yetərlidir. Rusiyanın KQB yetkililərindən biri bir çox illər qabaq demişdi: “Əliyevlər dönəmi boyunca hər seçki qabağı Ramiz Mehdiyevin çağırışı ilə Dağıstanda gəlib kiçik qoşun kontingenti dayanır – xalq ayağa qalxarsa, ölkə sınırlarını aşıb xalqı qırmaq üçün”. Ardını oxu »
İsa Mehdioğlu. Unudulan Borçalı
Fevral 1st, 2017
admin Rusvayçı (bədnam) ermənilərin utanmazlıqlarından irahlanan (ruhlanan) gürcülər, Kamsaxurdiyanın başçılığı ilə 1989-90-cı illərdə “Gürcüstan gürcülər üçündür” şuarı altında Türk (Azərbaycanlı) kəndlərinə dövlət düzeyində (səviyyəsində) gürcülərin basqınları oldu. Hətta xeyli adamlarımızı da öldürdülər. Gürcü millətçiləri bizə A.E.A-sının ensiklopediyasından çıxardılan yazını göstərərək, “Budur siz XVII yüzildə kütləvi surətdə bizim torpağa gəlibsiniz. Nə ki, yaşadınız bəsdir. İndi öz yurdunuza qayıdın” deyirdilər. 1992-ci ildə həmin vərəqdən götürüb A.M.E.A.-nın Tarix İnstututuna gəldim. İnstitutun direktoruna olayları danışdım. Ensiklopediyanı gətirdik. Doğrudan da Borçalı başlığı altında yazılmışdı “Borçalıya 16-17-ci yüzildə kütləvi surətdə Azərbaycanlılar köçürülmüşlər”. Gördük Gürcülər düz deyirlərmş. Borçalı türklərinin belinə daşı qoyan elə bizim tarixçi Akademiklərimiz olmuşlar. Mən öz hırçınlığımı (narazılığımı) bildirdim. Ardını oxu »
Soylu Atalı. Dərd Yolu
Dekabr 26th, 2016
admin Ürək istəyirəm
Dodaqlarımı
Söykəyim
titrəsin döyüntüsüylə.
Doldurub həşirlər qulaqlarımı,
Yaşamın yorucu görüntüsüylə.
Eh! Ürəksiz dünya, könülsüz zaman,
Niyə duyğulara qapın qapalı?!
Niyə tapılmayır, niyə, dərd qanan,
Niyə yuyulmayır dövrün babalı?! Ardını oxu »
Sədiyar Tapdıqov. Haralısan?
Dekabr 24th, 2016
admin 86 min kv. km. sahəsi olan, balaca və xəritədə görsənməyən bir ölkədə “haralısan” sualı verilirsə, o ölkədən və o xalqdan heç nə olan deyil. O xalqdan gələcəkdə də nəsə gözləmək absurddur. Bu fikirlərimi bir gün evdəkilərlə bölüşdüm. Birdən anam mənə “oğlum, səhv düşünürsən. Bu xalq çox saf və gözəl xalqdır. Sən o “haralısan” sualının hardan qaynaqlandığını və əslində nə məna verdiyini bilmirsən sadəcə”. Bu fikirlər mənə çox maraqlı gəldi. Diqqətlə söhbətin ardını dinlədim. Anam davam etdi: “Universiteti yenicə bitirmişdim. Ermənilərin siyasətindən başqa Azərbaycanlılar kimi xəbərsiz idim. Hər kəsi özüm kimi bilirdim. Təyinatımı o dövrdə ən böyük şirkətlərdən biri olan “Azərbaycan Xəz Dəri” tekstil fabrikinə verdilər. Oraya mənimlə birlikdə bir neçə nəfər göndərilmişdi. Mən universiteti yüksək balla bitirdiyimə görə məni qrup rəhbəri (briqadir) kimi göndərmişdilər. Ardını oxu »
Soylu Atalı. İnamın bilinmə mərhələləri (IV yazı)
Dekabr 20th, 2016
admin IV. Xalq Yeni İnamla Ruhani dirçəlişə qərq ola bilər
Yurdumuza Ata gəlişi nə ilə başladı? – Biz bu mərhələləri belə bir suala biçimcə qısa, məzmunca dolğun cavab verməliyik. İlk vaxtlar Asif Atanın ağlında, düşüncələrində başlayan axtarışlar onu labüd şəkildə İnam yaradıcılığına gətirib çıxartdı. Əlbəttə, bu məsələdə ulusumuzun zəngin tarixi dəyərlərə malik olması onun yaradıcılığına təkan verdi. Bununla belə, İnsan taleyinin acınacaqlı durumu, həlli təkcə tarixi dəyərlərin əsasında başa gəlməyən çoxsaylı suallar qarşısına çəkib gətirdi Asif Atanı.
Axı xalqın dəyərləri o qədər nizamsız, araşdırılmamış, sistemləşdirilməmiş bir görkəmdədir ki, Asif Ata bu dəyərlərin özünü xilas eləmək və xalqın mədəni, mənəvi həyatına qaytarmaq haqqında düşünməli oldu. Çünki bu dəyərlər nəinki xalqın həyat tərzində, heç ədəbiyyatlarda da sistemləşdirilmiş şəkildə mövcud deyil, həqiqi məzmundan ayrılmış, təhrif edilmiş haldadır. Ardını oxu »
Xaliq Bahadır. Tarix diversantları
Dekabr 14th, 2016
admin Tarix ideologiyadır, ideoloji konstruksiya faktorudur. Bu üzdən də dünyada tarixlə bağlı dartışmalar gedib, gedir, gedəcək. Hər bir xalq öz tarixini yalnız özü üçün deyil, eləcə də başqaları üçün yazır. Özü üçün yazır özünü öyrətmək, öyrətdiyinin üzərində yüksəlmək üçün. Başqaları üçün yazır başqalarına öz tarixini öyrətmək, bir də özünə başqalarının qarşısında üstünlük qazandırmaq üçün. Sonuncu daha çox ermənilərə özgü olan görsənişdir: ortada gerçək bir erməni tarixi olmadığından, üstəlik, yeri-yurdu olmayan “Böyük Ermənistan” epidemiyasına yoluqduqlarından ermənilər özlərinə içi yalanla doliu uydurma tarixlər düzəldirlər. Ermənilərlə qan qohumluğu olduğunu deyən farslar da özlərinə uydurma tarix düzəltmək baxımından ermənilərdən geri qalmır. Ardını oxu »
Soylu Atalı. İnamın bilinmə mərhələləri (III yazı)
Dekabr 14th, 2016
admin Ağıllar böyüyüb ürəklər durulduqca inamın gərəkliyi dərk olunacaq
Cəmiyyətdə dağıdıcı, pozucu meyillər artdıqca həqiqətə ehtiyac da böyüyür. Sözün doğru mənasında cəmiyyət xilas olmaq üçün həqiqət axtarır, İnam axtarır. Ümidsizliyin yaratdığı təşviş, ədalətsizliyin doğurduğu mənəvi iztirablar, sosial məşəqqətlər cəmiyyətin İnam işığına meyillənməsini sürətləndirir. Necə deyərlər, Şər Xeyirə xeyir verir. Hər bir hadisəyə, gedişata İnamın münasibəti müqayisə edilir, araşdırılır, öyrənilir. Ardını oxu »




