(К СТОЛЕТИЮ АЗЕРБАЙДЖАНСКОЙ РЕСПУБЛИКИ) Александр Щепотьев. Пора

В настоящее время судьбы всех малых народов стремящихся к «самоопределению», более или менее уже предрешены исходом войны и известным заявлением или так называемыми 14-ю пунктами Вильсона. Малые народы могут претендовать на свое «самоопределение», на свою независимость. Однако, практическое осуществление этого «самоопределения» возможно лишь тогда, когда стремления и пожелания одного какого-либо народа  будут не только известны, но и поддержаны другими. Вес мир знает о сионистах и новое Палестинское Правительство является практическим осуществлением этой идеи, грузинская делегация уже работает в Европе в пользу своей страны. Ardını oxu »

Soylu Atalı. Vətənsizlik uçurumuna dirəniş göstərək

 Bu gün “Qarabağ” çevrəsində gedən söz-sov yenidən aktiv şəkilə düşüb. Bunun nə qədər utancverici olduğu haqqında danışmaq artıq adi hal alıb. Yəni ya Ermənistanla bağlı nəsə olmalıdır, ya da ATƏT-lə bağlı bir dəyişiklik ortaya gəlməlidir ki, Qarabağ məsələsi çevrəsində aktiv danışıqlar, araşdırmalar başlasın. Belə deyək, ATƏT-in sədrlərindən biri dəyişəndə bölgəyə gedir, işlə tanış olur, jurnalistlərə müsahibə verir. Sanki bu məsələdə hansısa bir tərpəniş olacaq. İndi də Ermənistanda yeni parlament seçkisi yaxınlaşır. Bununla bağlı araşdırmalar, müsahibələr gündəmi doldurub: “ Sarkisyanın işi çətindir, onu aradan götürə bilərlər. Belə getsə Ter-Petrosyan hakimiyyətə gələr, barış yolu ilə Qarabağ məsələsinin çözümü də irəliləyər…” Ardını oxu »

ASİF ATA. KOROĞLULAR VƏ HƏMZƏLƏR

KOROĞLU DÜNYASI

Koroğlu dünyası hiddətdən və üsyandan başlayır. Hiddət və üsyan mərdliklə əkizdir. Çünki onların hər ikisi zirvə səviyyəsinə qalxan, parlaq, ilkin, ehtizazlı hisslərdir. Hər ikisində böyük inkar yaşayır.
Səmanın bağrından qopan şimşəklər kimi, sahilinə sığmayan sellər kimi. Yeri göyə, göyü yerə qatan zəhmli, amansız və əzəmətli tufanlar kimi.
Üsyanda ali bir qüdsiyyət yaşayır. Dünya təmizlənir. Çayların axarı, çiçəklərin ətri, dağların vüqarı qayıdır dünyaya. Bulaq suyu kimi durulaşır aləm. Ardını oxu »

XaIiq Bahadır. Azərbaycanı yenmə politikaları

Min illər boyunca dünyanın geopolitik dartışma obyektinə çevrilən Azərbaycan bu gün də keçmişlərdə olduğu kimi dartışma obyekti olaraq qalmaqdadır. Yaxın-uzaq dünya gücləri Azərbaycanın daha çox bölünüb-parçalanması, Azərbaycan dövlətinin gücsüz olması, oyuncaq dövlətə dönüşməsi üçün çeşidli çalışmalarda bulunurlar. Bu çalışmaların başında Azərbaycanı içindən dağıtmaq planları durur. Bununla bağlı bir yandan dövlət quran xalq  olaraq Türklərlə-Türklüklə bağlı yoxetmə politikaları yürüdülür, başqa bir yandan ölkədəki bəlli etnik azlıqlar arasında separatizm tendensiyası qızışdırılır. Ardını oxu »

Soylu Atalı. SİYASİ DÜNYANIN ERMƏNİSİ

Tanrıçılıq – Türkün Təbiətlə doğmalığından, birliyindən yaranan inancdır. Türk Tanrıçılığı dünya üçün müqəddəs bir nizam idi. Təbiət sevilirdi, bəslənirdi, qorunurdu. “Tanrı türkün həm balası idi, həm babası”(Asif Ata). Balasını əzizləyirdi, babasına arxalanırdı türk. Türk təbiət sevgisindən, Tanrı səsindən saz yaratmışdı. Sazı sinəsinə sıxanda Tanrının səsini eşidirdi – duyğuları təmizlənirdi, ürəyi saflaşırdı. Ardını oxu »

Asif Ata. Hürufiliyimiz – Ənəlhəqliyimiz

I. İnsan – Allah

Hürufilər İnsanı Allah sayırdılar, Ocaq diliylə desək – Əzəli, Əbədi, Sonsuz, Kamil Mütləq sayırdılar.
Hər bir İnsanı Allah oğlu sayırdılar – təkcə Peyğəmbərləri, hökmdarları yox.
İsaçılar İsanı Allah oğlu sayırdılar, Makedoniyalı İsgəndər Allah sayılırdı, Roma İmperatoru Kaliqula özünü Allah elan etmişdi. İslamda İnsan Allahın Bəndəsiydi, quluydu, Peyğəmbər özü Allahın quluydu, Allah İnsanı yaratmışdı Aqibətiylə, Qismətiylə birgə. İnsan Allah İdrakının, İradəsinin alətiydi, İtaətçiydi. Hürufilikdə İnsan Dünyanın canıydı.

Ardını oxu »

BABƏKİ VERƏN XALQIN ÖZÜNÜ BALACA SAYMASI GÜNAHDIR

(14 mart Böyük Babəkin edam olunduğu gündür)

Yasin Türksoy: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün biz Babək Xürrəmdinin edam olunmasının ildönümü qarşısındayıq. Azərbaycanın milli dəyərlərinə qarşı münasibət bir mənalı olmadığı kimi, Babəkə qarşı da münasibət bir mənalı deyil. Kimlərsə Babəki İslam Dünyabaxışının daşıyıcısı, müsəlman hesab edir, kimlərsə Sovet ideologiyasının ortaya çıxardığı ateist hesab edir, bir kəsim isə Babəki Azadlıq qəhrəmanı hesab edir. Bəs kimdir Babək? Bu suala cavab tapmaq üçün, milli düçüncə sahibləri olan aydınlarımıza üz tuturuq: Ardını oxu »

Asif Ata. Deyimlər (“Rəmzlər” Bitiyindən)

AYIQ – KEFLİ.  Kefli İsgəndəri eşitmədilər. Çünkü kefli idi­lər. İçərilərində ayıq olan bircə adam vardı: Kefli İsgəndər.
ALLAHLILAR. “Mənəm Allah!” – deyənlər  əslində Allahı ən çox sevənlərdir.
KOROĞLULUQ. Koroğlu Həmzəyə inanmasaydı – Koroğlu yox, Həmzə olardı.
DİV ÜRƏYİ. Divin ürəyi özündən qıraqdadır, bu səbəbdən də qəddarlığında sərbəstdir. Ardını oxu »

Soylu Atalının “Ailə Günü” toplantısındakı çıxışından bir hissə.

Ocaq Yükümlüsü Soylu Atalının “Ailə Günü” toplantısındakı çıxışından bir hissə. 26 Şölə Ayı, 38-ci il. Atakənd (iyun, 2016. Bakı).

Ardını oxu »

Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız!

Ayın 1-i Mütləqə İnam Ocağı “Yeni İl” törənini gerçəkləşdirdi. İlin anlamı, törənləşmə nədəni üstə düşüncələr sərgiləndi. Ocaq 20 ildir (cismani baxımdan) Asif Atasız Yol gedir. Bu illərdə Ocağın yaşamı bütün gərginliyi, zənginliyi ilə birlikdə uğurlu olmuşdur. Ocağa yeni Ocaqçılar gəlmiş, sağlam ortam yaranmış, yanaşmalarda yüksək doğmalıq aşamaları başlamışdır. Buna görədir – minlərlə ədəbiyyatlar hazırlanmış, çap olunmuş, dərgi buraxılışları basılaraq yayılmışdır. Azərbaycanın şəhərlərinə, rayonlarına, eləcə də çoxsaylı kəndlərinə yüzlərcə səfərlər edilmiş, görüşlər keçirilmişdir. Bu səfərlərdə ədəbiyyatlar paylanmışdır. Səfərlər çətinliklərlə başa gəlmişdir. Döydüyümüz yüzlərlə qapılardan üzümüzə beşi açılanda onu bağlanmışdır. Ancaq yorulmadıq, inamımızı itirmədik. Bu Vətən, bu Millət mənimkidir deyə, inadımızdan dönmədik, milli-insani söz dedik. Ağıllarda, düşüncələrdə vətənimizin, millətimizin mənəvi obrazını yaratmağa çalışdıq. Dayanmamışıq, davam edirik. Ardını oxu »

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv