1972- ci il…
2024-ün yayı.
Bu yazını çoxdan, yaydan üzübəri yazmaq istəmişəm. Yazmağa əlim gəlməyib. Ona görə yazmaq istəmişəm, ancaq başqa nədənlərə görə yazmaqdan çəkinmişəm. Aradan aylar keçib, o çağdan bu çağa- yaydan indiyədək- içimdə, düşüncəmdə vurnuxmuşam: “yazım, yazmayım”. Onu, onunla bağlı olan nələrisə yazmaq istəyim mənə dinclik verməyib, o üzdən yazmaq istəmişəm. Başqa bir yandan olub keçənləri düşündükcə qaçılmaz olaraq “bir budaqda oturub min bir budağı silkələməli olduğumu”, ardınca, belə toxunaqlı yazılarla bağlı çox olduğu kimi, hansısa yersiz qınaqlarla üzləşəcəyimi düşünüb, yazmaqdan daşınmışam.
Sonda yazmaq gərəyinə üstünlük verdim: qoy kim nə deyir-desin: o ağrılı-acılı olayların içindən keçib gəlmiş, o olayları yaxından-uzaqdan yaşamış biri olaraq məndən ötrü bu,- bir sıra gərəkən gerçəklərin dilə gətiriulməsi,- bir yandan yurddaş borcu, o biri yandan yazar olaraq namus borcudur.




Fevral 5th, 2025
admin
