Receb Albayrağın “Türklerin İranı – Yaxın Gelecek” (B., 2016) bitiyinde başda Azerbaycan Milli Elmler Akademiyasının seçilmemiş prezidenti Ramiz Mehdiyev, İsa Hebibbeyli… olmagla, Tarix, Edebiyat, Dilçilik, Folklor, Etnografiya, Elyazmalar, Corafiya, Felsefe, Hügug, Gafgazşünaslıg, Ekonomika, Memarlıg… institutlarının on illerle başgirleyen, seçilmemiş, bacarıgsız başçılarına keskin YANIT verilmişdir: heçsiniz!
SSRİ-de Rus çarizmin “Velikoros ideologiyası” yeridildiyinden, Güney Azerbaycan bir yana, Guzey Azerbaycanın da gerçek tarixi, etnografisile başlı demek olar, doğru heç ne bilmirdik. Sovetin örtülü “BOLŞEFAŞİZM” olduğunu anlamağa başlasag da, başçılarımızın çoxu Mirze Celilin “Danabaş kendi”nden “çıxarıldıgından” Güney Aaerbaycandakı soydaşlarımızın tarixini, kültürünü – yaşamını bilimsel öyrenecek bilimçiler yetişdirilmeyib, bu yönde demek olar, heç bir böyük Açı işi görülmediyinin acısını çekirik. Ardını oxu »
Asif Ata. Özüylədöyüş və Özüyləbarışma
Həyatda insan özüylə döyüşür, ancaq bu döyüşdə tam qələbə qazanmır, son nəticədə özüylə barışır. Özüyləbarışmada o, gerçəkliyin məntiqinə əsaslanır. “Yırtıcı olmasam, yaşaya bilmərəm, məni parçalayarlar” – deyir. “Xudbin olmasam, yaşaya bilmərəm, başqasının əsarətinə düşərəm” – deyir. “Şəhvəti sevməsəm, yaşamaram, çünki həyat – cismani nəşələnməkdir” – deyir. “Şöhrəti sevməsəm, yaşamaram, çünki həyat özünütəsdiqdir” – deyir. “Yalana […]
Başsağlığı
Asif Atanın Mütləqə İnam Ocağı Ocaqdostu, Güney Azərbaycan aydını Ağşın Ağkəmərlinin ölümü ilə bağlı ailəsinə, millətimizə başsağlığı verir. Evindən işıq əskilməsin. Balalarında yaşasın. Yurdu, Ulusu var olsun.
Asif Ata. Dostluq – Düşmənlik
Həyatda ən yüksək dostluq belə, mütləq səviyyəyə qalxmır. Bu səbəbdən də həyatdakı ən böyük dostluqda belə düşmənlik yaşayır. Əgər insan xudbinlik eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən azad deyil. Əgər insan həsəd eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən azad deyil. Əgər insan mənfəətpərəstlik eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən […]
Ağşın Ağkəmərli. Yolçu yolda gərək
1965-ci ildə 5 yaşında kənddə məktəbə getmişəm. Bütün dərslər fasca olduğuna görə heç nə başa düşmürdüm. Təkcə mən yox, heç kim heç nə başa düşmürdü. Ancaq məni başqalarından fərqləndirən bir şey vardı, – şeiri bir dəfə eşitməklə öyrənirdim, daha doğrusu, sözlərini əzbərləyirdim. Atam hər ilin qış aylarında kəndə gəlirdi. 1-2 ay qalandan sonra evə gərək […]
Soylu Atalı. Türkün qədim ABEsi (Tamğası)
90-cı illərdə Asif Atadan eşitdiyimiz başlıca qonulardan biri millətimizin öz abesinin, (əlifbasının) olması ilə bağlı idi. Ancaq abenin yaranması hər addımda baş tuta bilən asan bir məsələ deyil. Bu üzdən axtarışlar bizi Orxon-Yenisey yazılarının üzərinə aparıb çıxardı. Bəllidir ki, ərəblərin türkləri mənəvi-ruhani işğal eləməsinə qədər türklər arasında bu abe qullanılmışdır. İşğaldan sonra qədim türk abesi […]
YADİGAR TÜRKEL. RECEB ALBAYRAĞIN “TÜRKLERİN İRANI–YAXIN GELEGEK” BİTİYİNDE PANARYANİSTLERLE VELİKOROSLARA YANIT: YALANÇISINIZ, İRGÇİSİNİZ, HEÇSİNİZ
May 9th, 2020
admin
Soylu Atalı. Erməni dəyirmanında Azərbaycanın çıxarları üyüdülür
May 6th, 2020
admin “Siyasət” anlayışı – dövlətin, istər içəridən, istərsə də dışarıdan qorunması ilə, eləcə də dövlətin toplumu yönətimi ilə bağlı yozulan, qiymətləndirilən bir anlayışdır. Ancaq olduqca mürəkkəb, qarışıq-dolaşıq çalarlarla özünü göstərir. Bu anlayışın təsiri ilə formalaşan münasibətlər, sərgilənən düşüncələr, verilən vədlər yüzdə doxsan beş yalana dayanır, saxta olur. Bunu hamı bilir, ancaq hamı bununla barışır. “Elə-belə də olmalıdır, başqa cür mümkün deyil” kimi bir inam formalaşıb bu anlayışa yönəlik. Dinlərin uydurduğu “dünya fanidir, gec-tez qiyamət qopacaq, dünya dağılacaq” kimi anlamsız bir ehkamdır siyasətin uydurduğu ehkam. Siyasi güclər şüurda allahlaşdırılır, bütün dünyanın siyasi taleyini bu güclər bəlirləyir, bəlirləyə bilər. Başqa alternativ düşüncələr ortaya gəlmir, sözdə nələrsə deyilsə də, heç bir etkisi olmur. Ardını oxu »
Şəfa Göytəkin
May 4th, 2020
admin Bu yaxınlarda SOYLU ATALInın dinlədiyim bir şeirini HƏQİQƏTləri öyrənməyə başlamadığım vaxtlarda dinləsəydim, yəqin bu sətirlərin mənə nələri dediyini anlamazdım.
Ucurum üstündən yol salma mənə,
Bu səfər genimdə yaddaşım deyil.
Soyumdan, qanımdan sayılsalar da,
Özünü dananlar qardaşım deyil. Ardını oxu »
Milli Hökumətin devrilməsi (Asif Atayla görüş)
Aprel 27th, 2020
admin Asif Ata:
(Üzünü zala tutub) Ürəyinizdə Günəş Olsun!
Onda ən soyuq havada belə üşüməzsiniz.
Azərbaycanlılar dünyanın arxasına düşəndə uçuruma düşdülər. Azərbaycan dünyanın əks-sədası olanda səsi batdı.
Azərbaycan dünya adlanan dairəyə düşəndə çıxa bilmədi. Azərbaycanlılar özümlü olmayanda özgələşdilər. XX əsrdə dünya Rusiya idi və dünya Avropa idi. Avropadan səs gəlirdi, Şərqdə əks-səda verirdi. Şərqin fəlakəti onda idi ki, öz dünyasından ayrılmışdı. Orda həll olunurdu bütün dünya məsələləri. İnqilablar orda həll olunurdu – Avropada. Rusiya da Avropanın rəmzi sayılırdı, Rusiyadakılar da. Ona görə Rusiya yaşayırdı. Heç kəs yaşamırdı və yaşayan da Rusiya kimi yaşayırdı – onun kölgəsi kimi. Ardını oxu »
Soylu Atalı. Həyatın Anlamı görünəndən artıqdır
Aprel 25th, 2020
admin Bu günlərdə Lev Tolstoyun “Bugünümüzdəki köləlik” kitabını oxuyub qurtardım. Çox bəhrələndim, çox düşündüm. Öncələr də yazdığım kimi, Tolstoy İnsanlığa sevgini anladan məktəbdir. Ancaq bu məktəb yetərincə öyrənilib dərk olunmayıb. Bizə görə Tolstoyu bədii yaradıcılıq açısından dərk eləmək alınmaz. Çünkü onun həyata baxışı daha çox ruhaniyyatçılıq yönündədir. Ruhaniyyatçılıqda da özünəxas yanaşma ölçüsü var. Bu özünəxaslıq nədən doğur?! – O, içində yaşadığı xristianlığın başında duranları rədd edir, kilsədə yaşadılan anlamsız gələnəkləri, duaları insanlığa tərs sayır. İnamın oyuna çevrilməsinin yolverilməz olduğunu qabardır… Ardını oxu »
Başsağlığı
Aprel 21st, 2020
admin Asif Atanın Mütləqə İnam Ocağı dəyərli soydaşımız, sayğıdəyər aydınımız Asif Ozana anasının ölümü ilə bağlı başsağlığı verir.
Balalarında yaşasın, kədərinizdə əyilməyin. Vətəni, Milləti Var olsun. Ardını oxu »
YADİGAR TÜRKEL. TÜRKLERİN İRANI, YA DA BUGÜNKÜ YANLIŞLARIMIZDAN
Aprel 20th, 2020
admin 1
Azerbaycan Türklerinin deyerli aydınlarından biri, Bakı Dövlet Universitetinin Türk Xalgları Edebiyatı Kafedrasının başçısı Prof. Dr. Ramiz Asker Dr. Receb Albayrağın iki cildlik “Türklerin İranı. Yaxın gelecek” (Bakı, 2016-cı il, 1-ci c. 628 s., 2-ci c. 628 s.) adlı bitiyini “Ezizim Yadigara sevgilerle. 23. 06. 2019, Bakı” el yazısı ile mene bağışlamışdır. Bu, tarix, kültür, politika, ideologiya örneyi sözde “Azerbaycan Milli Elmler Akademiyası Folklor İnstitutu Elmi Şurasının gerarı ile neşr edilib”, “Türkceden tercüme eden Prof. Dr. Ramiz Asker”, “Elmi redaktor, AMEA-nın müxbir üzvü, Prof. Dr. Muxtar İmanov”, “Redaktor: Dr. Cavanşir Feyziyev”-dir. Ardını oxu »
Şəfa Göytəkin. Harada idim, hara gəldim?
Aprel 15th, 2020
admin Bu gün bu sualı özümə verdiyimdə sanki iki dünya canlanır xəyalımda. Harada idim? Qarısıq, suallarla dolu, aydınlaşdıra bilmədiyim bir qaranlığın içində Özümü tanımadan,Yolumu və nə üçün yaşadığımı bilmədən yaşadığım bir dünya. Hansı ki o dünyada rolumun nədən ibarət olduğu belə mənə aydın deyildi.
Hara gəldim? Özümü öyrənməyə başladığım, Yolumu bildiyim,bu dünyadakı rolumun nədən ibarət olduğunu dərk etdiyim bir dünya.
Bu yolda necə irəlilədiyimi qısaca anlatmağa çalışacam. Ardını oxu »
YADİGAR TÜRKEL. CORONAVİRUSUN POLİTİKANLARLA DİN ALVERÇİLERİNE YANITI
Aprel 8th, 2020
admin 1
Coronavirus olayı başlayandan onu ABŞ-ın, Masonların yaradıb yaydığını, sonra “it-pişik yeyen çinlilerden” yayıldığını deyirdiler. Öten günlerde başda Azerbaycan Respublikası olmagla, ayrı-ayrı respublikaların ağalıglarının pandemiya deyilen küresel salgına yanaşmasını, bilimçilerin, jurnalistlerin teleçıxışlarını, sosial basını analiz edende biliksizliyin, bacarıgsızlığın, politikanlığın öne çıxdığı göründü (Almaniya, daha çox da Yaponiya respublikalarının bu koronavirus politikası ile bağlı bilgim azdır). Ardını oxu »




