Xaliq Bahadır. Qarabağ konflikti “yeni” dünya düzənində

Senzuradan keçməyən daha bir yazı. Xalq, Ölkə, Dövlət oalaraq içdən-dışdan başımıza açılan oyunların belə desək, özətləri. Hələ mən burada müxalifət düşərgəsindəki antiulusal görsənişlərə, o görsənişlərin doğurduğu acınacaqlı sonuclara toxunmamışam. Azərbaycan yüzillərdən bəri içdən-dışdan sürəkli yağı basqıları altındadır. Bizim ölkəmizə – Azərbaycana vermədiyimiz, verə bilmədiyimiz dəyəri (Geopolitik dəyər!) iç-dış yağılar verməklə onu dirçəlməyə, dirçəlib qalxınmağa qoymurlar. Eləcə də yaxın-uzaq yağı güclər Azərbaycanın birliyinin, bütövlüyünün baş tutmaması üçün ardıcıl çalışmalarda bulunur, bu çalışmalar içində gərəkirkən öz aralarındakı  gizli-açıq konfliktləri bir ara arxa plana keçirməyi belə bacarırlar. Ancaq, Azərbaycan müxalifəti, daha doğrusu, müxalifətin başda duranları, uzun illər boyunca başlarından yekə ambisiyalarını yerə qoyub, “Öncə Ölkəm!” deməyi bacarmadılar. Ardını oxu »

Asif Ata. Üzübərk Özgəçiliyimiz

1

Özgəçiliyimizdən ayrıla bilmədik. Rusiya prezidentçiliyə qoşul­du, biz də qoşulduq.
Rusiya parlamentçiliyə qoşuldu, biz də qoşulduq.
Rusiya bunu sivilizasiyaya qovuşmaq adlandırır. Biz də…
Qərbçi Rusiya yaranır – qərbçi Azərbaycan yaranır. Ardını oxu »

(AZERBAYCAN RESPUBLİKASININ YÜZ İLLİYİNE) AZERBAYCANÇI JURNALISTLER, 22 İYUL ULUSAL BASIN GÜNÜNÜZ GUTLU OLSUN

Bir neçe gün gabag Azerbaycan Respublikasının çağdaş ideologlarından Xalig Bahadırla gardaşı Rövşan Hacıbeylinin “Facebook”larında yurdaşların Azerbaycan Respublikası prezidentinin yandaş, öyücü jurnalistlere ev vermesile bağli ağrı-acı dolu yanıtlarını oxudum. Bizi bizden yaxşı izleyen yağılara bezemek üçün elyeri vermek istemediyimden, elece de Azerbaycanın çağdaş jurnalistlerinin gücünü bildiyimden, özellikle de son 29 ilde satılmamış 2-3 azerbaycançı aydından biri olan Xalig Bahadırın dönmez azerbaycançı baxışlarına güvendiyimden, demokratik guruluşa yaraşmayan bu gereksiz, anlamsız olaya bir az üzden yanaşdım. Ardını oxu »

Asif Ata haqqında – Soylu Atalının dili ilə (müsahibə)

Tural Cəfərov: Bir az geniş danışın, o dövrün ideya atmosferi, mənəvi birliyi… Siz Gürcüstandan gəldiniz bura, Asif Ata sizə necə təsir bağışladı. Ümumiyyətlə, Asif Ata necə görünürdü?
Soylu Atalı: Mən Asif Atanı institututun dördüncü kursunda tanıdım. Ardını oxu »

(AZERBAYCAN RESPUBLİKASININ YÜZ İLLİYİNE) DOYMAZLIGLA ARAB-SİON MÜSELMANÇILIĞI SONUMUZA ÇIXACAG, HARAY…

Bu günlerde yaşıl gohumlardan birinin şenliyine gatıldım. İkinci yol olduğum o yer keçmiş NOBEL bağı deyilen, idmanla uğraşdığım illerde orada çox meşg etdiyimizden, yaxşı tanıdığım bağın böyük bölümünde yerleşirdi. Çox duyğulandım… Demokratik dövletde bele de sorumsuz yönetim olarmı, bele de yurd goruyar, ölke saxlayarlarmı?!
Tofig Behramov adına Respublika Stadionunun bağının da govuşduğu, Rus-ermeni-sovet-mason bolsefaşistlerinin Dzerjinski bağı adlandırıb, KGB-çi başkesene ayagüstde “şablon” bediz de ucaltdıgları o, gözel bağdan heç ne galmamışdı. Acıdır, çox acıdır, ulusal tarix göstericisini, insanların sağlamlıgına çox gerekli bagı pul gazanmagdan ötrü bele acgözlükle, yağıcasına, dağıtmışlar? Nobel bağının ortasından  Guzeye doğru bir yol da çekibler. Ağlamalıdır!!! Ardını oxu »

