Ürəyinizdə Ata Günəşi olsun, sayğılı yurddaşlarım! 23 il bundan öncə, Ocaq günsırası ilə 19-cu il, Şölə Ayının 5-də (miladla iyun 1997-ci il) Asif Ata aramızdan getdi. Olduqca çətin dönəmlərimiz başladı. Nə bir təcrübə vardı, nə də yetkin idrak adamları idik. Ancaq yenə də toparlanıb Onun Ocağını yaşatmağa, davam etməyə and içdik, söz verdik. Ayrı-ayrı hallarda […]
Archive for the ‘Türk Dünyası’ Category
Yadigar Türkel. RAMIL BEY, GÜNAYDIN!
İyun 7th, 2020
admin Senin Azerbaycan Türk vokaçısıdek daha böyük uğurlar gazanmag, Azerbaycan Türk oxuma senetine damğa vurmag üçün bütün olanagların vardır. Bilimsel-intelektual, yaradıcılıg düzenin “Medeniyet TV”-ye de geniş düşünceli, yenilikçi yurdsevertek başçılıg edeceyine umud verir. Daha böyük uğurlar dileyirem! Men Azerbaycan televiziyalarından ancag Medeniyet TV-ye baxır, oradakı musigi incilerile yaşayır, kültür uğurlarından sevinib, pisliklere acıyıram. Ölkede yurddaşın, aydının […]
Asif Ata. Yerdəkilərin Göy Həsrəti (davamı)
İyun 7th, 2020
admin 4. Xəyyam Göyü Xurafat Göysüzlüyü Həyatın sonunda axtarırdı Göyü xurafat – o dünya Göyündə cənnət bəxş edirdi möminlərə. Həyatın sonunda dəhşət görür, fəlakət görür, boşluq görür Xəyyam idrakı və üsyan yaradır xurafata qarşı. Gördüyün qulpu çamur parçası zənn etmə, saqın, Bir gözəl boynuna keçmiş qola çox bənzəri var.
Soylu Atalı. Tərəqqi İnsana çatmır
İyun 5th, 2020
admin Biz necə yaşayırıq, ya da biz hara gəlib çıxmışıq?! Bu suala cavab versək, sanki hər şeyin təbii axarla inkişafda olduğunu, inkişafla bərabər hansısa çatışmazlıqların da qaçılmaz olaraq yaşandığını dilə gətirməliyik. Baxın, öncəki yüzillərin birini özündən sonrakı ilə tutuşduranda, insanların ağlına gələn ilk düşüncə bu ola bilər: bəşəriyyət böyük gəlişmə (tərəqqi) yolu keçib. Hər halda insanlar […]
Asif Ata. Yerdəkilərin Göy Həsrəti (I hissə)
İyun 5th, 2020
admin (Fəlsəfi-bədii məqam) 1. Göylük Göy mövhumata, xurafata bağışlanmaz! Həqiqət, ədalət, ülviyyət timsalıdır göy! Yerin Göy yüksəkliyi var! Yer dərdinin dərmanı göydədir! Göy çağırışı səslənir ürəklərdə sonsuz!
Soylu Atalı. Erməni Hədyanlığı
May 31st, 2020
admin xxx Erməni məkrində ardıcıldır, türk ona qarşı sadəlövhlüyündə. Erməni yüzildir azğın, pozğun Ermənistan yaratmaqla uğraşır, azərbaycanlılar yüzildir Azərbaycanın ləyaqətini girov qoyub erməniyə güzəşt eləməklə. Bu gün də Azərbaycanın zəbt olunmasına qarşı azərbaycanlıların vecsizliyi erməni qəddarlığından, onun arxasındakı məkr azğınlığından daha qorxuludur. xxx Azərbaycanda bircə nəfər erməninin olması belə, fəlakətdir. Erməni özünü hər cür humanist, insani […]
Milli Dəyərlərimiz – Varlığımızın Özülüdür
May 31st, 2020
admin Yasin Türksoy: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! TAQ-ın (Türkel Araşdırma Qurumu) bu toplantısı milli dəyərlərin qorunması qonusundadır. Yurdumuzun mənəvi, ideoloji durumu zəiflədikcə ulusal (milli) sorunlarımız da çoxalır. Bu proseslərə həm yurddışı, həm də yurdiçi qüvvələr təkan verməkdədir. Milli dəyərlərimizə qarşı aşağılayıcı münasibətlər, yazılar, fikirlər günü-gündən çoxalmaqdadır.
Soylu Atalı. İnsanlığı itirən Sivilizasiya dağılmağa məhkumdur
May 29th, 2020
admin Bəşəriyyətin elmlə, texnologiyaların gəlişməsi ilə öyünməsi özünü doğrultmur. Bu gün yaşanan pandemiya qorxusu bəşəriyyəti öncəki yüzillərin çıxılmazlığına qaytarıb. Öncəki yüzillərdə epidemiyanın, deyək ki, 19-cu yüzildə yayılması daha gerçəkçi idi. İndiki pandemiyanın yayılması isə daha az gerçəkliyə bənzəyir. Dünyada insanlığa qarşı tərtib olunan axmaq oyunlar insanları o qədər yorur ki, bundan sonra doğru bir şeyə də […]
Soylu Atalı. Yalanlarla qidalanan toplumun gələcəyi puçdur
May 27th, 2020
admin Bəşəriyyət çox mürəkkəb bir dönəm yaşayır. Bu dönəmdə bütün gedişlər İnsanlığı qorxu altına alır. Bir yandan elmin, texnologiyaların gəlişməsi, bir yandan da dinə qayıdış anarxiyanı artırmaqdadır. Ancaq anarxiya elmin, texnologiyanın gəlişməsi ilə dinə qayıdışın təzadından yaranmır. Əslində yaşamamızda yürüyən bu iki gəlişmə(elm, texnologiya-din) heç bir-birinin yanlışlarına qarşı mübarizə aparmırlar da. Bu iki gəlişmə bir-biriylə döyüşməklə […]




Posted in
Tags:
