YADİGAR TÜRKEL. YANLIŞLARI DÜZƏLTMƏK DÜŞÜNCƏSİ (AZERBAYCAN RESPUBLİKASININ YÜZ İLLİYİNƏ) – 2

Bu günlərdə SSRİ-nin keçmiş prokurorlarından biri dedi: Azərbaycan Ağalığı ideoloji  işi düzgün qurmayıb. Deyək, ideoloji işi bilmirlər, bəs, o boyda Ramiz Mehdiyev, Həsən Həsənov hara baxırlar?
Doğrudan da, Sovetin ideoloji maşınının qorucusu olmuş əski prokuror düz deyirdi: ulusal ideologiya yalan-palanla, hap-gopla, şişirtmək, baş qatmaqla yox, ardıcıl bilimsəl, politik, kültürəl, ekonomik çalışmalarla yaradılar, yürüdülər! Ardını oxu »

Yadigar Türkel. YALAQÇILAR

525-ci gazetin “olanüstü”lüyünden, ulusal yararlarından dem vurulan verilişin baslanğıcını gördüm. Fimar xanımın gösterdiyi o verilişdendirmi, bilmirem. Bu yazını da “padışahım, Güneş de senin üzünü görmek üçün çıxıb” deyen yalagçıların çağdaş, gelişmiş, ireliçi dünya dövletleri içinde antidemokratik duruma saldığı Azerbaycan Respublikasını onlardan gurtarmag amacıyla yazdım. Ardını oxu »

Xaliq Bahadır. Batının şahmat oyununda Azərbaycan

“Batının şahmat oyununda Azərbaycan” yazısına gərəkən sözönu
Azərbaycan – Türk yağısı qondarma “Ermənistan” Avropa birliyinin “Doğu yandaşlığı” projesinə qatıldı, əliyevçi rejim korporativ gərəklərinə uyğun olaraq projedən üz döndərdi. Bu fakt açıq antiAzərbaycan xarakteri daşıdığından çoxlu kəskin, acıqlı reaksiya doğurdu. Bu yöndə bir sıra analitik yazılar oxuduq. O yazıların hamısında bir çatışmazlıq var: fakta, olaya yalnız müxalifət prizmasından yanaşma. Elə faktlar, elə olaylar var onlara yalnız müxalifət prizmasından yanaşmaq olmaz. Belə yanaşmalar qaçılmaz olaraq əyinti doğurur. Azərbaycanın geopolitik gərəkləri gözardı edilirkən, arxa plana keçirilirkən, ortadakı ən pis rejim olsa belə, yalnız rejimi qınamaqla, rejimi ələşdirməklə qalmaq olmaz. Ardını oxu »

AZƏRBAYCAN SAVAŞI: DÖNÜKLƏRLƏ İDEOLOJİ SAVAŞ SÜRMƏKDƏDİR (AZERBAYCAN RESPUBLIKASININ YÜZ ILLIYINƏ) – 1

Azərbaycan Türklərinin görkəmli oğlu, iyirminci yüzilin ikinci yarısında yetişmiş ən yaxşı bilimçilərdən biri professor Şirməmməd Hüseynov «Azərbaycan qəzetində parlament hesabatları və şərhlər (noyabr 1918 – aprel 1920)» toplusunda Türkcə «Azərbaycan» qəzetində çap olunmuş yazıları Ərəb yazısından köçürüb, işləyib düzəldərək, iki cilddə (Ic-2015, 656 s. IIc-2016, 550 s.) yayımlamışdır. «Transliterasiya redaktorları»  prof. Şamil Vəliyevlə, Samir Xalidoğludur. Bu bitiklərin yayımlanması Azərbaycan, onun demokratik dövlətçilik tarixinin öyrənilməsi, ulusal ideologiyası – azərbaycançılıq adına edilmiş ən böyük işlərdən biridir! Ardını oxu »

AZƏRBAYCAN PARLAMENTARİZMİ: YETƏRİNCƏ BİLMƏDİKLƏRİMİZDƏN… (AZƏRBAYCAN RESPUBLİKASININ YÜZ İLLİYİNƏ) – 9

BU GÜN, NOYABRIN 16-sı, AZERBAYCAN MİLLİ ŞURASİNİN İŞİNE YENİDEN BAŞLADIGI GÜNDÜR. BAYRAMINIZ GUTLU OLSUN!!!