Soylu Atalı. Anlayışların anlamsızlığı

Bir sıra siyasi anlayışlar var ki, açıq şəkildə məntiqə zidd görünür. Ancaq insanlar bu ziddiyyətlərin fərqinə varıb təhlil eləmirlər. Məsələn, “dövlət marağı” adlanan anlayışa diqqət yetirək. Hakimiyyət mənsubları hansısa özünəyarar olmayan addımı atmaq istəməyəndə deyirlər ki, dövlət marağına uyğun gəlmədiyi üçün filan addımı atmaq olmaz. Ancaq müxalifət mənsubları tənqidi mövqe sərgiləyib deyirlər ki, hakimiyyət filan addımı öz marağına ziyan verdiyi üçün atmır, yəni öz marağını dövlətin marağından üstün tutur. Ardını oxu »

(К СТОЛЕТИЮ АЗЕРБАЙДЖАНСКОЙ РЕСПУБЛИКИ) БАКУ, 31-го октября

 Декретом Азербайджанского Правительства, в отмену существующей государственной хлебной монополии, в стране нашей была объявлена свободная торговля на все хлебные продукты. Этот акт Правительства, отвечающий условиям нашей действительности, должен был улучшить продовольственное дело в стране. К той же политике свободной торговли перешла также и Грузия в целях развития частной торговой инициативы для снабжения населения продовольствием.
Действительно, опыт показал, что при существующих у нас культурно-экономических условиях, свободная торговля и инициатива частного торгового аппарата, нестесненная чрезмерным вмешательством Правительства, может принести страну в нормальное состояние торговых и экономических взаимоотношений. Ardını oxu »

Xaliq Bahadır. Danış, Əli Həsənov, danış!

Neçə gün idi nəvəsinin törətdiyi cinayət faktı ilə bağlı hamı Əli Həsəovun nə danışacağını, nə deyəcəyini gözləyirdi. Əli Həsənov uzun susqunluqdan sonra, handan-hana dillənəsi oldu. “Dillənəsi” dedim, nədən? Qırımından göründüyü kimi, o, özbaşına dillənəsi-danışası deyildi (onun hakimiyətdən çəkiləcəyindən danışmağa dəyməz); onu media danışdırdı. Elə onun ilkin sözü də mediaya-jurnalistlərə oldu, incikliyi də mediadan-jurnalistlərdən oldu: “Mən heç nə danışmaq istəmirəm. Mənim adımın mediada gündəmə gətirilməsinə gəlincə, hüquqi ölkədə məsuliyyət fərdidir. Çox istərdim ki, media nümayəndələri də bunu başa düşsün. Başqa deyəcəyin bir şey yoxdur”. Ardını oxu »

AZERBAYCAN RESPUBLİKASININ YÜZ İLLİYİNE. TÜRK ULUSUNUN ADINI GAYTARIN

Bu günlerde, axşam saat dogguzda oxumamış, oxudulmamış, TÜRK dilini yaxşı bilmeyen, cırsesli, daha çox Arab sözlerile danışan, “yarımrus”, öyücü sunucuların, gerçek oynağanların – telxeklerin üzünden çox az baxdığım “Az.TVler”de könüloxşayan bir musigi axtarırdım. Birden Ahmade Hapo adlı senzorun Xalil Rza Ulutürkün TÜRKan adlandığına göre çapdan çıxarılmag istenen bir goşugunu “yasaglamış” senzoru “başa salması”ndan danısıldığını gördüm. Olayı önemseyib, baxmağa başladım.
Söhrab Tahirin, Rafael Hüseynovun, Ogtay Rzanın sözlerine inansag, Rus-ermeni-sovet-mason bolşefaşizmi illerinde “senzor” işlemiş Ahmade Hapo insanlara elinden gelen, bacardığı yaxşılığı eden deyerli bir yurddaşdır. Kürdce eserler yazan Ahmade Hapo bu dile Türk dilinden bir sıra eserler çevirmiş, 1990-cı ilde “Ronayi” Kürd Kültür Ortaglığını yaratmışdır. 2014-cü ilde çekilmiş belgesel baxanda yaxşı duyğular oyadacag biçimde idi, onu uğurlu veriliş saymag olardı. Ardını oxu »

Asif Ata. Ocaq Məramı

Dünyada, Həyatda, Xalqımızda Əsilliyə, Mənəvi Kamilliyə, Ruhani Zənginliyə sonsuz Ehtiras yaşayır.
Ocaq həmin Ehtirasdan yaranmışdır!
Dünyada, Həyatda, Xalqımızda Süniliyə, Bəsitliyə, Yalana sonsuz Nifrət yaşayır.
Ocaq həmin Nifrətdən yaranmışdır!
Dünyada, Həyatda, Xalqımızda ölməz Ənənələrə, Ali Mənəvi sərvətlərə sönməz Məhəbbət yaşayır.
Ocaq həmin Məhəbbətdən yaranmışdır! Ardını oxu »

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv