Azərbaycanın politik tarixinin ən öyünməli çağı 1918-1920-ci illərdə olmuş Azərbaycan Cümhuriyəti, başqa deyimlə, Azərbaycan Respublikasıdır. Azərbaycan Cümhuriyəti var olduğu 23 ayda Azərbaycan, Türk, Doğu tarixində öyülməli politik, ekonomik, kültürəl işlər görmüşdür. Son 27 ildə Azərbaycanın sayğın, seçkin aydınlarından Mövsüm Əliyev, Rüstəm Əliyev, Şirməmməd Hüseynov, Cavad Heyət, Cəmil Həsənli, Ramiz Abutalıbov, Şamil Qurbanov, Səfər İbrahimov, Ataxan Paşayev, Asif Rüstəmli, Ramiz Əskər, Aydın Balayev, Nəsiman Yaqublu, Yadigar Türkel, Vilayət Quliyev, Həsən Həsənov, Nəsib Nəsibli, Nazif Qəhrəmanlı, Xaləddin İbrahimli, Mayis Əlizadə, Paşa Əlioğlu, Elçin, Abid Tahirli, Aygün Həşimova, Nigar Maksvel, İradə Bağırova, Axund Hacı Sultan Əlizadə, Vaqif Sultanlı, Müstəqil Ağayev, Rafail Əhmədli, Mübariz Süleymanlı, Faiq Ələkbərli, Nikpur Cabbarlı, Şəhla Kazımova, Teyyub Qurban, Xan Bahadır Törəli, eləcə də b. Cümhuriyətin 70 il Türk ulusundan gizlədilmiş dönməz, azərbaycançı qurucularının yaşamı, ulus, dövlət yolunda çalışmaları, ideoloji düşüncələri yazılmış bəlgələrin üzə çıxarılması, çapı, yeni soylara çatdırılması üçün önəmli işlər görmüşlər. Ardını oxu »