XX əsrin Siyasi Dünyasında Qərb–Rusiya hökmdarlığı qərar tutdu.
Həmin birlik kapitalizm təməli üzərində baş qaldırdı, sonradan sosializm ideyalarının təsirinə məruz qaldı.
Kapitalizm xüsusi sahibkarlığa, sosializm ictimai sahibkarlığa əsaslandı; hər ikisi beynəlmiləlçi, kosmopolit mahiyyət daşıyırdı və zəhmətkeşə qarşıydı.
Rusiya ictimai-siyasi baxımdan Qərbdən geri qalırdı, ancaq imperiya daxilində Qərbi təmsil eləyirdi. Ardını oxu »
Asif Ata. Özüylədöyüş və Özüyləbarışma
Həyatda insan özüylə döyüşür, ancaq bu döyüşdə tam qələbə qazanmır, son nəticədə özüylə barışır. Özüyləbarışmada o, gerçəkliyin məntiqinə əsaslanır. “Yırtıcı olmasam, yaşaya bilmərəm, məni parçalayarlar” – deyir. “Xudbin olmasam, yaşaya bilmərəm, başqasının əsarətinə düşərəm” – deyir. “Şəhvəti sevməsəm, yaşamaram, çünki həyat – cismani nəşələnməkdir” – deyir. “Şöhrəti sevməsəm, yaşamaram, çünki həyat özünütəsdiqdir” – deyir. “Yalana […]
Başsağlığı
Asif Atanın Mütləqə İnam Ocağı Ocaqdostu, Güney Azərbaycan aydını Ağşın Ağkəmərlinin ölümü ilə bağlı ailəsinə, millətimizə başsağlığı verir. Evindən işıq əskilməsin. Balalarında yaşasın. Yurdu, Ulusu var olsun.
Asif Ata. Dostluq – Düşmənlik
Həyatda ən yüksək dostluq belə, mütləq səviyyəyə qalxmır. Bu səbəbdən də həyatdakı ən böyük dostluqda belə düşmənlik yaşayır. Əgər insan xudbinlik eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən azad deyil. Əgər insan həsəd eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən azad deyil. Əgər insan mənfəətpərəstlik eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən […]
Ağşın Ağkəmərli. Yolçu yolda gərək
1965-ci ildə 5 yaşında kənddə məktəbə getmişəm. Bütün dərslər fasca olduğuna görə heç nə başa düşmürdüm. Təkcə mən yox, heç kim heç nə başa düşmürdü. Ancaq məni başqalarından fərqləndirən bir şey vardı, – şeiri bir dəfə eşitməklə öyrənirdim, daha doğrusu, sözlərini əzbərləyirdim. Atam hər ilin qış aylarında kəndə gəlirdi. 1-2 ay qalandan sonra evə gərək […]
Soylu Atalı. Türkün qədim ABEsi (Tamğası)
90-cı illərdə Asif Atadan eşitdiyimiz başlıca qonulardan biri millətimizin öz abesinin, (əlifbasının) olması ilə bağlı idi. Ancaq abenin yaranması hər addımda baş tuta bilən asan bir məsələ deyil. Bu üzdən axtarışlar bizi Orxon-Yenisey yazılarının üzərinə aparıb çıxardı. Bəllidir ki, ərəblərin türkləri mənəvi-ruhani işğal eləməsinə qədər türklər arasında bu abe qullanılmışdır. İşğaldan sonra qədim türk abesi […]
ASİF ATA. 28 MAY
May 27th, 2020
admin
Soylu Atalı. İşğala qarşı hiddətimiz böyük gücə çevrilməlidir
May 25th, 2020
admin 21 may – çox qəribə olaylar yaşandı. Ermənistan özünün ikinci dövləti saydığı Qarabağda yeni prezidentinin andiçmə mərasimini keçirdi, özü də Şuşa şəhərində. Güneyli, Quzeyli bir çox Azərbaycan insanları, hətta Türkiyədən ayrı-ayrı insanlar ağır, gərgin hallar yaşadılar. Azərbaycanın dövlət başçısına, Qoruma Baxanına yalvaranların halını da sosail şəbəkələrdən izləyə bildik. Hamı “vur, qoyma belə bir biabırçılığı yaşayaq” deyirdi. Milli tariximizə ləkə salanları vur, yerində oturt, qoyma gələcək soylar milli tariximizdə bizim üz qaralığımızı oxusunlar deyə yanıb-yaxılanların halını ifadə eləmək çox çətindi. Ancaq dövləti sömürüb məhv edənlərə bu halları necə anlatmaq, qandırmaq olar ki?! Ermənilər, Azərbaycan torpaqlarından özlərinə qurduqları ikinci dövlətə, rəhbər seçəndə Azərbaycanın dövlət başçısı talançı məmurların yaxın qohumlarını icra başçısı təyin edir, baxışları yalançı, qurama islahatlara yönəldir. Ardını oxu »
Yadigar Türkel. 28 MAY – AZƏRBAYCAN RESPUBLİKASININ ULUSAL BAYRAMI QUTLU OLSUN!
May 24th, 2020
admin Sayğılı oxucu, son günlerde Azerbaycan Respublikasının prezidenti, Naxçıvanlılar demiş, deputat gayrılanlar, oxumamış, oxudulmamış jurnalistcikcikler, Samir Orucov adlı çocug-mocuglar “müxalifet” adı altında Ele-Ulusa aşağılamalar yağdırırlar.
Bu politikanlıg Azerbaycan Respublikasının gurulması yolunda gurban getmiş oğullara, onların ata-anasına, aydınlara, 10 milyon yurddaşa garşı yürüdülen, kesinlikle ortadan galdırılmalı yanlış politikadır!!!
Azerbaycan Respublikasını Anayasada yazıldığı kimi: “Azerbaycan Xalgı” gurubdur! Azerbaycan Xalgından, Türk Ulusundan başga kimse bu ada, bu hüguga iddia edemez, onu menimseyemez!!! Ardını oxu »
Soylu Atalı. Bizi arxiv xalqı kimi düşünənlərə dur deyək
May 23rd, 2020
admin Dərdi yazmaqla sağalmaz. Ancaq böyük dərd sözə də sığmır. Yazmaqla bitməz. Böyük dərd Vətənin dərdidir – Vətən dərdidir. Nə qədər ki, Vətənin sorunlarını aradan qaldırmaq uğrunda əsaslı mübarizə getmir, bu dərdi yazıya almaq, tanımayanlara da tanıtmaq istəyirsən. Dərdi tanıtmaq isə qeyrətin oyanışı üçün olmalıdır, arxayınlaşmaq üçün yox. Bizim dərdimiz bir deyil, çoxdur. Hansını daim gündəliyə gətirmək, hansını necə aradan qaldırmağın yollarını düşünmək olduqca çətinləşibdir. Çünkü bütün sorunlara hazırlıqsız yaxalanmışıq, çünkü heç birini çağında yoluna qoya bilməmişik. Zaman-zaman bir sorun beş olub, beşi on olub, üst-üstə qalanıb fəlakətlərə çevrilib. Millətimiz bu fəlakətlərin ağırlığı altında ümidini itirə-itirə yaşayıb. İndi də gələcəyinə bütöv bir ümidi yoxdur. Bu fəlakətlərin qarşısı alınmadıqca çoxdüşüncəlilik yaranıb. Ardını oxu »
Türk türklə birləşsəydi…
May 23rd, 2020
admin Hamımızın Ata adlandırdığımız bir Ata var. Şair, yazıçı, tənqidçi, filosof, Mütləq İnamlı Mütləq Ata! Zərdüşt nurundan, Babək qüdrətindən, Dədə Qorqud müdrikliyindən, Nəsimi Ənəlhəqliyindən, Füzuli eşqindən, Muğam ehtizazından, Saz ecazından doğulub-yoğrulub bütləşib-mütləqləşib!
Zəka, nur təfəkkürlü Atanı Midiya süqutu, Babək qətli, Çaldıran fəlakəti, Türkmənçay dağı, 28 aprel, 20 yanvar faciələri, insanlaşmama uçurumudur göynədən, Qəlbinin nuruna, idrakının qüdrətinə, istəyinin işığına hələlik 40–50 nəfər tapınıb-övladlaşıbdır. Asif Ata Ocağını sevənlər isə bugün-sabah hamımız olacağıq. Mütləqə İnamdan çatdığı bu Ocağın alovu şübhə yox ki, daim artacaq. Bu Ocaq Ruhani İntibah şöləsi saçır Azərbaycanın hər tərəfinə. Bu Ocağın alov dilləri Mütləqə İnam, Yalansız Cəmiyyət, Müstəqil Vətən, Özümlü Şərq, İnsanlaşıb – İnsanlaşdırmaq nuru, əqidə, mənəviyyatçı ziyası nəqşləyir beyinlərə. Onun qaladığı Ocaq Ruhani türkçülük toxumu cücərdir ürəklərdə. Ardını oxu »
Soylu Atalı. Özünəyadlaşmanın tarixi faciələri
May 19th, 2020
admin On illərdir, Azərbaycanın qədim məbədlərini, konkret kilsələrini istər ermənilər, istər gürcülər mənimsəməkdədir. Vətənsevər azərbaycanlılar da tarix uçqunlarının altından faktlar axtarıb bu məbədlərin bizim olduğunu sübut eləməyə çalışırlar. Ermənilər soydaşlarımızı tarixi dədə-baba torpaqlarından qovdular, özü də minbir içgəncələrlə. İndi də dünyaya bağırırlar ki, o yerlər əzəli erməni torpaqlarıdır. Yüz illərlə, bəzən də min il yaşı olan məbədlərimizi də öz adlarına çıxırlar. Gürcülər də eyni addımları atırlar. Qədim Alban kilsələrinin böyür-başına öz dillərində yazı yazıb ibadət evlərinə çevirirlər. Səsimizi də çıxaranda deyirlər, siz müsəlmansınız, kilsələrlə nə işiniz var, gedin məscidlərinizdə namazınızı qılın. Azərbaycanlıların isə dilləri girir boğazlarına. Ardını oxu »
Soylu Atalı. Borçalının haqqını tanımaq gərəkdir
May 16th, 2020
admin İllər öncə bir yazı yazmışdım: “Borçalı Vətəndir, Vətənlə oynamaq olmaz”. Yazı 9 il öncə yazılsa da, bu gün də olduqca aktualdır. Çünkü heç bir problem həllini tapmır. Əslində bu problemlərin köklü həllinə heç çalışılmır da. Ona görə də köhnə problemlər yeni faciələr doğurur, hətta gələcək üçün çıxılmazlıqlar yaradır. Hər yerdə, hər zaman, istər toplantılarda, istərsə yazılarımda vurğu elədiyim bir məsələ var: mən siyasətçi deyiləm, bu millətin sadə bir düşüncə adamıyam, dövlət siyasətini də təmsil eləmirəm. Bu səbəbdən də açıq danışıram, doğruları söyləməyi gələcək soylara saxlamağı da yanlış sayıram. Fəlakətlə üz-üzə dayanıb onunla oyun oynamağı düşüncəsizlik kimi qiymətləndirirəm. Ardını oxu »
Ocaq kitabları çap olundu
May 15th, 2020
admin Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız!
Bu gün Asif Atanın “Görmək İnsaniliyi”, Soylu Atalının “Söz İşığı” kitabları çapdan çıxdılar. Kitablar “Elm və Təhsil” nəşriyyatında yığılmışdır. Hər ikisinin elektron variantı asifataocagi.com saytında yerləşdirilmişdir. Soylu Atalının kitabı “Soylu.A” bölümündə, Asif Atanın kitabı isə “kitablar” bölümündədir.
Burada Soylu Atalının Asif Atanın kitabına yazdığı “Ön Sözü” sunuruq. Ardını oxu »
Soylu Atalı. Millətçilik – Dirçəlişimiz, Dirənişimiz
May 11th, 2020
admin Əsil Millətçilik odur ki, başqa millətlərin əksikliyini istəmiyəsən. Doğruçu millətçilik humanizm anlayışının mənası ilə təndir. Başqa millətlərə qarşı yağı düşüncələr sərgiləmək, insanlığa uyğun olmayan çağırışlar eləmək, bunu da güya öz millətinin xeyiri üçün eləyirmiş kimi görüntü yaratmaq – şovinizmdir, faşizmdir, Millətçilik deyil. Yazımıza nədən belə bir qısa giriş verməklə başlayıram?! – Mən Millətçiyəm, Vətənimi, onun dəyərlərini düşünən, yayılmasına, yaşadılmasına çalışan biriyəm. Ancaq belə bir düşüncəm var ki, Rusiya içindən dağılmasa, onun güdümündə olan Türk toplumları bağımsızlıq əldə eləməsə, Azərbaycana uğurlu bir gələcək qurmaq soruna çevriləcək. Bu yanaşma şovinizmdirmi?! – Deyil! Nədən belə düşünürəm?! – Rusiya hər zaman zor yetirir, zorakılığı yaşadır. Ardını oxu »




