Dövlət nədir? Bu soruya qarşılıq olaraq politoloji ədəbiyatdan çoxlu alıntı gətirmək olar. Sözü uzatmamaq üçün qısasını deyirəm: dövlət yurddaş (vətəndaş) hüquqularını qoruma mexanizmidir. Bu üzdən də xalq dövlət üçün deyil, dövlət xalq üçündür. Ardını oxu »
Asif Ata. Özüylədöyüş və Özüyləbarışma
Həyatda insan özüylə döyüşür, ancaq bu döyüşdə tam qələbə qazanmır, son nəticədə özüylə barışır. Özüyləbarışmada o, gerçəkliyin məntiqinə əsaslanır. “Yırtıcı olmasam, yaşaya bilmərəm, məni parçalayarlar” – deyir. “Xudbin olmasam, yaşaya bilmərəm, başqasının əsarətinə düşərəm” – deyir. “Şəhvəti sevməsəm, yaşamaram, çünki həyat – cismani nəşələnməkdir” – deyir. “Şöhrəti sevməsəm, yaşamaram, çünki həyat özünütəsdiqdir” – deyir. “Yalana […]
Başsağlığı
Asif Atanın Mütləqə İnam Ocağı Ocaqdostu, Güney Azərbaycan aydını Ağşın Ağkəmərlinin ölümü ilə bağlı ailəsinə, millətimizə başsağlığı verir. Evindən işıq əskilməsin. Balalarında yaşasın. Yurdu, Ulusu var olsun.
Asif Ata. Dostluq – Düşmənlik
Həyatda ən yüksək dostluq belə, mütləq səviyyəyə qalxmır. Bu səbəbdən də həyatdakı ən böyük dostluqda belə düşmənlik yaşayır. Əgər insan xudbinlik eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən azad deyil. Əgər insan həsəd eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən azad deyil. Əgər insan mənfəətpərəstlik eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən […]
Ağşın Ağkəmərli. Yolçu yolda gərək
1965-ci ildə 5 yaşında kənddə məktəbə getmişəm. Bütün dərslər fasca olduğuna görə heç nə başa düşmürdüm. Təkcə mən yox, heç kim heç nə başa düşmürdü. Ancaq məni başqalarından fərqləndirən bir şey vardı, – şeiri bir dəfə eşitməklə öyrənirdim, daha doğrusu, sözlərini əzbərləyirdim. Atam hər ilin qış aylarında kəndə gəlirdi. 1-2 ay qalandan sonra evə gərək […]
Soylu Atalı. Türkün qədim ABEsi (Tamğası)
90-cı illərdə Asif Atadan eşitdiyimiz başlıca qonulardan biri millətimizin öz abesinin, (əlifbasının) olması ilə bağlı idi. Ancaq abenin yaranması hər addımda baş tuta bilən asan bir məsələ deyil. Bu üzdən axtarışlar bizi Orxon-Yenisey yazılarının üzərinə aparıb çıxardı. Bəllidir ki, ərəblərin türkləri mənəvi-ruhani işğal eləməsinə qədər türklər arasında bu abe qullanılmışdır. İşğaldan sonra qədim türk abesi […]
YADİGAR TÜRKEL. Xalqla Prezidentin arasına girməyək
Mart 1st, 2018
admin AZƏRBAYCAN RESPUBLİKASININ YÜZ İLLİYİNƏ
Müstəqil dövlət guruculuğu qlobal dövlətçilik siyasəti və sosial təfəkkür tələb edir. Bu prosesdə mətbuat işçilərinin, xüsusilə Az.TV-nin üzərinə müəyən vəzifə düşür. Mətbuatda gədən bütün məlumatlar dəqiq olmalı, əhalini marifləndirib onda sosial şüur formalaşdırmalıdır. Ardını oxu »
Xaliq Bahadır. Bir “türkçü-türkoloqla” bir “politoloqun” birgə qulluq trayektoriyası
Fevral 25th, 2018
admin Bizdə “Deportasiya qurbanları” adında “İctimai Birlik” varmış. Birliyin də başında Eldar Namazov adında bəlli bir “politoloq” dururmuş. E.Namazovun olduqca ilginc siyasi biqoqrafiyası var. O, AXC yeni yarananda “cəbhəçi” olub. Bir qonuşmasında lağla dediyinə görə, onu özü də bilmədən AXC postuna qaldırıbmışlar. E.Namazov o çağlar nəyə görəsə o cəbhəçilərin “özbaşınalığına” təpkisiz qalıb. Sözsüz, o çağlar (AXC-nin güclü çağlarında) E.Namazova elə gərəkmiş. E.Namazov Cəbhə hakimiyəti devriləndən sonra H.Əliyevin köməkçisi oldu. Keçmiş əməliyatçı KQB generalı olaraq kadrları seçib yerləşdirən H.Əliyev, görünür, çox yaxından tanıyıb inandığı, bel bağladığı, ürək qızdırdığı üçün “cəbhəçi” E.Namazovu azacıqsa da quşqulanmadan özünə köməkçi götürüb. Ardını oxu »
Soylu Atalı. İctimai Tərəqqi Problemi
Fevral 20th, 2018
admin Haqq – insanlarda insani mənafeyə, ədalət – bu mənafeyə doğru, sağlam münasibət bəsləməyə deyilir. Təəssüf ki, belə bir düşüncə sistemi ictimai həyatda qüvvədə deyil. Bütün dünyada həyat gedişləri ən çox hüquq anlayışı ilə tənzimlənir. Hüquq isə əsasən fiziki-bioloji mənafedir. Məsələn, hüquq mühafizə orqanları da cəmiyyəti əsasən bioloji cəhətdən qoruyur. Mülkü, malı oğurlanan, işini, vəzifəsini itirən, rəqabətdə qəsdən tərəfsizləşdirilən hər kəs özünü ilk növbədə hüququn köməyi ilə qorumağa səy edir. Ardını oxu »
Soylu Atalı. Aşağıdan yuxarı atılan daşlar boşuna gedər…
Fevral 12th, 2018
admin Bu gün bir yazı oxudum, başlıq belə idi: “Xaliq Bahadır İslamı söyə bilmədiyi üçün İranı söyür”. Yazarı Elçin Qəhrəmanovdur. Doğrusu, Elçin Qəhrəmanovu tanımıram. Tanınmayan, tanımadığım birilərinin yazısını oxumağa vaxt da olmur. Ancaq illərdir millətimizin dili, dəyərləri uğrunda savaşın ön sıralarında duranlardan birinin – Xaliq Bahadırın haqqında olduğu üçün yazını oxudum. Yazar kimdirsə, antitürk olduğu, İran rejiminin buyruğunda durduğu açıq görünür. “Xaliq Bahadır nə istədiyini bilmir” deyə vurğu edir. Onun yazdığına görə Osmanlı ilə Atatürk, İranla İslam arasında vurnuxurmuş Xaliq Bahadır. Ardını oxu »
YADİGAR TÜRKEL. BİLİMÇİ DE, YAZIÇI DA DANIŞIĞINI BİLMƏLİDİR
Fevral 12th, 2018
admin AZƏRBAYCAN RESPUBLİKASININ YÜZ İLLİYİNƏ
Fevralın 4-də AzTVlərdən birində Rus-erməni-sovet-mason bolşefaşizminin, Azərbaycan Respublikasını dağıtmağa çalışan “agent”lərindən Əliheydər Qarayevin adına ölkənin ayrı-ayrı köylerində, kəndlərindəki küçələri gözə çarpdıran veriliş verildi. Jurnalistin adını yaxşı eşitmədim, bağışlasın. Ardını oxu »




