Ordumuz çox çətin, ancaq uğurlu savaş sonuсunda Şuşanı alandan sonra ermənilərin Xankəndində duruş gətirməyəcəyi bəlli idi. Gerçəyə qalsa, ermənilər hələ Şuşa alınandan qabaq Azərbaycan Ordusunun uğurlu, dönməz savaşından qorxuya düşərək Xankəndindən qaçıb “Ermənistan”a daşınmağa başlamışdılar. Şuşa alınandan sonra üç günə, uzağı bir həftəyə Xankəndində erməni qalmayacaq, bununla da Ölkəmizdə dönəm-dönəm irili–xırdalı qırğınlara gətirib çıxaran erməni separatizminə, erməni terrorizminə biryolluq son qoyulacaq, yalnız Qarabağda deyil, bütün Azərbaycanda uzun sürəli dinclik dönəmi başlayacaqdı. Ardını oxu »
Asif Ata. Özüylədöyüş və Özüyləbarışma
Həyatda insan özüylə döyüşür, ancaq bu döyüşdə tam qələbə qazanmır, son nəticədə özüylə barışır. Özüyləbarışmada o, gerçəkliyin məntiqinə əsaslanır. “Yırtıcı olmasam, yaşaya bilmərəm, məni parçalayarlar” – deyir. “Xudbin olmasam, yaşaya bilmərəm, başqasının əsarətinə düşərəm” – deyir. “Şəhvəti sevməsəm, yaşamaram, çünki həyat – cismani nəşələnməkdir” – deyir. “Şöhrəti sevməsəm, yaşamaram, çünki həyat özünütəsdiqdir” – deyir. “Yalana […]
Başsağlığı
Asif Atanın Mütləqə İnam Ocağı Ocaqdostu, Güney Azərbaycan aydını Ağşın Ağkəmərlinin ölümü ilə bağlı ailəsinə, millətimizə başsağlığı verir. Evindən işıq əskilməsin. Balalarında yaşasın. Yurdu, Ulusu var olsun.
Asif Ata. Dostluq – Düşmənlik
Həyatda ən yüksək dostluq belə, mütləq səviyyəyə qalxmır. Bu səbəbdən də həyatdakı ən böyük dostluqda belə düşmənlik yaşayır. Əgər insan xudbinlik eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən azad deyil. Əgər insan həsəd eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən azad deyil. Əgər insan mənfəətpərəstlik eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən […]
Ağşın Ağkəmərli. Yolçu yolda gərək
1965-ci ildə 5 yaşında kənddə məktəbə getmişəm. Bütün dərslər fasca olduğuna görə heç nə başa düşmürdüm. Təkcə mən yox, heç kim heç nə başa düşmürdü. Ancaq məni başqalarından fərqləndirən bir şey vardı, – şeiri bir dəfə eşitməklə öyrənirdim, daha doğrusu, sözlərini əzbərləyirdim. Atam hər ilin qış aylarında kəndə gəlirdi. 1-2 ay qalandan sonra evə gərək […]
Soylu Atalı. Türkün qədim ABEsi (Tamğası)
90-cı illərdə Asif Atadan eşitdiyimiz başlıca qonulardan biri millətimizin öz abesinin, (əlifbasının) olması ilə bağlı idi. Ancaq abenin yaranması hər addımda baş tuta bilən asan bir məsələ deyil. Bu üzdən axtarışlar bizi Orxon-Yenisey yazılarının üzərinə aparıb çıxardı. Bəllidir ki, ərəblərin türkləri mənəvi-ruhani işğal eləməsinə qədər türklər arasında bu abe qullanılmışdır. İşğaldan sonra qədim türk abesi […]
Xaliq Bahadır Ermənilərin Qafqaza – Azərbaycana yerləşdirilməsinin analitik xronologiyası
Mart 4th, 2023
admin
Soylu Atalı Milli Faciəmizin Xocalısı
Fevral 26th, 2023
admin Güclü siyasət, zəif siyasət deyilişini qəbul etmirik. Güclü dövlət, zəif dövlət məntiqini doğru sayırıq. Güclü siyasət olmur, gücə dayanan siyasət olur. Bəs dövlətin gücü nəyə bağlıdır?! Hesab edirik, sağlam prinsiplər üzərində milli ideologiyanın işlənib hazırlanması, dövlət yönətimində hakim etkiyə çevrilməsi gərəkdir. Bunu isə ədalətli şəxsiyyət, milli ruha bağlı olan siyasi xadim gerçəkləşdirə bilər. Dövlət güclü olanda əməli addımlar atır, zəif olanda isə baş qatır. Dövlətin zəif, ya güclü olmasını ilk növbədə onun öz içində yaratdığı nizamda görmək olar. Bu nizamın adına “daxili siyasət” deyirlər. Dövlət içrə yaranan nizam ədalətli qanunlarla həyata keçiriləndə dövlətin dünyada yeri, etkisi də bəlli olur, yəni dövlətin yürütdüyü dış siyasət öz xalqının müstəqil mədəni, mənəvi varlığını təmsil edir.
Bəs bu deyilənlərin fonunda biz öz dövlətimizi necə görürük?! Sovetlər dağılandan sonra dövlətimiz struktur baxımından bəlli yönlərdə gəlişmə aşamaları keçib. Ancaq biz gəlişmənin icazə verilən yönlərində irəliləmişik. Bu da doğaldır. Güclü dövlətlər güclü rəqiblər arzulamırlar. Dünyanı yönətən güclər bizi özləri ilə rəqabət apara biləcək aşamaya buraxmazlar. Ancaq gəlişmə elə bir tendensiyadır, onu keçmək üçün heç kimdən icazə almağa gərək yoxdur. Dövlət öz prinsiplərini həyata keçirməli, işini görməlidir. Ancaq nə yazıqlar, bizdə doğal, doğru gəlişmə yolu keçilmir, dövlət “qəlibdə inkişafla” yetərlənir. Dışarıdan texnologiyaları ölkəyə gətirib işə keçirmək, heç də,gəlişmə demək deyil. Ən yeni texnologiyaların sürəkli tətbiqi belə, öz xalqını sürü halına gətirən dövlətə uğur qazandırmaz… Ardını oxu »
Xaliq Bahadır Təkərləmə Qanunu
Fevral 26th, 2023
admin -Al bu pulu, elə bu gün apar ver, onsuz da bir aydan çox gecikdirmişik, sən də cibində gəzdirib gecikdirmə, – deyə, yoldaşım əlindəki iki yüzlüyü mənə uzatdı, üstəlik, uyarıda bulundu: – Bax ha, avtovuslarda çoxlu oğurluq olur, gözlə, oğurlamasınlar.
Pulu alıb yarımqol ağ köynəyimin cibinə qoydum, sonra cibimi düymələdim. Bundan sonra özümə güvənlə incik-incik dodaqaltı mızıldandım:
-Uşaq-zadam… – yoldaşımınacıqlı baxışlarından yayınmaq üçün tez də səsimi kəsdim, üzümü pəncərəyə çevirib qonunu dəyişməyə çalışdım: – Tezdənnən istiyə bax, Gün necə şaxıyır!
-Hə, görünür, bu gün çox isti olacaq, tez apar pulu ver,- deyə yoldaşım məni tələsdirdi. “Tələsdirir – tələsdirsin, təki o çoxdankı söhbətə qayıtmasın”, – düşündüm. Ardını oxu »
Soylu Atalı Xocalının Pərdələnən illəri
Fevral 26th, 2023
admin Bu gün biz, Xocalı soyqırımının sonrakı ildönümü qarşısındayıq. Gələnəksəl olaraq, yeni seminarlar keçirməyi, köhnə şəkilləri yenidən nümayiş etdirməyi, Xocalı abidəsinin böyür-başını gül-çiçəklə bəzəməyi planlaşdırırıq. Ancaq gələcək soylara deməyə, ümid verəcək, sözümüz yoxdur. Qarabağ uğrunda savaşdıq, minlərlə şəhid verdik. Bununla belə, Xocalı yenə erməninin əlindədir, erməniliyi qoruyan Rusiya yenə Xocalıdadır. Oradan bizi yeni “Xocalı” olaylarının olacağı ilə hədələməkdədir. Ardını oxu »
Xaliq Bahadır Şah süvariləri- şər atlıları
Fevral 21st, 2023
admin İstənilən ulus, istənilən ölkə üçün ortaq dəyərlər olur. O dəyərləri qorumaq ellik üçün ortaq borc olur. Ortaq dəyər deyilən ayrıca olaraq hakimiyətin, ayrıca olaraq müxalifətin, eləcə də toplumun hansısa kəsiminin deyil, bir ulusun, bir ölkənin, bir dövlətin gücünə güc qatan, onun tutacağı yolu bəlirləyən birləşdirici, bütövləşdirici aydın, aparıcı düşüncə sistemi olur. Ardını oxu »
Asif Ata Təbiətdə Mütləq
Fevral 21st, 2023
admin Dağların vüqarı – Mütləqin ifadəsidir.
Çünki burada dağın adi xassəsi yox, gözəl mənası aşkara çıxır.
Qürub çağının qüssəsi – Mütləqin ifadəsidir.
Çünki burada təbiət məqamının sadə cəhəti yox, ali xüsusiyyəti aşkara çıxır. Ardını oxu »
Xaliq Bahadır Qalxın, himn çalınır!
Fevral 18th, 2023
admin Açuna çoxdan bəlli olan “ayir-buyur” imperiya prinsipi yalnız imperiya dövlətləri üçün deyil, eləcə də antixalq rejimləri üçün keçərlidir.Xalqa bağlı hakimiyətlər yer üzünün harasında olur olsun xalqın birliyinə çalışır- özünün bugününü, gələcəyini xalqın birliyində gördüyü üçün.Xalqı sevməyən, nəyə görəsə xalqa yad hakimiyətlər yalnız hansısa ölkə ilə savaş durumunda xalqın birliyini istəyir, o da yalnız özünü qorumaq üçün. Savaş bitəndən sonra o, yenidən xalqın birliyinə qarşı olur.Bu görsəniş gərəkirkən passiv, gərəkirkəın aktiv fazaya keçirilir. Ardını oxu »
Soylu Atalı Azərbaycan sınaqlar burulğanında
Fevral 18th, 2023
admin Bu gün Azərbaycanın siyasi çevrəsində aparılan oyunlar qorxunc bir gələcəkdən soraq verir. Bu həyəcanları biz illər öncədən izləyirik. Yəni 30 ildir Azərbaycana, onun özündən qıraqda, siyasi tale hazırlayırlar. Bu prosesi birbaşa quranlar var, bir də onlara yardım edənlər. Ardını oxu »
Xaliq Bahadır. Gücümüz ortaq çıxarlarımıza bağlıdır
Fevral 14th, 2023
admin (Tofiq Yaqublu faktoru)
Bütün Azərbaycana yaxşı tanış olan, çoxdan Azərbaycandan çox-çox uzaqlarda da tanınan Tofiq Yaqublu ölüm aksiyası keçirir. T.Yaqublu antidemokratik rejimə sürəkli dirənişi ilə tanınan, rejimlə barışmaz çarpışma aparan birisidir.
T.Yaqublu Qarabağda döyüş yolu keçib. Qarabağda döyüş yolu keçənlərin bir çoxu rejimin yalnız antidemokratik deyil, eləcə də antimilli xarakterli yönətimi qarşısında sınıb geri çəkilirkən, bir çoxu rejim acımasızlığına dözməyib özünü öldürürkən Tofiq Yaqublu rejimlə qladiatorcasına savaşa qalxan bir savaşçı yerindədir. Biz istəsək də, istəməsək də Tofiq Yaqublu bir örnəkdir – yamanlıqlar, əyriliklərlə barışmazlıq örnəyi! A.Kamyu deyir: “Haqsızlıqla ya çarpışırlar, ya da əməkdaşlıq edirlər”. T.Yaqublunun birincilərdən olduğunu görmək üçün düz-düzünə baxmaq yetərlidir. Ardını oxu »
Xaliq Bahadır. Bizim bir Azərbaycanımız var
Fevral 12th, 2023
admin Tehrandakı Azərbaycan elçiliyinə bəlli basqından sonra Azərbaycanda İrana yönəlik savaşçı söyləmələr durmadan artmaqdadır. Qısası belədir: “İrana həddini bildirməyin çağı çatıb”.
Bu gün Azərbaycanda İrana yönəlik kəskin ritorika sərgilənməkdədir. Özgürlükdən, özgür yanaşmalardan bütünlüklə uzaq televiziyalar yurddaşlarımızın İrana olan acığını daha da körükləyir.
Bəllidir “İran islam respublikası” adlanan dövlət uzun illərdən bəri, demək olar, ara vermədən, antiAzərbaycan politikaları yürüdür. İllərlə dönə-dönə genişliyi ilə yazmışıq, indi qısaca demək yetər: Azərbaycana yalnız yamanlıq etməyə yüklənmiş İran fars rejimi başlanğıcdan sonadək erməni terror dövlətinə, qaniçən erməniliyə arxa durub, yardımçı olub- Xocalı soyqırımını, ermənlərin Qarabağda törətdikləri çoxsaylı qırğınları, böyük dağıntıları gözardı etməklə! Azərbaycanın Qarabağdakı yarımçıq uğurunun belə qondarma “islam dövlətini” necə özündən çıxardığı, onun Azərbaycana yönəlik politikalarının daha da aqrerssiv xarakter aldığı bəsbəllidir. Yaxın günlərdə geniş sərgilənən Tehran-İrəvan qardaşlığı da, Paşinyanın arvadının İranda saraydan məscidə, məsciddən saraya yüksək qarşılanmaları da istər-istəməz yurddaşlarımıza öz etkisini göstərməkdədir. Bütün bunlara baxmayaraq, planetin indiki qarışan durumunda biz toxtaq olmalıyıq! Ardını oxu »