Rusca «Azərbaycan» qəzetinin 2 dekabr 1918-ci il, 51-ci sayında «Azərbaycan Parlamentinin çağırılması ilə bağlı» bilgisi yayımlanmışdır. «Azərbaycan Parlamentinin açılışının ertələnməsi» alt başlıqlı bilgidə deyilir: «Azərbaycan Parlamentinin açılışı, bölgədəki elçilərin bütünlüklə gəlməməsi, eləcə də qarşıdan gələn məhəmmədan bayramı ilə bağlı dekabrın 7-nə keçirilmişdir.
Bölgələrin çoxunda seçkilər keçirilmişdir. Bilgilərə görə Polyaklar, Yəhudilər, Gürcülər, Almanlar Parlamentə qatılacaqlar. Ardını oxu »

Soylu Atalı. Asif Ata Amalı (3)

IV. Xurafatdan xurafata yox, xurafatdan Həqiqətə

İslam dinində cəhalət görən, xurafat görən, yadlıq görən bir sıra insanlarımız ya ateist olurlar, ya Tanrıçı, ya da Totemçi. Ancaq bununla onlar heç nəyə nail olmurlar, məncə heç nəyə nail olmayacaqlar da. Ateizm ümumiyyətlə antibəşəri baxışdır. Ateizmdə “Mütləq” anlayışı, ruhaniyyat, müqəddəslik rədd edilir. Ateist, yaxud materialist filosoflar dinin yaranmasını iqtisadi çətinliklərlə bağlayırlar. Guya iqtisadi problemlər aradan qalxanda din də aradan gedəcək. Bu yanaşma doğru deyil. İqtisadi gəlişmə insani ehtiyacları ödəyə, əvəz edə bilmir. Ateizm boşluqdur – insanı boşluğa salır. Tanrıçılıq – türk baxışıdır, uca baxışdır. Ancaq Panteizm elementləri ilə yüklü olsa da, türk onu müəyyən bir sistem kimi qoruyub bu günə gətirməyib. Ardını oxu »

AZƏRBAYCAN PARLAMENTARİZMİ: YETƏRİNCƏ BİLMƏDİKLƏRİMİZDƏN… (AZƏRBAYCAN RESPUBLİKASININ YÜZ İLLİYİNƏ) – 8

Rusca «Azərbaycan» qəzetinin  24 noyabr 1918-ci il 43-cü sayında general Tomsonun «Danışıqsız Buyuruq»undan sonra bir sıra  bakanlıqların bildirişləri yayımlanmış, «Bakı, 24 noyabr» analitik, politik yazısının altında «General Tomsonun Nuri Paşaya teleqramı» çap olunmuşdur: «1918-ci il noyabrın 21-də Bakıdakı Birlik Ordusunun komandanı general Tomson Türkiyə Ordusunun komandanı Nuru Paşaya aşağıdakı teleqramı göndərmişdir: Bakıya gələndən sonra Osmanlı orduçularının soyğunçuluqları, malları korlamaları ilə bağlı bilgilər alınmışdır. Bu işləri öyrənmək, bütünlüklə dəyərləndirmək üçün Bakıda, Böyük Britaniyanın, Fransanın, Birləşmiş Ştatların yetkililərindən komisiya yaradılmışdır. Ödənəcək say Türkiyə dövlətinin üzərinə qoyulacağından, mən malları qaytarmağınızla yanaşı, gərəkərsə, şikayətlərə baxmaq üçün başqa komisiyaların da yaradıla biləcəyini sizə yazıram. Buna görə generallarınıza bu istəyi çatdırmağınız yaxşı olardı». Ardını oxu »

Soylu Atalı. Asif Ata Amalı (2)

İnamın Dindən üstünlüyü

Təməl prinsiplərdə yalan olmamalıdır

I. Yazının yazılma səbəbi – giriş sözü

Biz dünyaya yeni İnam Dünyabaxışı təqdim edirik. Deyirik İnam din deyil, dindən fərqlidir və üstündür. Fərqli və üstün sözlərini isə dini qəbul etməməyimizə və İnamı özümüzünkü saydığımıza görə demirik. Burada fərqliliyin və üstünlüyün xüsusiyyətləri var. Təməl prinsiplərə müraciət etməkdə məqsədimiz də həmin xüsusiyyətləri imkanımız daxilində izah və şərh eləməkdir. Bu yazıda biz doğruluğumuza və səmimiyyətimizə güvənirik. Oxucu elə düşünməməlidir ki, biz özümüzə sərf eləyən istiqamət götürmüşük. Onsuz da həqiqəti tarixdən, tarixi gələcəkdən gizləmək olmur. Doğrunu görmək, doğrunu bilmək, doğrunu demək yeganə meyardır. Ardını oxu »

AZƏRBAYCAN PARLAMENTARİZMİ: YETƏRİNCƏ BİLMƏDİKLƏRİMİZDƏN… (AZƏRBAYCAN RESPUBLİKASININ YÜZ İLLİYİNƏ) – 7

Rusca «Azərbaycan» qəzetinin 21 noyabr 1918-ci il 41-ci sayında «Rəsmi bölmə» adı altında general V.M. Tomsonun «Danışıqsız Buyuruq»u yayımlanıb:
«1. 17 noyabr 1918-ci il, saat 12-dən Bakı kəndi Ordu durumuna keçirilir. Onu mən, aşağıda qol çəkmiş general-mayor V.M.Tomsonla Birlik Dövlətlərinin adından görəvləndirdiklərim yönətəcəklər.

  1. Ordu durumunda mən, aşağıda qol çəkən Bakı kəndinin ordu qubernatoru olacağam!
  2. Polkovnik F.P.Kokkorel Birlik Dövlətilərinin Bakıdakı polis komisarı qoyulur.
  3. Bakı Bələdiyəsi, eləcə də başqa toplumsal qurumlar qabaqkıtək işləyirlər.
  4. Ordu durumunun yasaları tezliklə bildiriləcək, gərəkdikcə yenilənəçəkdir. Göstərilən suçlardan hansı biriyləsə suçlananlar qoyduğum görəvlilərcə, ya da uyğun gördüyümtək yubadılmadan kəskin cəzalandırılacaqdır.

Ardını oxu »

AZƏRBAYCAN PARLAMENTARİZMİ: YETƏRİNCƏ BİLMƏDİKLƏRİMİZDƏN… (AZƏRBAYCAN RESPUBLİKASININ YÜZ İLLİYİNƏ) – 6

Rusca «Azərbaycan» qəzetinin 19 noyabr 1918-ci il, 39-cu saynda «Böyk Britaniya Dəniz Ulaşımı Qurumu»na deneyimli sayıcı (Rusca buxqalter), iki kontor işçisi, makinaçı xatun, iki çevirici gərəkdir. İngilis dilini bilənlərə üstünlük verilir. Saat 12-də «Prezident Kryüger» gəmisinə gəlməli» bilgisi, sonra isə V.M.Tomsonun «Bildiriş»i yayımlanmışdır: «Birlik Dövlətləri Ordusunun komandanıtək Bakıya girərkən,  aşağıdakıları hamıya bildirirəm: Böyük Britaniya Ordusu Birlik Dövlətlərinin adından Bakını tutur. Fransa ilə Birləşmiş Ştatların yetkililəri də mənimlədir. Biz Yeni Rus Ağalığınının onayı ilə buradayıq. Türkiyə «Barış Anlaşması»nda Bakını tutmağı onaylamışdır. Ardını oxu »

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv