Великая война всколыхнула прежде всего национальные чувства народов, как независимых, так и подчиненных другим. Русская революция выразила стремления и чувства этих народов в знаменитом лозунге «самоопределения народов», выдвинутом Русской революционной демократией в основу своей политики. Лозунг этот стал лозунгом нового национализма, во имя которого все народы выступили в защиту прав своих на самостоятельное существование. Этот новый национализм, однако, не имеет ничего общего с тем национализмом, который выдвигался царским самодержавием, с панславизмом или с пангерманизмом, которые стремятся подавить отдельные национальности во имя господства одной, ущерб другим. Ardını oxu »
Asif Ata. Özüylədöyüş və Özüyləbarışma
Həyatda insan özüylə döyüşür, ancaq bu döyüşdə tam qələbə qazanmır, son nəticədə özüylə barışır. Özüyləbarışmada o, gerçəkliyin məntiqinə əsaslanır. “Yırtıcı olmasam, yaşaya bilmərəm, məni parçalayarlar” – deyir. “Xudbin olmasam, yaşaya bilmərəm, başqasının əsarətinə düşərəm” – deyir. “Şəhvəti sevməsəm, yaşamaram, çünki həyat – cismani nəşələnməkdir” – deyir. “Şöhrəti sevməsəm, yaşamaram, çünki həyat özünütəsdiqdir” – deyir. “Yalana […]
Başsağlığı
Asif Atanın Mütləqə İnam Ocağı Ocaqdostu, Güney Azərbaycan aydını Ağşın Ağkəmərlinin ölümü ilə bağlı ailəsinə, millətimizə başsağlığı verir. Evindən işıq əskilməsin. Balalarında yaşasın. Yurdu, Ulusu var olsun.
Asif Ata. Dostluq – Düşmənlik
Həyatda ən yüksək dostluq belə, mütləq səviyyəyə qalxmır. Bu səbəbdən də həyatdakı ən böyük dostluqda belə düşmənlik yaşayır. Əgər insan xudbinlik eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən azad deyil. Əgər insan həsəd eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən azad deyil. Əgər insan mənfəətpərəstlik eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən […]
Ağşın Ağkəmərli. Yolçu yolda gərək
1965-ci ildə 5 yaşında kənddə məktəbə getmişəm. Bütün dərslər fasca olduğuna görə heç nə başa düşmürdüm. Təkcə mən yox, heç kim heç nə başa düşmürdü. Ancaq məni başqalarından fərqləndirən bir şey vardı, – şeiri bir dəfə eşitməklə öyrənirdim, daha doğrusu, sözlərini əzbərləyirdim. Atam hər ilin qış aylarında kəndə gəlirdi. 1-2 ay qalandan sonra evə gərək […]
Soylu Atalı. Türkün qədim ABEsi (Tamğası)
90-cı illərdə Asif Atadan eşitdiyimiz başlıca qonulardan biri millətimizin öz abesinin, (əlifbasının) olması ilə bağlı idi. Ancaq abenin yaranması hər addımda baş tuta bilən asan bir məsələ deyil. Bu üzdən axtarışlar bizi Orxon-Yenisey yazılarının üzərinə aparıb çıxardı. Bəllidir ki, ərəblərin türkləri mənəvi-ruhani işğal eləməsinə qədər türklər arasında bu abe qullanılmışdır. İşğaldan sonra qədim türk abesi […]
(К СТОЛЕТИЮ АЗЕРБАЙДЖАНСКОЙ РЕСПУБЛИКИ) Александр Щепотьев. НАЦИОНАЛИЗМ И ЛЖЕНАЦИОНАЛИЗМ
Aprel 12th, 2017
admin
Soylu Atalı. Böhranın kölgəsi
Aprel 10th, 2017
admin Bu gün toplumun əsasən bir qonusu var: devalvasiya, iqtisadi böhran. Ancaq böhran toplumun yaşamına tam girməyib, toplumun üzərinə düşən böhranın kölgəsidir. Bu da əslində sonucdur. Daha doğrusu, sonucun başlanğıcıdır. Böhran isə 20 ildən artıqdır yaşanır. Bu çağacan siyasal yönətim (idarəetmə) böhran pillələri yaratmaqla uğraşırdı. İndi ilk həşirə düşən də siyasal yönətimin başında duran harın şəbəkənin özü oldu. Çünkü bu şəbəkə həmişə “düz xətt” üzrə yaşayıb. Düşüncəsi də “düz xətt” üzrə formalaşıb. Dünyanın qlobal işlərinin gedişini, ayrı-ayrı aşamalarda hansı sonucları verəcəyini bu şəbəkənin anlamaq iqtidarında olmadığını zaman dönə-dönə ortaya qoyub. Ardını oxu »
(К СТОЛЕТИЮ АЗЕРБАЙДЖАНСКОЙ РЕСПУБЛИКИ) Александр Щепотьев. Пора
Aprel 3rd, 2017
admin В настоящее время судьбы всех малых народов стремящихся к «самоопределению», более или менее уже предрешены исходом войны и известным заявлением или так называемыми 14-ю пунктами Вильсона. Малые народы могут претендовать на свое «самоопределение», на свою независимость. Однако, практическое осуществление этого «самоопределения» возможно лишь тогда, когда стремления и пожелания одного какого-либо народа будут не только известны, но и поддержаны другими. Вес мир знает о сионистах и новое Палестинское Правительство является практическим осуществлением этой идеи, грузинская делегация уже работает в Европе в пользу своей страны. Ardını oxu »
Soylu Atalı. Vətənsizlik uçurumuna dirəniş göstərək
Aprel 3rd, 2017
admin Bu gün “Qarabağ” çevrəsində gedən söz-sov yenidən aktiv şəkilə düşüb. Bunun nə qədər utancverici olduğu haqqında danışmaq artıq adi hal alıb. Yəni ya Ermənistanla bağlı nəsə olmalıdır, ya da ATƏT-lə bağlı bir dəyişiklik ortaya gəlməlidir ki, Qarabağ məsələsi çevrəsində aktiv danışıqlar, araşdırmalar başlasın. Belə deyək, ATƏT-in sədrlərindən biri dəyişəndə bölgəyə gedir, işlə tanış olur, jurnalistlərə müsahibə verir. Sanki bu məsələdə hansısa bir tərpəniş olacaq. İndi də Ermənistanda yeni parlament seçkisi yaxınlaşır. Bununla bağlı araşdırmalar, müsahibələr gündəmi doldurub: “ Sarkisyanın işi çətindir, onu aradan götürə bilərlər. Belə getsə Ter-Petrosyan hakimiyyətə gələr, barış yolu ilə Qarabağ məsələsinin çözümü də irəliləyər…” Ardını oxu »
ASİF ATA. KOROĞLULAR VƏ HƏMZƏLƏR
Aprel 3rd, 2017
admin KOROĞLU DÜNYASI
Koroğlu dünyası hiddətdən və üsyandan başlayır. Hiddət və üsyan mərdliklə əkizdir. Çünki onların hər ikisi zirvə səviyyəsinə qalxan, parlaq, ilkin, ehtizazlı hisslərdir. Hər ikisində böyük inkar yaşayır.
Səmanın bağrından qopan şimşəklər kimi, sahilinə sığmayan sellər kimi. Yeri göyə, göyü yerə qatan zəhmli, amansız və əzəmətli tufanlar kimi.
Üsyanda ali bir qüdsiyyət yaşayır. Dünya təmizlənir. Çayların axarı, çiçəklərin ətri, dağların vüqarı qayıdır dünyaya. Bulaq suyu kimi durulaşır aləm. Ardını oxu »
XaIiq Bahadır. Azərbaycanı yenmə politikaları
Mart 31st, 2017
admin Min illər boyunca dünyanın geopolitik dartışma obyektinə çevrilən Azərbaycan bu gün də keçmişlərdə olduğu kimi dartışma obyekti olaraq qalmaqdadır. Yaxın-uzaq dünya gücləri Azərbaycanın daha çox bölünüb-parçalanması, Azərbaycan dövlətinin gücsüz olması, oyuncaq dövlətə dönüşməsi üçün çeşidli çalışmalarda bulunurlar. Bu çalışmaların başında Azərbaycanı içindən dağıtmaq planları durur. Bununla bağlı bir yandan dövlət quran xalq olaraq Türklərlə-Türklüklə bağlı yoxetmə politikaları yürüdülür, başqa bir yandan ölkədəki bəlli etnik azlıqlar arasında separatizm tendensiyası qızışdırılır. Ardını oxu »
Soylu Atalı. SİYASİ DÜNYANIN ERMƏNİSİ
Mart 28th, 2017
admin Tanrıçılıq – Türkün Təbiətlə doğmalığından, birliyindən yaranan inancdır. Türk Tanrıçılığı dünya üçün müqəddəs bir nizam idi. Təbiət sevilirdi, bəslənirdi, qorunurdu. “Tanrı türkün həm balası idi, həm babası”(Asif Ata). Balasını əzizləyirdi, babasına arxalanırdı türk. Türk təbiət sevgisindən, Tanrı səsindən saz yaratmışdı. Sazı sinəsinə sıxanda Tanrının səsini eşidirdi – duyğuları təmizlənirdi, ürəyi saflaşırdı. Ardını oxu »
Asif Ata. Hürufiliyimiz – Ənəlhəqliyimiz
Mart 12th, 2017
admin I. İnsan – Allah
Hürufilər İnsanı Allah sayırdılar, Ocaq diliylə desək – Əzəli, Əbədi, Sonsuz, Kamil Mütləq sayırdılar.
Hər bir İnsanı Allah oğlu sayırdılar – təkcə Peyğəmbərləri, hökmdarları yox.
İsaçılar İsanı Allah oğlu sayırdılar, Makedoniyalı İsgəndər Allah sayılırdı, Roma İmperatoru Kaliqula özünü Allah elan etmişdi. İslamda İnsan Allahın Bəndəsiydi, quluydu, Peyğəmbər özü Allahın quluydu, Allah İnsanı yaratmışdı Aqibətiylə, Qismətiylə birgə. İnsan Allah İdrakının, İradəsinin alətiydi, İtaətçiydi. Hürufilikdə İnsan Dünyanın canıydı.
BABƏKİ VERƏN XALQIN ÖZÜNÜ BALACA SAYMASI GÜNAHDIR
Mart 11th, 2017
admin (14 mart Böyük Babəkin edam olunduğu gündür)
Yasin Türksoy: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün biz Babək Xürrəmdinin edam olunmasının ildönümü qarşısındayıq. Azərbaycanın milli dəyərlərinə qarşı münasibət bir mənalı olmadığı kimi, Babəkə qarşı da münasibət bir mənalı deyil. Kimlərsə Babəki İslam Dünyabaxışının daşıyıcısı, müsəlman hesab edir, kimlərsə Sovet ideologiyasının ortaya çıxardığı ateist hesab edir, bir kəsim isə Babəki Azadlıq qəhrəmanı hesab edir. Bəs kimdir Babək? Bu suala cavab tapmaq üçün, milli düçüncə sahibləri olan aydınlarımıza üz tuturuq: Ardını oxu »




