Xalqımızın ulusal gələnəklərindən, daha doğrusu, bayram gələnəklərindən ən ucası Yaz Bayramıdır – Xızır ruhunun Doğa ilə bütövləşdiyi bir bayram. Bu bayram – bizi ölənlərimizin ruhu ilə doğmalaşdıran, onların varlığını sevincimizə, sevgimizə qaytaran qutsal bir gələnəkdir. Doğrudur, son çağlar bu bayramın özünün ruhu da öləziyib. Dadlı biş-düşlərdən çox da dərinə getməyən bir durumda gerçəkləşir. Ancaq bizim yaddaşımızda bu bayram daha anlamlı, sevincli, xatirəli qalıbdır. Bir çağlar Yaz Bayramı gələndə bütün el-oba tonqallar işığına bürünərdi. Hər evdə diləklər tonqallara çevrilərdi. Yaxın keçmişdə ölənlərin hər birinin adına ayrıca tonqal çatılardı. İşıqlanırdı ruhu, xatirəsi ölənlərimizin. İndi çox həyətlərdə tonqal qalanmır. Qalayanlar isə bircə tonqalı yetərli sayır. Ölənlərin adını tutmaları, ruhunu anmaları varmı, yoxmu, bəlli deyil. Biz də bircə tonqal çatırıq. Ancaq ölənlərimizin adını tutur, xatirələrini yad edirik… Ardını oxu »
Asif Ata. Özüylədöyüş və Özüyləbarışma
Həyatda insan özüylə döyüşür, ancaq bu döyüşdə tam qələbə qazanmır, son nəticədə özüylə barışır. Özüyləbarışmada o, gerçəkliyin məntiqinə əsaslanır. “Yırtıcı olmasam, yaşaya bilmərəm, məni parçalayarlar” – deyir. “Xudbin olmasam, yaşaya bilmərəm, başqasının əsarətinə düşərəm” – deyir. “Şəhvəti sevməsəm, yaşamaram, çünki həyat – cismani nəşələnməkdir” – deyir. “Şöhrəti sevməsəm, yaşamaram, çünki həyat özünütəsdiqdir” – deyir. “Yalana […]
Başsağlığı
Asif Atanın Mütləqə İnam Ocağı Ocaqdostu, Güney Azərbaycan aydını Ağşın Ağkəmərlinin ölümü ilə bağlı ailəsinə, millətimizə başsağlığı verir. Evindən işıq əskilməsin. Balalarında yaşasın. Yurdu, Ulusu var olsun.
Asif Ata. Dostluq – Düşmənlik
Həyatda ən yüksək dostluq belə, mütləq səviyyəyə qalxmır. Bu səbəbdən də həyatdakı ən böyük dostluqda belə düşmənlik yaşayır. Əgər insan xudbinlik eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən azad deyil. Əgər insan həsəd eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən azad deyil. Əgər insan mənfəətpərəstlik eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən […]
Ağşın Ağkəmərli. Yolçu yolda gərək
1965-ci ildə 5 yaşında kənddə məktəbə getmişəm. Bütün dərslər fasca olduğuna görə heç nə başa düşmürdüm. Təkcə mən yox, heç kim heç nə başa düşmürdü. Ancaq məni başqalarından fərqləndirən bir şey vardı, – şeiri bir dəfə eşitməklə öyrənirdim, daha doğrusu, sözlərini əzbərləyirdim. Atam hər ilin qış aylarında kəndə gəlirdi. 1-2 ay qalandan sonra evə gərək […]
Soylu Atalı. Türkün qədim ABEsi (Tamğası)
90-cı illərdə Asif Atadan eşitdiyimiz başlıca qonulardan biri millətimizin öz abesinin, (əlifbasının) olması ilə bağlı idi. Ancaq abenin yaranması hər addımda baş tuta bilən asan bir məsələ deyil. Bu üzdən axtarışlar bizi Orxon-Yenisey yazılarının üzərinə aparıb çıxardı. Bəllidir ki, ərəblərin türkləri mənəvi-ruhani işğal eləməsinə qədər türklər arasında bu abe qullanılmışdır. İşğaldan sonra qədim türk abesi […]
Xaliq Bahadır Başına gələn başmaqçı olmaya da bilir- bizim kimi
Mart 30th, 2023
admin BMT yanında beynəlxalq məhkəmə Laçın koridorunu Azərbaycanın yubanmadan açmalı, ermənilərin özgürcə gediş-gəlişini qarantiyalamalı olduğu ilə bağlı qərar çıxardı. Bu qərara uyğun olaraq fevralın 20-dən Azərbaycanla qondarma “Ermənistan” arasında sınırlarda, belə desək, Avropa jandarmeriyası dayanır. Dayanır, “yazıq erməniləri Azərbaycanın saldırıılarından qorumaq üçün”. Elə o məhkəmə Azərbaycanın ermənilərə qarşı olan suçlamasını yersiz sayıb. Bu iki faktı Erməni diplomatiyasının uğuru, Azərbaycan diplomatiyasının uğursuzluğu saymaq olar. Burada bir neçə faktorun rolu var. Onlardan biri Paşinyan-İlham Əliyev faktorudur. Ardını oxu »
Asif Ata. Novruzluğumuz
Mart 23rd, 2023
admin (Fəlsəfi-bədii məqam)
I
Zərdüştlüyümüz – Oda tapınmağımız, işıqlanmağımız, təzələnməyimiz, təmizlənməyimiz. Hürmüzdlüyümüz – Əhrimənlə döyüşümüz, qaranlığı yarmağımız – müqəddəs Fikrə, Sözə, Əmələ yüksəlməyimiz.
Daxildən yetişən əsilliyimiz, əzəli yanmağımız, vəcdli idrakımız, inamımız. Xəbislikdən, hərislikdən, həsəddən, qorxudan xilasımız. … Ayrıldıq Zərdüştlüyümüzdən, özümlüyümüzdən, qapıldıq, qatıldıq qəzavü-qədərə, cənnətə-cəhənnəmə – o dünyaya, hurilərə-pərilərə – Özgələşdik – Özümüzə qayıtmaq gərək! Ardını oxu »
Soylu Atalı “Od İşığı” ideyası
Mart 14th, 2023
admin Bəşər xalqlarının ən qədim inancları sırasında, bəlkə də, Tanrıçılıq dünyabaxışı birinci yerdə gəlir. Bu dünyabaxışa görə hər şey Doğada baş verir, hər şeyi Doğanın özü yaradır. Onu da deyək, bu baxış bilimdə ilk türk panteizmi olmuşdur. Anlamına görə Materializmlə heç də eynilik yaratmır. Tanrıçılıqda, Doğada ilahi uyum olduğu vurğulanır, başqa cür desək, Doğa özü ilahi sayılır. Materializmdə isə hər şeyin əsasında Materiya durur, ancaq burada heç bir ilahi uyum, qüdrət qəbul olunmur.
Dedik, Tanrıçılıqda Doğanın özünün ilahi uyum olduğu qəbul olunur. Burada Doğanın 4 ünsürü – torpaq, hava, su, od yaranışın qaynağı sayılır. Bu gün də xalqımız bu 4 ünsürü, dörd çərşənbə adı ilə bayram edir. Günün farsca adlanması yanlışdır, ancaq anlam dəyişmir. Bununla bağlı sonrakı bölümdə aydınlaşdırıcı söz deyiləcək. Ancaq burada başlıca məsələ ünsürlərin anlamı ilə bağlıdır. Ardını oxu »
“Babəki verən xalqın özünü balaca sayması günahdır”
Mart 14th, 2023
admin (14 mart Böyük Babəkin edam olunduğu gündür)
Yasin Türksoy: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün biz Babək Xürrəmdinin edam olunmasının ildönümü qarşısındayıq. Azərbaycanın milli dəyərlərinə qarşı münasibət bir mənalı olmadığı kimi, Babəkə qarşı da münasibət bir mənalı deyil. Kimlərsə Babəki İslam Dünyabaxışının daşıyıcısı, müsəlman hesab edir, kimlərsə Sovet ideologiyasının ortaya çıxardığı ateist hesab edir, bir kəsim isə Babəki Azadlıq qəhrəmanı hesab edir. Bəs kimdir Babək? Bu suala cavab tapmaq üçün, milli düşüncə sahibləri olan aydınlarımıza üz tuturuq: Mütləqə İnam Ocağının Yükümlüsü Soylu Atalı, ideoloji mübarizənin öncüllərindən Xaliq Bahadır, Azərbaycanımızın Güneyindən olan aydınımız Ağşın Ağkəmərli suallarımızı cavablandıracaqlar. Burada bizimlə gənc dostlarımız da iştirak edirlər.
– İlk sual Ağşın bəyədir. Ağşın bəy, Babək Xürrəmdinliyin başçısı olana qədər kim idi?
Əkbər QOŞALI. ÇOBANBAYATI (poema)
Mart 14th, 2023
admin Uzaqlardan bir ilahi tütək səsi gəlirdi,
Kədər vardı,
fərəh vardı,
dəvət vardı o səsdə…
Əlim qaşımın üstündə, qulağım dinşəmədə,
axşamüstü yol dəyişdim o ilahi səs səmtə.
“Az getdim-üz getdim, dərə-təpə düz getdim”,
Bir saatın tamamında ol məkana yetişdim.
Dağ döşündə bir çobandı üzü-gözü fərəhli,
Yeməkdən yorğun sürüsü gövşəyirdi sərində.
Salam verdim, salam aldım.
Dedim, qardaş,
nə çalır, nə oxurdun? –
buralara
o ilahi
səsdən tutub gəlmişəm. Ardını oxu »
Asif Ata Tarixə çatmaq. Babəkliyimiz (I və II hissə)
Mart 14th, 2023
admin I. TƏLƏB
Tarixi görmək üçün daxili göz gərək – RUHANİ.
II. BABƏKLİYİMİZ
XƏLİFƏT BOŞLUĞU
Keçilməz Boşluq yaşayır Xəlifə nəşəsevərliyində, zənginliyində, dəbdəbəsində.
Boşluğa doğrudur Xəlifə ömrünün yönü, bərli-bəzəkli məqamlarda neçə əsrlik Boşluq yaşayır; Boşluqla zəngindir ömrü Xəlifənin, Boşluq yaşadır ömründə Xəlifə – ömür Mənadan ayrılıb, mənasızlaşıb.
Xəlifə Möhtəşəmliyində, mənəm-mənəmliyində Boşluq var – çilçıraqlı. Ardını oxu »
Soylu Atalı Babək özgürlük simgəmizdir
Mart 14th, 2023
admin (Babək Günü ilə bağlı toplantıda çıxışdan)
Tarix boyu Azərbaycanın dəyərlərinə çoxsaylı hücumlar olub, bu gün də var. Bizi, bir millət olaraq, sıradançıxarma gedişləri var. Bunu dövlət siyasəti səviyyəsində həyata keçirirlər. Buna dirəniş göstərməyin ilk addımı, özümüzün ayaqda qalmağımız üçün, tutacağımız dəyərlərimizi tanımaqdan başlayır. Bizi millət eləyən nə varsa, onları öyrənməliyik, bilməliyik. Onları təkcə öyrənməli, bilməli deyilik, milli gələnəklərimizdə yaşadılmasına çalışmalıyıq.
Babək haqqında tarixi faktları burda vurğulamayacağam. Bilirsiniz, Babək haqqında çoxsaylı yanlışlar var. Bu yanlışlar təkcə onun tarixi faktlarına yanaşmada deyil, bütövlükdə Babəkin sunulması, öyrədilməsi, bir dəyər olaraq, bir mənəviyyat faktı olaraq pozuntuya uğradılır (təhrif olunur). Ən yaxşı halda isə Babəki ərəb işğalçılarına qarşı döyüşən bir qəhrəman sayırlar. Bilmək gərək, Babək ərəb işğalına qarşı elə-belə döyüşmürdü. Ərəb bizim üzərimizə elə-belə gəlməmişdi, ideologiya ilə gəlmişdi. Başının üstünə İslam bayrağını qaldırmışdı. Dilində “la ilahə illallah” bağırtısı vardı. Yurdumuzun içərisinə “la ilahə illallah” bağırtısı ilə girirdi. Babək “la ilahə illallah”a qarşı, – onun xalqının içinə gələn, gətirilən ideologiyaya qarşı döyüşürdü. Ardını oxu »
Xaliq Bahadır Yerində, addımla, marş!
Mart 13th, 2023
admin
- Yerində, addımla, marş!- orduda olduğumuz dönəmdə bizə verilən komandalardan biri beləyidi.
Biz ölkəmizdə belə bir komandayla yaşayanlar durumundayıq.Ölkədə böyük, gerçək gəlişmələr yalnız oğurluq alanındadır.Bilim, kültür baxımından yerində addımlamaqdan uzağa getmirik.Dil baxımından da eləcə.
Dil deyincə də göz önünə daha çox Nəsimi adına Dilçilik institutu gəlir. Düzü, sonralar ilgilənmədim onlar dovşanı necə adlandırdılar: dooşanmı, tavşanmı? Onlar bir neçə il öncə də ortaya olduqca ilginc bir ideya atmışdılar: qoşa hərflə yazılan ərəb sözlərini tək hərflə yazaq. Onlar hansı sözlər idi: təyyarə, müvəffəqiyyət, nailiyyət, səlahiyyət kimi sözlər.Onda yazmışdım, bir daha yazıram: mən bu kimi sözləri keçən yüzildə çıxdaş eləmişəm: yerli-dibli. Nə üçün? Dilimizdə onların çox yaxşı, çox da asan qarşılığı olduğu üçün. Ardını oxu »
Soylu Atalı Dil ulusal varlığın tamğasıdır
Mart 4th, 2023
admin Dilin özəlliyi, gözəlliyi təbliğatla dəyişə bilməz. Son günlər sosial şəbəkələrdə ayrı-ayrı yorumlara rast gəlinir. Dilin qutsallığına ayqırı yanaşmalar sərgilənilir. Bir də dilin statusu ilə bağlı baxışlar bildirilir. İkinci məsələ tanınmış şair Rüstəm Behrudinin dil haqqında yazdığı, təbliğ elədiyi bir şerindən sonra görsənməyə başlayıb. Ana dili anlayışındansa ata dili anlayışına üstünlük vermək uyğun sayılır. Şeirdə Türk şahlarının, sultanlarının yad millətlərin qızları ilə evlənməsi daha çox səbəb göstərilir. Ardını oxu »




