İnam Evi Günümüz qutlu olsun.
Din millətlər üçün olanda zorla yayılmır, yayılmamalıydı. Hər kəs dinə inanmalıdırmı, ya da zorla yayılan dini qəbul edib soydan soya keçdikcə onu özününkü kimi qəbul etməlidirmi? Soylu Atalı ilə görüşlərin birində “sən mənim ata-babamın dininə qarşı çıxırsan” deyə təpgi göstərilmişdi. Sanki islam dinindən başlayır onun soyu. Bəs İslamdan öncəki babaların?! Onların inancının gələnəyini kim qoruyacaq? Hər torpağın, iqlimin etkilədiyi, yaratdığı xarakter var, gen var. Milli xarakter, milli gen də özündə dəyişməz bir şeylər daşıyır. Əgər o xarakter, o inanc uyum sağlayırsa , o inanc milli düşüncədən, ruhdan, gendən gəlirsə onun zəmini möhkəm olduğu kimi sabahı da möhkəm olacaq. Ardını oxu »
Asif Ata. Özüylədöyüş və Özüyləbarışma
Həyatda insan özüylə döyüşür, ancaq bu döyüşdə tam qələbə qazanmır, son nəticədə özüylə barışır. Özüyləbarışmada o, gerçəkliyin məntiqinə əsaslanır. “Yırtıcı olmasam, yaşaya bilmərəm, məni parçalayarlar” – deyir. “Xudbin olmasam, yaşaya bilmərəm, başqasının əsarətinə düşərəm” – deyir. “Şəhvəti sevməsəm, yaşamaram, çünki həyat – cismani nəşələnməkdir” – deyir. “Şöhrəti sevməsəm, yaşamaram, çünki həyat özünütəsdiqdir” – deyir. “Yalana […]
Başsağlığı
Asif Atanın Mütləqə İnam Ocağı Ocaqdostu, Güney Azərbaycan aydını Ağşın Ağkəmərlinin ölümü ilə bağlı ailəsinə, millətimizə başsağlığı verir. Evindən işıq əskilməsin. Balalarında yaşasın. Yurdu, Ulusu var olsun.
Asif Ata. Dostluq – Düşmənlik
Həyatda ən yüksək dostluq belə, mütləq səviyyəyə qalxmır. Bu səbəbdən də həyatdakı ən böyük dostluqda belə düşmənlik yaşayır. Əgər insan xudbinlik eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən azad deyil. Əgər insan həsəd eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən azad deyil. Əgər insan mənfəətpərəstlik eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən […]
Ağşın Ağkəmərli. Yolçu yolda gərək
1965-ci ildə 5 yaşında kənddə məktəbə getmişəm. Bütün dərslər fasca olduğuna görə heç nə başa düşmürdüm. Təkcə mən yox, heç kim heç nə başa düşmürdü. Ancaq məni başqalarından fərqləndirən bir şey vardı, – şeiri bir dəfə eşitməklə öyrənirdim, daha doğrusu, sözlərini əzbərləyirdim. Atam hər ilin qış aylarında kəndə gəlirdi. 1-2 ay qalandan sonra evə gərək […]
Soylu Atalı. Türkün qədim ABEsi (Tamğası)
90-cı illərdə Asif Atadan eşitdiyimiz başlıca qonulardan biri millətimizin öz abesinin, (əlifbasının) olması ilə bağlı idi. Ancaq abenin yaranması hər addımda baş tuta bilən asan bir məsələ deyil. Bu üzdən axtarışlar bizi Orxon-Yenisey yazılarının üzərinə aparıb çıxardı. Bəllidir ki, ərəblərin türkləri mənəvi-ruhani işğal eləməsinə qədər türklər arasında bu abe qullanılmışdır. İşğaldan sonra qədim türk abesi […]
Nurtəkin Atalı. İnam Evi – Özümlü aqibət birliyi
Fevral 13th, 2025
admin
Xaliq Bahadır. Müxalifətin demokratiya gözləntiləri
Fevral 9th, 2025
admin
ABD-də aday çevrilişi baş verdi: prezident C.Bayden yerini yardımçısı Kəmalə Harrisə verdi.
Gözlənilməz qərar oldu, vur-tut bir neçə gün öncə jurnalistlərin, bir sıra politiklərin adaylıqdan geri çəkilmə çağırışlarına qarşılıq olaraq, dostumuz Bayden dirəşib dururdu: “sonadək gedəcəm”. Birdən belə bir gözlənilməz qərar. Bayden bunu “Amerikanın, demokratiyanın qurtuluşu üçün” etdiyini bildirir. Nə bilək, bəlkə də, onu hansısa çıxılmazlıq qarşısında qoydular, o üzdən başqa yolu qalmadı. Bunu bilmirik, ancaq indilik bilinən budur: Bayden Trampın Amerikanı, Amerika demokratiyasını itkilərə, özü də ağır itkilərə uğradacağını düşündüyündən, Amerikanın, demokratiyanın QURTULUŞU üçün yolun sonuna belə yaxın ikən adaylıqdan geri çakilir. Burası fakt olaraq alqışa dəyər: ulusal çıxarları özəl çıxarlardan üstün tutan ulusal lider belə olur, belə edir- mən uduzub çəkilirəm, başqa sözlə, çəkilib uduzuram, təki ölkəm, demokratiya qazansın! Ardını oxu »
Soylu Atalı. Dəyərlərimizi kölgələyənlərə dur deyək
Fevral 9th, 2025
admin
Nəsimi Nəimini 1394-cü ildə tapdı, 1395-ci ildə Nəimi öldürüldü. Aşağı-yuxarı bir il birgə oldular. O çağa qədər Nəsimi sufi idi. Sufi yönlü olmasını onun yaradıcılığının ayrı-ayrı örnəklərində də izləmək olur. 1394-dən 1417-ci ilə qədər, yəni öldürüldüyü (dərisi soyulduğu) günə kimi, Nəsiminin yaradıcılığının bütün örnəkləri Hürufilik təliminin mahiyyətinə yönəlikdir. Belə götürəndə, onun Nəimiyə qədərki yaradıcılığı da böyüklüyü, yenilməzliyi insana öyrətmək yönündə idi. Dinin mifoloji çalarlarına, tarixi olaylarına, bu olaylarda adları keçən şəxsiyyətlərinə yönəlik qəzəllərini səbəb göstərib Nəsimini dindar sayanlar yanılırlar. Əgər doğru, düzgün araşdırılsa, o qəzəllərin Nəsimi adı ilə deyil, başqa adlarla (məsələn Seyid Əli) yazıldığını da görmək olar.
Nəsimi 1369-cu ildə doğulub. O, Nəimini tapanda 25 yaşı vardı. Yaradıcılığa hansı yaşından başlayıbsa, həmin yaşdan 1394-cü ilə qədərki arada Nəsimiliyi görmək, göstərmək gedişi yanlışdır. Dediyimiz kimi, Nəsimilik – onun yaradıcılığının 2-ci aşamasında, yəni 1394-1417-ci illərdə formalaşıb yetginləşmişdir. Bu aşamada isə Nəsimi dindar (islama bağlı) deyil, Hürufi olub. Ardını oxu »
Xaliq Bahadır. Dürdanə
Fevral 5th, 2025
admin 1972- ci il…
2024-ün yayı.
Bu yazını çoxdan, yaydan üzübəri yazmaq istəmişəm. Yazmağa əlim gəlməyib. Ona görə yazmaq istəmişəm, ancaq başqa nədənlərə görə yazmaqdan çəkinmişəm. Aradan aylar keçib, o çağdan bu çağa- yaydan indiyədək- içimdə, düşüncəmdə vurnuxmuşam: “yazım, yazmayım”. Onu, onunla bağlı olan nələrisə yazmaq istəyim mənə dinclik verməyib, o üzdən yazmaq istəmişəm. Başqa bir yandan olub keçənləri düşündükcə qaçılmaz olaraq “bir budaqda oturub min bir budağı silkələməli olduğumu”, ardınca, belə toxunaqlı yazılarla bağlı çox olduğu kimi, hansısa yersiz qınaqlarla üzləşəcəyimi düşünüb, yazmaqdan daşınmışam.
Sonda yazmaq gərəyinə üstünlük verdim: qoy kim nə deyir-desin: o ağrılı-acılı olayların içindən keçib gəlmiş, o olayları yaxından-uzaqdan yaşamış biri olaraq məndən ötrü bu,- bir sıra gərəkən gerçəklərin dilə gətiriulməsi,- bir yandan yurddaş borcu, o biri yandan yazar olaraq namus borcudur.
Soylu Atalı. Türk Boyda Dərdimiz
Fevral 5th, 2025
admin Bir dostumla telefon söhbətimdə çox nikbin olduğumu söylədim. Həm də halım çox fərəhlidir dedim. Təbiidir. Çünki Asif Atanın Yolu, Amalı, Meyarı adamın içini o qədər zənginləşdirir ki, düşüncələrlə dolmaq, varlığın mayasında İnsanlığın toxunulmazlığı gələcəyə dönməz bir inam yaradır. İnsan gündəlik qayğılarla yaşayır, əməklə, yaradıcılıqla məşğul olur. Belə məqamda onun yadına düşməyə bilər ki, köksündə bir ürək döyünür. Bu döyüntülər insanın əməklə, yaradıcılıqla məşğul olmasının, bütövlükdə isə varlığının və mövcudluğunun qarantıdır.Özlüyündə bu döyüntüləri yaradan və saxlayan ruhaniyyat faktıdır. İnsan nə qədər bu ölçüdən uzaqlaşsa da, özünə yadlaşıb cılızlığa yuvarlansa da, bütövlükdə bəşər gedişatını pozuntulara uğratsa da ruhaniyyatdan birdəfəlik qopub varlığına son verə bilməz. İnsan və ruhaniyyat əlaqəsi ən dərin qatlarda nüvə və elektron əlaqəsi kimidir. Ardını oxu »
Xaliq Bahadır. Dəyərləri qorumaq gərəyi
Fevral 2nd, 2025
admin Rejim sorunları üzündən bu gün istər Türkiyədə, istər Azərbaycanda Türkçülük-Ulusalçılıq çox çətin, ağrılı görəvə dönüşüb. Ancaq kimlər üçün? Dəngəsi pozuq yapay yarımçıq kimsələr üçün deyil, bu yoliun dönməz-gerçək yolçuları üçün.Türkçülük-Ulusalçılıq kimi dəyərlərə yalanın üstünlük qazandığı ortamda yer olmur, ola bilmir. Bu isə Türkçülüyün-Ulusalçılığın özünə-özlüyünə, başqa sözlə, xarakterinəbağlı qaçılmaz görsənişlərdəndir. Türkçülük-Ulusalçılıq yalanla, özgüdükçülüyə bağlı dəngəsiz, nala-mıxa vuran yalançı yolçuluqla, ilkələrə ayqırı, prinsipsiz barışqanlıqla bir araya sığmır, sığamaz.
Bəlli olduğu kimi, diktatura rejimləri özünüyaşatma faktoru olaraq ölkə boyu yalan, yaltaqlıq, aşağıdan yuxarıya qulluq ortamı doğurur: qulluq et, payını al. Başqa sözlə, qulluq et, pay qazan. Demək, ən aşağılardan ən yüksək dövlət görəvlərinədək. Mandat almaq da eləcə. Təkəlçiliyin dövlət yöntəminə (yöntəm-sistem) dönüşdüyü ortamda sözdə “dövlətə, dövlətçiliyə qulluq” adı verilsə də, gerçəkdə“dövlət, dövlətçilik” adı altında dövləti ələ keçirən gücə qulluq yolu tutulur. Burada özgüdükçü düşüncə “dövlət-dövlətçilik” ritorikası ilə pərdələnir. Ardını oxu »
Asif Ata. İnsan Sığmazlığı
Fevral 2nd, 2025
admin Ölüm ölümə sığmır. Arzu ömürə sığmır.
Zəka ağıla sığmır. Duyğu ürəyə sığmır.
Günlər illərə sığmır. Heyrət hörmətə sığmır.
Səcdə izzətə sığmır.
Siqlət xislətə sığmır.
Qanad göylərə sığmır.
Ayaq yerlərə sığmır.
Məslək həvəsə sığmır.
Qeyrət qorxuya sığmır.
Məna sözlərə sığmır.
Fikir yazıya sığmır.
Hicran kədərə sığmır.
Vüsal sevincə sığmır.
Dahi zamana sığmır.
İgid cürətə sığmır.
Ölmək şöhrətə sığmır.
Xəyal gerçəyə sığmır.
Hünər zəfərə sığmır.
Ehtizaz hissə sığmır. Ardını oxu »
Xaliq Bahadır. Alternativsizlik
Yanvar 28th, 2025
admin Alternativsizlik. O necə yaranır?
Azərbaycanda geniş alternativsizlik görsənişləri yaşanmaqdadır: hakimiyətdə də, müxalifətdə də. Bu isə genəldə ideya-politik, ideya-sosial qısırlıq doğuran görsənişlər toplusu deməkdir.
Hakimiyətdən başlayaq. Otuz ildən artıqdır ölkədə Yeni Azərbaycan yapay adı altında çağı çoxdan keçmiş yönətimə bağlı bir partiya hakimiyətdədir. Bu, gerçəkdə bir ailə partiyasıdır. Başqa sözlə, bəlli bir ailənin istəncinə (iradəsinə), istəyinə bağlı partiyadır. Partiyanın kadr bazası da o ailənin klançı baxışlarına uyğun olaraq oluşdurulub, oluşdurulur. Kadrlar da iş başına o bazadan klan gərəklərinə, başqa sözlə klançı dəyərlərə uyğun olaraq gətirilir. Klan düşüncəsi DƏYİŞMƏZLİYƏ hakimiyətin qorunub saxlanmasının başlıca güvəmncəsi olaraq baxdığından, partiyuanın adındakı “yeni” anlayşı bütünlüklə aldadıcı, yalançı xarakter daşıyır. Ardını oxu »
Soylu Atalı. Var Olmağı İstəmək gərəkdir
Yanvar 24th, 2025
admin (Amaldaşlarla dialoq silsiləsindən)
… Ağlın sevinməsi fiziki yaşama daha çox bağlıdır. Ürək (əslində duyğular) bəsit durumda olanda ağıl həyat üçün qazandıqlarından sevinir. Bütün varlığını həyat üçün qazanmağın peşində göstərənlər mənəvi dünyanı tanıya bilmirlər. Ancaq ürəyin sevinməsi o vaxt başlayır ki, insan öz varlığını anlayır, öz varlığını həyata keçirir (öz varlığını yaşama gətirir), öz varlığını sonsuzluq ortamına qoşur, sonsuzluğa çatır. İnsan onda var olur, onda fərəhlənir, onda yaşayır. Bilirsən ki, sən doğrudan da, həyatla, gerçəkliklə sonsuzluğun arasında daim sonsuzluğa doğru hərəkətdəsən. Həyatın içində, belə deyək, həyatın orbitində fırlanmaqla insan var olmur. Həyatın orbitindən çıxmaq gərəkdir. (Bunu obrazlı olaraq deyirəm). Həyatın özündə insanı var edən sonsuzluq yoxdur. Həyatın tələblərindən yüksəkliyə qalxanda sonsuzluq var. Sonsuzluq yüksəklikdədir, dərinlikdədir, həyat üzdəkidir, insan üzdə ilişib qalmamalıdır, dərinliklərə baş vurmalıdır. Ona görə insan gərək ağlın istəkləri ilə (balaca arzularla) yetərlənməyə, ürəyini hərəkətə keçirə. Yaşamı boyu insanın hər şeyi hərəkətdədir, ürəyindən başqa. Ardını oxu »
ƏLİSAFA MEHDİ. “…OLMAZ, OLMAZ!” DEYİRSƏN
Yanvar 20th, 2025
admin Günəşin çəkilib gedib yer üzünə dinclik verdiyi an, min cür dən-düş, geyim-görüm çabaları etdiyimiz gündüzdən qurtulub ruhumun dincliyində xoş duyğulara qoşulduğum an bir səsin, bir nəğmənin harayına boylandım. Hardan gəlirdi bu səs?
Həzin ladlar üstündə bir qız oxuyurdu.
Elə bil bu səs qeybdən gəlirdi, elə bil bu səs ilkindən sonuna qismət verilmiş bir taleyin bayatısı idi.
Bir dur, toxta, qəlbim. Bu nəğmənin sözləri oğlanın qıza xitabıdır, deyəsən. Bu şeri oğlan qoşub. Amma oğlanın dilindən deyilənləri bu qız özünün könül duyğuları kimi oxuyur. Bu şərqi Tanrının qadın deyə yaratdığının ömür nəğməsi kimi oxunur. Bu qız özünə, öz ömrünə, öz ruhuna lay-lay deyir, elə bil. Bu nəğmə qadın dünyasının ruhani təsviridir, deyəsən. Elə bil mələklər öxuyur. Aman, Tanrım! Ardını oxu »




