Ürəyinizdə Günəş olsun sayğılı soydaşlarımız.
Uzun çağlar xəstəlikdən sonra Amaldaşımız Ulusəs xanımın bacısı Nəsibə xanım aramızdan getdi. Buna görə Mütləqə İnam Ocağı Ulusəs xanıma, Nəriman bəyə, Polad bəyə, eləcə də bütün başqa yaxınlarına dərin hüznlə başsağlığı verir.
Nəsibə xanım Ocağa bağlı idi. Onu Ocağa bacısı Ulusəs yönləndirmişdi. Bir neçə yol Ocaq toplantılarına qatıldıqdan sonra Asif Atanın Yoluna inanmış, bu yolun təbliğatçısına çevrilmişdi. Aktiv bir xanım idi. Ardını oxu »
Asif Ata. Özüylədöyüş və Özüyləbarışma
Həyatda insan özüylə döyüşür, ancaq bu döyüşdə tam qələbə qazanmır, son nəticədə özüylə barışır. Özüyləbarışmada o, gerçəkliyin məntiqinə əsaslanır. “Yırtıcı olmasam, yaşaya bilmərəm, məni parçalayarlar” – deyir. “Xudbin olmasam, yaşaya bilmərəm, başqasının əsarətinə düşərəm” – deyir. “Şəhvəti sevməsəm, yaşamaram, çünki həyat – cismani nəşələnməkdir” – deyir. “Şöhrəti sevməsəm, yaşamaram, çünki həyat özünütəsdiqdir” – deyir. “Yalana […]
Başsağlığı
Asif Atanın Mütləqə İnam Ocağı Ocaqdostu, Güney Azərbaycan aydını Ağşın Ağkəmərlinin ölümü ilə bağlı ailəsinə, millətimizə başsağlığı verir. Evindən işıq əskilməsin. Balalarında yaşasın. Yurdu, Ulusu var olsun.
Asif Ata. Dostluq – Düşmənlik
Həyatda ən yüksək dostluq belə, mütləq səviyyəyə qalxmır. Bu səbəbdən də həyatdakı ən böyük dostluqda belə düşmənlik yaşayır. Əgər insan xudbinlik eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən azad deyil. Əgər insan həsəd eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən azad deyil. Əgər insan mənfəətpərəstlik eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən […]
Ağşın Ağkəmərli. Yolçu yolda gərək
1965-ci ildə 5 yaşında kənddə məktəbə getmişəm. Bütün dərslər fasca olduğuna görə heç nə başa düşmürdüm. Təkcə mən yox, heç kim heç nə başa düşmürdü. Ancaq məni başqalarından fərqləndirən bir şey vardı, – şeiri bir dəfə eşitməklə öyrənirdim, daha doğrusu, sözlərini əzbərləyirdim. Atam hər ilin qış aylarında kəndə gəlirdi. 1-2 ay qalandan sonra evə gərək […]
Soylu Atalı. Türkün qədim ABEsi (Tamğası)
90-cı illərdə Asif Atadan eşitdiyimiz başlıca qonulardan biri millətimizin öz abesinin, (əlifbasının) olması ilə bağlı idi. Ancaq abenin yaranması hər addımda baş tuta bilən asan bir məsələ deyil. Bu üzdən axtarışlar bizi Orxon-Yenisey yazılarının üzərinə aparıb çıxardı. Bəllidir ki, ərəblərin türkləri mənəvi-ruhani işğal eləməsinə qədər türklər arasında bu abe qullanılmışdır. İşğaldan sonra qədim türk abesi […]
Ölügötürmənin milli yönü
Mart 24th, 2025
admin
Xaliq Bahadır. Ərdoğanın iftar çıxışı
Mart 24th, 2025
admin Düzünü bilmək istəsəniz, Ərdoğanın çıxışları məndən ötrü çoxdan, lap çoxdan dəyərini itirib. Yutub onun 23 illik yalançı çıxışlarıyla doludur. Buna baxmayaraq, onun dünən İstanbulda etdiyi iftar çıxışına baxmaq istədim. Niyəsi gizli deyil, Türkiyədə son günlər baş verənlərlə bağlı deyəcəklərini bilmək gərəkirdi- dinçi prezidentin çıxışı olaraq.
Sizi sevindirə bilməyəcəm: yeni nəsə yox idi- yenə çoxlu yalanlar, yenə müxalifətə yönəlik güzgüyə baxırmış kimi suçlamalar. Bir də…
Hə, bir də, Ərdoğana “dünya müsəlmanlarının lideri” adını qazandıran “Qazze soykırımı, Filistinli kardeşlerimiz” yanqısı, ardınca İsrailə yönəlik yapay-yalan bağırtılar. Hamısı bir yerdə bir aktyorun xalqı aldatmağa yönəlik 23 illik teatrı!
Ərdoğanın çıxışından az öncə Türkiyənin informasiya proqramları belə bir görüntülü soraq yaydılar: “İsrail ordusu Türkiyənin Fələstində tikdiyi Türkiyə-Fələstin dostluq xəstəxanasını göyə sovurdu” Ardını oxu »
Başsağlığı
Mart 21st, 2025
admin Asif Atanın Mütləqə İnam Ocağı ünlü folklorşünas Elxan Məmmədlinin ölümü ilə bağlı ailəsinə, millətimizə başsağlığı verir.
Evindən işıq əskilməsin. Balalarında yaşasın. Yurdu, Ulusu var olsun.
Asif Ata. Babəkliyimiz – Xürrəmdinliyimiz
Mart 14th, 2025
admin I. Fərəh İnamı
Babək Ləzzət İnamı yaratmamışdı. Fərəh İnamı yaratmışdı.
Ləzzət İnamçısı 23 il Xəlifətlə döyüşməzdi – ləzzətindən keçməzdi, – Babək özündən keçmişdi.
Babək İnamının Yazılarını məhv eləyiblər, ancaq Babək əməli gəlib bizə çatıb. Babək əməli əsasında Babək İnamını fəhm etmək olar. İnsan Dünyaya Fərəh üçün gəlib, ən böyük Fərəh isə – Azadlıqdır. Azadlıq –İnsanın özünəməxsusluğu, özünəsahibliyi, özündən asılılığıdır.
Azadlıq – İnsanı İnsandan kənardakı Zorakı qüvvəyə yox, özünə tapşırır: Azadlıqda – İnsan Aqibətini özü yaradır, ömrünü özü Yazır, özündən kömək diləyir, – əfsanələrdən, xurafatdan, xülyadan yox; özünə əl uzadır – əfsanələrə, xurafata, xülyaya yox; özünə çatır – əfsanələrə, xurafata, xülyalara yox; həqiqətə inanır – cəfəngiyyata yox; Azadlıqdan böyük cənnət tanımır, əsarətdən böyük cəhənnəm; Xeyirdən böyük mükafat tanımır, Şərdən böyük cəza.
Azadlıq İnsanı müqəddəs Fərəhə qərq edir.
O, Yenilməzlik Tələbidir – Zora əyilməmək, özümlüyü qorumaq – Vüqarı, Ləyaqəti…
Xalq – İnsanın Müqəddəs Mənliyidir. Yenilməzlik – müqəddəs Mənliyi qorumaqdır.
Yenilməzlik uğrunda döyüş İnsanı Müqəddəs Fərəhə qərq edir.
Zora yenilməmək, Zoru yenmək – Müqəddəs Fərəhdir.
Təbiidir ki, Babəkin Fərəh İnamı – Xəlifət İnamına daxilən, üzvi surətdə, qəti şəkildə zidd idi, onu kökündən sarsıdırdı.
Xəlifət Babək Peyğəmbərliyi və qəhrəmanlığından dəhşətə gəlmişdi.
Peyğəmbərlikilə Qəhrəmanlığın misilsiz birliyi yaranmışdı və bu birlik başı Bağdadda, ayağı Hindistanda olan Xəlifət Həşəmətini yerindən oynadırdı. Ardını oxu »
Soylu Atalı. Babək Özgürlük Simqəmizdir
Mart 14th, 2025
admin (Babək Günü ilə bağlı toplantıda çıxışdan)
Tarix boyu Azərbaycanın dəyərlərinə çoxsaylı hücumlar olub, bu gün də var. Bizi, bir millət olaraq, sıradançıxarma gedişləri var. Bunu dövlət siyasəti səviyyəsində həyata keçirirlər. Buna dirəniş göstərməyin ilk addımı, özümüzün ayaqda qalmağımız üçün, tutacağımız dəyərlərimizi tanımaqdan başlayır. Bizi millət eləyən nə varsa, onları öyrənməliyik, bilməliyik. Onları təkcə öyrənməli, bilməli deyilik, milli gələnəklərimizdə yaşadılmasına çalışmalıyıq.
Babək haqqında tarixi faktları burda vurğulamayacağam. Bilirsiniz, Babək haqqında çoxsaylı yanlışlar var. Bu yanlışlar təkcə onun tarixi faktlarına yanaşmada deyil, bütövlükdə Babəkin sunulması, öyrədilməsi, bir dəyər olaraq, bir mənəviyyat faktı olaraq pozuntuya uğradılır (təhrif olunur). Ən yaxşı halda isə Babəki ərəb işğalçılarına qarşı döyüşən bir qəhrəman sayırlar. Bilmək gərək, Babək ərəb işğalına qarşı elə-belə döyüşmürdü. Ərəb bizim üzərimizə elə-belə gəlməmişdi, ideologiya ilə gəlmişdi. Başının üstünə İslam bayrağını qaldırmışdı. Dilində “la ilahə illallah” bağırtısı vardı. Yurdumuzun içərisinə “la ilahə illallah” bağırtısı ilə girirdi. Babək “la ilahə illallah”a qarşı döyüşürdü, onun xalqının içinə gələn, gətirilən ideologiyaya qarşı döyüşürdü. Ardını oxu »
Babəki verən xalqın özünü balaca sayması günahdır
Mart 14th, 2025
admin (Bu gün – 14 mart Böyük Babəkin öldürülməsindən 1187 il ötür)
Yasin Türksoy: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün biz Babək Xürrəminin edam olunmasının ildönümü qarşısındayıq. Azərbaycanın milli dəyərlərinə qarşı münasibət bir mənalı olmadığı kimi, Babəkə qarşı da münasibət bir mənalı deyil. Kimlərsə Babəki İslam Dünyabaxışının daşıyıcısı, müsəlman hesab edir, kimlərsə Sovet ideologiyasının ortaya çıxardığı ateist hesab edir, bir kəsim isə Babəki Azadlıq qəhrəmanı hesab edir. Bəs kimdir Babək? Bu suala cavab tapmaq üçün, milli düşüncə sahibləri olan aydınlarımıza üz tuturuq: Mütləqə İnam Ocağının Yükümlüsü Soylu Atalı, ideoloji mübarizənin öncüllərindən Xaliq Bahadır, Azərbaycanımızın Güneyindən olan aydınımız Ağşın Ağkəmərli suallarımızı cavablandıracaqlar. Burada bizimlə gənc dostlarımız da iştirak edirlər.
– İlk sual Ağşın bəyədir. Ağşın bəy, Babək Xürrəmdinliyin başçısı olana qədər kim idi? Ardını oxu »
Asif Ata. Ruhanilik
Mart 9th, 2025
admin Ruh – Mütləqin İnsanda ifadəsidir.
Mütləq kamildir, əbədidir, sonsuzdur.
Bu səbəbdən də ruhanilik – qeyri-kamil dünyada kamil yaşamaqdır.
Sonlu dünyada – sonsuz yaşamaqdır.
Keçici dünyada – əbədi yaşamaqdır.
Əbədi yaşamaq – mənəvi yaşamaqdır.
Mənəvi yaşamaq – cismanilikdən çıxmaqdır.
Cismən insan keçicidir, mənən – əbədidir.
Həyatın mənası cismanidən böyükdür, həyat özünü cismanidən alidə, böyükdə, ülvidə tapır.
Maddiyyata sığan dünya, maddiyyatda qalan dünya, dayanan dünya qeyri-kamil dünyadır! Ardını oxu »
Soylu Atalı. Xalqların aldandığı gündəmlər
Mart 5th, 2025
admin Bu gün dünyanın baxışı ABD başqanı Trampla Ukraynanın dövlət başçısı Zelenskinin davranışlarına, münasibətlərinə yönəlib.Ancaq bütün görüntülər, araşdırmalar, dəyərləndirmələr, məncə, ikinci dərəcəli məsələlərə bağlıdır. Elə görsənir ki, Tramp Ukraynanın sərvətlərinə, minerallarına əl qoymaq istəyir. Eyni halda, o özünü savaş durdurucusu, qurtuluşçu kimi tarixə keçirməyə çalışır. Bir başqa versiya isə onun öncələrdən Rusiyanın kadrı olması ilə bağlı vurğulanır. Bu, ya buna bənzər dəyərləndirmələr çoxdur, bundan sonra da olacaqdır. Ancaq ABD dünyanın super gücü sayılır axı. Həm də o tək super güc deyil. Yanında Böyük Britaniya, İsrail cütlüyü də var. Əgər ABD-nin durumu indiki kimi üzdə görünən məsələlərlə dəyərləndirilsəydi, o, super güc olmasını qoruyub saxlaya bilərdimi?! – Məncə yox. Super güclər üzdə başqa oyunlar qururlar ki, dərin qatlardakı niyyətləri görünməsin. Ardını oxu »
SİYASİ İSLAM və ORDU
Fevral 27th, 2025
admin (Türkiyə türkcəsindən Azərbaycan türkcəsinə uyğunlaşdırılıb)
(Təqaüddə olan Briqada generalı Naim Baburoğlunun qələmindən gərəkən bir yazı. Oxuyun, paylaşın, hamı oxusun).
1978-ci il. İranda küçə şouları və tədbirləri başlayıb.
Yanvar 1979-cu il… İran şahı Rıza Pehlevi ölkəni tərk edib.
1 fevral 1979-cu il… Parisdə sürgün edilən Ayətullah Xomeyni İrana qayıdıb.
xxx
Xomeynini iki milyona yaxın insan qarşıladı.
Salamlayanlar arasında tələbələr, məmurlar, ziyalılar, tacirlər, fəhlələr, sənətkar və ruhanilər kimi həyatın müxtəlif sahələrindən olan iranlılar da var idi. Ardını oxu »
Soylu Atalı. Milli Faciəmizin Xocalısı
Fevral 26th, 2025
admin Güclü siyasət, zəif siyasət deyilişini qəbul etmirik. Güclü dövlət, zəif dövlət məntiqini doğru sayırıq. Güclü siyasət olmur, gücə dayanan siyasət olur. Bəs dövlətin gücü nəyə bağlıdır?! Hesab edirik, sağlam prinsiplər üzərində milli ideologiyanın işlənib hazırlanması, dövlət yönətimində hakim etkiyə çevrilməsi gərəkdir. Bunu isə ədalətli şəxsiyyət, milli ruha bağlı olan siyasi xadim gerçəkləşdirə bilər. Dövlət güclü olanda əməli addımlar atır, zəif olanda isə baş qatır. Dövlətin zəif, ya güclü olmasını ilk növbədə onun öz içində yaratdığı nizamda görmək olar. Bu nizamın adına “daxili siyasət” deyirlər. Dövlət içrə yaranan nizam ədalətli qanunlarla həyata keçiriləndə dövlətin dünyada yeri, etkisi də bəlli olur, yəni dövlətin yürütdüyü dış siyasət öz xalqının müstəqil mədəni, mənəvi varlığını təmsil edir. Ardını oxu »




